Qurban Əli Məhbubi

Qarabağ münaqişəsinin həlli yolları

1 Qаrаbаğın hüvviyyəti müzакirələr mövzusundа ən mühüm məsələdir. Qаrаbаğın hüquqi və siyаsi vəziyyəti, еləcə də оnun Аzərbаycаndаn аyrı və müstəqil оlmаsımı, yохsа bu ölкənin tərкib hissəsi sаyılmаsınа gəldiкdə isə, bu dа həmin prоblеmin ən mühüm suаllаrındаn biridir.

2 Bəlкə də hər iкi prеzidеnt (Аzərbаycаn və Еrmənistаn prеzidеtləri) üçün ən mühüm prоblеm еhtimаl vеrilən rаzılаşmаnı cаmааtа nеcə izаh еtmələri оlа bilər. Hər iкi millətin əкsəriyyəti bir bаşа mühаribədən zərər çəкmiş, еv-еşiкlərindən didərgin düşmüşdür, digər tərəfdən də hər iкi ölкənin bütün əhаlisi hər bir hаldа оn üç il ərzində iqtisаdi inкişаf və siyаsi sаbitliкdən məhrum оlmuşlаr.

3 Iкi ölкədə bu illər ərzində аpаrılаn təbliğаtlаr bахımındаn iкi хаlq аrаsındа ümumi bir nifrət əmələ gəlmişdir. Bunа görə də кеçmişlərin hаmısını аsаnlıqlа unutmаq оlmаz. Bu məsələ о vахt əhəmiyyət кəsb еdir кi, tərəflərdən hər biri rаzılаşmаdаn əvvəl Qаrаbаğın gələcəк vəziyyətini rеfеrеndumа, yахud ümumi rəy sоrğusunа qоysunlаr.

4 Həmçinin, Qаrаbаğın siyаsi-hüquqi cəhətdən stаtusundа hər növ dəyişiкliк də hər iкi ölкənin, хüsusilə Аzərbаycаnın əsаs Qаnunundа dəyişiкliyi tələb еdir.

5 Qərb ölкələrində еrməni lоbbisinin vаrlığı ilə Аzərbаycаn Аmеriкаnın, bu ölкə коnqrеsinin təsdiq еtdiyinə uyğun оlаrаq hər növ кöməкlərindən məhrum еdilmişdir. 1991-ci ildə Аmеriка коnqrеsində Аzərbаycаnа himаyədаrlıqlа əlаqədаr qəbul еdilən 907-ci qаnunun bir bölməsi Аmеriка dövlətinin Аzərbаycаnа mаddi yаrdım еtməsini, Аmеriка prеzidеntinin Аzərbаycаnın Еrmənistаnа hücum еtməк niyyətində оlmаdığını bildiyi vахtа qədər qаdаğаn еtmişdir. Bu qаnunun qüvvdə оlmа müdəti hər il uzаdılır.

6 BMT 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Ermənistanın işğal etdiyi ərazilərin Azərbaycana qaytarılması və müharibə zamanı didərgin düşənlərin öz vətənlərinə qaytarılmasına təkid etmişdir. Lakin bu qətnamələrin icra olunmasında kifayət qədər tə`sirli zəmanət yoxdur.

7 Tarix boyu ermənilərin və azərbaycanlıların bir-birinə qarşı mənfi münasibətləri Qarabağ münaqişəsinin uzanmasının digər bir təsirli amilərindəndir.

8 Qarabağ münaqişəsinin həll olunmaz halda qalmasının digər bir amillərindən biri kimi bu iki ölkədə ifratçı qrupların varlığını qeyd etmək olar.

9 Azərilərlə ermənilər arasında milli, mədəniyyət və dini təzadlar bu münaqişənin uzanma səbəblərindən biridir.

10 Iki beynəlxal hüquq arasında, yəni ölkələrin ərazi bütövlüyünə ehtiram qoymaq və millətlərin öz müqəddəratını həll etmək prinsipi arasında ziddiyyətin özü də bu münaqişənin həll olunmaz vəziyyətdə qalmasının səbəblərindən biridir.

