BƏNZƏTMƏ
Sonya, ey dilbəri-pakizə-əda!
Sənə bu Naqdı bəyin canı fəda!
Aşiq
oldum ๎ zamandan ki,
Hər nə hökm eylədin, ey mahliqa,
Etmədim onda təxəllüf
əbəda,
Diləyin oldu məramınca
rəva....
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Sənəmim, laləruxum, gülbədənim,
Mələyim, sərvqəddim, simtənim,
Ey fərəhbəxş dili-pürmühənim,
Söylə, aya, günahım
noldu mənim,
Qarğalar məskəni oldu çəmənim?!
Keçdi əğyar əlinə yasəmənim?
El bütün oldu
bu gün tənəzənim?
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın?"
าเ dedin tabei-fərman ol, oldum,
Hüsnümə valehü heyran ol, oldum,
Nazənin canıma qurban ol, oldum,
Eşqdə xanəsi viran ol, oldum,
Qapıma
əcz ilə dərban ol, oldum,
Aqibət
müstəhəqi-nan ol,
oldum,
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Dil ๎ gündən
ki, düçar oldu sənə,
Bir yazıq aşiqi-zar oldu sənə,
Uydu, bisəbrü qərar oldu sənə,
Var-yoxum
ta ki, nisar
oldu sənə,
Bir də baxmaq mənə ar oldu sənə,
Başqa
bir cəzbəli yar oldu sənə,
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Əmr qıldın mənə, şeyda ol, oldum,
Eşqdə bisərü pa ol,
oldum,
Yəni
sərdadeyi-sevda ol, oldum,
Tərk
namusa mühəyya ol, oldum,
Şənini at çölə, risva
ol, oldum,
Nəzəri-xəlqdə ədna ol, oldum,
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Söylədin hörmətini at, atdım,
Malını, sərvətini at, atdım,
Əhlini,
külfətini at, atdım,
Qövmünü, millətini at, atdım,
Cümlə heysiyyətini at, atdım,
Müxtəsər, qeyrətini at, atdım,
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Mənə aid bütün irsi-pədərim
-
Əkinim,
mülküm, evim, bumü bərim
Nə zaman getdi isə
yox xəbərim,
Səndə idi mənim ancaq nəzərim,
Həp sənə oldu fəda simü zərim,
Qalmadı yanmağa bir parça tirim,
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Mənə əvvəlcə özün
yar oldun,
Sevdiyimsən, deyə, dildar oldun,
Məst
ikən mən hələ, huşyar oldun,
Başqa
bir fikrə həvəskar oldun,
Cümlə maəmləkimə nar
oldun,
Məni
yox etdin, özün var oldun,
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Leyk mən bunca fəlakətlə yenə
Varam əvvəlki sədaqətlə
yenə,
Durmuşam eyni iradətlə
yenə,
Baxıram kuyinə həsrətlə
yenə,
Mümkün olduqca bu halətlə yenə
Sürərəm ömrümü qəflətlə
yenə,
Agah olmam bu rəzalətlə
yenə,
"Gözəlim, şimdi
nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Çünki biz taifə əhli-kərəmiz,
Mərəzi-eşqdə sabitqədəmiz,
Zadəganız, həpimiz möhtərəmiz,
Eşq meydanına yeksər həşəmiz,
Dinü
dildadeyi-zibasənəmiz,
İşbu vəch ilə səzayi-ədəmiz....
"Gözəlim, şimdi nədir
fərmanın?
Canı qurban sənə bu nalanın!"