AZƏRBAYCAN XALQINI DÜNYAYA YENİDƏN

 MİLLƏT KİMİ TƏQDİM EDƏN

 

20 YANVAR

 

 

Mündəricat

Ön söz və ya problemə nəzəri baxış

I FƏSİL Milli oyanış və xalqın təşkilatlanma prosesi

II FƏSİL Azərbaycan xalqını dünyaya yenidən millət kimi təqdim edən 20 yanvar

III FƏSİL Təcavüz və milli təhqirin Azərbaycan rəhbərliyini milli mövqeyə keçirə bilməməsinin səbəbləri

Ədəbiyyat

 

 

Ön söz və ya problemə nəzəri baxış

Tələbəlik illərindən milli hərəkatın iştirakçısı olub 1970-ci ildən Elçibəylə birgə fəaliyyət göstərsəm də, xüsusilə 1988-ci ildən milli-azadlıq hərəkatının yüksəlişi zamanı onun ön sıralarında gedən, 20 yanvar hadisələri zamanı siyasi proseslərin mərkəzində olub, şəhidlərin Dəfn Komissiyasının sədr müavini kimi fəaliyyət göstərsəm də, bu mövzuda xüsusi əsər yazmaq fikrində deyildim. Bu problemə məqalələrimdə yeri gəldikcə toxunmaqla kifayətlənirdim. Lakin 1994-cü ilin 20 yanvarında şəhidləri anma mərasiminə həsr olunmuş televiziya verilişlərində tanımadığım adamların xalqa 1990-cı il 20 yanvar şəhidlərinin Dəfn Komissiyasının üzvü kimi təqdim edildiyini, belə hadisələrin ilbəil artdığını, onların hadisələri təhrif etdiyini, ümumiyyətlə, həmin dövrdən müəyyən qüvvələrin Azərbaycan xalqının bugünkü müstəqiiliyinin XX əsr 80-90-cı illər milli-azadlıq hərəkətinin nəticəsi olmasını danmağa çalışdığını, xalqımızın 20 yanvar qəhrəmanlıq səhifəsinə şübhə salmaq istəyini gördükdən sonra bu əsəri yazmaq qərarına gəldim.

Sovet imperiyası 70 illik hökmranlığı dövründə Azərbaycan xalqının müstəqillik ideologiyasını öldürə bilməmişdi. Lakin milli, etnik və siyasi şüurda, adət-ənənə sistemində natamamlıq yarada biimişdi. Həmçinin sovet təhsili, xüsusilə tarixşünaslığı ölkənin vətəndaşlarına dünyanı, xüsusilə onlın sosial-siyasi sistemini, quruluşunu obyektiv qavramağa, dərk etməyə imkan vermirdi.

Bu və digər səbəblərdən 80-ci illərdə Sovet imperiyasında milli-azadlıq hərəkatı başlayanda istiqlal mübarizləri hərəkatın formasını, hərəkətverici qüvvələrini - başlıca, əsas və digər hissələrini əvvəlcədən müəyyən edə bilmirdilər. Milli-azadlıq hərəkatının gedişi prosesində və sonralar bu mövzuda yazılmış əsərlərdə də bu məsələyə aydınlıq gətirilməmişdir. Lakin bu ay-dın faktdır ki, sovet imperiyasında başlayan milli-azadlıq hərəkatının hərəkətverici qüvvələri, rəhbər siyasi təşkilatlarının yaranması, liderlərinin yetişməsi, inqilabi qüvvələrlə əks-inqilabi qüvvələrin fəaliyyət imkanları da əvvəlki inqilablardan fərqli idi. Sovet rus imperiyasında milli-azadlıq hərəkatı dünya təcrübəsində məlum olan milli burjuaziyanın və elitanın iştirakı və başçılığı ilə getmiş istiqlal mübarizələrindən fərqli hərəkat idi. Sovet imperiyasında başlayan milli-azadlıq hərəkatı quldarlıqla feodalizmin sintezi olan bir cəmiyyətdə, ölkədə baş verirdi. Dünyanın bu ən nəhəng imperiyasının əsarəti altında olan xalqların etirazı müxtəlif səbəblərlə izah olunurdu. Onun hərəkətverici qüvvələri təbii-tarixi inkişaf yolu keçmiş ölkələrdən, xaiqlardan fərqli idi. Pribaltika xalqları istisna olmaqla, əsrlərlə rus imperiyasının əsarətində olmuş xalqlarda milli mənlik şüuru, siyasi şüur aşağı səviyyədə idi. İmperiya ideoloqlarının xalqların şüuruna aşılamış olduğu azad iqtisadiyyata, burjua cəmiyyətinə nifrət birmənalı hökm sürürdü. Inqilabın hərəkətverici qüwələri onun xarici səbəblərindən, xarici təsirin gələcək məqsədlərindən xəbərsiz idiiər. Milli-azadlıq hərəkatından yazan müəlliflər hələ də bu təsir və məqsədlərə toxunmurlar.

Azərbaycan milli-azadlıq hərəkatmın başlıca hərəkətverici qüvvəsi, sosial bazası tələbə və gənclər idi. Bu sosial təbəqə istiqlalı birmənalı zə-rurət kimi qəbul edirdi. Fəhlələr milli-azadlıq hərəkatının əsas qüvvəsi kimi çıxış edirdi. Azsaylı sənətkarlar təbəqəsi istiqlal mübarizəsinin sosial bazasında əhəmiyyətli yer tuturdu və hərəkatın ilkin maliyyəçiləri idi. Orta məktəb müəllimləri, həkim və mühəndis-texniki təhsilli işçilər arasında da istiqlalı birmənalı qəbul edənlər çoxluq təşkil edirdi. Elmi işçilərin aka-demiya sahəsində fəaliyyət göstərənləri arasında istiqlal mübarizəiəri üstünlük təşkil edirdi. Lakin bilavasitə gənc nəslin təhsil və tərbiyəsi ilə məş-ğul olan ali məktəblərdə işləyən alimlər arasında istiqlalı müdafiə edənlər faiz təşkil etməyəcək sayda idi. Misal üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Vurğun Əyyub, Mürsəl Həkimov və Tağı Xalisbəyli - cəmi üç nəfər milli-azadlıq mübarizəsində iştirak edirdi.

Kənd təsərüfatı işçilərinin ziyalı və aşağı təbəqəsinin böyük əksəriyyəti, ticarətçilər də azadlıq mübarizəsinin mahiyyətini dərk etməyəcək səviyyədə idilər. Onlar yalnız Qarabağ hadisəsinə ədalətsiz münasibətə görə imperiyadan narazı idilər və bunu büruzə verməməyə çalışırdılar. Yalnız imperiyanın 20 yanvar vəhşiliyindən sonra onların əksəriyyəti imperiyadan üz döndərib istiqlal mübarizəsini dəstəklədilər.

Azərbaycanın titullu "ziyalı"ları (xalq yazıçısı, şairi, artisti və başqa ad-larverilmiş, dövlət və hökumət mükafatları ilə təltif olunmuşlar, akademiklər), müstəqil inkişaf yolu keçmiş xalqlarda elita adlanan bu təbəqə birmənalı şəkiidə imperiyanı müdafiə edirdilər. Yalnız iki nəfər - Azərbaycan SSR EA-nın müxbir üzvü, kimyaçı alim Xudu Məmmədov gənclik illərindən müstəqillik ideyasının daşıyıcısı olmuş, milli-azadlıq hərəkatı başlayanda da birmənalı xalqla birlikdə oldu. Akademik Ziya Bünyadov işə Azərbaycan tarixinin saxtalaşdırılmasına, imperiya və respublika rəhbərliyinin Qarabağ probleminə qeyri-obyektiv münasibətdə qətiyyətli tənqidi ilə milli təəssürat yaradırdı. Milli sosial-siyasi strukturda elita kimi görünən təbəqədən yalnız 20 yanvar hadisəsi zamanı Arif Məlikov birmənalı milli istiqlal mövqeyinə keçdi. Artıq bu zaman Xudu Məmmədov dünyasını dəyişmişdi. Elita kimi görünən təbəqədən çox az şəxs 20 yanvar hadisəsi zamanı nadir hallarda xalq arasında göründü. Onlar az hallarda milli mövqedən çıxış etsələr də, tezliklə əksəriyyətinin əhalinin emosiyalarını söndürmək üçün hakimiyyətin sifarişi ilə məqsədli çıxışlar etdiyi aşkar oldu. Bu təbəqənin bəzi üzvlərinin 20 yanvar təcavüzünün dəhşətlərindən emosional, keçici çıxışlarına da rast gəlinirdi. Sonda nəticə etibarı ilə bu təbəqə birmənalı imperiyanı müdafiə edirdi. Azərbaycan KP MK-nın ali aparatı, Azərbaycan KP MK-nın orta  təbəqəsi, respublika nazirliklərinin yuxarı eşalonu və orta təbəqəsi, DTK, prokurorluq, milis və məhkəmə-inzibatı orqan adlanan sosial təbəqə, yəni milli strukturda siyasi idarəçilik - elita funksiyasını icra etməli təbəqə açıq şəkildə istiqlalın düşməni kimi çıxış edirdi. Bu təbəqədə istiqlala müsbət münasibət göstərənlər olsa da, onlar son dərəcə az idi.

Hakimiyyəti təmsil edən, azərbaycanlı adlanan bu sosial-siyasi təbəqə heç bir tərəddüd etmədən imperiyanın göstərişlərini respublikada həyata keçirirdi. İmperiyanın bütün hakimiyyəti illərində Azərbaycan xalqının respublika rəhbərliyinə həmişə olmuş etimadsızlığı son həddə çatmışdı. Hadisələr göstərdi ki, xalq yanılmamışdı. Görünür 24 -28 fevral 1988-ci il Əsgəran-Sumqayıt ixtişaşları zamanı imperiyanın yoxlamaq istədiyi, sınaqdan keçirdiyi məsələlərdən biri respublika rəhbərliyinin ona sədaqətini bir daha dəqiqləşdirmək idi.

Əsgəran ixtişaşı zamanı Ağdamdan Əsgərana köməyə getmiş əhaliyə Azərbaycan hakimiyyəti divan tutdu. Cəbrayıl rayonundan Əsgərana haya gəlmiş adamlara milis zorakılığı tətbiq olundu. Rayon PK birinci katibi Əli Rzayev rayon inzibati orqanlarının amansızlığa, hətta köməyə getmiş adamların qohum-əqrabasına uydurma cinayət işi qaldırmağa məcbur etdi.

Moskvanın, Yeravanın, digər beynəlxalq qüwələrin hazırladığı Sumqayıt ssenarisi hava vasitəsi ilə həyata keçirilməmişdi. Bu ssenaridən Azərbaycanın ali hakimiyyət orqanları xəbərdar idi, yerli hakimiyyət orqanlarının iştirakı ilə icra olunmuşdu. Hakimiyyət özü yaratdığı süni ixtişaşdan sonra şəhərə ordu yeridib xüsusi təlim görmüş itlər vasitəsilə insanları parçaladır, əzab, işgəncə verdi. Minlərlə adamı həbs etdi. Tora saldığı neçə adama ölüm hökmü verdi. Sumqayıt ixtişaşının təşkilatçılarından azərbaycanlı adı ilə ixtişaşı ilk başlayan, "Kurunqa üzvülük haqqı ödəməyən 5 ermənini şəxsən öldürmüş erməni Qriqoriyansın adı uzun müddət ictimaiyyətdən gizlədildi.

Respublikanın qanunverici, siyasi-iqtisadi icraedici hakimiyyətinin, strukturun yüksək pilləsində duran titullu "ziyalı"ların imperiyaya birmənalı sədaqətini dəqiqləşdirəndən sonra imperiya Azərbaycanda milli-azadlıq hərəkatına qarşı amansızlıq göstərdi.

20 yanvarda Azərbaycan xalqı üzərinə quru, hərbi-dəniz, hərbi-hava, hava-desant qoşunları, xüsusi təxribatçı hissələri, DTK və DİN qoşunları, ən dəhşətlisi isə SSRİ-nin müxtəlif regionlarından toplanan cinayət aləminin üzvlərini kütləvi surətdə Bakıya yeritdilər. İmperiya Bakıda tarixi analoqu olmayan qırğın, vəhşilik, talan, qarət və əxlaqsızlıq göstərdi. Cinayət aləminin nümayəndələrindən 4448 nəfərini Respublika   Daxili   İşlər Nazirliyi 20 yanvar hadisəsi zamanı həbs edib qeydə ala bilsə də, lakin onları dərhal azad etmişlər (25, 30-32; 61; 67). Qanunsuzluqlar, pozğunluqlar, təxribatlar törətməklə fövqəladə vəziyyət  tətbiq etmək üçün Moskva hələ1989-cu ilin sentyabrından sistemli olaraq Bakıya təxrıbatçı qrupıar, mütəxəssislər göndərmişdi. 20 yanvar təcavüzünə qədər beş ay respublika rəhbərliyinin gözü qarşısında, təbii ki, onun iştirakı ilə Azərbaycan xalqı cinayətə və cəzalandırılmağa hazırlanmışdı. [25,46-47]

1989-cu ilin dekabrında Moskvada Sov.İKP MK-nın siyasi bürosunda Ermənistan və Azərbaycan deputatlarının iştirakı ilə Qarabağ probleminin   müzakirəsi zamanı Azərbaycandan SSRİ Ali Sovetin deputatı, dünya şöhrətii bəstəkar Arif Məlikov kəskin gedən mübahisə şəraitində Sov.İKl MK-nın baş katibi, SSRİ AS RH sədri - imperator M. S. Qorbaçovu ittiham edərək dedi: "Qarabağ faciəsi üçün Mixail Sergeyeviç, mən şəxsən sizi günahkar hesab edirəm".* Arif Məlikov yazır ki, fasilədə zaldan çıxdıq Bütün deputatlar mənə məhəl qoymadan yanımdan ötüb keçdi, tənha qaldım. Bu tənhalıqda yeganə söykəyim çəkdiyim siqaret idi [25,11]. Bu hadisədən sonra Arif Məlikova erməni, rus, azərbaycan deputatlarının etinasızlığının səbəbi fərqli idi. Azərbaycan xalqı üçün faciələr yaradan səbəb lərdən başlıcası məhz Azərbaycan deputatlarının etinasızlığı idi. Xalqın təmsilçisi seçilmiş adamlar bütünlüklə xalqa yad idi.

