Qabil Hüseynli

 Kosovo Modeli Milli münaqişələrin həllində model ola bilərmi?

Dünya indi də Kosovo sindromu ilə çalxalanmaqdadır. Söhbət əvvəllər Yuqoslaviya Federasiyasında muxtar statusa malik olan, sonradan isə serblərlə albanların qanlı toqquşma meydanına çevrilən bu inzibati ərazi indi BMT – nin xüsusi himayəsindədir, yəni onun mandatı altındadır. Yuqoslaviya federasiyası dağılarkən bu prosesdə ən ciddi təziqlərə məruz qalan etnik azlıqlardan biri də albanlar oldu. Onlar hətta serblər tərəfindən soyqrıma məruz qaldıqlarını iddia edirlər. Ədalət naminə deməliyik ki əgər BMT və qərb ölkələri işə qarışmasaydılar bu ərazilərdə etnik albanların vəziyyəti doğurdan da faciəvi olacaqdı. Qərb ölkələri nəinki albanların soyqrımının qarşısını aldı, habelə onların serblərdən inzibati asılılığını bütünlüklə aradan qaldırdı. İndi neçə illərdir ki, Kosova de – fakto müstəqilliyinə qovuşub. Ölkə ərazisindən, təkcə Dubrovitsa şəhərinin bir hissəsi istisna olmaqla bütün serblər qovulub çıxarılıb. Üstəlik BMT Kosovaya de-yure müstəqillik verməyə hazırlaşır.

 Doğrudur BMT bu müstəqilliyi “Nizamlanan”, “tənzim edilən” müstəqillik adlandırır. Yəni bu müstərqilliyin müəyyən həddə salınacağı və nəzarət altında saxlanılacağı bəyan edilir. Amma bunların Serbiya ilə münasibətlərə demək olar ki dəxli yoxdur. Yəni BMT – nin Kosovaya dair planı reallaşsa Serbiya bu ərazidən birdəfəlik əlini üzməli olacaq. Bu isə “Soyuq müharibə” dövrünün başa çatmasından sonra başlanan münaqişəli bölgələrdə vəziyyətin nizama salınması ilə bağlı indiyə qədər misli görünməmiş həll modeli olacaq.

Bu kifayət qədər təhlükəli presedent ola bilər. Çünki dünyanın bir çox nöqtələrində, o cümlədən də potsovet məkanında münaqişəli ocaqların həlli variantlarına qeyd etdiyimiz presedent ciddi surətdə təsir edə bilər. Bu məsələdə bizim üçün Dağlıq Qarabağın taleyi xüsusi önəm kəsb edir. Çünki Rusiya Kosovonın tərəfində olan ölkələri indidən hədələməyə başlayıb. Bu dövlətin fikrincə Kosovaya dair BMT planı gerçəklənərsə onda eyni modeli potsovet məkanındakı Dağlıq Qarabağ, Dnestryanı bölgə, Abxaziya, Cənubi Osetiya kimi bölgələr üçün də tətbiq etmək zərurəti meydana çıxacaq.

Onsuz da Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi çoxdan bizdə ciddi əndişələr doğurmaqdadır. Faktik olaraq bu problemi yaradan, Azərbaycan torpaqlarının işğalında iştirak edən, sonradan bu prosesləri donduraraq bölgə dövlətlərinə təzyiq mexanizminə çevirən Rusiyadan onsuz da yaxşı bir şey gözdəmək mümkün deyil. Məhz Rusiyanın Minsk Qrupundakı həmsədri Merzlyakov iddia edir ki, Dağlıq Qarabağ digər münaqişələrdən təmamilə fərqləndiyindən ona əlahiddə yanaşma metodu lazımdır. Bu fərqliliyin nədən ibarət olduğunu heç kəs söyləyə bilməz, amma bir fakt da aydındır ki, Rusiyalı həmsədr diplomatik bir formada Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna eyham vurur. Elə Fransalı həmsədr də ondan geri qalmır.