Qeyd etmək lazımdır ki, bu iki prinsip zahirdə bir-birilə ziddiyyət təşkil edir. çünki, BMT-nin bəyannaməsi mövcud ölkələrin parçalanması ilə müvafiq deyil və müqəddəratın təyin olunma haqqını bir ölkə daxilində azlıq təşkil edən dövlətlərə deyil, müstəmləkə altında olan ölkələrə verir. Buna görə də Qarabağ ermənilərinə siyasi cəhətdən Azərbaycanın daxilində muxtariyyət haqqı verilməsi ən yaxşı proqramlardan biridir ki, Qarabağ ermənilərini öz müqəddəratını həll etməkdə şərik edir, həm də beynəlxalq sərhədlərin dəyişdirilməsini inkar edir. Bu mövzuya Avropa həmkarlıq və təhlükəsizlik şurasının başçıları da 1996-cı ildə Portuqaliyanın Lissabon şəhərindəkeçirilən iclasda buna təkid etmişlər.

Məntəqədə əmin-amanlığın və təhlükəsizliyin bərpa olunması üçün təklif olunan variantlar məntəqə daxili və məntəqə xaricində olan varintlara bölünə bilər. Bu variantların bəziləri indiyə qədər Qafqazdakı ölkələrin və məntəqə daxlindəki qüdrətlərin siyasi şəxsiyyətlərinin vasitəsi ilə aşkar şəkildə irəli çəkilmiş, bu variantlardan bəziləri də əməl məqamında məntəqə ölkələrinin, yaxud xarici ölkəkələrin vasitəsi ilə məntəqədə icra olunmuş, yaxud müəyyən mənada icra mərhələsindədir. “Məntəqə daxilindəki variantlar” dedikdə məqsədimiz o variantlardır ki, Cənubi Qafqazdakı üç respublikadan əlavə, onlarla qonşu olan qüdrətlər və Qafqaz məntəqəsi ilə sərhəd olan Iran, Rusiya və Türkiyə ölkələrinə də şamil olsun. Məntəqə xaricindəki variantlarda da bu altı ölkədən əlavə, Amerika və Avropa şurasının da iştirakı təklif olunmuşdur. Məntəqə daxilindəki variantlardan bəzilərində məntəqədəki üç qüdrətin iştirakı nəzərdə tutulmuş və bəzi digərlərində də o qüdrətlərdən biri, yaxud ikisi nəzərdə tutulmuşdur.

3+1, yaxud 4+0 variantI

Bu variantda təklif olunur ki, Qafqazın təhlükəsizliyi Cənubi Qafqazın üç Respublikası üstə gəl Rusiya ilə təzmin olunsun. Bu varianta Rusiyanın ali rütbəli məqamlarıçox maraq göstərirlər. Əlbəttə, 2001-ci ilin aprel ayına qədər və konkret şəkildə desək, Putinin prezident seçilməsinə qədər bu məsələ aşkar şəkildə elan edilmirdi, amma Rusiyanın siyasətlərində müəyyən qədər hiss olunurdu.

3+1 variantı həqiqətdə Rusiyanın kommunizm dövründəki nəzərlərinə arxalanır və Rusiyanın keçmiş SSRI dövründə Qafqaz məntəqəsində ifa etdiyi iqtidarının dirçəldilməsi məqsədini güdür.

əlbəttə, Rusiya Qarabağ məsələsini həll etmək üçün iki tərəfli, yaxud üç tərəfli təşkil olunan iclaslarda, xüsusilə Azərbaycan və Ermənistan başçılarının iştirak etdiyi iclasda çalışırdı ki, 3+1 variantını tamamilə icra mərhələsinə çatdırsın.

Rusiyanın 3+1 təhlükəsizlik variantının icra olunmasına maraq Amerikada baş verən 11 sentyabr hadisələrindən sonra daha artmağa başladı. Bu hadisənin baş verməsindən sonra Amerika dövləti çalışırdı ki, terrorizmlə mübarizə ünvanı altında Xəzər hövzəsinin hər iki tərəfində uzun müddətli nüfuzuna şərait yaratsın.

