UŞAQLARA
Ey millətin ümmidi, dilü canı,
uşaqlar!
Validlərinin sevgili cananı, uşaqlar!
Madərləriniz etdi sizə mehrü
məhəbbət,
Ağuşi-şəfəqqətdə sizi
bəslədi rahət,
Validləriniz xərcinizə etdi
kəfalət,
Əlminnətü-lillah, sizə yar oldu
səadət,
Olduz hərəniz bir evin oğlanı,
uşaqlar!
Asudə gəzin indi bu dünyanı,
uşaqlar!
Siz sərv kimi sərkəş olub boylə boy
atdız,
İllik beçə tək banlayaraq xalqı
oyatdız,
Şad oldu pədər, madəriniz -- bu boya
çatdız,
Bəsdir sizə gəhvareyi-naz içrə
ki, yatdız,
İndi buraxın balışı,
yorğanı, uşaqlar!
Həm tərk eləyin xaneyi-viranı,
uşaqlar!
Vəqt oldu çıxıb
küçədə cövlan edəsiz siz,
Hərcayi gəzib, hər yeri seyran edəsiz
siz,
Cəngü cədəlü qarətü talan
edəsiz siz,
Hər cildə girib aləmi viran edəsiz siz,
Gündə atasız bir neçə
patranı, uşaqlar!
าเ öyrənəsiz şiveyi-dəvanı,
uşaqlar!
Vəqt oldu həvəs etməyəsiz
məktəbə, dərsə,
Təlim alasız hər nə ki, aləmdə
betərsə,
Xeyri buraxıb əxz edəsiz hər nə
zərərsə,
Mail olasız hər işə kim,
fıtnəsə, şərsə,
Adət qılasız hərzəvü
hədyanı, uşaqlar!
Siz neyləyəsiz məktəbi, mollanı,
uşaqlar!
Vəqt oldu vurab yıxmağa müştaq
olasız siz,
Evdə gərək əvvəlcə ki,
qoççaq olasız siz,
Həm validə, həm validəyə ağ
olasız siz,
Dincəlməyələr ta nə qədər
sağ olasız siz,
Hər gün döyəsiz madəri-nalanı,
uşaqlar!
Ta uf deməyə qalmaya imkanı, uşaqlar!
Hər
istədiyin olmasa hasil pədərindən,--
Vur,
yıx, cala ta qorxuya düşsün zərərindən,
Söy
ağzına cürətlə, çəkinmə
hünərindən,
Biçarə
xilas olmaq üçün şurü şərindən,
Çıxsın
canı, satsın qabı, qazanı, uşaqlar!
Neylər
dəxi ol sərvətü samanı, uşaqlar!
Bəsdir
ki, oğul sahibi düşkün pədər oldu,
Xeyr oldu
əcəb aqibəti, bəxtəvər oldü,
Göz
nuru hesab eylədiyi dərdi-sər oldu,
Zəhmətlə
əmək verdiyi cümlə hədər oldu;
Nə
ölmədi, ta kim, qutara canı, uşaqlar!
Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!