SƏBİR
าเ gəlirik biz də bir az anlayaq, --
Məhzəri-irfanda vurur tək səbir.
Ya deyirik işləri sahmanlayaq, --
Məclisi-əyanda vurur tək səbir.
İstəyirik bir iş açaq
filməsəl,
Söyləşirik bir-iki il laəqəl,
าเ deyilir pul verin,
aşsın əməl,
--
Ölkədə, hər yanda vurur tək səbir.
Yalxı
bizi eyləməyib mübtəla:
Səfheyi-Qafqazı
tutub bu bəla;
Qaxda,
Qazaxda, Şəkidə bərməla,
Şişədə,
Şirvanda vurur tək səbir.
Lakin ๎ yerlərdə gedir,
durmayır,
Bir
elə layiqli kələk qurmayır,
Gəncədə
derlərsə vurur, vurmayır,
Oylə
ki, Səlyanda vurur tək səbir.
Andıra
qalmış nə yaman səslənir!
Söz
deməyə vermir aman, səslənir!
Ox
atılır, sanki kaman səslənir!
Sahəti-meydanda
vurur tək səbir.
Hərzə
nə şura və nə məclis bilir,
Nə
düşünür yaxşı, nə bir pis bilir,
Qorxmur,
utanmır, nə də bir his bilir,
Hücrədə, dükkanda vurur tək səbir.