NAƏHL OLANA MƏTLƏBİ ANDIRMAQ OLURMU?!

 

 

 

 

Naəhl olana mətləbi andırmaq olurmu?!

Söz qanmayana zor ilə qandırmaq olurmu?

 

Könlüm sənə maildir əzəldən bəri, ey pul!

Olsam da nolur taətinə il-günü məşğul,

Sənlə görürəm kəndimi hər bəzmdə məqbul.

Sənsiz bu ñəhan əhlin inandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

 

Sənsən mənim əfzuneyi-sərmayeyi-fəxrim,

Sənlə ucalır mərtəbeyi-payeyi-fəxrim,

Gər dönsə üzün qiblədən, ey mayeyi-fəxrim,

Səndən yana göz nuru dolandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

 

Canım üzülüb səndən ötür xəlqi soyunca,

Bir yatmamışam ta səni sənduqə qoyunca.

Derlər mənə: pul yığmayı boşla, ye doyunca!

Eşq əhlini sövdadan usandırmaq olurmu?!

Naəhl olana mətləbi qandırmaq olurmu?!

 

Kasib deyiliz, sikkeyi-pulu tanırız biz,

Pul ilə olan şənü şüunu qanırız biz,

Bir həbbə zərər yetsə pula odlanırız biz,

Yansın ciyərim! Dövləti yandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

 

Səy eyləmişəm bir neçə il zirəkü çalak,

Hardansa keçib girimə çox sərvətü əmlak,

Bir acizə rəhm etməyib ömr eyləmişəm pak,

İndi bu süluki yavalandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

 

Bunlar keçər, indi düşüb el başqa həvayə,

Pul istənilir məktəb açılsın füqərayə,

Oğlan oxusun, qız oxusun payəbəpayə.

Kasıbları elmə ucalandırmaq olurmu?!

Naəhl olana mətləbi qandırmaq olurmu?!

 

Dəxli mənə nə elm oxuya millət uşağı?!

Təhsili-kəmalat edə ya ümmət uşağı?!

Getsin işə bu tənbəlü biğeyrət uşağı!

Canım, gözüm, arifləri qandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

 

Bizlərdə yox idi belə adət, -- yeni çıxdı,

Övrətlərə tədrisi-kitabət yeni çıxdı,

İslamə xələl qatdı bu bidət, -- yeni çıxdı,

Bu çeşməni bir növ bulandırmaq olurmu?!

Naəhl olana mətləbi qandırmaq olurmu?!