Qasım Hacıyev

Erməni iddialarının əsassızlığına dair

Azərbaycanın dövlətçilik tarixi kimi onun qədim bölgələrindən biri olan Qarabağın da tarixi qədim və zəngindir.

Antik dövrdə Qarabağ Albaniyanın tərkibində ən böyük vilayətlərdən biri idi. Mənbələrdə Qafqaz Albaniyası ilk dəfə b.e.ə. IV əsr hadisələri ilə əlaqədar xatırlanır (Арриан Флавий. Поход Александра, М.-Л., 1962, III, 8, 4). Qafqaz Albaniyası dövləti b.e.ə. IV-III əsrlərin qovşağında meydana çıxmışdır. B.e. I əsrində Albaniyanı türk soylu Arşagilər (Arsklılar) soyu idarə etmişdir. Qaynaq məlumatlarına görə Albaniyanın cənub sərhəddi bu dövrdə Araz çayı boyu keçmişdir (Moisey Kalankatuklu, Albaniya tarixi, Bakı, 1993, k.1, f.4; Мовсес Хоренски. История Армении. М., 1893s, с.II, 8), başqa sözlə bütünlüklə Kür və Araz çayları arası alban çarlığının tərkibinə daxil olmuşdur. Qarabağın tarixi torpaqları: Girdman, Sakasena, Uti, Arsak, Paytakaran, Sisakan idi (Azərbaycan tarixi. Bakı, 1988, c.II, s.15-21).

Erməni müəllifi Moisey Xorenli məlumat verir ki, «…irsi olaraq bütün Alban düzənliyi onun dağlıq hissəsi ilə birlikdə, Araks (Araz - müəllif) çayından başlayaraq Hunarakert adlanan qalayadək (Ağstafa zonası- müəllif) girdmanlar, savdeylər və Qarqar knyazlığının ərazisi idi» (Moisey Xorenski, göstərilən əsəri, II, 8). Bu məlumatı alban tarixçisi M.Kalankatlı da təsdiq edir (M.Kalankaytuklu. Göstərilən əsəri, f. I, 4). Aydındır ki, «…parfiyalı Valarşak (yəqin ki, I Vologez (51/52-79/80) cəsur Aranı ölkənin hakimi təyin etmişdi (b.s. Albaniyaya deyilərkən söhbət e.ə. I əsr hadisələrindən gedir. Maraqlıdır ki, albanların «daim yalançılıq edən adamlar» olması məlumatını da Moisey Xorenli vermişdir (III, 3). Eyni zamanda «Biz (yəni haylar) kiçik, azsaylı, zəif və çox hallarda özgələrin hakimiyyəti altında yaşayan xalqıq» etirafı da erməni tarixinin atası Moisey Xorenliyə məxsusdur (İstorii armeniə Moisey Xorenskoqo, M., 1893, s.4).

Utilər, sovdeylər və qarqarlar Qarabağda yerləşən ən böyük Alban tayfaları idilər. Göründüyü kimi, bütünlüklə Kürün sağsahil boyu, Araz çayından Axstafaya qədər alban tayfaları yayılmışdı. Qaynaqlar Qarabağ bölgəsinin tayfalarının alban mənşəli olması və bu ərazinin Albaniya dövlətinə məxsus olmasını göstərir. Tədqiqatlar Alban tayfa birliyinin tərkibində xüsusi yer tutan avtoxton türk tayfalarının burada maddi və mənəvi mədəniyyətin yaranması və inkişafında mühüm rol oynadığını təsdiq edir.

Demək lazımdır ki, Qarabağ torpaqları heç cür Ermənistanın «əzəli» torpağı, tarixi ərazisi ola bilməzdi. Bu mifologiya orta əsr erməni müəlliflərinin uydurmasıdır və indiyə qədər erməni tarixşünaslığına daxil edilmişdir. Bu ermənilərin öz tədqiqatlarından da məlumdur: 1) Ermənilərin vətəni Balkanlar, tarixi Frakiya vilayətidir; 2) onların əcdadları Kiçik Asiyada kimmerlərlə meydana çıxmışdır; 3) ilk erməni dövləti Kiçik Asiyada yaranmışdır; 4) Qafqaza ermənilər XIX əsrdə gəlmişlər (Вердиева Х.Ю., Гусейнзаде Р.А. «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку, 2003).