Hər bir halda, demək lazımdır ki, Rusiya xüsusilə Putinin hakimiyyətə gəlişindən sonra “dörd Qafqaz variantını” bu məntəqədə icra etmək üçün daha artıq ciddiyyətlə fəaliyyətə başlamış, tədrici və proqramlaşdırılmış əsasda bu işə başlamışdır. Həqiqətdə Rusiyanın qərar qəbul edən təşkilatları inanırlar ki, Qafqaz bu ölkənin “xəlvət həyatı” hesab olunur, Moskvanın Qafqazdakı uzun müddətli və tarixi hüzuruna diqqət yetirməklə, Rusiya Qafqazda təhlüəsizliyin keşikçisi olmalıdır.

3+1 təhlükəsizlik variantında bu məsələnin - təhlükəsizlik baxımından Qafqazın Moskva üçün xüsusi və həyati əhəmiyyət kəsb etdiyinə görə Moskva da bu məntəqədə özünün əsas siyasi rolunun ifa etməlidir. Bu münaqişə Rusiya məqamlarının Qafqaz respublikalarına səfərində əsas mehvər təşkil edirdi.

Siyasi mütəxəssislərin inancına görə Rusiyanın Qafqaz məntəqəsində əsaslı rol ifa etməsi inkar olunası deyildir, hətta Rusiyanın rəqibləri, o cümlədən, NATO da buna təkid edir. Amma bu əsaslı rol, Qafqazla sərhəd olan dövlətlərin məntəqə daxilində təhlükəsiziliyin təmin olunmasında iştirak etmək məsələsinin kənara qoyulmasına məntiqi bir dəlil ola bilməz.

Hər bir halda, şəkk yoxdur ki, belə bir təhlükəsizlik variantının davam etdirilməsi “bir neçə yönlü” nəzəriyyəsinin gücləndirilməsinin zərurətinə təkid edən ölkələr tərəfindən bir tərəfli şəkildə müsbət dəyərləndirilə bilməz. Bu variantda Rusiya təklikdə həm Qafqazda təhlükəsizliyin təmin olunmasını, həm də ona zəmanət verilməsini öhdəsinə alır və Qafqaz məsələsinin özlərinin mənafeyləri ilə çarpazlaşdığı məntəqə qüdrətlərini də görməməzliyə vururlar. Buna əsasən, Rusiya məntəqədə kamil və davamlı təhlükəsizliyin bərqərar olunması üçün lazım olan kütləvi imkanlardan istifadə qüdrətinə malik olmayacaqdır.

Eyni halda əsas etibarı ilə Rusiyadan ayrılmağa meyl göstərən Azərbaycan və Gürcüstan respublikalarının 3+1 təhlükəsizlik variantı ilə razılaşmada ciddi müxalifət etmələri şəkk-şübhəyə səbəb olmuşdur.

Bundan əlavə, bu təhlükəsizlik variantında məntəqə daxilindəki qüdrətlərin həmkarlığının mülahizə olunmaması bu variant üçün əsaslı bir eyb sayılır ki, təqdim olunan həmin variantda iştirak edilən dörd ölkənin müştərək mənafeyləri konkret şəkildə bəyan edilməmiş, nəticədə ölkələrin onda iştirak etməsi üçün müəyyən çərçivə və şərtlər təyin olunmuşdur. Digəri bundan ibarətdir ki, bu təhlüksizlik variantında, hər hansı bir qüdrətin başqalarına hakim olmaq siyasətini ardınca gətirməməsi üçün, heç bir mexanizm bəyan olunmamışdır.

3+2 təhlüKəsizliK variantI

Bu variantda Azərbaycan, Gürcüstan və Ermənistan məntəqənin üç əsas aparıcısı, Rusiya və Iran isə Qafqaz məntəqəsi ilə sərhəd olan digər iki aparıcı ünvanı ilə təqdim olunur.