Hörmətli oxucu, Dəfn Komissiyasının sədr müavini kimi  Şəhidlər Xiyabanındakı 42 günlük fəaliyyətim, bu günlərdə Azərbaycan xalqında gördüyüm həmrəylik hisləri, təşkilatlanma qabiliyyəti, mütəşəkkillik əsərin "Azərbaycan xalqını dünyaya yenidən millət kimi təqdim edən 20 yanvar” adlandırmağa imkan verdi.

Əsərimin əlyazmasını rəyə verdiyim, 20 yanvar şəhidlərinin Dəfn Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlim- zadə əsəri və eyni adlı fəsli "Qanlı yanvar milli oyanışın yeni mərhələsdir" adlandırmağı tövsiyyə etdi. Azərbaycan milli-azadlıq hərəkatının tədqiqatçısı, miilətsevər tarix elmləri doktoru Aydın Balayev isə əsəri "2 yanvar - Azərbaycan xalqının millət kimi inkişafında dönüş nöqtəsidir" adlandırmağı məsləhət bildi. Əlbəttə, onların irəli sürdüyü arqumentlərdə razılaşmalı məqamlar yetərincədir. Lakin bu məsələyə toxunan bütün müəlliflər əsasən müstəqillik illərində Azərbaycan xalqının bir toplum, vahid orqanizm kimi funksiyasını icra edə bilməməsinə istinad edirlər. Misal üçü psixologiya elmləri doktoru, professor Ə. S. Bayramov faktlarla əsaslandıdırır ki, hazırda Azərbaycan xalqında birləşdirici hisslər deyil, etnosu parçaiayan, dağıdan hisslər aparıcı mövqedədir. Fəlsəfə elmləri doktoru professor Ə. M. Tağıyev isə Azərbaycan xalqının passionarlıq (yaradıcılıq) göstərə bilməməsini yazır [27,90; 28,53].

Deyiiənləri nəzərə alaraq Azərbaycan xalqının tarixində 20 yanvar hadisəsinin yerini, onun funksiyasını düzgün müəyyən etmək, belə adlandırmanın obyektiv reallıq dərəcəsini bir daha dəqiqləşdirmək üçün 20 yanvar hadisəsini dünya milli-azadlıq hərəkatlarının ən böyük hadisələri müqayisə etdim. 20 yanvar hadisəsi etnosun təhtəlşüur vəziyyətdən çıxması, milli ruhun və həmrəylik hisslərinin oyanması, milli təşkilatlanmanın spontan şəkildə baş verməsi baxımından dünya milli-azadlıq hərəkatları tarixində analoqu olmayan hadisədir. Rus imperiyası 1945-ci ildə Berlinin alınmasında istifadə etdiyi hərbi taktika ilə Bakı şəhərinə dəhşət və vahimə doğuracaq bir təcavü tətbiq etdi. Müxtəlif qoşun növlərindən, tarixdə iik dəfə cinayətkar aləmdə təşkil olunmuş ordudan, çoxsaylı separatçı, təxribatçı, pozucu qruplarda iItifadə olundu. Xalq milli təşkilatından məhrum edildi. Bütün bunları imperiyanın açıq və gizli tədbirləri ona qələbə çaldıra bilmədi. Azərbaycan xalqı bir neçə saatda fövqəladə təşkilatlanmaq qabiliyyəti ilə vahid milli orqanizmə çevrilib, imperiyanın təcavüzünü dayandırdı və onu geri çəkilməyə məcbur  Azərbaycan xalqının sürətlə milli orqanizmə çevrilməsi biososial qanunauyğunluq olub, onun tərkibində yaradıcı hissələrin, azadlıq ruhunun üstünlüyü ilə bağlıdır. Belə ki, müəyyən vaxtlarda orqanizmin müəyyən hisəsəsinin funksiyasını icra edə bilməməsi bütün canlılarda olduğu kimi, sosial orqanizm olan etnosda da baş verir. Bu zaman orqanizmin daxili hissələrinin yenidən qurulması, sıradan çıxmış hissənin yükünü digər orqanların üzərinə götürməsi və s. forma və üsullarla yaşamağa qabil hissələr vahid sistemə, orqanizmə çevrilməklə predmet, etnos mövcudluğunu     qoruyur, yaşayışını, gələcəyə yollarını davam etdirir. Funksiyasını icra edə bilməyən element və hissələr orqanizmdən ifraz olunur.

1988-ci ildən başlayan milli-azadlıq hərəkatı gedişində Azərbaycan xalqı sosial orqanizm kimi yeni strukturda qurulur, formalaşırdı. Bizcə bu formalaşma 20 yanvarda başa çatdı. Azərbaycan xalqının azadlıq ruhunu yaşadan hissəsi vahid orqanizmə çevrilərək özünü millət kimi təsdiq etdi. Əsərimdə bəzi məsələləri dəqiqləşdirmək üçün 20 yanvar hadisəsi zamanı Dəfn Komissiyasına fədakarcasına kömək etmiş dahi bəstəkarımız Arif Məlikova zəng etdim (2002-ci ilin yayı). Arif Məlikov 20 yanvar hadisəsi haqqında 1994-cü ildə "İttiham edirəm..." ("Yaobvinyayu..." B. 1994) adlı əsəri nəşr olunduğunu bildirdi. Lakin bu əsərlə Azərbaycan oxucusu tanış ola bilməmişdi. Gözəgörünməz qüwələr əsəri mağazadan, satışdan yığışdırmışlar. Təsadüfi deyil ki, elə həmin ilin mart ayında "Azərbaycan Respublikası Milli Məclisi" 1990-cı il 20 yanvarda Bakıda törədilmiş faciəni müzakirə edib bu haqda xüsusi qərar qəbul etmişdi. Bu sənəddə ona qədər bütün sənədlərdə və mətbuatda adları göstərilən 20 yanvar cinayəti üçün şəxsən cavabdeh hesab olunan imperiya funksionerlərinin adı göstərilməmiş, ikinci, üçüncü dərəcəli şəxslərin adları haliandırılmışdı [3,200-210]. Bu fakt göstərir ki, Azərbaycan təkrarən imperiyapərəst, onu nəyə isə dəyişməyi bacaran qüvvələrin hakimiyyətinə keçmişdir. Bu fakt məndə məyusluq doğursa da, Arif Məlikovun kitabımı oxuduqdan sonra onun şəxsiyyətinə və Azərbaycan xalqının qüdrətinə inamım qat-qat artdı. Arif Məlikov xalqının 20 yanvar mübarizəsinin görünməyən tərəflərini böyüklüyünü, qüdrətini sübut edən sənədlər, materiallar, faktlar əldə etmiş, kitabda toplamışdır. Arif Məlikovun öz yazıları da 20 yanvar hadisəsi haqqında rəsmi sənəd hüququna malikdir. 20 yanvar hadisəsinin işrakçısıdır, digər tərəfdən, SSRİ Ali Sovetinin deputatı və SSRİ Ali Sovetin üzvü idi. Bu mənada 20 yanvar hadisəsi, onun təşkilatçıları, imperiyanın Azərbaycan xalqı haqqında obyektiv və rəsmi məlumat verən yeganə sənəd Arif Məlikovun əsəridir. Əsəri oxuduqca dahi bəstəkarın 20 yanvar hadisəsi zamanı istiqlal mübarizlərinin sıralarında oimaqla xalqının azadlıq ruhunu bütün çalarları ilə yaşadığının şahidi olursan. Həmin dövrdə onun fədakarlığının "şəxsi dedektivlə" müqayisə olunması, bənzədilmə milli ruhdan məhrumluq, cılızlıqdan başqa bir şey deyildir; baxmayaraq ki, bu bənzətmə dostlarındır [25,65]. 20 yanvar hadisəsi ilə Azərbaycan xalqının özünün millət kimi yenidən təsdiqi Arif Məlikovun əsərində bizdən fərqli üslub və faktlarla əsaslandırılmışdır. Əsərin strukturuna və məqsədinə yeni forma verməmək üçüı ancaq girişdə Arif Məlikovun əsərindən istifadə etməklə kifayətləndim.

20 yanvar hadisəsi günlərində Azərbaycan xalqı fövqəladə bir sürətlə yenidən qurulurdu. Bunu anlamayanlar onu xaos, qarmaqarışıqlıq kimi tə səwür edirdilər. Bu sürəti ona illərlə qəlbində təhtəlşüur vəziyyətdə yaşat dığı azadlıq ruhu verirdi.

Böyük alman filosofu Hegel yazırdı ki, ruhun mahiyyəti azadlıqdır. Hegel fəlsəfəsində köləliyin əsasında, nəticə etibarilə kölə (qul) şüurunun dayandığı əsaslandırılır. Hegel bu kəşfini edəndə Azərbaycan xalqı azadlığını itirməmək üçün rus imperiyası ilə döyüşürdü. Minlərlə insan azadlıq ruhunu qorumaq üçün şəhidlik ruhu ilə yaşayırdı

Rus imperiyası Azərbaycan xalqının siyasi istiqlalını əlindən alsa da, onun azadlıq ruhunu öldürə bilmirdi. Hegelin kəşfindən, Azərbaycanmın siyasi istiqlalını itirməsindən az sonra Azərbaycanda olmuş böyük fransız yazıçısı A. Düma yazırdı: "Bu xalq vaxtı ilə müzəffər olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq qalır..., azad yaşamağı üstün tuturlar" 31,55]. Ondan bir qədər sonra Qafqazda olmuş rus canişini (familiyasın-dan və bəşəriyyətə, insanlığa mədəniyyətə münasibətindən görünür ki, rus deyil). V. Z. Veliçko yazır: "Azərbaycanlılarda qan şübhəsiz ki, nəcibdir, onlar təbiətən xeyirxah, mərd, alicənabdırlar, əqli və mənəvi inkişafa qabildirlər. Dövlət quruluşu, həm də hakimiyyətə, adət-ənənələrə və qaunlara hörmət təlqin edən güclü ideya (Qafqazda - X. X)... onlara xasdır" [34,128]. Məhz bu göstərilən etnik xarakter cəhətlər idi ki, rus imperiası Azərbaycan xalqının inkişafının, millət kimi formalaşmasının qarşısını ala bilmədi. Özlərinin, mütərəqqi ziyalılarının etiraf etdiyi kimi rus milli ruhundan doğan naqislik idi ki, XX əsrin başlanğıcında mütərəqqi, de-mokratik inkişaf yolundan dönüb tarixdə heç bir xalqın getmədiyi, vəhşi, qeyri-bəşəri bir yolla getməklə özlərinə və bəşəriyyətə əzab verdilər. Rus imperiyasının qeyri-bəşəri biryol tutduğu zaman Azərbaycan xalqı bir mil-lət olaraq bəşəri azadlıq ruhu yaşadığını sübut etdi və Şərqdə ilk demok-atik bir cəmiyyət, dövlət qurdu. Azərbaycan Cümhuriyyətinin demokratik əsisaları özünü demokratiyanın beşiyi hesab edən Avropa dövlətlərindən çox önə keçirdi. Bu, Azərbaycan xalqının tarixi mədəniyyətindən, adət-ənənəsindən, əxlaqi dəyərlərindən, milli ruhundan doğurdu. Bütün qonşu xalqlarda milli-demokratik ideyalar doğulub inkişaf etdiyi bir dövrdə -rus xalqında kütlə idologiyası bolşevizmi doğdu. İdeoloji manyaklıq, dağıdıcılıq onun mahiyyəti idi.

20 yanvardan başlayaraq Azərbaycan xalqı imperiyanın yerli strukturlarına ikinci dərəcəli orqan kimi yanaşıb, milli qüwələrə, onların təşkilatlarına hakimiyyət orqanı kimi yanaşmağa başladılar. Hansı ki, milli azadlıq hərəkatına rəhbərlik edən AXC həmin vaxt qarşısına belə bir məqsəd qoymamışdı. Həmin vaxtdan etnik siyasi-sosial strukturun milli zəmində yaranan yeni təbəqələri - siyasi elita, ziyalı elitası, milli mətbuat və s. diqqəti çəkməkdə idi.

