BƏSDİR, BU QƏDƏR BAŞLAMA
FƏRYADƏ, ƏKİNÇİ!
Bəsdir, bu qədər başlama
fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə,
adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib
durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma
qapımda,
Gahi başına, gah döşünə vurma
qapımda,
Ləğv olma, ədəb gözlə bu
məvadə, əkinçi!
Lal ol, a gədə, başlama fəryadə,
əkinçi!
Xoş keçmədi il
çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir
danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə,
nə borcum?
Getdi mənə nə fəhləliyin badə,
əkinçi?!
Lağ-lağ danışıb başlama
fəryadə, əkinçi!
Aldı dolu əldən sərü
samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını,
neylim?
Verdin
keçən il borcuna yorğanını neylim?
Ol indi
palaz satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə,
əkinçi!
Söz açma mənə ñîõ
çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki,
ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda
çıxar, ver bəbəyindən!
Çəltik də gətir, àrpà da, buğda
da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə əkinçi!
Sən hey de yoxumdur, çıxarıb
canını, allam!
Vallahı oyub dideyi-giryanını, allam!
Şallağa tutub
peykəri-üryanını, allam!
Öz halını sal indi özün yadə,
əkinçi!
Lağ-lağ danışıb başlama
fəryadə, əkinçi!
Cütçü babasan, buğdanı ver,
darı yeyərsən,
Su olmasa, qışda əridib qarı
yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı
yeyərsən,
Öyrənməmisən ət-yağa
dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə,
əkinçi!
Lakin mənim insanlıq olub
vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir
cümlə qərarım;
Meysiz, məzəsiz bitməz olur şamü
nəharım;
İştə belədir
haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!