Aynur Veysəlova

XX əsrin 60-70-ci illərində azərbaycanlılara qarşı erməni təcavüzü

Bu yazını bir neçə məşhur adamların «erməni»lər haqqında dedikləri fikirlərlə başlamaq istərdim. Məsələn: Rus curnalisti və tarixçisi Vasili Veliçko böyük qətiyyətlə bildirmişdir ki, «Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz bu əsassız deyildir. Əsas olmasaydı, bütün bir xalq haqqında həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi». Adam Mete isə yazırdı ki, «Qaradərili qullar arasında zəncilər ən pis qullar olduğu kimi, ağ dərili qullar arasında da ən pisi ermənilərdir…» Rus şairi A.S.Puşkin də ermənini qul və oğru ilə eyniləşdirib deyirdi: «sən qulsan, sən oğrusan, sən ermənisən.» Karte isə yazırdı: «Ermənilərə gəlincə onlarla yazılı olsa da heç bir müqavilə bağlamıram, çünki heç bir müqavilə onların yalan və hiylələrinə qarşı kafi bir qaranti vermir».

Belə bir xüsusiyyətlərə malik olan ermənilər heç bir zaman öz çirkin niyyətlərindən əl çəkməmişlər. Qeyd etmək lazımdır ki, ermənilər 1988-ci ildən bu günə qədər olan bütün hadisələrə əvvəlcədən hazırlıq görürdülər. Belə ki, hələ 50-ci llərin sonlarından başlayaraq erməni millətçilərinin Azərbaycana və Azərbaycan xalqına qarşı bədniyyət təbliğatı güclənir, fəaliyyət dairəsi genişlənirdi. Ermənistanda və DQMV-də bu təbliğatın nəticəsi kimi gizli fəaliyyətdə olan ekstremistlər açıq fəaliyyətə başladılar. «Kurnuk» təşkilatının liderləri Ulubabyan, Abramyan, Andriyan, Balayan, Petrosyan və digər «yanlar» öz murdar işlərinə nail olmaq üçün ilk növbədç dövlət idarə, müəssisə və təşkilatlarında eləcə də ticarət obyektlərində, maarif sistemlərində yazıların Azərbaycan dilində aparılmasına, hətta bu dildə lövhələrin vurulmasına qarşı çıxdılar. Ermənistanda orta məktəblərdə təhsil alan Azərbaycanlı uşaqlarının kamal atestatları, şəhadətnamələr buna əyani sübutdur. Hətta Xankəndində zibil qablarının üstündə Azərbaycan dilində yazılan «zibil qabı» sözlər pozulmuşdu. Bütün bunlar hələ sonralar baş verəcək «böyük fəlakətin» başlanğıcı idi.

1960-cı ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşməsi uğrunda mübarizəyə çağıran siyasi vərəqələr, qatı millətçilik ruhunda yazılmış şerlər  yayılırdı. Həmin vərəqələrin birinin mətni: «Biz azıq, lakin erməniyik!: Nə vaxta qədər erməni şərabı içib, türk muğamına qulaq asacağıq? Axı bizim komitasımız var. Ana ürəyindən ayrı düşmüşük. Ana ürəyimizə qovuşmalıyıq. Bunun üçün qarşıda çox ağır mübarizə durur. Hər çətin qələbə gərgin mübarizə sayəsində qazanılır. Mübarizə, mübarizə, mübarizə!!!» Mətnaltı qeyd: «Qoparan erməni deyil». Yəni ermənisənsə qoparma, qoy bütün ermənilər oxu­sunlar, mübarizəyə qoşulsunlar.

