FƏXRİYYƏ
Hərçənd
əsirani-qüyudati-zamanız,
Hərçənd
düçarani-bəliyyati-cahanız,
Zənn etmə
ki, bu əsrdə avareyi-nanız,
Əvvəl nə idiksə, yenə biz
şimdi hamanız....
Turanlılarız,
adiyi-şüğli-sələfız biz!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Zülmətsevər insanlarız
üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan,
daşımızdan,
Tarac edərək, bac alırız
qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu
adət başımızdan....
Əslafımıza çünki həqiqi
xələfız biz!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Ol gün ki, Məlikşah Büzürk
eylədi rəhlət,
Etdik iki namərd vəzirə
təbəiyyət,
Qırdıq ๎ qədər bir-birimizdən ki,
nəhayət
Düşmən qatıb əl,
taxtımızı eylədi qarət....
Öz həqqimizi gözləməyə
bitərəfiz biz!
Turanlılarız,
adiyi-şüğli-sələfiz biz!
Bir vəqt olub leşkəri-Çingizə
tərəfdar,
Xarəzmləri məhv elədik qətl
ilə yekbar,
Xarəzmlərin şahı fərar eylədi
naçar,
Məscidləri, məktəbləri
yıxdıq yerə təkrar....
Həqqa ki, səzavari-nişanü
şərəfiz biz!
Öz dinimizin başına
əngəlkələfiz biz!
Bir vəqt də dəvayi-səlib oldu mühəyya,
Dəvada firəngilərə qalib gəlib,
əmma
Dincəlməyib etdik yenə bir faciə
bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi
sərapa....
Guya ki, biyabanda bitən
bir ələfiz biz!
Öz
qövmümüzün başına
əngəlkələfiz biz!
Bir
vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,
Azərbaycana,
həm də Anatoluya dolduq,
Ol
qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca
yorulduq və yorulduqca qırıldıq....
Turanlılarız,
adiyi-şüğli-sələfiz biz!
Öz
qövmümüzün başına
əngəlkələfiz biz!
Bir
vəqt salıb təfriqə olduq iki qismət,
Teymur şaha
bir paramız etdi himayət,
Xan
Yıldırıma bir paramız qıldı itaət,
Qanlar
saçılıb Ankarada qopdu qiyamət....
Əhsən
bizə! Həm tirzəniz, həm hədəfiz biz!!!
Öz
qövmümüzün başına
əngəlkələfiz biz!
Teymur
şahi-ləngə olub tabeyi-fərman,
Xan
Toxtamışı eylədik al qanına qəltan,
าเ oldu
Qızıl Ordaların dövləti talan,
Məsko
şahına faidəbəxş oldu bu meydan....
Əlyövm
uruslaşmaq ilə zişərəfis biz!
Öz
dinimizin başına əngəlkələfis biz!
Bir
vəqt Şah Ismayilü Sultani-Səlimə
Məftun
olaraq eylədik islamı dünimə,
Qoyduq iki
tazə adı bir dini-qədimə,
Saldı
bu təşəyyö, bü təsənnün bizi
bimə....
Qaldıqca
bu halətlə səzayi-əsəfiz biz!
Öz
dinimizin başına əngəlkələfiz biz!
Nadir bu
iki xəstəliyi tutdu nəzərdə,
İstərdi
əlac eyləyə bu qorxulu dərdə,
Bu
məqsəd ilə əzm edərək girdi
nəbərdə,
Məqtulən
onun nəşini qoyduq quru yerdə....
Bir
şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!
Öz
dinimizin başına əngəlkələfiz biz!
İndi
yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq,
osmanlılıq ismi olub ehya,
Bir
qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki,
qızışdı olarıq məhv sərapa....
Onsuz da
əgərçənd ki, yeksər tələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!