TÜRK ALƏMİNİN ŞEKSPİRİ
OLAN NAMİQ KAMAL HƏZRƏTLƏRİNİN
"AMALIMIZ-ƏFKARIMIZ İQBALİ
VƏTƏNDİR" MƏTLƏLİ ŞERİNƏ
NƏZİREYİ-TƏMƏSXÜRANƏ
Amalımız, əfkarımız
ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə
rahi-bədəndir,
Əfal yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyadə əsarətlə bütün
kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam
alırız biz.
Əqrəb kimi neştər gücü var
dırnağımızda,
İslam susuz olsa, su yox bardağımızda,
Hər küncdə min tülkü yatıb
çardağımızda,
Min hiylə qurub rütbəvü ikram
alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam
alırız biz.
Qafqazlı adı aləmə ikrah
rəsandır,
Quldur, qoçumuz zülmdə
məşhuri-cahandır,
Kim dersə tərəqqi edəriz,
məncə, yalandır,
Bəxlü həsədə adət edib kam
alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam
alırız biz.
Biz xoşlamanıq dərsi ki, min məktəb
açılsın,
Gər min də maarif sözü dünyaya
saçılsın,
Məktəbdə nə hörmət ki, î
samana qaçılsın?
Meyxanada votqa vurarız, kam alırız biz,
Qafqazlılarız, məst olarız, nam
alırız biz.
Avropalı öz millətin
ihya edir, etsin,
Şənü
şərəfi-qövmünü ihya edir, etsin,
Insanlıq
adın dəhrdə ibqa edir, etsin,
Qəflətdə
yatıb, ad batırıb, nam alırız biz,
Başa yumuruq zolladırız, kam alırız biz.