Tofiq Həsənov

İşğalçı XI Qızıl Orduya qarşı Qarabağ əhalisinin üsyanı

 (may-iyun 1920-ci il)

XI Ordunun 72 minlik hərbi hissələri aprel ayının 26-da Azərbaycan sərhədlərini keçərək, sürətlə Bakıya doğru irəliləməyə başladı. Azərbaycan Milli Ordusunun kiçik dəstələri XI ordunun hücumunun qarşısını ala bilmədi. Hərbi Nazir Səməd bəy Mehmandarov xəstə olduğuna görə onu əvəz edən General Əliağa Şıxlinski Dağıstan sərhədindən Bakı şəhərinə kimi dəmir yol boyu minalanmış körpülərin partladılması əmrini ləğv etdi. Nəticədə XI Qızıl ordunun dəmir yoldan rahatca istifadə edərək sürətlə Bakıya doğru irəliləməsinə lazımi imkan və şərait yaradılmış oldu. 1920-ci il aprel ayının 27-də Azərbaycan Xalq Сümhuriyyəti hakimiyyəti XI ordunun süngülərinə arxalanan bolşeviklər tərəfindən devrildi. Aprel ayının 28-də Müvəqqəti İnqilab Komitəsi respublikanın yeni ali siyasi hakimiyyət orqanı elan edildi. Azərbaycan İnqilab Komitəsi xalqa olan ilk müraciətində elan etdi ki, XI Orduya qarşı silahlı müqavimət göstəriləcəyi təqdirdə terrora əl atacaqdır. Mayın əvvəllərində Yevlax tərəfdən Qarabağa soxulan XI ordunun hərbi hissələrinin qarşısını almaq üçün toplanmış Qarabağın türk-müsəlman əhalisindən olan könüllü dəstələr zirehli avtomaşın və qatarların təzyiqi altında geri çəkilməyə məcbur oldular. May ayının ortalarına kimi XI Ordunun hərbi hissələri Qarabağ bölgəsində tam nəzarətə sahib oldu. Özünü Qarabağ İnqilab Komitəsinin sədri elan etmiş Qarabağ general qubernatoru Xosrov bəy Sultanov hakimiyyətdən kənaraşdırıldı. Bolşeviklər hakimiyyəti ələ keçirdilər. Mayın11-də Qaryagin, mayın 15-də Şuşa inqilab komitəsi təşkil olundu. 1920-ci il may ayının 15-də isə respublikanın ərazisində olan meşələrin, suların və yeraltı sərvətlərin milliləşdirilməsi elan olundu.

1913-1920-ci illər Azərbaycan kəndinin ən çətin və məşəqqətli bir dövrü olmuşdu. Bu illərdə kəndlilərdən külli miqdarda müsadirə edilmiş iş heyvanları çatışmaması, ara vermədən ərzaq məhsullarının toplanması, su arxlarının və kəhrizlərin bərpa olunmaması nəticəsində suyun azalması, əkin sahələrinin kiçilməsi, kənd təsərrüfatı alətlərinin sıradan çıxması və yenilərinin düzəldilməməsi, kənd təsərrüfatında tələb olunan əmək alətlərinə ehtiyac özünü açıq şəkildə göstərməkdə idi. Kəndlilərin çoxu yeri xışla şumlayırdı. Erməni daşnaklarının Azərbaycan xalqına qarşı aparmış olduğu soyqırımı nəticəsində türk-müsəlman əhalisi yaşayan 636 kəndi dağıdılmış, 30 mindən çox kənqli evləri yandırılmışdı.

1913-cü ilə nisbətən 1921-ci ildə mal-qaranın bütünlükdə sayı azalaraq müharibədən əvvəlki səviyyəisinin qırx faizini təşkil edirdi, atların isə üçdə biri yox olmuşdu. Qara malın sayı iki dəfə, davarın sayı üç dəfə azalmışdı. Erməni daşnak quldur dəstələrinin basqınları Qarabağ, Gəncə-Qazax ərazisində yaşayan elatların yaz-yay aylarında dağlara köçməsinə maneçilik etmələri, onları talan etmələri, 1918-1920-ci illərdə dağa köçürülə bilməyən qoyun, keçi və iri buynuzlu heyvan sürüləri Qarabağ-Mil düzündə, Сeyrançöl düzündə susuz isti yay aylarında istiyə düşüb tələf olmuşdu.

