BİZƏ NƏ?
Gər bu il xəlqi təbah etdi giranlıq,
bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq,
bizə nə?!
Biz məgər aclara vəqf eyləmişik
malımızı,
าเ ki, hər müstəhəqə bəzl
edək əmvalımızı?
Biz müraat edərik ancaq öz
əhvalımızı,
Daima bəsləyərik naz ilə
ətfalımızı.
Atasız tiflləri basdı boranlıq,
bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq,
bizə nə?!
Bu da sözdürmü,
qazandıqlarımız parələri
Hey verək boğmalasın Zəngəzur
avarələri?
Bizlərə dəxli nədir -- yoxdur
əgər çarələri?
Qoy ağarsın füqəra gözlərinin
qarələri!
Çəksin onlar gecə-gündüz
nigəranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq,
bizə nə?!
Boşla, ay Molla dayı, sən də bizi
çəkmə zora!
Biz sənin hiylən ilə düşmərik
əsla bu tora!
Baxmarıq guşeyi-çeşm ilə daha
Zəngəzura!
Qarlı dağlarda soyuqdan ölənin canı
gora!
Olmadı qismət ๎ bədbəxtə
aranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq,
bizə nə?!
Bizə göstərmə, əzizim, ๎ qəm
oylaqlarını,
Yazda çox gəzmişik al güllər
açan dağlarını,
Yığmışıq dəhyekini,
boşlamışıq bağlarını,
Qış üçün
xoşlamışıq Tiflis oyuncaqlarını....
Çulğayıb Zəngəzuru indi
boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq,
bizə nə?!
Hələlik tullamışıq
xaneyi-viranələri,
Dolanıb kişvəri-Tiflisdə
kaşanələri
Tapdıq axır Lizalar tək neçə
cananələri,
Çilçıraqlarla
işıqlandırırıq xanələri,
Zalxalar daxmasına çökdü
qaranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!