TƏRANEYİ-ƏSİLANƏ
Nə soxulmusan arayə, a başı
bəlalı fələ?!
Nə xəyal ilə olubsan belə
iddəalı, fələ?!
Sənə dinmədikcə, əbləh,
azıxıb yolun çaşırsan,
Qapıda dayanmayıb da zala doğru
dırmaşırsan,
Qara fəhlə olduğunda bəyü xanla
çulğaşırsan,
Bəyə bizdə görməyirsən bu
qədər cəlalı, fələ?!
Nə çığır-bağır
salırsan, yorulub usanmayırsan,
Ədəb ilə öz məqamın
tanıyıb dayanmayırsan,
Hələ köhnə paltarından
qızarıb utanmayırsan,
Başına qoyub gəlirsən yekə bir
motalı, fələ?!
Buna bax, bu sir-sifətlə danışır da
bir ibarə!....
Gözüm ağrıyır edəndə bu
qırılmışa nəzarə....
Gətirib buraxdı kimlər buları bizim
diyarə?
Nə
bilim haralı kasıb, nə bilim haralı fələ?!
Belə
idi adət əvvəl? Bəyə yalvarardı kasıb,
Nücəbaləri
görəndə ayağa durardı kasıb,
İki
qat olub ədəblə bəyə baş vurardı kasıb,
Var idi
vəfalı kasıb, var idi həyalı fəhlə!
Dəyişib
zəmanə indi, dolanıb bütün ümurat,
Ayağı
çarıqlılar da gəlib istəyir müsavat,
Belə
əsrdə məişət bizə xoş keçərmi,
heyhat!
Ayılıb
yatan cəmaət, göz açıb qapalı fələ!
Adə,
fəhlə, sən get əlləş, sana günlərin ay
olsun,
Get olarla
söz danış kim, sənə fəqrdə tay olsun,
Bəşəriyyət
aləmində nəyinə görə pay olsun?
Bu deyilmi
baş-qulağın, a başı havalı fələ?!
Bəşəriyyət
axtarırsan, hanı rütbəvü cəlalın?
Mədəniyyət
axtarırsan, hanı pulu-mülkü-malın?
Əzəmiyyət
axtarırsan, hanı xalisən, mənalın?
Hanı
taqə-taqə şalın, a cırıq çuxalı
fələ?!
Danışırsan
azğın-azğın, hanı qəsri-zərnigarın?
Hanı
Anna tək barışnan, hanı Sonya tək nigarın?
Hanı məclisi-qumarın,
rüfəqayi-meygüsarın?
Hanı
nəşəyi-xumarın, a qalın qafalı fələ?!
Əgər
istəsəydi allah, ki səni edəydi məqbul,
Bizə
verdiyi tək, əlbət, sənə həm verərdi
pul-mul.
Di utan
ləyaqətindən, barı olma bunca məchul!
Quru-boş
əl ilə umma özünə kəmalı, fələ!
Qələt
eylə, etmə bir də belə boş xəyalı,
fələ!
Dur itil, cəhənnəm ol, get, ürəyim daralı, fələ!