AMMA,
MILLƏT A!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....
Az
zamanda nə sərəncam etdi?! Amma, millət a!....
Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!....
Varlığın
mərdanə
Moldayı,
gördün nə iqdam etdi?! Amma, millət a!..
Basdı,
keçdi əhli-İran qatladı hər milləti,
Bildi
qədrin, aldı haqqın, qovzadı milliyyəti,
Aldığı məşrutəni parlatdı
parlaq qeyrəti,
Əhsənüllah,
himməti-tam etdi?! Amma, millət a!....
Moldayı,
gördün nə iqdam etdi?! Amma, millət a!....
İş başında əyləşən
kəslər xəyanətdən səva,
Vay, yanıldım, qoy deyim, hə, lap
sədaqətdən səva
Etməz oldu bir nəfər olsun da
xidmətdən səva,
Var-yoxun
həp bəzli-islam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi! Amma,
millət a!....
Əql heyrandır ki, saysin bir-bir əhrarın işin,
Qanmaq olmur, anlamaq olmur Sipəhdarın işin,
Yefremin,
ya Bağırın, yainki Səttarın işin,
Mərhəbalar!
Vəh, nə əncam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....
Eyləsin Səttarü Bağır başqa bir iyma,
neçin?
Ya hökumət eyləsin əhrarlə dəva,
neçin?
Qanmıram,
əlqissə, sərdari-Bahadir ya neçin
Bağırı təslim Səmsam etdi?! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....
Get, daha
ol arxayın, yat, eyləmə sərsəm, kişi!
Parladı,
meydana çıxdı millət, etmə qəm, kişi!
Qoy bizi
təqdir edib də söyləsin aləm, kişi,
İktisabi-izzəti-nam
etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....