20 yanvar şəhidlərinin dəfni və onların ziyarət mərasimləri günləri Bakı əhalisi ilə imperiya ordusu arasında hər an toqquşma gözlənilirdi. Ordu xalqı qorxutmaq üçün bir neçə dəfə əhalini planlı qarət etmişdi. Bu hadisə əhalini işğalçı orduya qarşı çevik səfərbər olmağa hazırladı. Buna cavab olaraq rus əsgərləri əhali tərəfindən bir neçə dəfə tərksilah edildikdən sonra ordu əhali ilə ehtiyatlı davranmağa başladı. Bu haqda hərbi komendat məlumat vermirdi. Aldığımız məlumatlara görə, belə əsgərlər dərhal Bakıdan çıxarılırdı. Əhalinin rus ordusu üzərində psixoloji üstünlüyü ardı:ıl olaraq yüksəlirdi. Bunlara baxmayaraq, hərbi komendat respublika rəhbərliyini saymır, ona məhəl qoymurdu.

Arif Məlikov yazır ki, Moskvaya gedib M. S. Qorbaçovdan xahiş etdim ki, şəhidlərin qırx   mərasimi zamanı Şəhidlər Xiyabanının ətafından ordunun çıxarılmasına göstəriş versin. O, bu haqda göstəriş verəcəyini vəd etsə də, Bakıya gələndə öyrəndim ki, belə bir göstəriş olmayıb [25,77]. Lakin şəhidlərin qırx mərasimində imperiya qoşunları nəinki Şəhidlər Xiyabanının ətrafından çəkildilər, şəhərdə görünməz oldular. Göründüyü kimi, Azərbaycan hakimiyyət orqanlarını saymayan imperiya Azərbaycan xalqı ilə hesablaşmağa başlamışdı.

20 yanvar hadisəsində milli təşkilatlara əhalinin doğma hakimiyyət kimi yanaşması, bu münasibətin ardıcıl möhkəmlənməsi, imperiya strukturlarına sayğısızlıq və etinasızlığı imperiyanın dayaqlarını çökdürüb, milli qüvvələrin hakimiyyətə gəlməsi  və Azərbaycanın tam müstəqilliyi ilə nəticələndi. Milli qüvvələr böyük coşqunluqla quruculuq işlərinə başlayıb müəyyən müvəffəqiyyətlər qazansalar da, bu işi uğurla davam etdirə bilmədilər, imperiyapərəst qüvvələr tərəfindən hakimiyyətdən devrildilər. Bunun başlıca, mühüm və əsas səbəbləri vardır.

Başlıca səbəb hakimiyyətə gəlmiş milli qüvvələrin millətin siyasi idarəçilik və ziyalı elitasına olan təlabatını ödəyəcək qədər olmaması, milli strukturun ən mühüm hərəkətverici sahəsi olan elita təbəqəsinin siyasi idarəçilik və ziyalı elitasının əsasən rus imperiyasının deqrodasiyaya uğratmış olduğu kadrlardan təşkil olunması idi. Dünya politalogiyasmda eimi əsaslarla sübut olunmuşdur ki, elitanı mənəvi və əxlaqi deqradasiyaya uğramış insanlar hesabına formalaşdıran cəmiyyətlər tarixi tərəqqinin artan tempi ilə ayaqlaşa bilmir, bütün sahələrdə tənəzzülə düçar olur.

Milli qüvvələr böyük coşqunluqla quruculuq işlərinə başlayıb müəyyən müvəffəqiyyətlər qazansalar da, bu işi  uğurla davam etdirə bilmədilər, imperiyapərəst qüvvələr tərəfindən hakimiyyətdən devrildilər. Bunun başlıca, mühüm və əsas səbəbləri vardır. Başlıca səbəb hakimiyyətə gəlmiş milli qüvvələrin millətin siyasi idarəçilik və ziyalı elitasına olan təlabatını ödəyəcək qədər olmaması, milli strukturun ən mühüm hərəkətverici sahəsi olan elita təbəqəsinin siyasi idarəçilik və ziyalı elitasının əsasən rus imperiyasının deqrodasiyaya uğratmış olduğu kadrlardan təşkil olunması idi. Dünya politalogiyasında eimi əsaslarla sübut olunmuşdur ki, elitanı mənəvi və əxlaqi deqradasiyaya uğramış insanlar hesabına formalaşdıran cəmiyyətlər tarixi tərəqqinin artan tempi ilə ayaqlaşa bilmir, bütün sahələrdə tənəzzülə düçar olur.

 

 

I FƏSİL

 

MİLLİ OYANIŞ VƏ XALQIN TƏŞKJLATLANMA PROSESİ

 

Oktyabr çevrilişi ilə hakimiyyətə gəlmiş kommunistlər rus imperiyasına yeni yönüm verdilər. Uydurma sosializm   illüziyası (kommunizm) ilə Avrasiya materikinin 1/6 hissəsini dünyadan ayırdılar. Əsarət altına aldıqları xalqlar içərisində milli ideyanın daşıyıcılarını son nəfərinə kimi məhv etdilər. Əhalinin qalan kütlə hissəsi isə dünyada nə baş verdiyindən xəbərsiz, tarixindən məlumatsız dünya xalqlarından təcrid olunmuş bir həyata məhkum edildilər. 200-ə qədər xalqı əhatə edən imperiyada yalnız ruslar şərəfli keçmişə, mədəniyyətə malik xalq kimi təbliğ olunurdu. İmperiyanın əsarət altına alınmış xalqları isə nadan, nifrətə iayiq keçmişindən rusların köməyi ilə ayrılıb sosializmə qovuşmaqla xoşbəxt olduqları haqqında təhsil, tərbiyə, çoxsahəli mətbuatın təlqin etdiyi informasiyaların təsiri altında, digər üsul və vasitələrlə simasızlaşdırılır və assimilyasiya edilirdi. Başlıca olaraq xalqların siyasi və mənlik şüuruna yiyələnməsinə imkan verilmirdi.

İkinci Dünya müharibəsində qələbə, sonrakı 25-30 illik iqtisadi yüksəliş insanlarda, xüsusilə sovet rejimi illərində doğulub, böyümüş nəsillərə kommunist ideologiyasına, onun gələcəyinə müəyyən dərəcə inam yaratmışdı. Lakin bu süni, uydurma cəmiyyətin yüksəlişi çox davam etmədi. Yetmişinci illərin ikinci yarısından sovet iqtisadiyyatı, siyasi-mənəvi həyatı durğunluğa, 80-ci illərin başlanğıcından isə tənəzzülə uğramağa başladı. Lakin sovet kommunist siyasətçiləri milyonların gözü qarşısında baş verən bu prosesi, həqiqəti danır, cəmiyyətin kommunizmə doğru sürətlə inkişafı haqqında təbliğatını davam etdirirdi. Kommunist ideoloqlar etiraf etməsələr də, imperiya əhalisinin kommunizmin sabahına, xalqların qardaşlığı və bərabərliyinə inam ardıcıl ölürdü. İqtisadi tənəzzül dərinləşdikcə ölkənin siyasi, mədəni, mənəvi ziddiyyətləri daha da qabarırdı. İmperiyanın bütün ziddiyyətləri milli ziddiyyətlər kimi özünü göstərirdi. 16 il sovet imperiyasını idarə etmiş L. İ. Brejnevin ölümündən sonra kütlə psixologiyalı əhalinin böyük hissəsi yeni rəhbərliyin səyi ilə imperiyada iqtisadiyyatın tezliklə düzələcəyinə, hər şeyin qaydaya düşəcəyinə, firavan həyat şəraitinin yaranacağına ümid bəsləyirdi. Lakin hakimiyyətin tez-tez dəyişməsi (L. İ. Brejnev, U. Andropov, K. Çernenko) böhranı da dərinləşdirir, insanların (kütlənin) sosializmin gələcəyinə inamını öldürürdü. 1985-ci ilin martında Sov.İKP MK-nın Baş katibi vəzifəsini ələ keçirən M. S. Qorbaçov iqtisadi tənəzzülü aradan qaldırmaqla imperiyanı xilas etməyə cəhd göstərsə də, heç bir uğur qazana bilmirdi, əksinə, ölkədə iqtisadi, siyasi, mədəni-ideoloji böhranın dərinləşməsi davam etdi. M. S. Qorbaçovun imperiyanın varlığını qorumaq cəhdinin uğursuzluğu labüd idi. Ona görə ki, bütün imperiyaların süqutu tarixin qanunudur, Onu dəyişmək kimsəyə müyəssər olmadığı kimi, M. S. Qorbaçova da müyəssər ola bilməzdi. Lakin M. S. Qorbaçovun əvvəlki katiblərdən, kommunist rəhbərlərdən fərqli olaraq tarixə, o cümlədən sovet tarixinə qismən də olsa, obyektiv baxışa imkan verməsi cəmiyyəti bir daha silkələdi, milli müqəddəratın həllinin başlıca, yeganə yolunun müstəqillik olduğunu müəyyən etdi. Sovet rus imperiyasında kütləvi milli azadlıq hərəkatı başladı. Imperiyada müstəqillik uğrunda mübarizə hər bir xalqın intellektual səviyyəsi, milli yaddaşın, etnik dəyərlərin gücü səfərbəredici mübarizəni daxili və xarici qüvvələrlə əlaqələndirmə imkanına görə fərqii spesifik xüsusiyyətlər göstərirdi. Azərbaycan xalqının milli-azadlıq hərəkatına rəğbət göstərib göstərməməsindən asılı olmayaraq, bütün dünya siyasətçiləri onun imperiyada azadlıq və demokratiya uğrunda mübarizənin önündə getdiyini etiraf edirdi. Hətta Azərbaycan milli-azadlıq hərəkatının dünya milli-azadlıq hərəkatında fenomen olduğunu söyləyənlər də oldu. Bu həqiqətən də belə idi. Birdən-birə 1988-ci ilin fevralında "Qarabağ münaqişəsi" adlandırılan hadisənin başlanması ilə Azərbaycan xalqında səfərbərlik və mütəşəkkillik on illər prosesində formalaşan siyasi mübarizə səviyyəsinə qalxdı. Bunun başlıca səbəbi xalqın milli varlığının təhlükə qarşısında qaldığını dərk etməsi, hətta bundan vahiməyə düşməsi idi. Artıq sovet imperiyası rəhbərlərinə, kommunist ideoloqlarına insanların inamı birmənalı itmişdi. Onun iqtisadiyyatda vəd etdiyi kommunizmin – cənnət xülyası olduğu kimi, millətlərin qardaşlığı və bərabərliyi haqqında yazılan və deyilənlərin də yalandan başqa bir şey olmadığı hər kəsə aydın idi. Rus imperiyasının türk və müsəlman xalqları müxtəlif üsullarla ardıcıl olaraq fiziki və mənəvi cəhətdən məhv etməkdə olduğu göz qabağında idi. Bu siyasətin Azərbaycan xalqına qarşı daha amansız aparıldığı da göz önündə idi. Xəstə yatağında, can üstündə olan rus imperiyası son nəfəsində belə Azərbaycan xalqına qarşı amansızlıq göstərirdi. İmperiyanın hələ ölürn ərəfəsində olmasına inana biiməməsi, Azərbaycanda özünə tam sədaqətli yerli bir hakimiyyət təbəqəsi yarada bilməsi bunun başlıca səbəblərindəndir. Yerli əhalinin müxtəlif xristian, başlıca olaraq erməni-rus metislərindən ibarət milli mədəniyyətə tamamilə yadlaşmış, ad və familiyasının zahiri görünüşünə görə azərbaycanlı olan yerli hakimiyyət vasitəsilə siyasi və psixoloji cəhətdən məğlubiyyət aşılanmış, kütlə halına salınmış azərbaycanlıları istədiyi kimi idarə edə biləcəyinə inamdan irəli gəlirdi.

