FƏLƏ, ÖZÜNÜ SƏN DƏ
BİR İNSANMI SANIRSAN?!
Fələ, özünü sən də bir
insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı
sanırsan?!
İnsan olanın cahü cəlali gərək
olsun,
İnsan olanın dövləti, mali
gərək olsun,
Himmət demirəm, evləri ali gərək
olsun;
Alçaq, ufacıq daxmanı samanmı
sanırsan?!
Axmaq kişi, insanlığı asanmı
sanırsan?!
Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz
ümərayə,
Caiz deyil insanca danışmaq
füqərayə,
Dövlətlilərə kəndini yeksanmı
sanırsan?!
Axmaq kişi, insanlığı asanmı
sanırsan?!
Fəqr ilə ğina əhlinə kim verdi
müsavat?
Mənadə də, surətdə də var
bunda münafat,
Öz fəzlini pulsuz edəməz
kimsəyə isbat,
Bu mümtənəi qabili-imkanmı
sanırsan?!
Axmaq kişi, insanlığı asanmı
sanırsan?!
Get vur çəkicin, işlə işin, çıxma
zeyindən,
Məqsud müsavat isə ayrılma
ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə
şeyindən?
Bir abbası gün muzdunu milyanmı
sanırsan?!
Axmaq kişi, insanlığı asanmı
sanırsan?!
Dövlətliyik, əlbəttə,
şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də
bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə
xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı
sanırsan?!
Asudə dolanmaqda ikən
dövlətimizdən,
Azğınlıq edirsiz də hələ
nemətimizdən,
Boylə çıxacaqsızmı bizim
minnətimizdən?
Ehsanımızın küfrünü
şükranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı
sanırsan?!
Heç
bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan?!