Həqiqətdə Rusiya və Iranın Qafqazın bir çox məsələlərində, o cümlədən qərbin və NATO-nun nüfuz etməsi qarşısında dayanmaq və Xəzər bölgəsində yadellilərinin müdaxiləsinin qarşısını almaq kimi məsələlərdə müştərək mənafeyə malik olmaları, neft-qaz enercisinin iqtisadi cəhətdən sərfəli yollarla dünya bazarlarına daşınması, məntəqə daxilində baş verən böhranların həll edilməsində, o cümlədən Tacikistanın daxili probleminin həll edilməsindəki müsbət həmkarlıqları, iki ölkənin tarixi keçmişinə nəzər yetirməklə hər iki ölkənin təklifləri ilə yanaşı bu iki ölkə tərəfindən strateci proqramların təqdim olunması, şimal-cənub nəqliyyat dalanın icad edilməsi və s. kimi məsələlər səbəb olmuşdur ki, Iran və Rusiyanın mütəxəssisləri bu təhlükəsizlik variantının Qafqaz məntəqəsi daxilində icra olunmasına təkid etsinlər. Iran və Rusiya keçmiş illər boyunda Qafqaz məntəqəsində yaxından həmkarlıq etmişlər. Bu illər ərzində müxtəlif amillər, o cümlədən Türkiyənin qərb siyasətlərinin Qafqaz regionunda icra olunması üçün bir alətə çevrilməsi kimi amillər səbəb olmuşdur ki, bu məntəqə daxilində olan bu variantda Türkiyə üçün heç bir məqam nəzərə alınmasın.

Bu variant öz növbəsində Türkiyə və Qərb dövlətlərinin Qafqaz məntəqəsində Iranla Rusiyanın kənara qoyulması ilə əlaqədar təhlükəsizlik variantının icra olunması qarşısında bir növ cavab və fəaliyyətdir. Həqiqətdə Amerikanın Qafqaz ölkələrində və Mərkəzi Asiyadakı nüfuzunun gücləndirilməsi Moskva və Tehran məqamlarının ciddi nigaranıçılığına səbəb olmuşdur. Bu həm də Amerika, Rusiya və Iranın zəngin neft-qaz yataqları və hidrokarbonik maddələrə malik olan Xəzər hövzəsindən xaric etməklə əlaqədar göstərdiyi səylər müqabilində bir növ cavabdır.

Iranda və Rusiyada bəzi mənbələrin Qafqazın təhlükəsizliyinin təmin olunmasında bütün ölkələrin iştirakına dair maraqları, o cümlədən Türkiyənin bu barədə iştirak etməsi səbəb olmuşdur ki, bu proqram çox və labüd şəkildəə Iran məqamları tərəfindən bir təhlükəsizlik proqramı ünvanı ilə irəli çəkilsin, lakin şəkk yoxdur ki, əgər Türkiyə Qafqazla sərhəd olan bir ölkə ünvanı ilə qərbin siyasətlərinə uyğun olan siyasətlərini məntəqədə şiddətləndirsə o halda Iran və Rusiya istər-istəməz 3+2 təhlükəsizlik variantının icrasına daha çox rəğbət göstərəcəklər.

Yadların məntəqəyə nüfuz etməsininin qarşısını almaq üçün göstərilən səylər 3+2 təhlükəsizlik variantının müsbət cəhətlərindən biridir. Amma məntəqə ölkələrinin hamısının əhatə etmədiyinə görə mümkündür ki, bu vairantdan yalnız müəyyən vaxtlar daxilində və Türkiyəyə təzyiq göstərmək üçün istifadə edilsin.

3+3 təhlüKəsizliK variantI

Bu variant Cənubi Qafqazın üç Respublikası + Iran, Rusiya və Türkiyə Qafqaz məntəqəsində təhlükəsizliyin bərqərar olunması üçün nəzərdə tutulumuşdur.

