BİR DƏSTƏ GÜL
İranlı deyir ki, ədl ilə dad olsun,
Osmanlı deyir ki, millət azad olsun,
Zahid
nə deyir? Deyir ki, qarnım dolsun,
İranlı
da, Osmanlı da bərbad olsun!
Tacir
arayır ki, bir ticarət yapsın,
Amil
çalışır bu yolda xidmət yapsın,
İş
mollalarındır ki, çalsın-çapsın,
Yatsın,
dursun, qüsli-cənabət yapsın.
Jurnal,
qəzetə çıxır ki, millət oxusun,
Hər
bir əsərindən alsın ibrət, oxusun,
Rusca
oxumuşlara bu iş ar gəlir,
Derlər,
bunu qoy qarə cəmaət oxusun.
Zənn
etmə ki, zikrə, səcdəyə dalmaq üçün
Zahid
yüyürür məscidə əcr almaq üçün,
Dün
çaldığı səccadəyi satmış da
yemiş,
İndi yüyürür əlavəsin çalmaq üçün.