ADƏTİMİZ DAŞ İDİ DƏVA GÜNÜ

 

 

 

 

Adətimiz daş idi dəva günü

Tullarıdıq əldə sapan qıjhaqıj.

 

Hər kəsə dəysəydi edərdi haman

Bir neçə gün ahü fəğan, ufhauf.

 

Mərhəm olurdu, sağalırdı yara,

Əldə qalırdı yenə can sapbasağ;

 

İndi revolverdi, dönüm başına,

Nagəh olur gülləfəşan partapart.

 

Onda görürsən yıxılıb yanbayan

Bir neçə növrəstə cavan laybalay.

 

Tüf belə dövranə ki, bədtər olur

Seyri-fələk, dövri-zaman ilbəil!

 

Milləti-islam qırır bir-birin,

Allah aman, bu nə yaman qırhaqır!

 

Qardaşa bax qardaşını öldürür,

Vəhşi olub əhli-cəhan sərbəsər.

 

Milləti gördükcə belə hərcü mərc

Könlüm olur dopdolu qan qatbaqat.

 

Böylə gedərsə Bakı əldən gedər,

Qalmaz məvadə aman hiç, hiç!

 

Bari, xudaya, özün islah qıl,    

าเ edələr pirü cəvan sülh, sülh!