«Qafqaz Ermənistanı» anlayışı XX əsrdə meydana çıxmışdır ki, bu da Azərbaycan xanlıqları - Naxçıvan və İrəvanın torpaqlarında qurulan erməni dövləti idi (Капанцян Г.А. Хаяса - колыбель армян. Ереван, 1947; Обегян М. История древнеармянской литературы. Ереван, 1975; Парсамян В.А. История армянского народа. Ереван, 1972; История Армянская народа. Ереван, 1980).

Buna görə də Qarabağın e.ə. IV-I əsrlərdə «Ermənistanın» tərkibinə daxil olmasına hər hansı bir əsas yoxdur. Əgər bu belə olsa idi, onda Midiya satrapı Atropat Kür və Tərtər çayları arasında yerləşən sakasenlərə başçılıq etmək imkanına malik olmazdı. Bununla bərabər, yaxşı məlumdur ki, Qavqamela döyüşündə (b.e.ə. IV əsrin sonları) midiyalılar, Atropatın başçılıq etdiyi kadusilər, albanlar və sakasenlər ilə «birləşmişdilər» (Алиев И.Г. Очерк истории Атропатены. Баку, 1989, с.53).

Həmin dövrdə nəinki erməni «mərkəzləşmiş quldarlıq dövləti», ümumiyyətlə «Böyük Ermənistan» olmamışdır.

Yuxarıda qeyd edildiyi kimi, həmin uydurma öz-özülüyündə mifologiya təsəvvürü yaradır, xüsusilə o dövrdə ki, ümumiyyətlə heç bir erməni dövləti mövcud olmamışdır. Bu IV əsrlərdən sonra belə olmuşdur:

-birinci dəfə erməni dövlətçiliyi Kiçik Asiyada 387-ci ildə ləğv edilmiş və bölüşdürülməsi baş vermişdir. Ermənistan torpaqları Bizans və Sasanilər arasında bölüşdürülmüşdür;

-ikinci dəfə erməni dövlətçiliyi Kiçik Asiyada 591-ci ildə ləğv edilmiş və ərazisi bölüşdürülmüşdür ki, onda Armeniya torpaqları Sasani imperiyasının tərkibinə daxil edilmişdir;

-üçüncü dəfə erməni dövləti XI əsrin birinci yarısında ləğv edilmişdir (Юзбашян К.Н. Армянские государства эпохи Багратидов и Византия ЫХ-ХЫ веков. Москва, 1988, с. 5; Саркисян Г.Х., Худавердиян К.С., Юзбашян К.Н. Потомки Хайка. Ереван, 1998, с.46,78-79, 90-93).

Beləliklə, 1400 ildən çox müddətdə erməni dövləti mövcud olmamışdır. Erməni dövləti 1918-ci ildə, heç vaxt mövcud olmadığı bir yerdə - keçmiş Azərbaycan xanlıqları olan Naxçıvan və İrəvan torpaqlarında yaradılmışdır.

Albaniyaya gəldikdə isə, onun vəziyəti I-IV əsrlərdə erməni dövlətinin vəziyyətindən müqayisə edilməyəcək dərəcədə yaxşı olmuşdur. Gah romalıların, gah da parfiyalıların təsiri altında olan ermənilərdən (haylardan) fərqli olaraq albanların Qafqaz Albaniyası kimi müstəqil dövləti olmuşdur. Bunu Qarabağda arxeoloji qazıntılar zamanı aşkar edilmiş alban sikkələri də təsdiq edir (Raxomov E.A.Başni-movzeleyi v Barde ideoloji ix nadpisi. Baku, trudu Az.FAN.SSR t. XXB, 1936 q. s. 81-96; A.M.Radjabli. Numizmatika Azerbaydjana. Baku, 1997, ql. 1)

Romalılara Albaniyanı əyalət kimi Roma imperiyasının tərkibinə daxil etmək müəssər olmamışdır (Trever K.V. Oçerki po istorii i kulture Kavkazskoy Albanii. M.-L., 1959, s. 121). II əsrin əvvəllərində bütün Qafqaz Romadan asılı olanda, təkcə Albaniya müstəqil qalmışdır (Trever K.V. Göstərilən əsəri, s.129). Albaniya III əsrin ikinci yarısında xeyli müstəqil idi ki, albanlar Sasani şahı I Şapurdan «məktubu qəbul etməyi» özünə sığışdırmamışdı (Trever K.V. Göstərilən əsəri, s.134). Beləliklə, antik dövrdə Qarabağ ərazisi müstəqil Albaniya dövlətinin Uti-Alban etnik və siyasi hissəsi olaraq qalmışdı.