Can üstə olan rus sovet imperiyasmın ölümünü bu məkanda iqtisadi və siyasi maraqları olan xarici qüvvələr daha da sürətləndirirdi. Burada gələcək planlarını həyata keçirmək üçün ayrı-ayrı qüvvələrdən istifadə edirdilər. Xüsusilə xristian və hind-avropa mədəniyyəti himayəçiliyi özünü açıq göstərmədə idi. Rus-sovet imperiyasının dağıdılmasmda, ona müəy-yən yönüm verilməsində ermənilərin birinci dərəcəli rol oynadığı həmin dövrdə və eləcə də sonralar hamı tərəfdən etiraf olunurdu. Elə bu səbəb-dən də rus imperiyasının dağıldığı bir dövrdə milli-azadlıq uğrunda mübarizə aparan digər xalqlar ağır iqtisadi-siyasi şəraitdə 'yaşadıqiarı halda ermənilər özlərini qalib kimi aparırdılar. Bu tamamilə təbii idi. XIX əsrdə rusların himayəsində Azərbaycana köçürülüb gətirilən ermənilərə 1920-ci ildə rusların Azərbaycanı təkrar işğalında xidmətlərinə görə ilk öncə İravan mahalının 9 min kv.km ərazisində erməni dövləti qurdular. Bunun ardınca Azərbaycanın Göyçə, Zəngəzur və digər vilayətlərini ondan qoparmaqla 28 min kv.km ərazisini işğal etdilər. Qarabağın Dağlıq hissəsində muxtariyyət aldılar. İkinci Dünya müharibəsindən sonra tutduqiarı ərazilərdən azərbaycanlıları qovmağa başladılar və ardıcıl olaraq Azərbaycan sərhədlərindən torpaq qoparmaqda davam edirdilər. 1969-cu ildən Azərbaycandan ərazilər qoparmaqda daha da fəallaşdılar. Laçın rayonundan Qaragöl yaylağını, Qubadlıdan Çayzəmi yaylağını, Qazaxdan Kəmərli kəndinin bir hissəsini, Kəlbəcərdən Zod qızıl mədəninin bir hissəsini, 1980-ci ildə Ordubaddan Koytan və Kilid kəndinin bəzi hissələrini, 1984-cü ildə Qazağın İncədərə yaylağı ilə birlikdə Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndləri ərazilərinin xeyli hissəsi Azərbaycandan qoparıldı. Azərbaycan əhalisinin etirazları ardıcıl olaraq yerli hakimiyyət orqanları tərəfindən çox amansızlıqla cəzalandırılırdı. Əgər əvvəllər ermənilər Azərbaycan ərazisində yaradılmış Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışırdılarsa, sonradan yeni ərazilər tutmaqla Ermənistanın sərhədlərini Dağlıq Qarabağa çatdırmaq isıəyirdilər. Məqsədlərinə də ardıcıl nail olurdular. Ermənilər artıq Azərbaycan xaiqı üzərində - siyasi-psixoloji üstünlüyü ələ almışdılar. Artıq 1982-ci ildən SSRİ mərkəzi mətbuatında Qarabağın paytaxtı Şuşa və digər əraziləri Ermənistan ərazisi kimi təbliğ olunur, hətta Moskvada nəşr olunan dərsliklərdə Xankəndi (Stepanakert) Ermənistan şəhəri kimi tədris olunurdu. Azərbaycanın torpaq itkilərinə, Moskvanın Dağlıq Qarabağı Ermənistana vermək yönümündə ideoloji hazırlıq işinə tək-tək Azərbaycan ziyalısı etiraz etsə də, respublika rəhbərliyi onların bir dənə də olsun məqaləsinin nəşrinə imkan vermirdi. Belə adamları millətçi kimi damğalayır, təqib edirdi. Artıq 1987-ci ilin son ayları ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmağa hazırlaşmaları haqqında xəbərlər yayılmaqda idi. Azərbaycan xalqının vətənindən sıxışdırıldığı hər kəsə aydın idi. Uzun illər kölə vəziyyətində yaşamış azərbaycanlılar vətənini itirmək kimi qorxu hissi də keçirirdi. Azərbaycan xalqını qorxudan başlıca məsələ respublika rəhbərliyi idi. Azərbaycanin ərazi bütövlüyünün qorunması ideyası respublika rəhbərliyinə tamamilə yad idi. Respublika rəhbərliyi özünü Azərbaycan xalqının deyil, Moskvanın və ermənilərin nümayəndəsi kimi aparırdı. Belə ki, ermənilərin istək-lərini müqavimətsiz Azərbaycanda həyata keçirməyə çalışırdılar. Azərbaycan xalqının etirazlarını amansızlıqla cəzalandırırdılar. Nəhayət, er-məni və Moskva mətbuatının ideoloji hazırlığı öz işini gördü. 20 fevral 1988-ci ildə DQMV Ali Soveti sesiya keçirib Ermənistan SSR-ə birləşmə-si haqqında verdiyi xəbər ildırım sürəti ilə bütün respublikaya yayıldı. Hələ bundan xeyli əvvəl M. S. Qorbaçovun DQMV-nin Ermənistana birləşdirilməsinə razılıq verdiyi haqqında xəbər xalq arasında yayılmışdı. Elə həmin gündən DQMV-dən və Ermənistandan azərbaycanlı qaçqınlarının ilk dalğası başladı. 20 fevralda Azərbaycan KP MK-nin birinci katibi K. Bağırov Moskvaya çağırılır, oradan qayıdıb Stepanakertə gedir. Stepanakert erməniləri - biz artıq Azərbaycana deyil, Ermənistana hesabat veririk, -deyərək ona heç bir məhəl qoymamaqları haqqında müxtəlif variantlı şa-yiələr yayılmaqda idi. 21 fevralda Azərbaycan əhalisi İrəvan məscidinin ermənilər tərəfindən təhqir olunması haqqında məlumat aldı. Bununla artıq Azərbaycan xalqı özünü təhqir olunmuş hesab etdi. Elə həmin gün Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Sov.İKP MK katibi K. P. Razumovski və Sov.İKP MK Siyasi Bürosu üzlüyünə namizəd, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin birinci müavini P. N. Demiçev Bakıya gəldilər. İmperiya nümayəndələrinin heç bir rəsmi çıxışı olmasa da, əhali arasında şayiə yayılmışdı ki, Qorbaçov Moskva nümayəndələrini "gedin, Bakıda iclas edin, DQMV-ni alıb Ermənistana verin" tapşırığı ilə göndər-mişdir. Bu kimi xəbər və şayiələr Azərbaycan xalqını ruhi həyəcan vəziy-yətinə gətirmişdi. Xüsusi ssenari ilə ermənilər 24 fevralda ağdamlılarla Əsgəran erməniləri arasında süni toqquşma düzəldib, iki azərbaycanlı gənci, Qafan rayonunda isə bir azərbaycanlını qətlə yetirdilər. Qonşu ra-yonların əhalisi pərakəndə və həyəcanla hadisə yerinə axışdı. Görünür, hadisə azərbaycanlıların cavab reaksiyasını yoxlamaq üçün təşkil olun-muşdu. Elə həmin gün Azərbaycan rəhbərliyi respublika miqyasında əha-lidə olan bütün ov tüfənglərini yığmaq haqqında göstəriş verdi. Əsgəran və Qafana köməyə getmiş azərbaycanlıların hamısını müəyyənləşdirib həbs etdirdi. Bu işdə Cəbrayıl rayon partiya komitəsinin birinci katibi Əli Rzayev xüsusi canfəşanlıq və qəddarlıq göstərirdi. 28 fevralda imperiya Sumqayıt şəhərində xüsusi ssenari ilə yeni bir erməni-azərbaycanlı mü-naqişəsi törətdi. Hadisə zamanı xarici ölkə təşkilatlarının burada olması faktı göstərir ki, senarinin hazırlanmasında və hadisənin törədilməsində beynəlxalq qüwələrin də iştirakı olmuşdur. Hadisəyə belə fon verilmişdi ki, Guya Ermənistanın Qafan rayonundan qovulmuş azərbaycanlılar Sumqayıtda erməni talanı törətmişlər. Lakin araşdırmalar göstərdi ki, hadisədə müxtəlif millətlərin nümayəndələri iştirak edib, hətta hadisədə iştirak etmək üçün həbsxanadan xüsusi cınayətkarlar buraxıiıb, talanın başçılarından biri erməni Qriqoryans süni qızışdırılmış kütləni erməni evləri-aparmış özü şəxsən beş nəfər erməni öldürmüşdür. Ssenari başa çatan kimi hökumət şəhərə ordu yeridib, hərbi təlim görmüş itlərlə XVII əsr-də inqilislərin zənci ovunda istifadə elədikləri kimi azərbaycanlılara təcavüz etmişdi. Sumqayıt hadisəsi lentə alınıb erməni qırğını kimi dünyada vayıldı Buna cavab kimi Ermənistandan və Dağlıq Qarabağdan azərbaycanlılar kütləvi qovulmağa başlandı. Azərbaycanlıların öldürülməsinə qarşı bir nəfər də olsun erməniyə qarşı cinayət işi qaldırılmadığı halda, Sumqayıtda DTK-nın tora saldığı gəncləri Moskvaya aparıb onlara ölüm hökmü və uzunmüddətli həbs cəzası kəsdilər. Azərbaycanlı istintaq işçiləri heç bir tərəddüd etmədən Sumqayıt hadisəsində azərbaycanlılara qarşı zor və böhtan tətbiq etdi. İmperiyaya yekdil sədaqət nümayiş etdirdi. Respublika rəhbərliyinin Moskva və ermənilərin əlaltısından başqa bir şey olmadığı bir daha aydın oldu.

Dünyadan təcrid olunmuş, təklənmiş Azərbaycan xalqı özü özünü müdafiə etmək məcburiyyətində qaldı. Hələ 1988-ci ilin ilk günlərindən Ermənistandan və DQMV-dən azərbaycanlıların qovulması, oniara qarşı təhqiramiz hərəkətlərin edilməsi haqqında xəbərlər, bundan yaranan müxtəlif formalı şayiələr yayılırdı.   Adamlar bu faktlarla, xüsusilə qaçqınlarla rastlaşanda deyilənlərin həqiqət olduğunu görür, bu da hakimiyyəti gözdən salır, ona inamsızlığı gücləndirirdi. Nəhayət, 20 fevralda DQMV-nin Ali Sovetinin sesiyasının Azərbaycandan ayrılıb Ermənistanla birləşməsi haqqında qərar qəbul etməsi xəbəri bütün Azərbaycanı qorxu və həyəcan vəziyyətinə gətirdi. Bunun ardınca İrəvanda məscidin təhqir olunması, Əsgəran və Qafanda azərbaycanlıların öldürülməsi, Sumqayıtda Moskvanın yerli əlaltısı respublika rəhbərlərinin vasitəsi ilə Azərbaycan xalqına qarşı siyasi xəyanəti xalqa daha sıx birləşməyi diqtə etdi. Azərbaycan xalqının hadisələrə münasibəti onun siyasi şüurunun aşağı olduğunu, "ziyalı" adlanan təbəqənin milli yükü çəkəcək səviyyədə olmadığı özünü açıq göstərirdi. Ən təhlükəlisi xalqda, xüsusilə, ziyalı təbəqəsində milli inam və etiqadın heç bir sahəsində bütövlük yox idi. Milli həyatda bütün insanları, heç olmasa çoxluğu əhatə edən bir milli and, inam və etiqad qalmamışdı. Insanlarda həqiqəti deməyə cəsarət çatmırdı. Vətən və həqiqət yolunda əsarətinin bütün nəslinin məhvinə səbəb olacağı qorxusu, Vətənin itirilməsilə susmağın da nəticəsinin eyni olacağı insanları stress vəziyyətinə gətirmişdi.

Həmin günlərə  Azərbaycaınn müdafiəsi uğrunda mübarizə tarixinə nəzər salanda bir daha aydın olur ki, kişiliyin (mərdliyin, ölümün üzünə düz bAxmaği bacarmağın da) irsi-genetik əsasları var. Azərbaycan xalqının bu olum və ya ölüm yoiunu üzərinə götürən az da olsa kişi tapıldı. Azərbaycanın hər tərəfində pərakəndə şəkildə erməni təcavüzünün dəf edil məsini tələb edən, bu işdə xalqın önündə getməyə hazır olduğunu bildirən adamlar meydana çıxdılar. Artıq bu günlərdə hamı tərəfindən birmə- nalı milli sevgiyə malik olduğu təsdiq olunan ömrünün 20 ilə qədərini həbs və sürgündə keçirmiş Rəmzi Yüzbaşov çox ixtiyar yaş dövründə idi. Yaşı səksəni keçmişdi.  Bu dövrdə yaşlı nəsildən Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev və Xudu Məmmədov üçlüyü millətçi kimi tanınırdı. Lakin   Qarabağ hadisəsi başlayanda yalnız Xudu Məmmədovun millətçi kimi DTK-nın nəzarətində olduğu müəyyən olundu. Yaşlı nəsildən yalnız o, birmənalı şəkildə vətən müdafiəçilərinə qoşuldu. Yaşlı nəsildən Z. Bünyadov millətçi kimi tanınmasa da, cəsarətli, sözünü deyən adam kimi tanınırdı və mövqeyini bir qədər də möhkəmləndirdi. Bu zaman Azərbaycan ziyalısı arasında birmənalı miilətçi-disident kimi tanınan yeganə şəxs Əbülfəz Əliyev idi. Onun imperiyaya qarşı gizli təşkilatı da mövcud idi.

Əbülfəz Əliyev ətrafında birləşənləri həmişə imperiyanın hər hansıi gözlənilməz təcavüzünü qarşılamağa hazırlasa da, onun ətrafı sistemli təşkilat kimi fəaliyyət göstərə bilmədi.  Lakin bu zaman millilik göstərərən adamları bir yerə toplamaq, onların səylərini birləşdirmək sayəsində baş-jlıca xidmət Əbülfəz Əliyevə məxsus idi. Hamının da bir milli şəxsiyyət ki- mi qəbul etdiyi, etimad göstərdiyi şəxs o idi. 1988-ci ilin sonunda Azər- baycan Dövlət Universitetində yaranmış "Yurd" təşkilatı və 1987-ci ilin əv- vəllərində yaranan "Çənlibel" cəmiyyəti hələ miili hərəkatın yükünü üzəri- nə götürmək səviyyəsində deyildi. Bakı ziyaiıları Qarabağ hadisələri baş-layanda ilkin olaraq "Çənlibel" cəmiyyətində toplaşaraq fikir mübadiləsi et məyə çalışırdılar. Lakin hakimiyyət orqanları, xüsusiiə DTK agenturası bütün vasitəsilə "Çənlibel”dəki toplantıları pozurdu.

