BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ

 

 

 

 

Kəndli:

 

-- Denilir, elm oxuyun, sözləri hər anda bizə,

Bunu təsdiq ediyor ayeyi-quran da bizə,

 

Axund:

 

-- Hansı qurandır î ki, onda yazılmış bu xəbər?

Şiə mollası yazan türkicə quransa əgər,

Mən onun yazdığı qurana yavıq durmayıram,

Maşa ilə yapışıb, əl də belə vurmayıram.

 

Kəndli:

 

-- Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,

Elmin icabı üçün ondakı təqdiri oxu!

 

Axund:

 

-- Ox, apar bir yana at sünni yazan təfsiri!

Başına dəysin onun tərcüməsi, təhriri!

Bizlərə molla filankəs yazan asar gərək!

Biz olaq ondakı məzmunə xəbərdar gərək!

 

Kəndli:

 

-- Î yazıb: yer öküzün buynuzu üstündə durur,

Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

 

Axund:

 

-- Buna şübhən də var?

 

Kəndli:

 

-- Əlbəttə, inanmam bu sözə!

Axund:

 

-- Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!