ARZU
Nə dərs olaydı, nə məktəb,
nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə,
filanə hacət olaydı!
Nə səndəli, nə qarandaş, nə
lövhü miz, nə təbaşir,
Nə dəftərə, qələmə,
kağıza bu rəğbət olaydı!
Nə mədrəsə, nə müəllim,
nə bu üsuli-cədidə,
Və nə uşaqlarımızda bu
qabiliyyət olaydı!
Nə əhlimizdə ayıqlıq
əlaməti görünəydi,
Nə bir
para oxumuşlarda bu zəkavət olaydı!
Nə
hüsn olaydı cavanlarda əmr-millətə qarşı,
Nə bu
cavanlar olaydı və nə bu millət olaydı!
Düşəydi
daş î
günə kim, qəzet-məzet
sözü çıxdı,
Qəzet
işin törədən nabəkarə lənət
olaydı!
Nə
gündə, həftədə, ayda çıxan qəzet
və nə jurnal,
Nə
mətbəə, nə mühərrir və nə
təbaət olaydı!
Nə
Şərq olaydı, nə Əqsayi-şərq, həm
nə Japonya,
Nə
onların hünəri xəlqə dərsi-ibrət
olaydı!
Nə
"Nəfxi Sur Cəhangir", nə
"Məlik-Mütəkəllim",
Nə
bəzi kişvəri-İranda bu ləcacət olaydı!
Nə
Türkyədə bu qanun-əsasi nəşr olunaydı,
Nə
biədəb yeni türklərdə bunca cürət
olaydı!
Nə
xortlayaydı bu şəkl ilə "Molla
Nəsrəddin", ey kaş!
Nə
kalba Səbzalılarda bu xovfü vəhşət olaydı!
Î
köhnələrdən əcəb kim, utanmayıb da
deyirlər:
Gərək
bu əsrə görə boylə, boylə adət olaydı!
Bu
bişüurların ağlına, kəmalına bax bir!
Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!