Tezliklə Azərbaycan SSR EA və Azərbaycan Dövlət Universiteti milli mərkəz funksiyası yerinə yetirməyə başladılar. Eiə fevralın 19-da ilk mi-tinqi də onlar keçirdilər. Hakimiyyət orqanları xalq hərəkatının kütləviləş-ıməsinin qarşısını almağa nə qədər cəhd göstərsə də, buna nail ola bilmir di. Milli hərəkat daxilən öz-özünə mütəşəkkilləşirdi. Belə vəziyyətdə haki-miyyətin hərəkatı ələ almaq cəhdləri ortaya çıxırdı. Lakin hərəkatı ələ al-mağın yeganə yolu ona xidmət etməkdən başqa heç cür mümkün deyildi. Hakimiyyət isə buna qadir deyildi. Milli hərəkatın tələbatı tədrıcən ayrı-ayrı şəxsıyyətlər tərəfindən ödənilirdi. Və belə şəxsiyyətlərin tədricən birliyi də yaranırdı. İki hadisə Azərbaycan hakimiyyətinin nüfuzunu qırıb onların milli mənafeyə xidmət etməsini sübut etdi. Azərbaycan KP MK katiblərinin çıxışlarında və Tarix İnstitutunun əsərlərində ermənilər Qarabağın yerli əhalisi kimi izah olunurdu. Tarix İnstitutunun yenicə namizədlik dissertasiyası müdafiə etmiş əməkdası Xəliyəddin Xəlilov ermənilərin Qarabağa XIX əsrdə rus imperiyası təfindən köçürülməsi haqqında mənbələr əsasında yazdığı məqaləni 23 fevralda Akademiyada keçirilən mitinqdə camaata oxudu, nüsxələrini MK-nin nümayəndəsinə və Akademiyanın rəhbərliyinə payladı. Məqaləni "Elm", “Ədəbiyyat və incəsənət" və "Azərbaycan gəncləri" qəzetləri nəşrə hazırlasalar da, AKP MK nəşr etməyə imkan vermədi. AKP MK 1985-ci ildən Şərqşünaslıq İnstitutunun aspirantı İsa Qəmbərin Zori Balayanın "Oçaq" kitabına mənbə və faktlar əsasında 50 səhifəlik çox sanballı cavabının da nəşrinə imkan vermirdi. Beləliklə, Azərbaycan milli hərəkatı öz liderlərini, milli şəxsiyyətlərini doğur, yad ünsürlərdən təmizlənirdi. Böyük çətinliklə elmi, hərbi titulu, fəxri adı, ən başlıcası milli qeyrəti, cəsarəti sayəsində Ziya Bünyadov həmin günlərdə respublika rəhbərliyinin maymaqlığından istifadə edərək ermənilərin, beynəlxalq imperializmin nümayəndələri ilə birlikdə Sumqayıt cinayətini törətməsi haqqında məqaləsiniƏdəbiyyat və incəsənət" qəzetində nəşr etməyə müvəffəq oldu. Beləliklə, xalq nümayəndələrinin gördüyü işlər Azərbaycan xalqında özünə və şəxsiyyətlərinə inam yaradır, respublika rəhbərliyi adlanan imperiya əlaltılarının nüfuzunu qırır, onları etimaddan salırdı. Maraqlıdır, Ermənistan və Dağlıq Qarabağdan azərbaycanlılar ardıcıl qovulduqları halda Azərbaycanın bütün ərazisində ermənilər ənənəvi qaydada yaşayır və rəhbər vəzifələrdə işləyirdilər. Hakimiyyət orqanlarının xalqı müdafiə etmədiyini görən milli ziyalılar erməni təşkilatlarına qarşı milli təşkilatlar yaradılması ideyasını irəli sürürdülər.

16 martda Akademiyada keçirilən mitinqdə Əbülfəz Əliyev konkret olaraq Azərbaycan xalqını erməni təcavüzündən qorumaq üçün müdafiə cəmiyyəti yaratmağı təklif etdi. Mitinqçilər onun təklifini bəyəndi.  Azərbaycanlılara qarşı erməni təcavüzü davam edir, Moskva mətbuatı xüsusilə, mərkəzi televiziyanın "Vremya" ("Zaman") proqramı bunun əksinə ermənilərin Azərbaycanın təcavüzünə məruz qalması haqqında təbliğatı davam edirdi.  İmperiya saymazyana Azərbaycan xalqının  əsəbləri ilə oynayırdı. Dünya ermənilərinin Azərbaycana ərazi iddialarını müxtəlif bəhanələrlə pərdələyən Dağlıq Qarabağ erməniləri  Azərbaycandan ayrılmaq ıstəmələrinin səbəbini Azərbaycan rəhbərliyinin onların sosial-iqtisadi vəzıyyətinə biganə yanaşmaları, iqtisadi həyat səviyyələrinin aşaöı olması ilə izah etməyə çalışırdılar.

 Həqiqəti aşkara çıxarmaq üçün Azərbaycan rəhbərliyi Moskva ilə birlikdə  DQMV-nin sosial-iqtisadi vəziyyətini yoxladı. DQMV-də aparılan yoxlama burada sosial-iqtisadi vəziyyətin Azərbaycandan yüksək olmasını təsdiq etdi. Buna baxmayaraq, Moskva DQMV- yə sosial-iqtisadi vəziyyəti yüksəltmək məqsədilə 500.000.000 manat vəsait ayırdı (29.03.1988). İmperiyanın erməniləri birmənalı açıq müdafiəsi "respublika rəhbərliyinin" təslimçilik mövqeyi Azərbaycan xalqını ardicıl olaraq özünü müdafiə zərurəti qarşısında qoyurdu.

16 mart 1988-ci ildə saat 13 radələrində Bakıda Hökumət evinin qarşısında ən əzəmətli kütləvi nümayiş başladı. Nümayiş, onun natiqləri imperiyadan Azərbaycana qarşı təxribatı, erməni təcavüzünü dayandırmağı tələb edirdi. Nümayişçilər həmçinin Sumqayıt şəhər partiya komitəsnin birinci katibi Müslümzadəni müıdafiə edirdi. Baxmayaraq ki, milli düşüncə ona yad idi. Sumqayıt şəhərində Azərbaycan xalqına qarşı sui-qəsdin təşkilinə və tətbiqinə mane olmamışdır. Fəaliyyətsizliyi iiə xalqa zidd mövqe tutmuşdu. Nümayiş rəhbərliyi bu addımı atmaqda manqurtlaşmış respublika rəhbərliyini oyatmaq istəyirdi. DQMV-də minlərlə azərbaycanlının yurdundan didərgin salındığı, onlarla adam öldürülüb, yaralanıb qarət edildiyi halda, bir nəfər də olsun erməni rəhbərliyi cinayət məsuliyyətinə alınmamışdı. Lakin Sumqayıt hadisəsi ilə bağlı Müslümzadə işdən və panrtiyadan çıxarıldı. Mitinqdə müxtəlif yönümlü adamlar çıxış edirdi, lakin mitinqin əsas ilham verəni Xəlil Rza idi. Mitinqdə Əbülfəz Əliyevin çıxışı da  ha düşündürücü olmaqla, Azərbaycan milli-azadlıq hərəkatının yeni mərhələyə daxil olması kimi qiymətləndirildi. Hadisələrin təhlilindən sonra Ə. Əliyev bildirdi ki, "Azərbaycan torpağı üçün son damla qanımızadək vuruşacağıq", "Vətən müqəddəsdir", "Biz Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti yaratmışıq", bu nümayişdə cəmiyyət təşkil edib, biz haqqımızı tələb edəcəyik. Əbülfəz Əliyevdən sonra başqaları da danışmağa can atsada, mitinq iştirakçıları imkan vermədi. Xəlil Rza mitinqi bağlayıb əhalini Ali Sovetin binası qarşısına dəvət etdi. Növbəti mitinq mayın 18-nə elan olundu.

18 may nümayişi daha çoxsaylı, tələbkar və əzəmətli idi. Məlumatlara görə, nümayişdə 800.000 adam iştirak etmişdi. Nümayişin yeniiiklərindən biri Sov.İKP MK SB-nin istefaya göndərilmiş üzvü H. Əliyevin portretininli V. İ. Leninin portreti ilə yanaşı meydana çıxarılmaması idi. Lakin sona  yaxın nümayişdə parçalanma oldu, meydanda ayrılan qrup AKP MK-nın binası qarşısına gəlib, oradan dağıldı.

28 fevralda Sovet imperiyasının kütlə vəziyyətindən istifadə edərəK Sumqayıtda cinayətə cəlb etdiyi Azərbaycan xalqı 18 mayda 800.000 nə-fərlik nümayiş təşkil edən liderini müəyyən edən, mütəşəkkil siyasi ad-dımlar atmağa qabil xalqa çevrilməyə başlamışdı. Xalqın liderlərindən Xəlil Rza imperiyanın yerli əlaltılarını yüzminlərlə insanın qarşısında,  üzü" nə qarşı "qab dibi yalayan" adlandırırdı. Artıq may nümayişlərinin imperiyanın yerli əlaltısı K. Bağırovu süpürüb atacağı şübhə doğurmurdu.

21 may 1988-ci ildə imperiya təcili Azərbaycanda hakimiyyət dəyişikliyi edib, k. Baqırovu Ə. Vəzirovla əvəz etdi. Lakin bu dəyişiklik respubli-

kada sabitlik yarada bilmədii. Azərbaycan xalqının mütəşəkkilliyi elə bir səviyyəyə çatmışdı ki, artıq o, milli iradə diqtə edirdi. Ə. Vəzirov təbiətən demokratik adam olsa da, xalqa qovuşa bilmirdi. Çünki hadisələrə Azərbaycan xalqının gözü ılə deyil, ımperiyanın gözü ilə baxırdı. Vəzirov da işə başlayan gündən ermənilərin Qarabağ iddialarını dəf  edən Azərbaycan rəhbəri kimi deyil, Azərbaycan xalqının siyasi əhval-ruhiyyəsini söndürmək istiqamətində fəaliyyət istiqaməti götürdü. Lakin artıq Azərbaycan xalqının milli əhval-ruhiyyəsini söndürmək, siyasi  təşkilatlanmasını dayandırmaq mümkıın deyildi. Hakimiyyətin mitinqləri dayandırmaq cəhdləri baş tutmur, kütləvi nümayişlər davam edir, liderlər tək erməni məsələsini deyil, Azərbaycan xalqının milli problemlərindən kompleks bəhs edirdi, rus imperiyasının xalqın iqtisadi, siyasi və mənəvi həyatına vurduğu zərbələr, yaralar izah olunurdu.

Yeni Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ erməniləri üzərində hakimiyyətini bərpa edə bilmir, əksinə, erməni təcavüzü bir qədər də fəallaşırdı. Sentyabr ayında Xankəndində erməni milisi ilə rus əsgərlərinin birlikdə azərbaycanlıları qovmaları xəbəri Azərbaycanı bir daha silkələdi. Artıq milli hərəkatın vahid təşkilatını yaratmaq zərurəti özünü göstərir və təşkilatın rəhbərliyinə şəxsiyyətləri zaman üzə çıxarırdı. Təşkilatın Azərbaycan Xalq Cəbhəsi adlanacağı, onun təxmini proqramı və nizamnaməsi də hazırlanmışdı. Təşkilatın təsisi məqsədilə 14 oktyabrda Ü. Hacıbəyovun ev muzeyindəki toplanışda Azərbaycan Milli Azadlıq Hərəkatında birmənalı qəbul edilən, dünya şöhrətli alim Xudu Məmmədovun ürəktutmasından vəfat etməsi təşkilatın təsisinə imkan vermədi. Hərəkatda ciddi boşuq yarandı.

Rus imperiyası Azərbaycan xalqının heç bir tələbinə, tətil və nümayişinə məhəl qoymur, açıq şəkildə erməni təcavüzünü müdafiə edirdi. Dağlıq Qarabağdan gələn xəbərlər bütün Azərbaycan xalqını həyəcan  isində saxlayırdı. Topxana meşəsində Ermənistan zavodlarının birinin filialının tikintisinə başlanması xəbəri əhalinin narahatlığını daha da artırırdı. 17 noyabr 1988-ci ildə Bakı şəhərində Topxana meşəsinin qırılmasına əlaməti olaraq mitinq başlandı. Saat 11.30-da mitinqçilər Lenin meydanını tutub iki tələb irəli sürdülər. 

1.DQMV-da Azərbaycanın hakimiyyəti bərpa edilsin.

2. Topxana meşəsi azad edilsin.

Mitinqi idarə edən Ənvər Əliyev bildirdi ki, biz burada 24 saat, bəlkə də 48 saat oturacağıq, burada oturanlar üçün yemək və paltar da gətiriləcək.

