BARIŞNALARA DAİR
Ey gül, nə əcəb
silsileyi-müşki-tərin var,
Ahu nəzərin var!
Vey sərv, nə xoş can alıcı
qəmzələrin var,
Həm işvələrin var!
Aldatdı cavanlarımızı nazü
kirişmin,
Firuzeyi-çeşmin!
Xurmayı saçında nə bəla
təlxi-bərin var,
Zəhrin, şəkərin var!
Başdan ayağa şəhd kimi safsən, ey
şux,
Şəffafsan, ey şux!
Amma məkəsi-nəhl kimi niştərin var,
İncə kəmərin var.
Əbnayi-vətən vəqf eyləyir
vəslinə canın,
Həm ruhi-rəvanın,
Hətta qocalardan da neçə
bəxtəvərin var,
Yaxşı xəbərin var.
Etdin saçını "qufravat," vurdun
üzə "rumyan" --
Cövlan elə, cövlan!
Bir ev nə münasib sənə, hər
evdə yerin var,
Hər yerdə ərin var.
Ancaq demə tacirlərə eşqin
əsər etdi,
Divanəsər etdi.
Amillərə tüccardan artıq
əsərin var,
Fəthin, zəfərin var.
Məktəblilər içrə deyil az
söhbəti-ruyin,
Keyfiyyəti-muyin.
Dərsi-qəmi-eşqin oxuyan min nəfərin
var,
Aşiftələrin var.
Qafqazlı müsəlmanlar edərsə
səni qaib,
Fikr etmə əcaib.
İranlı müsəlmanları tək
əbdi-dərin var,
Min dərbədərin var.
Xud sanma ki, meyxanədə çoxdur
sənə üşşaq,
Didarına müştaq.
Məsciddə dəxi bir neçə
xuninciyərin var,
Şuridəsərin var.
Bilməm nə füsun eylədin, ey
fitneyi-əyyam,
Uydu sənə islam?!
Hər şəhrdə, hər
bəldədə bəs cansüpərin var,
Dildadələrin var.
Aşiq arayıb aləmi seyr eylədin amma,
Xeyr eylədin amma,
Bir zövci-həlal ilə dolaşsan
zərərin var,
Xovfin, xətərin var.
Hər xami-təmə aşiq ilə
ülfətin olmaz,
Ünsiyyətin olmaz;
Varın yox edən sərxoşa əvvəl
nəzərin var,
Sonra həzərin var.
Gövhər saçılır, zər
saçılır yar yolunda,
Dildar yolunda.
Ey bəhr, sanırsan sənin ancaq
gühərin var?
Vey kan, zərin var?
Hop-hop, demə bixud ki, mən uydum
î nigarə,
Bax
əhli-diyarə.
Ey qafil,
özündən sənin ancaq xəbərin var!
Xunabi-tərin
var,
Dərdin,
kədərin var,
Çox
dərdi-sərin var,
Bu
köhnə başında
Tazə xəbərin
var.
Millət
belə batdı,
Ümmət
ilə yatdı.
Xud,
söylə, ay axmaq?
Daşı kim oyatdı?
Dinmə, xətərin var!