ŞAHNAMƏ
Şəhim, tacidarım, qəvi
şövkətim!
Mələk-ehtişamım,
fələk-rüfətim!
Əgər lütflə sorsan
əhvalımı,
Bu naməm sənə bildirər halımı.
Î gün ki, hüzurandan
ətfı-inan
Edib
suyi-Təbrizə oldum rəvan,
Bu əzm
ilə kim, şir tək cəng edim,
Mücahidlərə
ərsəni təng edim,
Fədailəri
öldürüm Xan ilə,
Biyabanları
doldurum qan ilə.
Rikabımda
bir tövsəni-badpa,
Açılmış
başım üstə zərrin liva;
Yəminü
yəsarımda sərhənglər,
Nə
sərhənglər -- Rüstəmi-cənglər!
Qoşun
seyl tək rubərudə rəvan,
Həşəm
xeyl tək hər tərəfdə dəvan,
Boyunlarda
yeksər qətari-fişəng,
Revolverlər
əldə, həmayil tüfəng.
Çalınmaqda
şeypurlər, naylər,
Ucalmaqda
ləşkərdən urraylər.
Çəkilməkdə
ərradədə tuplər,
Təbillərdə
fəryad gup-guplər.
Bəli,
mən bu fərxəndə iqbal ilə,
Bu
şövkətlə, sətvətlə, iclal ilə
Ötüb
qatdadım yolların az-çoxun,
Gəlib
ta ki, Təbrizə oldum yoxun.
Buyurdum,
çalınsın neyü kuslər,
Və
getsin xəfi şəhrə casuslər.
Bu iş,
fikr edirdim ki, bir dolmadı,
Íà mən
söylədim bir gedən olmadı;
Gəlib
qeyzə hökm eylədim ləşkərə,
Açın
şəhrə üç yandan od bir kərə.
Açıldıqda
atəş edərdin güman
Ki,
göydən yerə od yağır nagəhan.
Fədailərin
təngə düşdü işi,
Ölüb
ordaca qaldı doqquz kişi.
Görüb
çün bu övzai Səttar xan,
Vurub
şir tək nərə çəkdi fəğan:
--
Mücahidlər, ey qeyrətin kanları,
Qənimət
bilin boylə meydanları!
Həyatın
qalır bizdə son saəti,
Ağırdır
bu son saətin qiyməti!
Nə bir
xidmət etmişsiniz millətə --
Bütün
bəstədir işbu bir saətə!
Bu söz
boylə təsir edib ləşkərə, --
Hamı
canü dildən dedi bir kərə:
-- Nə
ölmək, biz öldürməyə hazirik!
Gər
ölsək də bu əmrdə şakirik!
Deyib bu
sözü şəhrdən çıxdılar,
Elə
qızdılar təhrdən çıxdılar.
Mücahidlərin
cünbüşündən haman
Deyərdin
ki, bir məhşər oldu əyan:
Düşüb
səcdəyə cümlə ixlas ilə,
Niyaz
etdilər niyyəti-xas ilə;
Durub bir
sağa, bir sola getdilər,
Qəfildən
bizə bir hücum etdilər,
Yəmini
yəsarə qatıb vurdular,
Bizi
əzdilər, döydülər, qırdılar.
Dədəm
vay, məgər boylə də cəng olur?
Hələ
lap uzaqdan nəfəs təng olur!
Xüsusən
məgər boylə də Xan olur?
Bu
sətvətlə də mərdi-meydan olur?
Bu
halı görüb xirələndi gözüm,
Cəhənnəm
qoşun, ölmüş idim özüm....
Dedim,
yaxşıdır bir dağa dırmaşım,
Əlimdə
səlamət qala ta başım;
Qaçıb
mərd-mərdanə çıxdım dağa,
Baxırdım
î yerdən sola,
həm sağa;
Nə
gördüm, qaçır tülkü nisbət qoşun,
Özün
də görəydin gələrdi xoşun!
Haray
basdım, ah, vah, aman, qaçmayın
Davam
eyləyin bir zaman, qaçmayın!
Sözüm
batmadı ləşgərin beyninə,
Ox, ox! Batdı
ox dövlətin eyninə!
Qoşun
qaçdı, boşlandı meydani-cəng,
Bütün
getdi yəğmayə topi-tüfəng.
Çü
gördüm olur vəzi-halım təbah --
Gətirdim
iyirmi qazağə pənah;
Yanan
qəlbimə sanki su saçdılar,
Î
yerdən alıb da məni qaçdılar.
Budur
surəti-ərzi-halım mənim,
Mücahidlər
ilə cidalım mənim.
Qəvi
şövkətim, indi fərman nədir?
Buyur, mal
nədir, baş nədir, can nədir?!
Əgərçi qaçarkən atı
yormuşam,
Yenə hər nə hökmün ola durmuşam.