Ədalət Mustafayev

 rusıya və qərb dövlətlərının “dağlıq qarabağ problemı”nə

yanaşma tərzı

Azərbaycanın Qarabağ bölgəsində münaqişə ocağının yaradılmasını bir neçə istiqamətdən izah etmək olar. Əvvəla qeyd edək ki, Azərbaycana qarşı olan təcavüz, əzəli Azərbaycan yurdu olan İrəvanda din amilindən istifadə edən beynəlxalq dövlətlər tərəfindən erməni dövlətinin yaradılması, Zəngəzur və digər ərazilərin işğalı və bizim bütün bunlarla barışmağımız bu günkü problemlərin yaranmasına səbəb olmuşdur. Ardıcıl olaraq məğlubiyyətə doğru getməyimizin səbəblərindən biri kimi unutqanlığımız, problemin əsas kökünü açmamağımız, kənar qüvvələrə inamımız, ermənilərə qarşı kəskin nifrət oyada bilməməyimizdən irəli gəlir. Qeyd etmək yerinə düşər ki, müsəlmanlara, əsasən də türklərə qarşı nifrət hər bir erməninin qəlbində mövcuddur. Dünyanın harasında yaşamasından asılı olmayaraq, tutduğu mövqeyə bax­mayaraq, hər bir azərbaycanlı itirilən bütün torpaqların qaytarılması üçün çalışmalı, erməni millətinə qarşı nifrəti nəsildən-nəsilə ötürməlidir. Azərbaycana dost və yaxın olan Orta Asiya dövlətləri də daxil olmaqla, bütün ölkələrdə iş aparılmalı, erməni­lərə qarşı ciddi müqavimət yaradılmalıdır. Azərbaycanlı adını daşıyan hər bir şəxs bütövlüyümüz və dövlətçiliyimiz üçün hər nə bacarırsa köməyini əsirgəməməlidir.

Beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə nəzər salaq.

Ermənilərin tarixi Azərbaycan torpaqları olan İrəvanda, Qarabağda yerləşdirilməsi, erməniləşdirmə siyasəti böyük dövlətlərin marağında olmuş və onların köməyi nəticəsində baş tutmuşdursa, həmin dövlətlər tərəfindən rəhbərlik edilən bugünkü beynəlxalq təşkilatlardan nə gözləmək olar?

Beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi ilə bağlı hansı dövrdən fəallaşmağa başladılar və daha sonra nələr baş verdi? Əvvəla qeyd edərdim ki, beynəlxalq təşkilatların Qarabağla bağlı tutduğu mövqe birtərəflidir. 1992-ci ilin əvvəlindən Qarabağ münaqişəsi beynəlxalq əhəmiyyətli məsələyə çevrilib. Bəzi dövlətlər bu məsələni həll etmək üçün məsləhətləşmə aparır, vasitəçi rolunda çıxış etməyə cəhd göstərirdilər. Bu münaqişənin həll edilməsində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı daha fəal iştirak edir. 1992-ci ilin fevral ayının 27-28-də ATƏT-in Praqada keçirilən 7-ci iclasında münaqişə bölgəsindəki missiyanı açıqlayan məruzə dinlənilir və sonrakı iclaslarda münaqişə bölgəsində baş verən prosesləri dinc vasitələrlə aradan qaldırmağı təklif edirdilər. 1992-ci ilin mayın 7-də ATƏT-in Dağlıq Qarabağa dair Minsk konfransının sədri M. Rafayelli başda olmaqla nümayəndə heyəti Azərbaycana gəldi. Azərbaycanda səfərdə olan nümayəndə heyətinin təklifi belə oldu ki, regionda sülhün bərqərar olması üçün “uzunmüddətli atəşkəs” elan edilməli və konfransın çağırılması üçün şərtlər müəyyənləşdirilməlidir.

ATƏT-in üzvü olan aparıcı 9 ölkə numayəndələrinin iyunun 3-4-də Romadakı görüşündə münaqişənin həllinə dair yeni sənəd imzalandı. Eyni zamanda qəbul edilən sənədlərin yerinə yetiril­məsində böyük dövlətlər maraqlı deyildilər. Qarabağda separatizmin güclənməsi, qondarma “respublika” elan olunması və kənar dövlətlərdə “tanınması” həmin dövlətlərin köməyi nəticəsində baş verirdi. Dağlıq Qarabağda terror qruplarının yetişdirilməsi, narkotiklərin alışı və satışına göz yuman dövlətlərdən münaqişənin ədalətli həllini gözləmək sadəlövhlük olardı.

1994-cü il mayın 16-da Moskvada Rusiya, Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin görüşündə atəşin tamamilə dayandırılması müzakirə edilir. Rusiya prezidentinin xüsusi nümayəndəsi V. Kazimirovun xüsusi canfəşanlığı da ermənilərin xeyrinə olan manevrlərdən biri idi.

