"MOLLA NƏSRƏDDİN"İN 10-CU NÖMRƏSİNDƏ "QIZDIRMALI" İMZASI İLƏ

YAZILAN ŞERLƏRƏ CAVAB

 

 

 

 

Madam ki, hamiyani-zülmət

Xoşlar ki, davam edə cəhalət:

Heyhat, bilirmi onda millət,

Tövhid nədir və ya nübüvvət?

Məktəb edir iqtiza zəmanə,

Bixar ola ta güli fərasət.

Ey seyr arayan î gülüstanə!

Əsli yoxu bəkləmək nə hacət?

Xab et hələ, qafilanə xab et.

 

Tainki uyub yatan ayılmaz,

Fərq etməz ola óa ağ, ya qarə;

Xəstə ki, başında huşu qalmaz,--

Dərdin düşünüb bulurmu çarə?

Ancaq ona türfə-türfə dəllək

Eylər hərə bir əcəb təbabət

Ey xəstə, ayılma, etmə idrak

Həp qanını əmsə də həcamət.

Dönmə î yana-bu óànə, xab et.

 

Aldanma quzum, ki ləfzi-kafər

Təshih olunub çıxa lüğətdən;

Madam ki, sağdı Mirzə Qənbər

Eymən deyilik bu mələnətdən.

Qoymaz ki, bu xalqı cismi-vahid

Hökmündə olub edə məişət.

Əfsaneyi-küfri şirkü mülhid

Heyhat, olurmu tərki-adət.

Bu nöqtəni qanə-qanə xab et!