Beləliklə, dünya milli-azadlıq hərəkatın tarixinin fenomen hadisələrindən biri 18 günlük Bakının Meydan hadisəsi baş verdi. Mitinq təşkilatçısının çıxışından aydın olur ki, əvvəlcədən  meydanda qalmaq ideyası olmuşdur. Lakin onun təşkilatı və insanların buraya cəlb edilməsi  formasının   uzunmüddətli üsulu müəyyənləşdirilə bilinməmişdir. Birinci gecə meydanda adam qaldı. Onlar vətənpərvər gənclər idi. Səhv etmirəmsə, əsasən əslən göyçəli və ailələri Dağlıq Qarabağdan qovulmuş gənclər idi. Onların yağışlı bir gecədə hökumət evinin qarşısında daş səkilər üstündə gecə səhərə qədər oturub qalması tezdəndən meydana toplaşan adamlarda vətənpərvərlik hissi oyatdı. Onların bu inadkarlığı vətənpəvərlik nürnayişi kimi tezliklə bütün Azərbaycanı ağuşuna aldı. Gecə meydanda qalanların sayı sürətlə artmağa başladı. Meydan milli ruhun ocağına, təhtəlşüur vəziyyətə keçmiş milli yaddaşın oyadılması məktəbinə çevrildi. Gündüzlər meydana gələnlərin sayı milyonu keçir, gecələr 45-50 minə qədər adam meydanda alovlanan, közərən ocaqların ətrafında Azərbaycan taleyindən söhbət açırdı.

Meydan 3-4 günə insanlar üçün sanki ana qucağına çevrilmişdi. İnsanların bir-birinə qayğısı, həssaslığı qadınlara, xüsusən gecə meydanda qalan tələbə qızlara qarşı hörmət və səmimiyyət, qayğı ilə Azərbayçanın dərdləri müzakirə olunurdu. "Rədd olsun Araz boyu tikanlı məftillər”, "30 milyonluq azəri xalqı, azadlıq naminə birləşin!", "Gedir əldən gözəl yurdum Qarabağ!", "Ermənilərə qarşı milli cəbhə yaratmaq!", "Yaşasın müstəqil Azərbaycan!", "Yaşasın Vahid Azərbaycan!", "Qalx ayağa, Azərbaycan!", "Ümidimiz Xalq Cəbhəsinədir!", "İki gözümüz - biri Bakı, biri Təbriz!" şüarlarından doğan milli ideal, meydanın baş idealına çevrildi,  66 ildən sonra üç rəngli bayrağımızı xalqa qaytardı. "Bir kərə yüksələn bayraq, bir daha etməz!" böyük M. Ə. Rəsulzadənin uzaqgörənliklə dediyi ideyasının həqiqiliyinə inam yaratdı. Erməni təcavüzünə qarşı başlayan bir mübarizəni bütöv Azərbaycan uğrunda milli-azadlıq mübarizəsinə çevirdi. Meydan başlayan kimi respublikanın yeni rəhbərliyi ilə (Ə. Vəzirovla) H. Əliyev klanı arasmında mübarizə xalqın gözündən yayınmırdı. Lakin  meydanda günün tələbatına çevrilmiş milli ideyalar o qədər güclü idi ki, onu klan mübarizəsinə çevirmək mümkün deyildi. Bu mübarizənin özü haradasa milli ideyalara yol açırdı. Meydan imperiyanın hakimiyyətini siyasi-mənəvi və iqtisadi cəhətdən dağıdan ideyalar doğdu və birbaşa insanlara yiyələndiyi, maddi qüvvəyə çevirdi. Odur ki, imperiya necə olur-olsun meydanı dağıtmaq hökmün verdi. Bu yöndə imperiyanın bütün siyasi cəhdləri boşa çıxdıqdan sonra noyabrın 23-dən 24-ə keçən gecə Bakıda hərbi vəziyyət elan edildi. Meydan yüksək hərbi təlim görmüş rus ordusu vasitəsi ilə mühasirəyə alındı. Meydaınn aparıcılarının hamısı əhalidən meydanı boşaltmağı tələb etdi əhalidə qorxu, vahimə xofu yaradıldı. Nemət xalqı meydanda "qan su yerinə axacağı” ilə hədələdi. Liderlərdən heç biri meydanda qalmağın məsuliyyətini üzərinə götürmədi. Meydanın ətrafında dövrə vurub həyacan siqnalı  verən, tankların gurultusu əsgərlərin təpik səsləri, rus zabitlərinin uca səslə verdikləri əmrlər əhali içərisində qorxu, vahimə yaratdı. Əhalinin bövük hissəsi meydanı tərk etdi. Nemət meydanda ocaq qalamaq ücün yığılAn odunları yandırtmağa başladı. Adamlar ocaq qalamaq imkanından da məhrum edildi. Hakimiyyət orqanlarının, onların gizli əlaltılarının təzyiqlərinə baxmayaraq, 5-6 min adam meydanı tərk etmədi. Hakiimiyyət orqanları və meydanın aparıcıları meydanı tərk edəndən sonra mevdanı müşahidə etmək, o anların sevincini yaşamaq sətirlərin müəllifinə nəsib oldu.

Artıq meydanda nə pafoslu nıtq soyləyən natıqlər vardı, nə də kımınsə həyatının məsuliyyətini üzərinə götürmək iddiasında olan adamlar. Tanklar və başı kaskalı, əli dəbilqəli əsgərlər Hökumət evinin hər iki tərəfindən meydana daxil olub burada qalan adamları mühasirəyə almağa başladı. Meydanda 6 minə qədər adam olmasma baxmayaraq, tam sakitlik idi. Bir nəfərin səsi meydanın sükutunu pozdu. "Əfqan döyüşçüləri əl-ələ tutuşub tankların qarşısına çıxsın. Başqa adamlar tanklara və əsgərlərə çox da yaxınlaşmasın". Bir anın içərisində onlarla oğlan hər tərəfdən meydanda düz adamların üzərinə gələn tanklarmın  önündə durmaqla onları dayandırdı.

Lakin adamlar dözə bilmir, tanklara, əsgərlərə yaxınlaşırdı. Əsgəri xidmət görməmiş gənclər vahimələnir, gözlənilmədən əsgərlərə hücum etmək istəyirdi. Meydanda qalan yaşlı, əsgərlik görmüş adamları seçib tanklarla üzbəüz dayanmış igidlərin yanına apardıq. Beləliklə, tankların və rus əsgərlərinin qarşısında nizami bir ordu cərgəsi yaratdıq. Səhərə qədər onları meydandakı adamlarla dəyişməklə, tankla, silahlı əsgərlə əliyalın adamları üz-üzə dayanmağı bacarmağa psixoloji cəhətdən hazırladıq. Radio səhər saat 5.00-da zəngini çalanda meydanın ortasında dayanmış adamlar, qələbə münasibəti ilə əvvəlcə bir-birini öpdü, sonra tankların və əsgərlərin qarşısında düzlənmiş adamları. Sevincdən hamı nə edəcəyini bilmirdi. Kişilik nümunəsi göstərdiyi üçün hamı bir-birini, xüsusən də gəncləri, tələbələri öpürdülər. Elə bu zaman hökumət evinin tribunasında Təzəpir məscidinin nümayəndəsi Hacı Sabir göründü, meydanda qalan adamları igidlər kimi təbrik edib, meydanı boşaltmağı xahiş etdi.

Meydanda qalan adamlar heç bir təşkilat, dövlətlə əlaqəsi olmayan, milli qürur və ləyaqət sahibi, vətən yolunda ölməyə hazır olan şəxslər idi. Meydanı nə qədər əldə saxlamaq planına və məqsədinə malik deyildilər. Odur ki, hacı Sabirin təklifinə necə cavab verməyə çətinlik çəkirdilər.

Elə bu zaman "Azərbaycan" mehmanxanası tərəfdən böyük bir dəstəninin dəbilqəli rus əsgərləri ilə əlbəyaxa olduğunu gördük. Onlar iki gün əvvəldən Bakıya, meydandakı əhaliyə qoşulmaq üçün Masallıdan çıxan adamlar idi. Avtobus və qatarla Bakıya gəlməyə imkan verilmədiyindən iki günə müxtəlif yol maşınları ilə Bakıya gəlib çıxmışdılar. Gecəni Şixov da gecələmişdilər, axşamdan meydanın rus ordusu tərəfindən mühasiryə alınması burada insan ölümü haqqında şayiə-xəbərlər eşidib dan yeri sökülən kimi birbaşa meydana gəlmişdilər. Azneftlə - meydan arasında rus ordusu nə qədər cəhd göstərsə də, onları dayandıra bilməmiş, gecə meydanda qalan adamların ölüsü və dirisi ilə qovuşmaq yolunda hər şeyi etmişdilər.

"Azərbaycan" mehmanxanasnın yanında əsgərlərlə əlbəyaxa olan adamları görüb meydandakılar ora tərəf yüyürdü. Göz yaşı və sevinclə minlərlə insan bir-birini bağrına basıb meydanın mərkəzinə doğru irəlilədi. Bu anların sevincini təsvir etməkdə acizəm.

Beləliklə, masallıların meydana daxil olmasından bir neçə dəqiqə sonra hökumət evinin hər iki tərəfindən Bakı əhalisi rus əsgərlərinin cərgəsiini yarıb Meydana daxil oldu. Ordunun əhaliyə meydana daxil olmasına imkan verməməsinə baxmayaraq, saat 1 radələrində Meydanda 500-600 min adam vardı.

24 noyabr gecəsi təxminən 5-6 min adamın meydanı rus ordusundan qoruyub əldə saxlaması, Azərbaycan xalqının mənəviyyatında, siyasi dünyagörüşündə böyük bir dəyişiklik baş verdiyini, milli-azadlıq hərəkatının yeni mərhələyə daxil olduğunu göstərdi. Özünü meydanın "lideri" etmiş bir çox natiqlər, Meydanda rus ordusuna sinə gərmiş vətənpərvərlərdən üzürxahlıq etmək məcburiyyətində qaldılar. 17 noyabr mitinqinin ilk günləri, xüsusilə 19-22 noyabrda Meydanda sərbəstlik, azadlıq idi, buraya maşm-maşın odun, meyvə, ət və müxtəlif yeməklər gətirilirdi. Elə həmin günlərdən tədricən mitinqin hakimiyyət orqanları, mafiya tərəfindən təşkil olunması fikri yayılmağa başladı. Lakin Azərbaycan xalqı onun rəhbərliyinin, gizli iqtisadiyyat nümayəndələrinin səxavətli olmadığını, vətənpərvərlik hissindən çox-çox uzaq olduğunu bilirdi. Odur ki, əhalinin özü meydanda hakimiyyətin və mafiyanın əlində oyuncağa, alətə çevrilməyindən qorxurdu, hər şeyə ehtiyatia yanaşırdı. Lakin yuxarıda bəhs etdiyil kimi, meydanın irəli sürdüyü şüar və təiəblər hakimiyyətin də, mafiyanın da istəklərini təhlükə altına alırdı.  Meydan-xalq nə hakimiyyətin, nə də mafiyaının təsirinə düşmədi. Odur ki, Meydanın dağıdılması bir vəzifə kimi irəli sürüldü. Hakimiyyət bu işin öhdəsindən gələ bilməyəcəyini lazımınca dərk edib, rus ordusunu köməyə çağırdı. Göründüyü kimi, xalq ordu qarşısında geri çəkilmədən haqlı tələblərini irəli sürməkdə davam edirdi. Ordu və hakimiyyət meydanı dağıtmaq üçün bütün siyasi, psixoloji və inzibati vasitələrdən istifadə etməyə başladı. Bakıya rayonlardan əhalinin gəlişini məhdudlaşdırdı, meydana daxil  olmanı çətinləşdirdi. Xüsusilə, meydana ərzaq və yanacaq keçirməyə sərt nəzarət qoydu. Payızın uzun şoyuq, küləkli gecəsində (artıq bu günlərdə Bakıda neçə gün idi qar yağırdı) heç bir daldanacağı olmayan bir ərazidə dayanmaq son dərəcə çətin idi. Lakin Qarabağ, Vətən  və Azərbaycan idealları ilə köklənən əhali yaranmış birliyi ilə istəyinə çatacağına inanmışdı. Mübarizədən, çətinlikdən zövq alırdı, qürur duyurdu Qadınlar paltarlarının altında, kiçik əl çantalarında meydana doğranmış kjçik taxta, odun parçaları daşıyırdılar. Gecələr meydanda qalanlar onu qənaətlə yandırırdılar. Axşamlar meydanın ərzaqla təminatında qadınların bişirib gətirdiyi qutab, peraşki insanlar üçün yalnız maddi qida deyil həm də mənəvi qida idi . Ordunun meydanı mühasirəyə almasından sonra ərzaq təminatında əsas rolu Bakı kəndləri, xüsusilə Maştağa ağsaqqalları oynadı. Artıq meydanda mitinqin davam etdirilməsi hissi, emosional tələblərin təsiri ilə deyil, iradi, elmi-siyasi fədakarlıq sayəsində davam edirdi. Meydanda yüz minlərlə insan bir-birini tanıyır, əhvallaşır, bir-birinə qayğı, maddi və mənəvi yardım göstərirdiiər. Beləliklə, meydan ardıcıl olaraq, mütəşəkkilləşir, onun şüur və tələbləri daha da sərtləşir, imperiya və onun yerli hakimiyyət orqanları xalq arasında bütünlüklə nüfuzunu itirirdi. Odur ki, imperiya siyasi və mənəvi cəhətdən nüfuzunu qorumaq üçün zorakı üsulla meydandakı əhalini dağıtmaqla mitinqi dayandırmaq hökmü verdi. Azərbaycan xalqının haqlı tələbinə, imperiyanın özünün verdiyi qanuni, hüquqlara məhəl qoymadan dekabrın 4-dən 5-nə keçən gecə göz yaşardıcı qazdan, müxtəlif texnikadan, əsgər dəyənəklərindən istifadə etməklə meydanı dağıtdı. Kütləvi həbslərlə Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq istiqamətində qəti addımlar atdı. İmperiya amansızlığı ilə xalqı qorxutmağa çalışırdı, lakin başa düşmürdü ki, insanların, bütöv bir xalqın haqqına məhəl qoymadan, onu boğmağa çalışmaq milli-azadlıq hərəkatını, müstəqillik ideyalarını kütləviləşdirir. Rus ordusunun gücü ilə meydanı dağıdıb milli hiss nümayiş etdirən kütləvi işdən çıxarıb həbs etdirdikdən sonra Ə. Vəzirov Bakı şəhər və Azərbaycan KP MK-nın plenumlarını keçirib aparıcı vəzifə-dəyişiklikləri etdi. Ə. Vəzirovun bu tədbirlərindən sonra milli qüvvələrin tam dağıdıldığını zənn edən imperiya DQMV-nin Azərbaycandan qoparılması istiqamətində Azərbaycan xalqına qarşı tam saymaz bir addım atdı. SSRI Ali Sovetinin Rəyasət Heyətinin 12 yanvar 1989-cu il fərmanı ilə  DQMV Xüsusi İdarə Komitəsi yaradıldı.  A. I. Volski təşkilatın sədri təyin edildi.  Vilayətdə bütün dövlət və ictimai orqanların fəaliyyəti dayandırıldı. Bütün hakimiyyət birbaşa XİK vasitəsilə Moskvaya verildi DQMV-da Azərbaycan hakimiyyətinə birmənalı son qoyuldu. 13 yanvarda Azərbaycan partiya fəalları yığıncağında Ə. Vəzirov Moskvanın bu tədbirini alqışladı. Beləliklə, sosial-siyasi böhranın ən ziddiyyətli bir məqamında respublikaya rəhbər təyin olunmuş, xalqın tələbini ödəyə bilmədiyindən, xüsusi olaraq psixoloji uyuşmamazlıqdan xalqla təmasa girə bilməyən Ə. Vəzirov xalqın etimadını bütünlüklə itirdi. Belə ki, XİK-nin yaradılması ilə DQMV-nin idarə və müəssisələri ardıcıl olaraq respublikanın tabeliyindən çıxarılıb Moskvaya, əslində isə Ermənistana verilirdi. DQ\/M-də və ətraf erməni kəndlərində xüsusi silahlı dəstəiər, silah cəbbəxanaları, təyarə meydanları və s. yaradıldı, azərbaycanlıların kütləvi qovulrnası və qətli başlandı. Beləliklə, SSRİ Aii Soveti Rəyasət Heyətinin XİK yaratmasına razılıq vermiş respublika rəhbərliyi DQMV-də baş verənlərə adi müdaxilə imkanını itirdi. Ə. Vəzirov özünü çıxılmaz vəziyyətə saldı. İmperiyanın  XİK vasitəsilə  milli  heysiyyatı təhqir edərək Azərbaycandan DQMV-ni qoparmaq cəhdi xalqda özünü milli müdafiəyə yeni təkan verdi Ə. Vəzirovu milli hərəkata loyal münasibətə məcbur etdi. O, milli qüvvələrlə Qarabağ probleminin həlli yollarını müəyyən etmək üçün tez-tez görüşlər keçirməyə başladı. 19 aprel 1989-cu ildə Əlyazmalar İnstitutunda milli qüvvələrlə görüşü zamanı bu haqda Əbülfəz Əliyev bildirmişdir ki, Vəzirov əvvəlki Vəzirov deyil, indi xalqa tərəf əyilib". Vəzirov deyir ki, mən  prinsipcə (AXC-nin - X.X) əleyhinə deyiləm, ancaq qorxuram sonra düşəsiniz mafiyanın əlinə". [1, 257-258]. Ə. Vəzirov ımilli qüvvələrlə görüş zamanı AXC-də korrupsiya ilə bağlı adamların olduğunu demiş, hətta bəzilərinin adını da çəkmişdi. Vəzirovun narahatçılığının əsası olduğunu hə-yat sübut etdi.