Elə Amerikalı həmsədr Meti Brayza da son dərəcə qəribə fikirlər söyləyir. Məsələn, o öz müqəddəratını təyin etmək hüququ ilə ərazi bütövlüyü məsələsini sintezləşdirə biləcək bir formulaya malik olduğunu iddia edir. Əslində elə bunun özü də öz müqəddəratının təyin etmək hüququnun ərazi bütövlüyü məsələsindən üstün tutulmasını incə bir formada işə salmaqdan başqa bir şey deyil. Göründüyü kimi, Mnsk Qrupunun problemin həllinə dair bütün variantlar konstruktivlikdən kifayət qədər uzaqdır. ABŞ Dövlət Departamentinin İnsan Hüquqlarına dair son hesabatından sonra vəziyyət daha da drammatikləşə bilər. Söhbət Dağlıq Qarabağ probleminin həllinə çoxdandır ki əlahiddə yanaşma metodunu tələb edən Minsk Qrupu Həmsədirlərinin əlinə Kosovo modelindən əlavə yeni dəstəvuzların verilməsindən gedir. Bu məsələdə Rusiyanın və Fransanın oynadıqları şübhəli rol ciddi qayğılar yaratmaya bilməz.

Məsələ burasındadır ki Rusiya himə bəndimiş kimi Kosovo modelinin Dağlıq Qarabağda tətbiq ediləcəyi barədə açıqca ehamlar vurur. Bu günlərdə Yerevanda olan Rusiyanın Xarici İşlər Naziri Lavrov (ana tərəfindən ermənilərlə qohumluğu var) Dağlıq Qarabağ məsələsinin həlli üçün çox yaxşı şansların yarandığından dəm vurmuşdur. Onun nəyi nəzəridə tutduğunu anlamaq çətin olsa da, ermənilərin də onunla həmrəy olması faktı bununla bağlı ciddi şübhələrin meydana çıxmasına səbəb olmaya bilməz.

Çünki Qarabağ probleminin həlli ilə bağlı ATƏT – in Minsk Qrupunun təkliflərinin əsas məqamları demək olar ki, çoxlarına bəllidir. Burada narahatlıq doğuran əsas məqamlar referendum ideyası və sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi məsələsidir. Çünki bu müddiaların reallaşacağı təqdirdə, münaqişənin həllinin beynəlxalq hüquq normaları çərçivəsindən kənara çıxacağı və Azərbaycanın ərazi bütövlüyü məsələsi şübhə altına düşəcəyi məsələsi şəksizdir. Sonradan məsələnin Kososvo presedenti ilə ört - basdır edilməyə cəhd edilməsi də heç nə verməyəcək.

 Odur ki Azərbaycan məsələnin həlli ilə bağlı öz kontur arqumentlərini həmişə hazır vəziyyətdə saxlamalıdır. Məsələn, Kosovo ilə Dağlıq Qarabağın müqayisə edilməsi ümumiyyətlə heç bir məntiqə sığmır. Çünki Kosovada albanlar soyqrıma məruz qaldıqları halda Dağlıq Qarabağda azərbaycanlılar eyni halla üzləşiblər. Üstəlik Azərbaycan torpaqları Erməni işğalına məruz qalmaqla 1 milyondan artıq insan doğma yurd - yuvasından qaçqın vəziyyətinə düşüb. Ona görə də bu gün Azərbaycan türklərinin hüquqlarının ön plana çəkilməsi və problemin həllinin ana müddüasına çevrilməsi son dərəcə vacibdir.

Dağlıq Qarabağ probleminin həlli ətrafında oyunlar davam edir. Bu oyunların məqsədi Qafqazda yeni bir xristian anklavının yaradılmasına və onun türk dünyasının sinəsinə xəncər kimi saplanmasına yönəlib. Xalqımız bu məkirli planın reallaşmasına imkan verməməlidir.