DUR QAÇAQ, OĞLUM, BAŞ-AYAQ QANDI BU
Vah! ... bu imiş
dərsi-üsuli-cədid?!
Yo ... x! Yo ... x!
oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Gör
necə alt-üst eləyib şeyləri:
Döndərib
"a-ba"-ya "əlif-bey"-ləri,
Bidətə
bax "ya" oxudur "ey"-- ləri,
Sanki
hürufat ilə düşmandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
Diqqət
edib baxsan əgər dərsinə --
Hər
sözü təlim eləyir tərsinə;
Dəyməz
î bir paslı
dəmir ərsinə --
Min də
desə dürci-zərəfşandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
Verdiyi
dərsi uşağa yazdırır,
Hüccə
demir, hər əməlin azdırır,
Gah oxudur,
gah çıxarıb gəzdirir,
Bir demir
övladi-müsəlmandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
Bir də
görürsən ki, olub heyvərə --
Əlli
uşaq banladı birdən-birə,
Dərs
demə, gülməli bir məsxərə!
Molla
demə, məsxərəcünbandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
Düz
yeri bir yupyumuru şey qanır,
Həm
də deyir sutkada bir fırlanır,
Ay
dolanır, göy dayanır, gün yanır,
Kafirə
bax, gör nə bədimandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
Bundan
əzəl boylə deyildi səyaq,
Dərs
oxudan mollada vardı ləyaq,
Molla
qoyardı başına şiş papaq;
Oylə
ki, bir fazili-dövrandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
İndi
bütün iş dolanıb lağlağa,
Dərs
oxudur hər başı fəsli çağa,
Etdiyi
tədrisi ilan-qurbağa,
Dərs
deyil, hərzəvü hədyandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
Mən
dəyişib şiveyi-əcdadımı
Boylə
oda salmaram övladımı,
Eyləmərəm
dinsiz öz əhfadımı!
At
çölə getsin, nə dəbistandı bu!
Dur
qaçaq, oğlum, baş-ayaq qandı bu!
Elm
adına bir qura böhtandı bu!
Nifrətə
şayandı bu!
Hərzəvü
hədyandı bu!
Müslimi kafır qılan
Xaneyi-küfrandı bu!