Beləliklə, Moskvanın XİK vasitəsi ilə DQMV-nin Azərbaycandan qoparmaq cəhdi 1989-cu ilin aprel-may aylarında xalqın siyasi fəallığını son dərəcə yüksəltdi. Ancaq bu zaman "AXC-nin təşəbbüs qrupu xalq hərkatı ilə ayaqlaşa bilmir, ondan geridə qalırdı" [4,67]. Təsadüfi deyil ki,1989-cu il 28 may Azərbaycan Cümhuriyyətinin yaranma günü münasibəi ilə mitinq heç bir liderin təşəbbüsü olmadan məhz xalq tərəfindən təşkil olunmuşdu. Hakimiyyət orqanları eyni liderlər vasitəsilə əhalini parçalamaq, mitinqi pozmaq istəsə də, buna nail ola bilmədi [1, 258-259]. 28 may mitinqindən sonra AXC-nin təşəbbüs qrupu milli hərəkata rəhbərlik məqsədilə ciddi səfərbərlik keçirdi. 4 iyun mitinqi AXC təşəbbüs qrupu ilə hakimiyyət arasında kəskin mübarizə şəraitində keçdi. Hakimiyyət bütün vasitələrlə mitinqin keçirilməsinə mane olsa da, nəticə də AXC təşəbbüs qrupu ilə hesablaşmalı oldu. 4 iyun 1989-cu ildə səhər saat 10.00-da əllərində Azərbaycan Cümhuriyyətinin bayrağı olan dəstə "azərtürk" şüarı ilə Spartak stadionuna daxil oldu. Stadion hər tərəfdən milisiə əhatə olunsa da, onlar mitinqçilərə toxunmur, mitinqə müdaxiiə etmirdüər. Mitinqin rəhbərliyi arasında xalq hərəkatının iiderləri ilə bərabər hökuməti və  mafiyanı təmsil edənlər də var. Mitinqi Əbülfəz Əliyev, Mansur Əliyev, İsfəndiyar Coşqun və Firuz Haşımov aparır. Mitinqçilər arasında Firuz Haşımovun DTK agenti olması haqqında yayılmış məlumat gənclərdə ciddi narahatçılıq doğurmuşdu. İsa Qəmbərin, İsfəndiyar Coşqunun və Əbülfəz Əliyevin çıxışları xüsusi maraq doğurur və mitinqçilər tərəfindən hörmətlə qarşılanırdı. Elçibəyin  Azərbaycanın yazıçı və filosoflarının qorxaqlığını, irticanı kəskin tənqid edib , M.S. Qorbaçovun gürcü xalqının qadağan saatında yaşamasını  ona hörmətsizlik kimi qiymətləndirib, tez ləğv etsədə, Azərbaycan  xalqını səkkiz ay hərbi vəziyyətdə yaşamağa məcbur etməsini ona qarşı saymazlıq və hörmətsizlik olduğunu xüsusi vurğuladı.  6 iyun  mitinqi Lenin meydanını Azadlıq meydanına çevirəcəyi qədər əzəmətli qörünməsə də, iştirakçılarının rəftar və davranışında siyasi mütəşəkkillik natiqlərin çıxışındakı siyasi yetkinləşmə baxımından əvvəlk mitinqlərdən fərqlənirdi.

Mitinqin qətnaməsində 28 may - ADR-in yaranması gününün dövlət tə-rəfindən qeyd edilməsi, 5 dekabrda həbs olunanların azad edilməsi, hərbi vəziyyətin götürülməsi, DQMV-də XİK ləğv edilməsi və s. məsələlər xüsusi yer tuturdu. Moskvanın açıq şəkildə erməni təcavuzunü müdafıə etməkdə davam etməsi, respublika rəhbərliyinin ona heç bir müqavimət göstərə bilməməsi xalqin milli-demokratik qüvvələr ətrafında birləşməsini zərurətə çevirirdi. Həmçinin Özbəkistandan qovularaq Azərbaycana pənah gətirmiş  Axıska türklərinin bilavasitə milli qüvvələr tərəfindən himayə olunması da  bu prosesi sürətləndirirdi. Bütün bunlar milli hərəkatı vahid məcraya yönəldəcək təşkilatı, 1988-ci ilin ikinci yarısından milli hərəkatın övladı kimi yaranmaqda olan AXC-nin özünü rəsmi elan etməsini günün tələbatına  çevirmişdi. Zərurəti dərk edən təşkilatın təşəbbüs qrupu 16 iyul 1989-cu  ildə Bakı şəhərində AXC-nin təsis konfransını keçirdi. Konfransda AXC-nin 30 rayon şöbəsindən səsvermə hüquqlu 196, məşvərətçi səslə 240 nümayəndə iştirak edirdi. Konfrans AXC-nin təşkilat strukturlarını yaratdı,  proqram və nizamnaməsini qəbul etdi. Konfrans AXC-nin təsis olunması,  respublikanın dövlət və iqtisadi suverenliyinə nail olunması, Azərbaycan

Demokratik Respublikasını yaranma gününün qeyd olunması, DQMV-də  XİK-in ləğv edilməsi, Respublikanın bəzi yerlərində xüsusi vəziyyət siyasi məhbuslar,  türk xalqlarının müasir dövrdə vəziyyəti və vəzifələri, SSRİ-də milli münasibətlər və ölkədə ictimai-siyasi vəziyyət haqqında qətnamə qəbul etdi. Konfransda Y. Səmədoğlunun, Z.Əlizadənin, R. Qazıyevin və Ə. Əliyevin AXC sədrliyinə namizədliyi irəli sürüldü. 9 nəfər əleyhinə olmaqla səs çoxluğu ilə Əbülfəz Əliyev AXC-nin sədri seçildi.

AXC yarandığı gündən proqramında əks olunmuş Azərbaycan xalqının “dövlət suverenliyi" onun fəaliyyətinin baş xətti kimi özünü göstərdi. Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə gün-gündən artırdı. Rus imperiyasının tam dəstəyini qazanmış erməni təcavüzkarlarını ABŞ kon- qresi və Avropa parlamenti də müdafiə edirdi.

Yaranmış təhlükəli vəziyyət və respublika rəhbərliyinin ölkənin daxili və xarici siyasətində düzngün mövqe tutmaması haqqında 29 iyul 1989-cu ildə Azadlıq meydanında təşkil olunmuş mitinqdə xalqa məlumat verilərək deyilir: "1988-ci ilin əv- vəlindən etibarən Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrin təhlili göstərir ki, hazırda bu regionun Azərbaycandan alınmasına yönəldilmiş bir siyasət aparılır. DQMV-də xüsusi idarəçilik forması yaratmaqla  Azərbaycanın suveren hüquqlarını pozan sovet dövləti indi  Dağlıq Qarabağ üzrə yeni bir deputat komissiyası yaratmışdır. Bu komissiyanın işinin nəticəsi məlum olmasa da, onun üzvlərinin verdiyi müsahibələrdən məqsədi aydın olur: Azərbaycandan yeni güzəşt tələb etmək Dağlıq Qarabağın Azərbaycanla iqtisadi, mədəni və digər əlaqələrini zəiflətməklə erməni təcavüzkarlarının iddialarının həyata keçirilməsi üçün zəmin yaratmaq.

Ermənistan SSR-in və SSRİ ittifaq dövlətinin Azərbaycanın daxili işlərinə mütəmadi olaraq qarışmasının əsas səbəbi buna qarşı layiqli haki-miyyətin, müqavimətin olmamasıdır". Əksinə, respublika hakimiyyət orqanları xalqın birliyini yaratmağa çalışan bir sıra ictimai təşkilatları, o cümlədən Xalq Cəbhəsini rəsmi qeydiyyata almır, xüsusi vəziyyətdən sui istifadə edərək kütləvi represiyalar aparılır, milli müqavimət hərəkatına millətçilik damğası vururdu. Hətta Azərbaycan Demokratik Respublikasının bayrağını qaldırmaq üstündə məhkəmələr ittiham hökmü çıxarırdı Azərbaycan xalqı yenidənqurmanın vermiş olduğu demokratikləşmə im- kaniardan istifadə edə bilmirdi. SSRİ-nin başqa xalqlarına demokratiya bəxş edən yenidənqurma bizim xalqımıza komendant üsul-idarəsi gətirdi. Azərbaycanda hökm sürən irtica, xalqın respublikanm ictimai-siyasi həya- tında qanuni, hüquqi yollarla iştirakına imkan vermədi. Xalq seçki hüququndan məhrum edilmiş vəziyyətdə qaldı. Xaiqın istədiyi namizədiəri irəli sürməyə imkan verilmədi. 1989-cu iiin yazında deputatlar yenə də köhnə qayda ilə təyin olundular.

