ALDANMARAM Kİ, DOĞRUDUR AYİNİN, EY ƏMU!

 

 

 

 

Aldanmaram ki, doğrudur ayinin, ey əmu!

Kəssin məni, həqiqi isə dinin, ey əmu!

 

İmanına qəsəmlə çapırsan cəmaəti,

Quldurçuluq tüfəngimidir dinin, ey əmu?

 

Qəlbin kimi siyah edəməzsən məhasinin,

Cumma hənaya, boşla bu təlvinin, ey əmu?

 

Sövmü səlatdan sənə gər çıxmasaydı pul

Olmazdı bunca zəhmətə təmkinin, ey əmu?

 

Tikmə namazını gözümə bir cida kimi,

Göstər müamiləndəki təyinin, ey əmu!