VƏQTA Kİ, ƏSƏR NƏSİMİ-ZÜLMƏT

 

 

 

 

Vəqta ki, əsər nəsimi-zülmət,

Təsir bağışlayar cəhalət,

Dünyadan ədəm olur bu millət,

Hərçənd bacarmaram nəbüvvət,

Amma belə göstərir zəmanə:

Bixar qalır güli-fərasət,

Ey seyrə çıxan î gülüstanə,

Onda oxu bir duayi-rəhmət,

İndi məni kafiranə yad et!

 

Vəqta ki, həna satan tapılmaz,

Saqqallar olur ya ağ, ya qarə,

Baş qırxmağa hiç kimsə qalmaz,

Toxmi-keçələ edərlər çarə,

Nə nurə, nə püştmalü-dəllak,

Nə zəli, nə neştərü-həcamət,

Pəh-pəh nə zaman, nə aləmi-pak!

Nə lən, nə küfr, nə ləcacət.

Onda məni aqilanə yad et!

 

Vəqta ki, cahanda ləfzi-kafər

Bir-bir pozular hamı lüğətdən;

Nə mollanüma, nə Mirzə Qənbər,

Yox rəncü-məlal bir cəhətdən;

İnsanlar olur çu cismi-vahid,

Aləm dəxi bir vətən ki, cənnət.

Nə şirk, nə mevminü, nə mülhid.

Əsrarını bildirər təbiət;

Onda məni yanə-yanə yad et!