MİLLƏT
NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR
Millət
necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə
möhtac olur olsun, nə işim var?!
Qoy
mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim
var?!
Səs salma, yatanlar ayılar, qoy hələ
yatsın,
Yatmışları razı deyiləm kimsə
oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma
çatsın,
Mən
salim olum, cümlə cahan batsa da batsın,
Millət
necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə
möhtac olur olsun, nə işim var?!
Salma
yadıma söhbəti-tarixi-cahani,
Əyyami-sələfdən
demə söz bir də, fılani,
Hal
isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli
görmək nə gərək, ömrdü fani;
Millət
necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə
möhtac olur olsun, nə işim var?!
Övladi-vətən
qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə
əli, başı bulansın,
Dul
övrət isə sailə olsun, oda yansın,
Ancaq
mənim avazeyi-şənim ucalansın;
Millət
necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə
möhtac olur olsun, nə işim var?!
Hər
millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər
hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə
düşə gər yadə tərəqqi, --
Biz də
edərik aləmi-röyadə tərəqqi;
Millət
nερə tarac olur
olsun, nə işim var?!
Düşmənlərə
möhtac olur olsun, nə işim var?!