Azərbaycanın Qarabağ bölgəsi və onun tərkib hissəsi olan Dağlıq Qarabağ - Arsak siyasi cəhətdən I-IV əsrlərdə türk mənşəli alban arşakilərinin hakimiyyəti altında olmuşdur.

Antik yazıçıların məlumatına və arxeoloci materiallara əsasən demək olar ki, Qafqaz Albaniyasının, başlıca olaraq onun tərkib hissəsi - Qarabağın iqtisadi və mədəni tarixi başlıca olaraq öz əksini antik yazıçıların əsərlərində və arxeoloci materiallarda tapmışdır.

Strabonun «Coğrafiya», Böyük Plininin «Təbiətin tarixi», Pomponiya Melin «Yerin təsviri», Plutarxın «Paralel canlı təsvir», Korneliya Tatsitin «Annallar», Ptolemeyin «Coğrafiya dərsliyi», Dion Kassinin «Roma tarixi», Klavdi Elianın «Canlılar haqqında», Appianın, Kurtsi Rufun, Arrian Flavinin və Yuli Solinin əsərlərindən Albaniyanın tarixi coğrafiyası, əhalisi, təsərrüfatı və ticarəti, ictimai quruluş və mədəniyyəti barədə məlumat almaq mümkündür.

Qarabağ tarixinin antik dövrünə aid mühüm qaynaqlar uzun illər boyu Qarabağ ərazisində qazıntılar aparmış Azərbaycan arxeoloqlarının əsərləridir. Bunlara əsasən yerli əhalinin maddi və mənəvi mədəniyyət abidələrini, sənətkarlıq və ticarətini, ticarət yolları və mallarını, şəhər və kənd həyatını, təsərrüfat və məşğulliyyətin formalarını aşkar etmək və öyrənmək müəssər olmuşdur.

Qarabağda oturaq əkinçi əhali ilə bərabər Albaniyada köçəri əhali də yaşayırdı. Bizim eradan əvvəl onlar Kür və Araz hövzəsini tutmuşdular. Antik müəlliflər onları saklar, massagetlər, hunlar adlandırırdılar (Алиев К.Г. Античная Кавказская Албания, Баку, 1992; Кавказ и средняя Азия в древности и средневековье, М., 1981; Qumilyov L.İ. Qədim türklər, Bakı, 1993).

Qarabağda çoxsahəli sənətkarlıq geniş inkişaf etmişdir. Arxeoloji qazıntılar zamanı burada çoxlu miqdarda sənət alətləri və məişət əşyaları aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı Qarabağın müxtəlif yerlərindən torpaq, küp, katakomba və digər qəbirlərdən gil qablar, həmçinin metal məmulatlar tapılmışdır. Bunların tədqiqi göstərir ki, qədim Qarabağda dəmirdən və tuncdan, habelə qızıl və gümüşdən müxtəlif növ məmulat istehsal edilmişdir. Metalın emalı zamanı isti və soyuq döymə, kəsmə və qəlibdə tökmədən istifadə olunmuşur.

Qarabağda həmçinin şüşəçilik, daşişləmə və toxuculuq sənəti də inkişaf etmişdir.