Azərbaycanda həyata keçirilən hərbi kommunizm siyasəti nəticəsində kəndlilərin son ərzaq ehtiyatlarının, qoşqu heyvanları və arabalarının XI Ordu əsgərləri tərəfindən qarət olunması Azərbaycan kəndlilərinin hiddətlənməsinə səbəb oldu. XI ordunun gəlişini sükutla qarşılayan Azərbaycan xalqının sakitliyini pozmuş rus əsgərlərinin özbaşınalığı, qarətçiliyi, xüsusilə yerli əhalinin milli mənafeyi ilə hesablaşmaması və on minlərlə günahsız adamın güləllənməsi yerli türk-müsəlman əhalini daha da qəzəbləndirirdi. 1920-ci il aprel çevrilişdən sonra Azərbaycanın türk-müsəlman əhalisini vəhşicəsinə qıran, güllələyən XI ordunun Pankratovun başçılığı altında olan-Xüsusi şöbəsi, Azərbaycan Fövqəladə Komissiyası və İnqilab Komitələrinin üzvüləri yerli əhalinin milli ləyaqətlərini tapdalayaraq onların şəxsi hissələrinə toxunurdular.

 XI ordunun xüsusi şöbəsinin Azərbaycanda fəaliyyəti ilə əlaqədar olaraq, M.Ə.Rəsulzadə yazırdı: «Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi». XI ordunun siyasi şöbəsinin rəisi olmuş Pankratovun başçılığı altında olan Xüsusi şöbədə çoxlu miqdarda erməni millətindən olan daşnak fikirli Azərbaycanın türk-müsəlman əhalisinə qarşı düşmən əməllərini həyata keçirən şəxslər fəaliyyət göstərirdilər. A.Mikoyan Bakıda erməni millətindən olan yüksək vəzifəli, Azərbaycan xalqının düşmənlərinin mənəvi dayağına çevrilmişdi.

Bolşeviklərin Azərbaycan Milli Ordusuna qarşı olan etimadsızlığı getdikcə güclənməsi qısa bir zamanda onun tamamilə ləğv olunması haqqında qəti bir qərarın verilməsinə səbəb oldu. Azərbaycan Milli Ordusunun əsas hissəsi - Сavanşir, Ağdam, Tatar, Şəki suvari alayları, Bakı piyada alayı və iki topçu dvizionu Qarabağ bölgəsində yerləşirdi. Erməni qiyamlarına və təcavüzünə qarşı yerləşdirilmiş bu qüvvə qəzalarda XI ordunun və bolşeviklərin yeni hakimiyyətinin yerli türk-müsəlman əhalisinə qarşı etdikləri özbaşınalığa biganə qalmır və onların qarşısını almağa çalışırdı. Bu, Milli Ordu ilə XI ordu bölmələri arasında münaqişələrə gətirib çıxarırdı. Hərbi bölmələrin tərkibində altı min nəfərə qədər əsgər var idti. Əslində bu hərbi hissələr Qarabağa tam nəzarət etməklə bolşevik hakimiyyətinin nüfuzunu heçə endirmişdilər. Buna görə XI ordunun hərbi komandanlığı XI ordunun Qarabağda olan hərbi hissələri qarşısında Azərbaycan Milli Ordusu bölmələrinin tərksilah etmək vəzifəsini qoymuşdu.

Azərbaycan ərazisində XI Ordunun hərbi hissələrinə qarşı ilk üsyan Qarabağın Tərtər bölgəsində başladı. 1920-ci ilin may ayının 21-də Tərtərdə olan XI ordunun 32-ci piyada dviziyasının 282 alayı yerini XI Ordunun digər hissələrinə verərkən Azərbaycan Milli ordusunun III Şəki süvari alayına məxsus atları aparmaq istəmişlər. Azərbaycan Milli Ordusunun əsgərləri müqavimət göstərmişlər. XI ordunun döyüşçüləri top atəşindən istifadə edərək atları aparmağa çalışmışlar. Şəki III süvari alayı məcbur olub XI ordunun 32-ci piyada dviziyasının 282-ci alayının əsgərlərini qırmışdılar.

XI Ordu komandanlığı Şəki alayının məhv olunması barəsində əmr verdi. Şəki alayının əsgərləri Bərdədən Yevlaxa gedərkən yolda Gəncə üsyanının başlanmasını eşitdirdər. Alayın komandiri Ehsan xan Naxçıvanski bir neçə hərbiçi ilə Yevlaxa gedib məlumat öyrənmək istərpkən tutulub XI Ordu qərargahına gətirilib oradaca güllələnmişdi. Qalan əsgərlər Ordunun onları təqib etdiyini görüb dağılışırlar. Lakin 32 nəfər – 4 zabit və 28 əsgər son nəfəslərinədək düşmənlə vuruşacaqlarını bildirirlər. Onlar döyüşərkən Bərdəyə doğru çəkilib böyük sayda partizan dəstələri ilə birləşirlər.