Azərbaycanda, xüsusilə Mərkəzi Komitədə bu barədə çox gözəl bilirdilər. Lakin onlar belə dözülməz hallara qarşı nəinki qəti mübarizə aparmır, hətta bunları mənasız adlandıraraq kənardan seyr edən tamaşaçı mövqeyində dayandılar. Bu isə ermənilərin daha da fəallaşmasına və Ermənistanda, DQMV-də aramsız olaraq azərbaycanlıların vəhşicəsinə öldürülməsinə, insanların meyidlərinin təhqir edilməsinə gətirib çıxartdı. Həmin dəhşətli faciələrdən birinə istinad edərək demək olar ki, bu qətliam onların sonralar törədəcəkləri əməllərin və ən nəhayət müharibənin rüşeymi idi. 1967-ci ildə DQMV-nın M.Əzizbəyov adına Mədəniyyət və İstirahət parkında üç nəfər azərbaycanlı dəhşətli işgəncə ilə öldürülüb, yandırıldı. Hündürlüyü 30 m çatan alovun ətrafında 14 minə qədər erməni dayanmışdı. Onlar azərbaycanlılara divan tutmaq üçün tam hazırlıqlı gəlmişdilər. Bu hadisəni öz gözləri ilə görən DQMV Soveti İcraiyyə Komitəsinin aparatında işləyən Cahid Kərimov həmin faciəni belə xatırlayırdı: «Əli qəməli dığalar meyidlərə yaxınlaşıb bıçaqlayır, «bu mənim payım» deyə qanlı qəməni başqalarına ötürürdülər ki, onlar da vurub desinlər «bu da mənim payım». Bu vəhşilik saatlarla təkrar olundu. Onların heç biri barbarlıq payından imtina etmirdi.».

Ermənistanda da belə hadisələr baş verirdi. Hətta oradan Dağlıq Qarabağa xeyli partlayıcı maddələr gətirilmişdi. Bu da səbəbsiz deyildi. Dağlıq Qarabağda, Xankənddə daha çox azərbaycanlının qa­nına qəltan edilməsi üçün həmin maddələr ermənilərə lazım idi. Müşavirəyə gələn azərbaycanlı müəllimlərin qaldıqları mehmanxananı, Şu­şada ötürücü televiziya qülləsini partlatmaq cəhdləri isə baş tutmadı. Yerevanda nəşr olunan «Sovetakan qrakonutyun» curnalında isə azərbaycanlılara qarşı, onun tarixinə, mədəniyyətinə qarşı ağ yalanlarla dolu  yazılar dərc olunurdu.

Ermənilər körpə uşaqlar yola çıxanda avtomobil təhlükəsindən qorunmaq üçün demirdilər ki,  «maşın basar, maşın vurar, qaç»; deyirdilər ki, «türk gəlir, qaç». Uşaqların nəzərində azərbaycanlıları amansız, nağıllardakı əcdahalardan da qorxulu bir məxluq kimi canlandırırdılar. Bu cür tərbiyə ilə böyüyən erməni 1992-ci ildə Xocalıda Azərbaycanlı qocasını, qadının, uşağını əcdahanı öldürürmüş kimi intiqamla, vəhşiliklə qətlə yetirdilər.

Bəs biz nə öyrəndik? Düşmən qabağında aciz durmağı, «Kür-Araz, Ararat, gözəldir bu həyat» oxumağı, Bakıda ən yaxşı mənzillərdə ermənilərin, ən pis yerdə isə özümüzün yaşamağımızı. Amma düşünmədik ki, bu həmin ermənilərdir ki, onların fəaliyyəti sayəsində XX əsrin əvvəllərindən başlayaraq on minlərlə azərbaycanlı qətlə yetirildi, yüz minlərlə qaçqın, köçkün dəstəsi yarandı, «Göyçə – Sevan», «Xankəndi - Stepanakert» adlandırıldı və bu gün də bütün bunlar davam etdirilir. Nə üçün dəhşətli, insanı dəli edəcək qədər ağır, dözülməz hadisələri tez unuduruq?! Unutqanlıq bizim ən böyük yaramızdır. Bir dəfəlik hamımız – qoca da, cavan da, kişi də, qadın da, uşaq da hətta təzə dil açan körpə də bilməliyik ki, erməni bizim həmişəlik düşmənimizdir. Düşməni isə heç vaxt nə bağışlamaq, nə də günahından keçmək olar. Bu gün bizim üçün  ən vacib məsələ budur ki, əməli işlərlə öz sözümüzü deyə bilək. Heç olmasa indiki nəsil elə etməlidir ki, Azərbaycan və Azərbaycan xalqı bu ağır bəlanın öhdəsindən şərəflə, ləyaqətlə gəlsin. Bu problem bizdən sonrakı nəslə ötürülməsin.