Qədim Qarabağda iri və kiçik şəhərlər və kəndlər var idi. Ptolemey Kür ərazisində 29 şəhər və yaşayış məskənini qeyd etmişdir (K.Ptolemey. Göstərilən əsəri, s. 816). Onlar bir-biri ilə magistrallar, kəndarası yollarla əlaqələnirdi. Antik yazıçılar Albaniya və İberiyadan keçən və onları bütün dünya ölkələri ilə əlaqələndirən yollar barədə məlumat verir. Qeyd olunur ki, Mark Antoninin sərkərdələri - Qney Pompey və Kanidi bu yolla yürüş etmişlər. Qədim coğraf İberiya və Albaniyadan keçən yolları və Albaniyanın tarixi vilayəti Kambisenanı və Alazan çayını xatırladır. Strabon xəbər verir ki, Xəzərin şimal sahillərini idarə edən aorslarla Hindistan və Babilistan malları ilə ticarət edirlər (Strabon. Qeoqrafiə v 17 kniqax. Perevod Q.A.Stratonovskoqo, L., Nauka, 1964.).

Quru ticarət yollarından başqa mənbələrdə dəniz və çay yollarından da bəhs edilir. Məlumdur ki, eradan əvvəl I əsrdə Roma öz imkanlarını şərqə doğru genişləndirmişdi.

Roma dünyası ilə qədim Albaniya arasındakı əlaqəni Şəkinin Böyük Dəhnə kəndindən aşkar edilmiş yunan yazısı təsdiq edir: Eliy Yason onu öz hamisi Evnona həsr etmişdir. Adına əsasən izlənmədən görünür ki, yunan - Eli Yason Albaniyaya ticarət məqsədilə gəlmişdir. Görünür Lukul və Pompeyin vaxtında romalı iri tacirlərin Şərqə marağı ilə əlaqədar olaraq ticarət yolu başlanmış və davam etmişdir.

Ticarət haqqında arxeoloci qazıntı materialları geniş məlumat almağa imkan verir. Belə ki, arxeoloci qazıntılar zamanı aşkar edilmiş çoxlu miqdarda şüşə məmulatı, kifayət qədər sikkə və gemmalar, eləcə də sarı balıqqulaqları, müxtəlif növ sırğa (asma) və muncuqlar, anforlar, bürünc çıraqlar və gümüş qablar gətirilmədir. Bu əşyaların çoxu Qarabağdan aşkar edilmişdir ki, bu da mədəni areal ilə bağlı, yaxud yunan-roma dünyası, yaxud şərq ölkələri və qədim Qafqaz Albaniyasının Qərb ölkələri ilə, eləcə də Şərq, o cümlədən Parfiya ilə mal mübadiləsini göstərir (M.A.Seyfəddini, R.Z.Əliyeva. Parfiya dövləti. (Parfiya dövlətində pul sistemi və sikkə zərbi). Bakı, 2004).

Yaxın və uzaq ölkələrlə ticarət əlaqələri başlıca olaraq Albaniyanın da daxil olduğu həmin dövrün nəhəng ticarət mərkəzləri sferasında Parfiya dövləti və Atropatena magistralları ilə həyata keçirilirdi.

Əsrlər boyu «böyük Ermənistan» barədə yazan müəlliflər Favstos Buzand, Moises Xorenli kimi orta əsr erməni tarixçilərinin əsərlərinə əsaslanırlar. Bu zaman onlar son dərəcə vacib bir cəhəti unudurlar: Favstos Buzandın, yaxud Movses Xorenlinin yaratdığı görünüş - «onların əsas ideyaları – yalnız zərdüşt İranının təhlükəsinə qarşı Ermənistanı birləşdirməkdir» fikri real həqiqətləri əks etdirmir (Алиев И.Г. Нагорный Карабах: история, факты события, Баку, 1989, с. 49). Tamamilə şübhəsizdir ki, bu şəkil «həqiqəti təhrif edir», məsələn Ermənistan IV əsrdə N.Q.Qarsoyanın qeyd etdiyi kimi «nə bütöv olmamış, nə də birləşdirilməmişdir» (Yenə orada).

Orta əsr erməni müəlliflərinin uydurmalarına əsaslanan «böyük Ermənistan» mifologiyası Aralıq-Qara-Xəzər dənizləri arasındakı üçbucaqdakı torpaqlarda erməninkindən başqa hər hansı dövləti tamamilə inkar edir.

Ancaq bu zaman ermənilərin bu ərazilərdə alloxtonluğu kimi belə xırdalıqları «unudulur», hansı ki, onların əcdadları bir vaxtlar uzaq Balkanlardakı Frakiyadan gəlmişlər.