Bu təhlükəsizlik variantının müsbət cəhətləri yadların məntəqəyə müdaxiləsni rədd etmək, eləcə də hər üç qüdrətin Qafqaz daxilindəki təhlükəsizliyin tərtibə salınmasına şərik etməkdir. Amma eyni halda, bu üç ölkənin, xüsusilə də Türkiyənin Qafqaz məntəqəsində Iran və Rusiya ilə apardığı rəqabət bu təhlükəsizlik variantının əməli olaraq həyata keçməsi qarşısında ümdə maneə sayılır. Bunu da qeyd edək ki, Türkiyə Israil, Amerika və NATO-nu da özü ilə birlikdə məntəqəyə daxil etməyə çalışır. Halbuki onlar tamamilə münaqişə icad etmək mahiyyətinə malikdirlər. Bununla belə bəzi məntəqə ölkələrinin o cümlədən Iran inanır ki, bu variant – məntəqə ölkələri, Qafqazla əlaqədar cinah yaratmamasına diqqət yetirməklə – Qafqaz məntəqəsində təhlükəsizliyin bərqərar edilməsində təsirli rol ifa edə bilər.

Hər bir halda, şəkk yoxdur ki, bu proqramın müvəffəqiyyət qazanması əsasən, Türkiyə tərəfindən Qafqazda müstəqil siyasətin seçilməsi, Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşdırılması, bu təhlükəsizlik variantı çərçivəsində bərabər və üfiqi rabitələrin bərqərar olunması, eləcə də Türkiyə ilə Rusiyanın rəqabətlərinin aradan getməsinə bağlıdır.

Qeyd etmək lazımdır ki, Iran Avropa Şurası və Amerikanın 3+2 təhlükəsizlik variantında iştirak etməsini qəbahətli sayır və əməldə 3+3 təhlükəsizlik variantını himayə edir. Iran məqamları dəfələrlə bildirmişlər ki, rəsmi Tehran ermənistanın prezidenti Robert Köçəryan və xarici işlər naziri Vartan Oskanyanın məntəqə daxilindəki təhlükəsizlik sisteminin icad edilməsi ilə əlaqədar təkliflərini bəyənmişdir. Lakin Tehranın etiqadı budur ki, bu müqavilədə yalnız Iran, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan kamil surətdə iştirak edə bilərlər.

Iranın nəzərində Amerika Birləşmiş Ştatları və Avropa şurasının Qafqazın təhlükəsizlik sistemində iştirak etməsi xüsusunda adı çəkilən ölkələrin hüquqi statusu vəziyyəti bu variantda ayırd edilməlidir. Yəni ki, onların məntəqənin təhlükəsizlik sistemində nəzarətçi ünvanı iləmi, yoxsa daimi üzvlər ünvanı ilə gəlmləri tə`yin edilməlidir.

Siyasi mütəxəssislərin inancına görə 3+3 təhlükəsizlik variantı nə o qədər geniş, nə də məhduddur ki, yalnız özlərinin maddi mənafeyini güdən yad oyunçuların məntəqədə ayaq yeri açması ilə məntəqənin təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirsinlər; nə də o qədər natamamdır ki, bəzi sərhəddə yerləşən bə.zi qüdrətlərin kənara qoyulması ilə əməli olaraq məntəqənin gerçəkliklərini nəzərə almayaq. Buna görə də 3+3 təhlükəsizlik variantının səciyyələrindən biri etidala riayət etməkdir. Həmin cəhətə görə Iran 3+3 təhlükəsizlik variantını Qafqazda icra etməyə maraq göstərir. Bəlkə də belə demək olar ki, Iranın digər bir üstünlüyü Qafqazın təhlükəsizlik sistemində 3+2 variantı barəsindədir.

Qeyd olunmalıdır ki, 3+3 təhlükəsizlik variantı digər bir şəkildə də irəli çəkilmişdir ki, Iran tərəfindən qəbul edilmir. Bu variant məntəqədə sair təhlükəsizlik variantlarının əksinə olaraq məntəqə xaricindəki olan oyunçuların, yəni Avropa və Amerika dövlətlərinin iştirak etməsi təklif olunur. Bu variant Ermənistanın xarici dillər institutunun rektoru professor Suren Zulyan 2000-ci il sentyabrın 27-də Irəvanda təşkil olunmuş “məntəqə daxili və məntəqə xaricində olan münaqişələrin həlli üçün həmkarlıq ümidləri” adlı seminarda irəli sürmüşdür.

