UÇİTELLƏR
Tövqif edilmişdi mağıl Gəncə
siyezdi,
Olmuşduq əcəb biz dəxi rahət,
uçitellər!
Düşdü tovuğu turşuya
bədbəxt "Nicat"ın,
Əyləşmədi bir ləhzə
fərağət uçitellər!
Divan-dərəni bəndə çəkib
aldı dübarə,
Bu bidət olan əmrə icazət,
uçitellər!
İndi Bakıda başlanacaq, oldu bu iclas,
Olduq yenə ol məclisə dəvət,
uçitellər!
Qoymur bu
qapanmış bizi dünyada beş-on gün
Adətcə
çəkib kef, edək işrət, uçitellər!
Bilməm
bu siyezdin nədir axır bizə xeyri -
Hər
ildə çəkək bunca əziyyət,
uçitellər?!
Daim bu
təşəbüsslər olur həqqüləməlsiz,
Millət
pulu yox ta alaq ücrət, uçitellər!
Lazım
gətirir xərc edək ancaq cibimizdən,
Həm
xərc ola mayeyi-zəhmət, uçitellər!
Boylə
əmələ aqil olan mürtəkib olmaz,
Layiqmi
cibişdana xəyanət, uçitellər?!
Yəni
nə deməkdir bu ki, sən pulunu xərc et,
าเ elm
oxuyub dərs ala millət, uçitellər?!
Millətdən
ötür ağlayan axırda olur kor, --
Məzmunlu
məsəldir bu ibarət, uçitellər!
Bildir
də nə zəhmətlə bu iclasa
yığışdıq,
Etdik
nə qədər boş yerə söhbət,
uçitellər!
Lağ-lağ
danışıldı ki, nədir şiə və sünni,
Lazım
ki, bir olsun bu şəriət, uçitellər!
Derdiz ki,
gərəkdir açıla məktəbi-nisvan,
Bir yanda
dəxi məktəbi-sənət, uçitellər!
Bu
hərzəvü hədyanlara kimlər qulaq asdı,
Kim verdi
bu axmaq sözə qiymət, uçitellər?!
Baş
tutdumu beytülmalınız, söylə, sən allah?!
Çəkdiz, mən ölüm, hiç
xəcalət, uçitellər?!
İslamın ölüb yoxsa sanırdız
vükəlası?
Xudsər eləyirdiz də vəkalət,
uçitellər?!
Bir
millətə kim, siz olasız hadiyü hami,
Batsın
yerə, ya rəb, belə millət, uçitellər!
Sidqi bu
ki, bu barədə rəyimdir əlavə --
Sizlə
edə bilməm də şərakət, uçitellər!
Fikrim
budur ancaq olam öz keyfimə məşğul
Bu
guşeyi-gülzardə xəlvət, uçitellər!
"Mey
şişədə, cam əldə, ağır
nəşə başımda"....
Bu
şerin edəm virdini adət, uçitellər!