LEYLİ VƏ MƏCNUN
Ey dövlətimin zəvalı, oğlum!
Ey başı ağır bəlalı
oğlum!
Ey məktəbü dərsin aşinası!
Ey rişteyi-elm mübtəlası!
Şad oldum î gün ki, sən doğuldun,
Min şükr elədim ki, oğlum oldun.
Derdim ki,
gözəl xələf olarsan,
Bir
ailəyə şərəf olarsan.
Şüğlü
hünərimi yad edərsən,
Atanı,
ananı şad edərsən;
Dünyadən
olursa irtihalım
Ancaq
sənə tərk olur mənalım.
Bilməzdim
olursan elmə şeyda,
Şuridə
edər səni bu sevda.
Bəzi
oxumuş rəfiqi-bədxah
Tədbirimi
çaşdırıbmış, ey vah!
Uydum
olara, səni oxutdum,
Səd
heyf ki, əqlimi unutdum!
Kəsdim
öz əlimlə öz ayağım,
Xamuş
elədim mən öz çirağım.
Girəm
bu xəta düşüb özümdən,
Göz
nurimi saçmışam gözümdən.
Sən
həm niyə bunca səhv edirsən,
Göz
nuri kimi uzaq gedirsən?
Bunca
oxudun, yorul da bari,
Bir
dəfə burax bu zəhrimari!
Pul
qalmadı, baxmışam hesabə, --
Getdi
qələmə, kağız, kitabə....
Jurnalü
kitab yüz-yüz olmaz,
Bu
xərc ticarətə düz olmaz.
Dəftərsə
beş-altı cild bəsdir,
Ey
naxələfım, bu nə həvəsdir!
Çernil,
qrafıl, pero, karandaş
İcad
edəni olaydı şil, kaş!
İnsaf
eləməzmisən ki, yandım,
Puli
nə əzab ilə qazandım!
Bihudə
işə nə xərc edirsən,
Bu
könlümü hərcü mərc edirsən!
Xərcin
tükənib kəsilmir ardı,
Billah,
dəxi pullarım qutardı!
Xasə
əridi, üzüldü canın,
Soldu
gül üzün, qaraldı qanın;
Vazeh bu
ki, xəstədir məzacın,
Ya
rəb, kim edər sənin əlacın?!
Nə var
yeyib-içməyin, nə xabın,
Təhsilədir
ancaq irtikabın.
Nə
seyrü səfanı xoşlayırsan,
Nə
dərsü kitabı boşlayırsan.
Mırt-mırt
oxuyub mırıldayırsan,
Qarğa
kimi hey qırıldayırsan.
Əyyami-baharü
güldür, oğlum!
Qoyma
məni qəmdə, güldür, oğlum!
Həmsinnlərin
səfadə, bağda,
Həməsrlərin
çəməndə, dağda.
Bəzisi
gəzib də kiştzari,
Quş
əldə gözətləyir şikari;
Bəziləri
bir tərəfdə xəlvət,
Adətcə
edərlər eyşü-işrət;
Bəzisi
olub qumarə məşğul,
Bəzisi
şərabə, yarə məşğul.
Hər
bir nəfəri bir işdə çalak,
Hər
digəri bir əməldə bibak.
Hər
gün əbəveyni şad edirlər,
Hörmətlərin
izdiyad edirlər.
Xoş ol
əbəveynə kim, bu minval
Hər daim olur cahanda
xoşhal.