ÇATLAYIR, XANBACI, QƏMDƏN
ÜRƏYİM
Çatlayır, Xanbacı, qəmdən
ürəyim,
Qavışıb lap acığımdan
kürəyim.
Nola bir evdə qoyaydız qarabaş,
Verməyəydiz məni bu əbləhə,
kaş!
Mən
ki, damdan, bacadan baxmaz idim,
Su kimi
hər tərəfə axmaz idim.
Hərzə-hərzə
danışıb gülməz idim,
Ər
nə şey olduğunu bilməz idim;
Oturub ac
komasında atamın,
Biş-düşün
hazır edərdim anamın;
Bitləyərdim
nənəmin baş, yaxasın,
Yamayardım
babamın çul-çuxasın,
Tez durub
sübh sağardım inəyi,
Xansənəmdən
diləməzdim köməyi;
Neyləyirdim bəzəyi óà düzəyi?
Dama,
divara yapardım təzəyi.
Atam
əllaf, babam dülgər idi,
Qardaşım
culfa, əmim kargər idi,
Xanbibim
falçı, nənəm bağ toxuyan,
Bizdə,
haşa, yox idi bir oxuyan!
Evimizdə
var idi hər nə desən:
Qatıq,
ayran ilə qaymaq, nə yesən!
Nə
bilirdik nə zəhirmardı kitab?
Biz olan
evdə haçan vardı kitab?
Büsbütün
gül kimi insanlarıdıq,
Nə
müəllim və nə dərs anlarıdıq.
Dəftərin
andıra qalmış sözünü
Eşidib
görməmiş idik üzünü.
Boylə
bir tərbiyəli evdə müdam
Bəslədiz
mən kimi bir sərvi-xüram.
Vay î gündən ki, məni ad
elədiz,
Elə
bildiz də ki, dilşad elədiz.
Mən
də sandım ki, dönüb bəxtəvərə, --
Gedirəm
bir nəfər insana ərə.
Nə
bilim boylə də insan varmış,
Şəkli-insanda
da heyvan varmış.
Ər
oxurmuş da, yazarmış da, atam!
Ər
deyil, möhlik azarmış da, atam!
Ər
deyil, şair imiş xanəxərab!
Fikri
yazmaq, oxumaq, suglu kitab....
Saldız
axırda yaman hala məni,
Ərə
verdiz də bu qəffala məni.
Gah
yazır, gah oxuyur, gah danışır,
Gündə
bir hərzə kitabnan tanışır;
Gah gedir
fikrə, bərəldir gözünü,
Məhv
olur oylə ki, bilmir özünü;
Sübh
olunca gecələr darğa kimi,
Yatmayır,
qır-qır edir qarğa kimi;
Gah da bir
yatsa da vəqtində əgər,
Çəkməyir
yuxladığı bir î qədər,
Qəflətən
bir də görürsən ki, durur,
Yandırıb
lampanı çılpaq oturur;
Başlayır
yatdığı yerdə təzədən
Oxuyub
yazmağa bir də təzədən.
Belə
od olmaz, atam, boylə alo!
Od deyil,
yanğı deyil, lovdur, lo!
Gah
görürsən ki, miz üstə yıxılır,
Baxıram
halına qəlbim sıxılır;
Bir
qarandaş, bir-iki parə kağız
Î
qədər çəkmir -- olur qarə kağız.
Xeyrini,
şərrini qanmır bu kişi!
Yorulub
bircə usanmır bu kişi!
Bizim
evdə baxasan hər tərəfə --
Taxçaya,
boxçaya ya kim, irəfə --
Görəcəksən
bütün işqabda kağız,
Kasada,
nimçədə, boşqabda kağız;
Yığılıb
dağ kimi hər yanda kitab,
Evdə,
dəhlizdə və eyvanda kitab.
Deyirəm,
ay kişi, bir gəl özünə,
Bu nə
işdir, a kül olsun gözünə!
Bu
əməl etdi səni xanəxərab,
Pulların
döndü bütün oldu kitab.
Oxuduqca
gözünün qarəsini
Aparır,
tap başının çarəsini.
Pul gedir,
tabü təvanın da gedir
Üstəlik
bir quru canın da gedir.
Kəsbkarlıqdan əlin çıxdı,
usan!
Ər olan yerdə görüm yox olasan!