1920-ci il may ayının ortalarında Gəncədə XI ordu ilə şəhər əhali arasıfnda toqquşma gözlənilirdi. Gəncə qubernatoru Xudadat bəy Rəfibəylinin tutulub Bakıya gətirilərək ermnilər tərəfindən istintaq edilib may ayının 20-də (Nargin) Böyük Zirə adasında güllələnməsi vəziyyəti daha da gərginləşdirdi. May ayının 25-də axşam saat 3-də bir top atəşinin açılması ilə işğalçı XI orduya və onların əlaltısı olan bolşevik üsul-idarəsinə qarşı üsyan başlandı. Gəncədə olan Azərbaycan milli ordusunun bölmələrinin sayı 1800 nəfər idi. Gəncə qarnizonu mayın 25-dən 26-na keçən gecə üsyan edən milli qüvvələrə kömək etmək üçün silaha əl ataraq şəhəri ələ keçirdilər.

Üsyançıların başında general Şıxlinski, polkovnik Xanınbəyov, Xoyski qardaşları, Qəmbər Ələkbərov və şahzadə Məhəmməd Mirzə Qacar dururdular. 500 nəfər hərbiçi XI ordunun 2300 nəfər əsgəri olan hərbi hissələrini tərkisilah etdi. Yerli əhalinin milli ordu hissələrinə qoşulması nəticəsində üsyançıların sayı 10 min nəfəri ötmüşdü. Mayın 26-da günortaya kimi şəhərin çox hissəsinə nəzarəti ələ keçirtdilər. Bölgədə olan ermənilər XI Ordu tərəfində döyüşürdülər. Mayın 27-də hücuma keçən XI Ordu hissələri böyük itki verərək geri çəkildilər.Mayın 28-də yeni qüvvələr hesabına güclənən XI ordunun üç diviziyası Gəncəni amansız top atəşinə tutdu. İkinci korpusun yeni canlı qüvvələrlə gücləndirərək zirehli qatarlardan və avtomaşılardan, ağır səhra toplarından istifadə edərək may ayının 31-də Gəncə üsyançıları üzərinə hücuma keçdilər. Xalq hərəkatı qan dəryasında boğulurdu. Mayın 31-də axşam Gəncəni ələ keçirən XI Ordudan 8500, Azərbaycan milli Ordusundan və mülki əhalidən 8000-13000-ə qədər adam həlak oldu.

Qüvvələr nisbətinin qeyri-bərabərliyi üsyanın taleyini XI Ordunun xeyrinə həll etdi. Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordu tərəfindən yerli türk-müsəlman əhalisinə və Azərbaycan Milli Ordusunun əsgər və zabitlərinə divan tutuldu. Zabitlərin əksəriyyəti, əsgərlərin hər beş-on nəfərdən biri güllələndi. O cümlədən general-mayor Məhəmməd Mirzə Qacar, general-mayor Gavad bəy Şıxlinski, polkovnik Сahangir bəy Kazımbəyov qətlə yetirildilər. Azərbaycan ziyalılarından görkəmli maarif xadimi Firudin bəy Köçərli və minlərlə ziyalı XI ordunun xüsusi şöbəsi tərəfindən güllələnmişdilər.

Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərində XI Ordu və onlara kömək edən erməni-daşnak dəstələrinin vəhşiliklərinə cavab olaraq, Qarabağın igid türk-müsəlman əhalisi iyun ayının 5-də Şuşa, Ağdam, Bərdə, Tərtər bölgələrində silahlı üsyana qalxaraq, XI Ordunun 28-ci atıcı diviziyasının alaylarını tərkisilah etdilər. Qarabağ və Zəngəzurda dayanan 28-ci atıcı diviziya yerli türk-müsəlman əhalisinin təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. 28-ci diviziyanın rus zabit və əsgərləri erməni daşnak quldur dəstələrinə göz yumur, onların quldur hərəkətlərinin qarşısını almırdılar.

Qarabağda işğalçı XI Qızıl orduya və bolşevik üsul-idarəsinə qarşı başlanmış üsyana Azərbaycan piyada polku və yerli bəylərin silahlı dəstələri iştirak edirdi. Üsyana bir qrup türk zabiti və əsgərləri ilə köməyə gəlmiş türk generalı Nuru paşa rəhbərlik edirdi. Nuru paşanın çağırışı ilə Dağıstanın könüllü dəstələri də Qarabağ üsyançılarına kömək edirdilər. XI Qızıl ordunun II süvari korpusu və 32-ci atıcı dviziyasının hissələri iyun ayının 10-da Qarabağ üsyançıları üzərinə hücuma keçdilər. XI ordunun güclü suvari hissələri, zirehli maşınların, səhra toplarının və hərbi təyyarələrin köməyi ilə Azərbaycan milli ordusunun mövqelərini və Qarabağın könüllü üsyançı dəstələri üzərinə hücuma keçdilər. Bərdə və Tərtər istiqamətində hücuma keçən XI ordunun hərbi hissələri Qarabağ üsyançılarının və Azərbaycan milli ordu əsgərlərinin müqavimətini ağır səhra topları və zirehli avtomaşınların və hərbi təyyarələri köməyi ilə çətinliklə dağıdaraq Bərdəni və Tərtəri ələ keçirdilər. Müqavimətə başçılıq edən Nuru paşa və polkovnik Zeynalov müdafiəni mütəşəkkil qaydada qururdular. XI Qızıl ordunun əsgərləri geri çəkilməyə məğbur olan yerli əhaliyə amansız divan tutur, yol kənarında yerləşən bəylik kəndlərini yandırırdılar.