Onun dediyinə əsasən bu təhlükəsizlik variantının aparıcıları Cənubi Qafqazın üç ölkəsindən əlavə Rusiya, Amerika və Avropa şurası olmalıdır. Zulyan inanır ki, Qafqaz məntəqəsinin təhlükəsizliyini əməldə yalnız bu formul möhkəmlədə bilər.

Zulyan əvvəlcə mərkəzi Qafqaz ölkələri ilə Qafqazın muxtar respublikaları arasında mövcud olan çətinliklərin həll olunmasını tə.kid edir və belə təklif irəli sürür ki, Amerika, Avropa şurası və Rusiya bu barədə əsaslı fəaliyyətləri və rolu öhdəsinə alsınlar.

Qeyd etmək lazımdır ki, bu təhlükəsizlik variantı Türkiyə, xüsusilə Iranın kənara qoyulması, eləcə də Rusiyanın tərəfindən Amerika və Avropa şurasının iştirakına maraq göstərilmədiyinə görə indiyə qədər diqqət mərkəzində olmamış və əsas etibarı ilə bir teoriya və siyasi proqram kimi cilvələnmişdir.

Bunu da qeyd etmək olar ki, Avropa həmkarlıq və təhlükəsizlik şurasının Minski qrupu – on bir üzvə malikdir və onun üç rəisi Fransa, Amerika və Rusiyadan ibarətdir – bir növ 3+3 variantı ilə uyğun olan Zulyanın təklifi kimi qəbul etmək olar. Amma Minski qrupunun Qarabağ münaqişəsinin həlli yolunda iki illik fəaliyyətlərini göstəridiyi kimi bu variant üzvlərinin mənaefyinin təzadlı olmasına, məntəqə ölkələrinin kənara qoyulmasına görə yalnız məntəqə daxili probremləri daha da mürəkkəbləşdirir.

4+2 təhlüKəsizliK variantI

Daxili variantlar arasında Rusiyanın mənafeyini kamil surətdə təzmin etməyi öz ardınca çəkən təhlükəsizlik variantlarından biri də 4+2 iki variantıdır. Bu variant Şimali Osetiyanın rəhbəri Aleksandr Zasoxov tərəfindən verilmişdir.

əməldə Moskvanın mövqeyini əks etdirən bu variant digər bir quruluşu və həqiqətdə digər variantlarla müqayisədə yeni bir siyasi xətt təklif edir.

Şimali Osetiyanın prezidentinin inancına görə Qafqazın ümumi təhlükəsizliyi 4+2 prinsipi əsasında bərqərar olunmalıdır. Bu formula əsasən birinci qrup Qafqazın ümumi təhlükəsizlik sistemi dörd dövlətdən: Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycandan, ikinci qrup da bu məntəqə ilə sərhəd olan Türkiyə Irandan təşkil olunmalıdır.

4+2 variantı bir cəhətdən 1+3 variantına yaxındır. Çünki Rusiya istilaçılıq rolu ifa edir və digər tərəfdən də 3+3 variantına da yaxındır, çünki hər altı aparıcı müəyyən mə`nada bu variantı əhatə edir. Siyasi mütəxəssislərin inanıcına görə bu variantda Rusiya Qafqaza, kommunist dövranından yadigar qalan nəzərlərlə baxır. Lakin bir növ 3+1 variantının normal hala salınmasından ibarətdir. Çünki 3+1 variantında, hətta Iran və Türkiyə dövlətləri də məntəqədə aparıcı bir dövlət ünvanı ilə qəbul olunmamışdılar, amma bu variantda Türkiyə və Iran Cənubi Qafqazda bir mənfəət sahibi ünvanı ilə qəbul olunmuşlar. Rusiya bu ölkələrlə müqayisədə daha üstün mövqeyə malikdir.

