AY CAN! AY
CAN!
Düşdü bütün qəzetlər
qiymətdən, ay can, ay can!....
Xalqın
canı qurtardı töhmətdən, ay can, ay can!....
Qıl
yaymayırdı əsla zalımların gözündən,
Rüsvay
idik cahanda məlunların sözündən,
Ax, ax!
Nə yaxşı oldu, iş düşdü
öz-özündən,
Əlləşməmiş
qutardıq zəhmətdən, ay can, ay can!....
Düşdü
bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Badi-səba,
apar ver, Molla Qəvama müjdə,
Yazsın,
de, Lənkəranda Molla Səlama müjdə,
Söylə,
î da yetirsin
cümlə əvama müjdə;
Düşdü
bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Munbərdə
rəqsə gəlsin behcətdən, ay can, ay can!....
Ərz et
bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal,
qəzet qapandı, durma, yıxıl sücudə,
Hər
nə bilirsən eylə qeybətdə,
rübərüdə,
Yazmaz
dəxi yazanlar bidətdən, ay can, ay can!....
Düşdü
bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Get
Qübbəyə səlam et Molla Hacı Babayə,
Söylə
tutuldu cumlə jurnal, qəzet vəbayə,
Mömün
müridlər ilə dur qoş səda-sədayə,
Ümmətlərin
yığılsın hər kətdən, ay can, ay can!....
Düşdü
bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Yatdı
qəzet yazanlar, fursət dəxi sizindir,
Qarşıda
var orucluq, söhbət dəxi sizindir,
Məsciddə
mənbər üzrə lənət dəxi sizindir,
Ayrılmayın
ölüncə lənətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər
qiymətdən, ay can, ay can!....