XI Qızıl ordunun əsgərlərin Qarabağın Bərdə bölgəsində yerləşən Köçərli, Şahvəllər, İmirli, Tərtərin Sarıcalı, Qaraqoyunlu, Ağdam bölgəsinin Sarıcalı-Quzanlı kəndi ətrafında yerləşmiş Soflu, Aslanbəyli, Salahbəyli, Hüseynbəyli Sarıcalısı adlanan kəndlərini, Bərdə, Ağdam yoluna yaxın olan Qarvənd, Nəmirli kədlərində olan abad bəy evlərini qarət edib yandırmışlar. Qarabağda üsyan etmiş türk- müsəlman əhalisinin və Nuru paşa başda olmaqla Azərbaycan Milli ordusunun inadlı müqavimətinə baxmayaraq, XI ordunun hərbi qüvvələri iyunun 11-də Ağdamı, iyunun 14-də Xankəndi və Şuşanı ələ keçirdilər. Əvvəl Karyakin və Сəbrayıl istiqamətində geri çəkilən Azərbaycan Milli ordusu və Qarabağ üsyançıların bir hissəsi doğma vətənlərini tərk etməyə məcbur oldular. XI ordunun xüsusi şöbəsi, Azərbaycan Fövqəladə Komissiyası və İnqilab Komitələri Azərbaycanın türk-müsəlman əhalisinə qarşı terrora keçərək Azərbaycan Milli ordusunun 12 generalını, 27 polkovnik və podpolkovniki, 46 kapitan və ştabs-kapitanı, poruçik və podporuçik, 146 praporşik, 266 nəfər başqa hərbi işçiləri güllələmişlər. 1920-ci il aprel ayının 28-dən 1921-ci ilin avqustuna kimi Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdur.

Qarabağ Gəncə üsyançıların məğlub olmasına baxmayaraq, onlarla həmrəylik və XI ordunun hərbi hissələrinə nifrət əlaməti olaraq, Zaqatala, Quba və Lənkəran bölgələrinin əhalisi üsyana qalxdılar. Azərbaycan xalqının hiddətlənməsindən və bununla bərabər Bakı neftinin yenidən itirəcəyindən qorxan Rusiya Сənubi Qafqazdakı hərbi siyasi vəziyyətinin kəskinləşməsini nəzərə alaraq, V.İ.Leninin başçılığı ilə RSFSR hökümətinin gənc Azərbaycan SSRİ-nin qorumaq bəhanəsi ilə 1920-ci iln noyabr ayında qurudan və dənizdən Bakı şəhərinin ətrafını möhkəmləndirmək üçün buraya ağır toplar gətirmək haqqında göstəriş verdi. Bu göstərişə uyğun olaraq, Azərbaycanın iri şəhərlərində və qəza mərkəzlərində böyük həcmdə hərbi əsgəri qüvvələr saxlamaq üçün RK (b) P MK siyasi bürosu 1920-ci il noyabr ayının 27-də Qafqazdakı vəziyyəti müzakirə edərək Azərbaycana XI ordudan əlavə olaraq 7 diviziya göndərmək qərara aldı. Tarixi faktlardan aydın olur ki, 1920-ci il aprel ayının 26-dan Azərbaycan Xalq Сümhuriyyətini işğal etməyə başlayan XI Qızıl Ordu respublikda çevriliş edərək qanuni hakimiyyəti hərbi yolla devrilmişdi.

Azərbaycanda siyasi durum ciddi böhran içində idi. Xüsusi ilə kənd əhalisi içərisində qaçaq hərakatı geniş vusət almaqda idi. Əhali içərisəsində bolşeviklərin mövqeyi möhkəm deyildi. Özlərinin siyasi vəziyyətindən qorxan Bolşevik hakimiyyəti dinc əhalini özlərinə tabe etmək üçün kütləvi terrordan istifadə edirdilər.

Şura hökümətinin amansız siyasətinə baxmayaraq, 1920-1930-cu illərdə Azərbaycanın türk-müsəlman əhalisi işğalçı bolşevik siyasətinə qarşı öz etirazlarını bildirmiş və mübarizəni davam etdimişdi. Azərbaycanın Gəncə-Qarabağ, Zaqatala-Şəki, Quba-Сəbrayıl, Lənkəran bölgələrində müqavimət dəstələri şura hökümətinə qarşı fəaliyyət göstərmişdi.