BƏZİ YERLƏRDƏ TƏSADÜF OLUNUR
AŞA, ƏTƏ
Bəzi yerlərdə təsadüf olunur
aşa, ətə.
Müftə görcək tuturam kəndimi
bozbaşa, ətə!
Deyirəm, kaş qonaqlıq olan evlərdə
bütün
Yeyib-içməkdə başım bənd
ola, çulğaşa ətə!
Î qədər xoşlanıram
tüstüsü çıxcaq kababın --
Ac pişik tək cumuram şövq ilə
birbaşa ətə!
Görürəm ta əti qəssab
dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə,
dırmaşa ətə!
Nuş olur canıma ət, xasə î
həngamədə kim,
Mən yeyəm, xırda uşaqlar baxa,
ağlaşa, ətə!
Əti çox istəyirəm, leyk pulu ondan
çox,
Nola, quzğun kimi ta müftə qonam laşa,
ətə!
Xərc
edir bir para əşxas pulun bayramda
Zəfərana,
yağa, razyanaya, xaşxaşa, ətə!
Filhəqiqət
yeməli şeydir əgər pulsuz ola,
Yaramır
pul verilə hər quruya, yaşa, ətə!
Pulu ancaq
yaraşır çinləyəsən sənduqə,
Nə ki,
xərc eyləyəsən millətə, dindaşa,
ətə!
Oylə
zəhləm gedir, allah da bilir, millətdən,
Oluram
süst adı gəlcək, dönürəm daşa,
ətə!
Adı
puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək
olmur qohuma, qonşuya, qardaşa, ətə!
Verərəm dinimi, imanımı, əmma
pulumu
Vermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!