İFTARDAN BİR GÖFTAR VƏ YA MƏCMUƏDƏN BİR LÖĞMƏ

 

 

 

 

(nəzirə)

 

 

Ustad  möhtərəm   İkram   bəyə

 

Atmış niqabi-hüsnin məcmuəyi-təvangər,

Məcmuədə düzülmüş eyzən xuruş sərasər,

Həsrətkeşani-mətbəx, gürgani-bətnpərvər

Cari boğaza şərbət, sari məzaqə şəkkər,

Əksi-buxari-dolma, zilli-əmameyi-sər,

Dəryayi-iştəhayə olmaqda behcətavər,

Hüzzar içində əsla yox bir fəqirü müztər,

İftar vəqtidir ha, ey vaizi-süxənvər!

İş başbilənsiz olmaz!

Sərsüfrə sənsiz olmaz!

 

Vəqti-qəza ki, nəfsin cuş etdiyi zamandır,

Bilcümlə razədarə həngami-əkli-nandır,

Ənvai-nazü nemət sərsüfrədə əyandır,

Lakin ๎ löqmələr hər əyanə şayəgandır.

Hər su nəzər edərsən: bəydir, əmirü xandır,

Fəqr əhlinə bu halət taqətgüdazi-candır,

İftar-ləzzətəfza, suri-səfanişandır,

Ey müstəhəq, darıxma, könlün əgərçi qandır!

Miskin həzənsiz olmaz!

Qəm, qüssə sənsiz olmaz!

 

Etdikcə mən tamaşa, gördükcə işbu kari:

Acizdə inkisari, saildə iztirari,

Miskində intizari, tacirdə ehtikari,

Əşkim olur gözümdən xuni-ciyərlə cari,

Heyhat, olurmu çeşmim haiz bu iqtidari

าเ yanmadıqca könlüm, ey könlümün mədari?!

Əşari-atəşin-dəm yaxdıqca qəlbi-zari,

Təqlid edir təbiət mürğani-növbahari.

"Şair süxənsiz olmaz,

Şer isə sənsiz olmaz!"

 

Ey əhlü fəqrü faqə, ver şairə səlalın,

Dəmdir ki, şair olsun dildadeyi-kəlalın,

Dəmdir ki, şeri-nəğzim şərh etsin ərzi-halın,

Şayani-rəhm olunsun hər kəscə infialın,

Surətnümalıq etsin ayineyi-vüsalın,

Gözlərdə cilvələnsin insan kimi cəmalın.

Heyhat! Sümmə heyhat, xam olmasın xəyalın!

Bihimmət əğniyadən olmaz rəva süalın,

Tök ruyi-zərdin üzrə daim sirişki-alın....

Sail mihənsiz olmaz!

Möhnət sənsiz olmaz!