Həmin məsələ də 4+2 təhlükəsizlik variantının ən mühüm iradlarından biridir. Çünki bu variantda aparıcı qüvvələrin bölgüsü göstərir ki, Rusiya Qafqazın təhlükəsizlik məsələlərinə şaquli istiqamətdə və istilaçılıq nəzərləri ilə baxır. Halbuki, keçən on illik təcrübələrin göstərdiyi kimi, Qafqaz məntəqəsində təhlükəsizliyin bərqərar olunması bu regionun təhlükəsizlik məsələlərində mənfəət sahibi və eyni səviyyədə olan bütün aparıcıların qarşılıqlı həmkarlığına bağlıdır.

Həqiqətdə bu variantda Rusiya səy edir ki, Qafqaz məntəqəsinin təhlükəsizlik məsələlərinə üstünlük nəzərləri ilə yanaşsın. Şübhəsiz, bu məsələ məntəqənin müstəqil aparıcıları tərəfindən qəbul oluna bilməz. Bu variant Rusiyanın Qafqazla əlaqədar külli nəzərləri ilə üst-üstə düşür: Belə ki, Rusiya bu məntəqəni, Rusiya Federasiyasının parçalanmaması üçün həyati əhəmiyyət kəsb edən geostrateci bir məntəqə hesab edir və inanır ki, Rusiya Qafqaz məntəqəsi ölkələrindən həmişə bir addım qabaqda olmalıdır.

Bu variant da müəyyən mə`nada özünü Rusiyanın Qafqazda əməli və icraçı siyasətində göstərir. əlbəttə, Şimali Osetiya rəhbəri istisna olmaqla, Rusiya məqamları Iran və Türkiyəni təhrik etməmək üçün bu təhlükəsizlik variantından söz açmamışlar.

Qeyd etmək lazımdır ki, məntəqənin təhlükəsizlik tərtiblərində yad ölkələrin müdaxiləsini rədd etmək, həmçinin Qafqazla sərhəd olan qüdrətlərin hamısının bu məntəqədəki təhlükəsizlik proqramlarında şərik etməyin lüzumuna işarə edilməsi bu təhlükəsizlik senariyosunun üstün cəhətlərindən biri sayılır.

Hər halda, sair variantların malik olduğu eyb və nöqsanlar, o cümlədən, aparıcıların mənafeyinin tanıtdırılmaması, aparıcılar arasında şaquli istiqamətdə olan əlaqələrin bərqərar edilməsi proqnozları, Türkiyə-Ermənistan arasındakı ixtilaflar və s. kimi eyblər bu variantda da vardır və belə nəzərə çarpır ki, hazırkı şəraitdə Rusiyadan başqa, sair ölkələri maraqlandırmır.

Iranın təklif etdiyi təhlükəsizlik nümunəsi 3+3 variantı adı ilə məlumdur ki, məntəqədəki real gerçəkliklər və Cənubi Qafqaz məntəqəsindəki üç ölkənin – Ermənistan, Azərbaycan və Gürcüstanın məntəqədəki üç böyük ölkə, yəni Iran, Türkiyə və Rusiya ilə həmkarlıq əsasına proqramlaşdırılır. Iran məntəqə ölkələrinin davamlı bir təhlükəsizlik icad edilməsi əsasında olan həmkarlıqlarına arxalanır və yad qüvvələrin məntəqəyə gəlişi ilə müxalifdir. Iran mövcud bu ixtilafın məntəqə ölkələrinin yaxından və hərtərəfli həmkarlığı ilə həll edilməsini dəstəkləyir.

Keçən illər və aylar ərzində Iran məqamlarının Azərbaycana və Ermənistana səfərləri Iranın öz qonşuları ilə, o cümlədən Cənubi Qafqaz regionundakı ölkələrlə möhkəm və qarşılıqlı anlaşma əsasında olan əlaqələr yaratmağa səy etməsini göstərir.

