SOLDUMU
GÜLZARIN, EY FAİQ
"Molla
Nəsrəddin " jurnalının
mühərrirlərindən
Ömər
Faiq Nemanzadənin hökumət tərəfindən
tevqif
olunması münasibətilə
Soldumu gülzarın, ey Faiq Neman pəsər?
Laləyi-nemanların oldumu xunin cigər?
Sinənə dəsti-qəza çəkdimi
sixi-kədər?
Nərkisi-şəhlalərən jaləçəkan
oldumu?
Şimdi sənə mən deyən mətləb əyan
oldumu?
Söyləmədimmi sənə rahət otur heyfsən?
Çəkmə
bu millət qəmin, çək özünə keyf sən!
Xana
deyildir sənin, getməlisən, zeyfsən!
Eyləmədin
etina qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan
oldumu?
Fayidə
verməz dedim etdiyin əfqan sənə,
Halına
yandıqların eyləməz ehsan sənə,
Məskən
olur aqibət, guşəyi-zindan sənə,
Guşəyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan
oldumu?
Mən
demədimmi sənə başda otur tac
tək,
Durma
müqabil, bəla tirinə amac tək,
"Dad
məni tutdular" söyləmə dürrac tək,
Balü-pərin
nagəhan, tirə nişan oldumu
Şimdi sənə mən deyən mətləb əyan
oldumu?
Mən
demədimmi sənə girmə işə canilən,
Xovf
elə sallaşma çox, bəylərilən, xanilən
Olmagilən
həm rəviş, məclisi-iranilən,
Məclisi-İranda bir şevkətü-şan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan
oldumu?
Mən
demədimmi sənə, həzrəti-zişanları
Eyləmə
dəvət əbəs, birliyə işanları,
Sən
ki, yıxa bilməsən, bunca pərişanları,
Məsələyi-ittihad həllü-bəyan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?