VAY, VAY! NƏ YAMAN MÜŞKÜLƏ
DÜŞDÜ İŞİM, ALLAH!
Vay, vay! Nə yaman müşkülə
düşdü işim, allah!
Fəryadıma yet kim, yanıram
atəşə, billah!
İslamə xələl qatmadadır
bir neçə bədxah,
İstərlər
ola bəndələrin taği və gümrah,
Etdim
nə yaman əsrə təsadüf, aman, ey vah!
Lahövlə
vəla qüvvətə illa və billah!
Məktəblər
açıb eyləyin ehsanı, -- deyirlər,
Məktəbdə
qoyun ustulu, daskanı, -- deyirlər,
Ðәrpuç
eləyin çubü fələqqanı, -- deyirlər,
Dişrə
çıxarın həzrəti-mollanı, -- deyirlər,
Molla
qovula, yəni müəllim gələ, vah-vah!
Lahövlə
vəla qüvvətə illa və billah!
Mən
anlamıram kim, nola mənayi-müəllim?
Qırx-əlli
manat pul ala hər ay müəllim?
Bir
tazə üsulə ola ifayi-müəllim?
Pulları
ala, söyləyə-oxqay-müəllim?
Molla ona
həsrətlə çəkə küçədə ah
... ah!....
Lahövlə
vəla qüvvətə illa və billah!
Bir ildi,
bir az ñîõ da olur, yoxdu damağım,
Nə
çatmır əlim bir işə, nə getmir
ayağım,
Hərdən
yeni bir söz danışır oğlan-uşağım,
Taqqıldayır,
allah da şahiddi, qulağım,
Port-Artur,
hürriyyət, Mancuriya, qah-qah!....
Lahövlə
vəla qüvvətə illa və billah!
And olsun
ötən günlərə, divanə olublar!
İslamə
də, imanə də biganə olublar!
Billahi
başım çıxmayır aya nə olublar!?
Hürriyyətə-mürriyyətə
məstanə olublar....
Bah-bah!.... Yenə bah-bah!.... Yenə bah-bah!.... Yenə bah-bah!....
Lahövlə
vəla qüvvətə illa və billah!
Ax, ay
keçən illər, nola bir də dolaneydiz,
Tazə
yenə beş yüz il olunca dayaneydiz,
Elmi,
ədəbi, fəzli, kəmalatı daneydiz,
Ey bildir,
inişil, nola odlara yaneydiz!
Òà
eyləmiyeydiz də bu qafılləri agah!
Lahövlə
vəla qüvvətə illa və billah!
Bilməm
nə işim vardı, başım harda
qızışdı,
Elm
ilə belə düşmən olan qövm barışdı,
Təcdidi
vəfa birlə maariflə sarışdı,
Rahət
yata bilməm, mənə qəm muri darışdı.
Etməkmi
olar bir də bu uymuşları ikrah?
Lahövlə vəla qüvvətə illa və billah!