FİSİNCAN
Sanma əzdikcə fələk bizləri
viranlıq olur,
Un təmənnası ilə buğda
dəyirmanlıq olur.
Qarışıqdır hələlik
millətin istedadı, --
Ələnirsə, safı bir yan, tozu bir
yanlıq olur.
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır,
ayranı ayranlıq olur.
Kim ki, insanı sevər, -- aşiqi-hürriyyət
olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.
Ey ki, dersən, ürəfa rahi-xətadə
bulunur,
Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq
olur.
Ürəfa dersən özün,
əhli-xəta dersən
özün,
Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?....
Gözünü xiyrələdirmi günəşi
irfanın?
Haydı, xəffaşsifət, buncamı
xulqanlıq olur?!
Tanırıq biz sizi artıq,
demə, ha! Biz beləyik!
Tanılır ol kişi
kim, tutduğu meydanlıq olur.
Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf,
Yüyürürsüz ora kim, dadlı
fisincanlıq olur.