1995-ci il fevralın 6-dan 11-dək Moskvada Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ nümayəndələri arasında danışıqlar başladı. Danışıqlarda Dağlıq Qarabağ ermənilərinin tərəf kimi tanınması üçün Azərbaycana böyük təzyiqlər göstərildi. Ermənistan tərəfi istəyirdi ki, danışıqlarda yalnız Dağlıq Qarabağın erməni icması, Azərbaycan və Ermənistan iştirak etsin. Bu danışıqlarda Azərbaycana təzyiqlərdən biri kimi “Laçın dəhlizi”nin ermənilərin əlində saxlanması təklif edilirdi. Təbii ki, Azərbaycan tərəfi bu təklifə razılaşa bilməzdi. Sülh danışıqlarının ilkin mərhələsində Laçın və Şuşadan Ermənistan ordu birləşmələrinin çıxarılmasını təklif edən Azərbaycan tərəfi Qarabağın status məsələsi və Laçın dəhlizinin müvəqqəti olaraq beynəlxalq qüvvələrin nəzarətində saxlanması ilə razılaşdı. Danışıqlar uğursuzluqla nəticələndi.

Qeyd etmək lazımdır ki, istər Rusiya, istər qərb dövlətləri bu problemi ATƏT-in Minsk Qrupu çərçivəsində həll etməyə cəhd göstərsələr də, bu görüntü xarakteri daşıyırdı. Böyük dövlətlər beynəlxalq qanunlara uyğun məsələnin həllinin tərəfdarı olduğunu bildirsələr də, əslində onların öz maraqları var idi. Hər bir uğursuz danışığın sonunda Ermənistanın hərbi cəhətdən güclənməsi üçün bütün lazımi köməkliklərin göstərilməsi və sərbəst danışıqlar aparmağa icazə verilməməsi bir daha bu dövlətdən əlində oyuncaq kimi istifadə edən Rusiya və digər qərb dövlətlərinin beynəlxalq qanunlar adı altında yürütdüyü siyasətin əsl mahiyyəti görünür.

Moskvada Rusiya ilə Ermənistan arasında 25 illik müqavilənin bağlanması, Rusiya qoşunlarının Ermənistandakı fəaliyyətinə hüquqi qiymət verilməsinin nəyə xidmət etdiyi məsələnin mahiyyətini açmağa imkan verir. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan V. Kazimirov və A. Bürnerin, sonrakı dövrdə isə H. Talvitye və R. Niberq münaqişə bölgələrində dəfələrlə olsalar da, problemin həlli istiqamətində heç bir irəlləyiş olmamışdır.

Dağlıq Qarabağ münaqişəsinin həllində tam səlahiyyətli dövlət Azərbaycan olduğu halda maraqlı qüvvələr münaqişəni beynəlxalq dövlətlərin müzakirəsinə çıxartmağa nail oldular. Böyük dövlətlər isə bu münaqişənin həllini ləngidir və öz siyasi maraqları üçün manevr edirlər. Qarabağ probleminin həllini müzakirə edən hər bir təşkilatın müəyyən bir təklif planı və öz fikirləri vardır. Azərbaycan tərəfi beynəlxalq təşkilatlardan təcavüzkarı tanımağı tələb etməklə, sülh danışıqlarında fəallığını artırır, eyni zamanda işğalçını yerində oturtmaq üçün zor tətbiq etməkdən çəkinməyəcəyini bildirir. Qarabağ problemi ilə daha yaxından tanış olan dövlətlərdən biri Rusiyadır. Bu problemlə maraqlanan bəzilərinin, məsələn, Böyük Britaniya jurnalisti Tomas De Ballın fikrinə görə, münaqişənin həlli iki xalqın - erməni və Azərbaycan xalqlarının əlindədir. Üç il əvvəl Tomas De Ball erməni-Azərbaycan problemləri ilə bağlı “Blask Carden”, “Qarabağ” kitabını nəşr etdirdi. Kitab rus dilinə tərcümə olun­muş­dur. De Ball göstərir ki, bu kitabın buraxılmasında Azərbaycan politoloqlarının böyük köməyi olmuşdur. De Ball 1988-ci ildən, Sumqayıt hadisələrindən başlamış, azərbaycanlıların Ermənis­tan­dan qovulmasınadək bütün məsələlərə toxunmuşdur.

Qarabağ konfliktinin yüksələn xətlə getməsi və genişlən­məsin­də britaniyalı jurnalist o vaxtkı ittifaq rəhbərliyini günah­lan­dırır və geyd edir ki, məsələnin həll olunmaz dərəcəyə çatdırılması da yenə bu maraqların nəticəsidir. Bu konfliktlə maraqlananlar bilməmiş deyillər ki, konfliktin həlli əsasən Rusiyadan və Azərbaycanın qəti addımından asılıdır.

Azərbaycan və Ermənistan hələ keçən illərdə cəmi bir dəfə problemin həllinə yaxınlaşmağa nail oldularsa da, onda da Ermənistan parlamentində terror aktlarının baş verməsi göstərdi ki, bu dövlət terrorçu qrupların əlindədir. Bu terror təşkilatlarını dəstəkləyən kənar qüvvələr zəif deyildir. Beynəlxalq təşkilatların yürütdüyü siyasətin davamı olaraq 2006-cı il 10-11 fevralda Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Rambuye qəsrində keçirilmiş görüşləri bir daha Ermənistanın oyuncaq dövlət olduğunu sübuta yetirdi.