OL GÜN Kİ, SƏNƏ XALİQ EDƏR
LÜTF BİR ÖVLAD
Ol gün ki, sənə xaliq edər lütf bir
övlad,
Olsun ürəyin şad!
Təyin elə cindarı ki, etsin ona imdad,
าเ dəyməyə həmzad;
Sağdan
sola, soldan sağa sal boynuna
heykəl,
Qoy cinni
məəttəl;
Min
gunə tilismata tutub eylə müqəffəl,
Gəzdir
onu əl-əl;
Gər
dəysə soyuq, sancılanıb olsa da bimar,
Hökm
et gələ cindar;
Göstərmə
təbibə ๎
ciyərguşəni zinhar
Qoyma ola
murdar;
Ağlarsa
uşaq dərdinin axtarma davasın,
Ancaq
söy anasın;
Qorxutsun ๎ da damdabaca ilə
çağasın,
Kəssin
də sədasın;
Öyrət
ona, əlbəttə, özün bir neçə mövhum,
Məhdud
ola məsum;
Bu
sayədə ömr eyləyə dünyada ๎ məzlum,
Hər
haləti məzmum;
Tək-tək
dil açanda ona təlim elə hədyan,
Həm
olma peşiman;
Bildir ona
min dürlü qəbahətləri hər an,
Alsın
ələ ünvan;
On
yaşa yetincə uşağın eyləmə qəflət,
Qandır
neçə bidət;
าเ on
beşə yetdikcə tapa işdə məharət,
Həm
eyləyə adət;
Göndərmə
onu məktəbə, dəng eyləmə başın,
Tökmə
üzə yaşın;
Hər
fənd və bicliklə edər kəsb məaşın,
Saxlar
özü başın;
Rahət
niyə lazım edə dünyada məişət,
Quldurçuluq
öyrət;
Tainki
qumar oynaya, qətl eyləyə, qarət,
Xoşdur
belə sənət;
Dünyanı
soyub eyləyə hər gün səni xürsənd,
Sağ
ol, belə fərzənd!
Evdə
tapılır indi dəxi çay, plov, qənd,
Kimdir
sənə manənd!
Nagah
alınıb həbsə, tutarsa səni vəhşət,
Ver
hakimə, rüşvət;
Sat
var-yoxunu, advokata ver neçə xələt,
Puç
ol hələ-həlbət;
Axırda
olub həsrəti-didari-cəmali,
Qal
kisəsi xali;
Qaldıqda
oğulsuz dəxi tez başla suali.
Al
vizrü vəbali,
Tap
rizqi-həlali,
Ay
başı bəlali,
Yığ
dəymişi, kali,
Olmaz oxumaqdan
Tapmaq bu cəlali....