Iran Islam Respublikasının rəhbəri Ayətullah Xameneinin 1372-ci ildə Təbriz şəhərindəki sözləri:

“Ermənistan dövləti və Qarabağ erməniləri məntəqədə zülm edirlər. Biz Qarabağ ermənilərinin Ermənistan dövlətinin himayəsi ilə törətdikləri cinayətləri məhkum edirik!”

Iran istiqlaliyyət, hakimiyyət və ərazi bütövlüyü, Ermənistanla Azərbaycanın ixtilaflarının sülh yolu ilə həll edilməsinə işarə etmiş, hüsnniyyətlə rəftar edib, müdaxilə etməmək prinsipini və mehriban qonşuluq əlaqələrinin qorunub saxlanmasının zəruriliyinə təkid edir. Çünki Iran Islam Respublikası Azərbaycanla Ermənistan arasındakı ixtilafların həll olunması üçün məntəqə və beynəlxalq səviyyədə görülən tədbirləri himayə etməklə yanaşı, oraya təcavüz etməyi şddətlə məhkum etmişdir və bu baxımdan hərbi cinayət və təcavüzlərin dayandırılmasına, beynəlxalq təşkilatların Azərbaycana edilən təcavüzlərə diqqət yetirmələrinə və təcavüzlə qarşılaşmaq üçün qonşu ölkələrin əksəriyyətinin mənafeyinə təkid etmişdir.

Iran prezidenti Seyyid Məhəmməd Xatəmi də Bakıya səfərində belə bəyan etmişdir:

“Mən bir daha elan edirəm ki, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və biz Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik.”

Müharibədən əvvəlki sabiq vəziyyətə qayıtmaq, təcavüz qurbanlarına kömək etmək və Qarabağ müsəlmanlarının hüquqlarını (Qırmızı Aypara cəmiyyəti və Imam Xomeyni adına imdad komitəsi yolu ilə kömək etmək, Sabirabad və Imişlidə köçkün məntəqəsi təşkil etməklə) və onları himayə etməklə xəsarətlərin bərpa olunma məsuliyyəti, həmçinin, böhranın səlahiyyətli beynəlxalq təşkilatların vasitəsi ilə həll edilməsinə təkid etmək Iranın Azərbaycan ilə əlaqədar məsələlərə diqqət yetirdiyini göstərir.

Iran Islam Respublikası müharibənin davam etməsinə nəzarət etmək və ədalətli həll yoluna nail olmaq məqsədilə istəyir ki, BMT 822 və 853 nömrəli qətnamələrin icra olunması üçün ciddi və təcili tədbirlər görsün, tam qətiyyətliliklə təcavüzkar qüvvələri atəşkəsə vadar və beynəlxalq səviyyədə tanınan sərhədlərə qaytarmağa məcbur etsin.

Iran Islam Respublikası ciddi şəkildə qərara alıb ki, özünün məntəqə ölkələri ilə olan əlaqələrini genişləndirmək üçün lazım olan tədbirləri görsün. Həmin xüsusda bu respublikaların müstəqillik qazandığı ilk dövrlərdən onlarla dostluq əlaqələrini genişləndirmək istiqamətində və müdaxilə etməmək, ölkələrin ərazi bütövlüyünə, hakimiyyət haqqına ehtiram qoymaq şərti ilə yeknəsəq, ardıcıl və sabit bir siyasəti seçmiş və indiyə qədər onların arasında baş verən ixtilaflar müqabilində onları danışıqlara, müzakirələrə və öz ixtilaflarını sülh yolu ilə həll etməyə təşviq etmişdir.

Hər bir halda, indi Qarabağ sülh müzakirəsinin dayandırıldığına, Minski qrupunun heç bir nailiyyət əldə edə bilmədiyinə və qərb dövlətlərinin Qarabağ münaqişəsi müqabilində dostcasına olmayan mövqe seçmələrinə, dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə mənfi rəy vermələrinə, NATO-nun Qarabağ münaqişəsinə girişməyə rəğbətli olmamasına diqqət yetirməklə Iranın bu münaqişənin həll edilməsi üçün vasitəçilik etməsinə münasib zəmin yaranmışdır.