Belə bir vəziyyət artıq xarici dövlətlərin də Azərbaycanın daxili işlərinə qarışmasına imkan yaradır. ABŞ konqresinin və Avropa pariamentinin Dağlıq Qarabağ haqda qəbul etmiş olduqları sənədlər Azərbaycana planlaşdırılmış sui-qəsdin beynəlxalq miqyasda təşkil olunduğunu bir daha təsdiq edir. Xalqına üzləşdiyi daxili və beynəlxalq irtica haqqında ətraflı məlumat verən AXC milli varlığa yönəlmiş təhlükəni aradan qaidırmaq məqsədi respublika hakimiyyət orqanları qarşısında qəti tələblər qoydu: DQM-da XİK ləğv edilməklə Azərbaycan hakimiyyətinin bərpa edilməsi respublikada hərbi vəziyyət və komendant saatı ləğv edilsin; noyabr mitinqində həbs olunanlar azad edilsin, AXC təsdiq edilsin, ABŞ konqresi və Avropa parlamentlərinin  müraciətinə SSRİ Ali Soveti öz qəti münasibətini bildirsin, Vətəndaşların seçki hüququnun pozulmasında, seçkilərin nəticələrinin saxtalaşdırılmasında  iştirak etmiş şəxslər cəzalandırılsın, yalançı deputatların mandatları ləğv edilsin, Azərbaycan Demokratik Respublikasının bayrağı, gerbi və hlmni milll simvol kimi təsdiq edilsin. Hakimiyyət  orqanları qarşısında qoyduğu bu kimi tələbləri həyata keçirmək ücün AXC əhali içərisində siyasi maarifçilik işi aparır, xalqı ona qarşı yönəlmiş təhlükəyə qarşı səfərbər edir, həmçinin onun rəğbətini, etimadını qazanırdı.

Artıq  Nüvədi kəndi istisna olmaqla, İrəvan, Göyçə, Zəngəzur, Masis və (Errnənistanda) tarixi Azərbaycan torpaqlarından azərbaycanlılar bütünlüklə qovulduğu bir vaxtda A. Volskinin rəhbərlik etdiyi XİK DQMV-ni  Azərbaycanın nəzarətindən çıxartmaq səviyyəsinə çatdırmışdır. A. Volskinin rəhbərliyi ilə rus ordusunun himayəsində Qarabağda ermənilərin silahlı dəstələri yaradılır, Azərbaycan kəndləri qarət olunur, azərbaycanlılar  öldürülür, Qarabağdan kütləvi qovulurdu. Azərbaycanda isə ermənilər əvvəlki qaydada yaşayır, yüksək rəhbər vəzifələr tuturdular.

Yaranmış siyasi-psixoloji vəziyyət erməni-rus birliyini Azərbaycan xal-qı üzərində tam qələbəyə çatdırmaq üzrə idi. 200 il müddətində erməni-rus birliyinin Azərbaycan xalqı üzərində planlı qələbələri onların milli psi-xologiyasından məharətlə istifadə edilərək qazanılmışdı. Məsələnin bu cəhəti iki əsrdən sonra az da olsa azərbaycanlılara çatmaq üzrə idi. Xalq hərəkatı üzvləri bu yöndə axtarış aparırdı.

Azərbaycan xalqının milli-azadlıq mübarizəsini çətinləşdirən başlıca səbəblərdən biri respublikada hakimiyyətin bütünlüklə reqanatların və ruslaşmış müxtəlif mənşəli metislərin əlində olması idi. Hakimiyyət orqanlarında azərbaycan mənşəli tək-tək adamlar olsa da, onlar da ya manqurtlaşmış, ya da yaltaqlığı, satqınlığı dolanışıq mənbəyinə çevirmiş simasızlaşmışlar idi. Hakimiyyətdə milli hislərin daşıyıcıları yox idi.

Misal üçün, 9 aprel 1989-cu il tarixdə Tiflis şəhərinə rus ordusu girərkən qarşıqlıqda 16 nəfər gürcünün ölümünə etiraz əlaməti olaraq Gürcüstan KPMK-nın birinci katibi C. İ. Patiaşvili, Nazirlər Sovetinin sədri Z. A Çexidze və b. rəhbərlər istefa verdilər. İmperiyanın azərbaycanlılara  etdiyi cinayətlərə - Sumqayıt hadisəsinə, DQMV-də rus-erməni  tərəfindən ardıcıl azərbaycanlıların öldürülməsinə, təhqirən dəhşətlisi isə Ermənistanda azərbaycanlı uşaqların diri-diri dəmir borunun içərisinə doldurub hər iki başını qaynaqlamaqla məhv edərək Azərbaycana göndərilməsinə  onlarla azərbaycanlının burun, qulaq və başqa əzalarının kəsilib təhqir edilməsinə etiraz əlaməti olaraq Azərbaycan rəhbərlərindən bir nəfər də istefa vermədi. Bu vəhşilikləri  bir nəfər də olsun Azərbaycan deputatı Kremlin Qurultaylar sarayında elan etmədi. Bu miili təhqirlərə dözən, simasız ünsürlərlə, "hakimiyyətlə” birgə işləməkdən   imtina edən yeganə şəxsiyyət "Molodyoj Azerbağdjana" qəzetinin redaktoru Nəcəf Nəcəfov oldu.

Azərbaycanda milli-azadlıq hşrəkatı rus imperiyasının burada yaratdığı "ziyalı" adlanan manqurtlaşmış bir təbəqənin, xalqa yad hakimiyyətin dəf edilməsi, xalqın müxtəlif təbəqələrinin, ziyalıların aşağı təbəqə milli mənlik və siyasi şüurunun oyadılması prosesində, çox ağır şəraitdə gedirdi. Təsadüfi deyil ki, meydandakı çıxışlarda milli mübarizənin əsas problemləri ilə bərabər mənəvi-psixoloji məsələləri də ön plana çəkilərək milli qürurun, ləyaqətin fəal daşıyıcıları olan adamların aşkarlanıb onlara etimad göstərilməsi xalqın qarşısında duran bir vəzifə kimi irəli sürülürdü. 1989-cu ilin iyul-oktyabr mübarizəsi ardıcıl olaraq AXC-nin siyasi mübarizəsinin, milli ideyaların sürətlə təkmilləşməsi, hərəkatın mütəşəkkilləşməsi şəraitində getdiyi artıq müşahidə olunurdu. Əgər 1988-ci il noyabr-dekabr mitinqlərində Azərbaycanın SSRİ-dən çıxması fikiri meydanda qorxu ilə qarşılanırdısa, 5 avqust 1989-cu il mitinqində ən hərarətlə qarşılanan ideya oldu. Keçən az vaxt ərzində Əbülfəz Əliyev, İsa Qəmbər Nəcəf Nəcəfov, Tofiq Qasımov, Etibar Məmmədov və b. xalq tərəfindən ciddi- siyasi şəxsiyyətlər kimi tanınır və qəbul olunurdu. Artıq meydan nəyin deyildiyinə deyil, kimin deməsinə əhəmiyyət verirdi. İmperiyanın yerli hakimiyyət orqanları xalqın siyasi mübarizəsinin mütəşəkkilləşməsində AXC ətrafında sıx birləşməsindən təşvişə düşmüşdü. AXC-ni gözdən salmaq, milli birliyi parçalamaq üçün yeni tədbirlər hazırlayırdı. Bu məqsədlə AXC-yə pul yığanlar kimi səbatsız ünsürlər daxil etməyə çalışırdı. AZC-nin gözdən salınmasında noyabr-dekabr mitinqində Nemətin xalqdan yığılan pulları mənimsəməsi əsas gətirilirdi. Meydana sökük bir pencəklə gələn Nemət oradan DTK-nın zirzəmisinə getdi. DTK-nın zirzəmisini isə kasıblığın daşını atmış, xidmətində maşınlar dayanan funksionerlər kimi çıxdı. Artıq o, havanın, fəsillərin dəyişməsinə uyğun gündə birini geyir, Azərbaycanda tək-tək adamların geyə bildiyi dəri gödəkçə və bahalı modalardan istifadə edirdi. Nemətin rəftar və davranışı kitabla oxuduğumuz, kinolarda gördüyümüz 20-30-cu illərin proletar-bolşevik liderlərinin canlı təcəssümü idi. Artıq meydanın ilk günlərindəki yüz minlərin alqışı onun üçün şirin xatirəyə çevrilmişdi. Gözəgörünməz arxaları nə qədər çalışsalar da, onu meydanda tribunanın qarşısında dayanan dəstədən başqa kimsə alqışlamırdı. Bu dəstəni Neməti yetirən idarənin təşkil etməsi heç kimdə şübhə doğurmurdu.

1989-cu il mitinqində natiqlərdən Xaliq Hacıyevin Nemətin itmiş nüfuzunu bərpa etmək cəhdi ona şübhələri bir qədər də artırdı, onun meydanda xüsusi təşkil olunmuş bazaya söykəndiyi yüz minlərlə insanın diqqətindən yayınmadı. 12 avqust 1989-cu il tarixdə Azadlıq meydanındanındakı mitinqdəki müşahidələri əsasında Azərbaycan xalqının mənəvi-siyasi dünyagörüşündə baş vermiş yüksəlişi salnaməçi Ədalət Tahirzadə belə  təsvir etmişdir: "Xalq Cəbhəsi xalqın iradə ifadəçisidir!", "Respublikanın sərvəti Azərbaycan xalqının olmalıdııf' və b. şüarlar asılıb. Tribunanın hər iki küncündə Azərbaycan Cümhuriyyətinin üç -rangli bayrağı (sarı saçaqlı) Ancaq ümumiyyətiə, 6 yerdə (mən sol tribunanı görmürəm) milli bayraqlarlar ucaldılıb. Məni bir şey çox sevindirir ki, nisbətən baha (2 manat) olrnasına baxmayaraq, basabasla AXC bülletenini alırlar. Məzuniyyətlər dövrü olmasına, şəhər əhlinin böyük qisminin və tələbələrin yoxluğuna baxmayaraq bu qədər əhalinin iştirakı onu göstərir ki, xalq öz taleyinə laqeyd deyil. Artıq bu dəfə çox yüksək şüurluluğun şahidi oldum. Yığıncağa nəzarət yalnız milislərə etibar olunmuş, əsgərlərdən qəti imtina edilmişdi. Milislər isə camaatdan arxayın olduqları üçün topa-topa özlərilə söhbət edirlər. Camaat onların olub-olmamasını hiss etmir" [1, 281]. DQVM-də Xüsusi İdarə Komitəsinin ləğv edilib burada Azərbaycanın suveren hüququnun bərpa edilməsi, respublikada hərbi vəziyyətin götürülməsi, təyin olunmuş deputatların geri çağırılması, AXC-nin rəsmi tanınması milli hərbi qüvvələrin yaradılması və siyasi məhbusların azad edilməsi mitinqin başlıca mövzusu olmaqla, əhali bu vəzifələrin icrası üçün psixoloji və siyasi cəhətdən hazırlaşır, səfərbər edilirdi. Xalqın mütəşəkkilliyinin yüksəlməsi Ə. Vəzirovu tez-tez AXC rəhbərliyi ilə görüşməyə məcbur edirdi. Görünür, imperiyanın DQMV-ni Ermənistana vermək cəhdinə açıq etiraz etməyə cəsarəti çatmayan Ə. Vəzirov bu tarixi cinayətin məsuliyyətini üzərinə götürə bilmədiyindən, milli qüvvələrə meyllənirdi. Onun bu meylini Əbülfəz Əliyev təsdiqləyərək demişdir: "Vəzirov əvvəlki Vəzirov deyil, indi xalqa tərəf əyilib" [1, 258]. Milli hərəkatın mütəşəkkilləşmsində bu faktorun da təsiri yox deyildi. Belə ki, hakimiyyətin mitinqlərin qarşısını almaq cəhdi son dərəcə zəif idi.

19 avqust  1989-cu il saat 17.30-da Azadlıq meydanında başlanan mitinq öz mütəşəkkilliyi, məsələlərin qoyuluşunda qətiyyətliliyi, fikir söyləyəcək şəxsiyyətlərin seçilməsi və s. bütün müsbət məziyyətləri ilə əvvəlki mitınqlərdən fərqlənirdi. Onun video-lentə alınması da yeni mübarizə mərhələsinə daxil olmağa hazırlıqdan xəbər verirdi. Mitinqin ənənəvi açılış hissəsinin başa çatması ilə söz akademik Ziya Bünyadova verildi. O bildirdi ki, hələ bir ay əvvəl akademiyanın illik hesabat iclasında Cümhuriyyətin bayrağının Ali Sovetdə təsdiq olunmasını bıldirmişəm. "Azərbaycanın ərazisi müqəddəs torpağı müqəddəsdir, çünki bu torpağın altında dədə-babalarımızın ruhu yatır. Heç kəsin ixtiyarı yoxdur bizim torpağa toxunsun. Hər bir ekstremist, daşnak varsa xalqımız da mərd oğullardan, kişilərdən ibarətdir - müstəsnaları çıxmaq şərti ilə. Mən Vəzirova dedim ki, əgər sən camaatın arasında hörmət istəyırsənsə, onda AXC-ni dünən təsdiq etməli idin. Bu gün də gec deyil, sabah,  gələn həftə gec olacaq. Bastilya kimi bir türməni camaat dağıtdı. Nədir axı Bayıl türməsi?  Xalq  Cəbhəsi və onun qabağında qoyduğu məsələlər xalqın əleyhinə ola bilməz”. O, çıxışına davam edərək qətiyyətlə dedi ki, Nazirlər Sovetinin sədr müavini Protokovets, daxili işlər naziri Aydın Məmmədovu eşitməyən onun müavini Barannikov, Volski Azərbaycandan getməlidir. Masallılar deputat Qorelovskini (DTK-nın keçmiş sədri) geri çağırmalıdır, çünki o çıxdı getdi". Seçki məsələsi üzərində xüsusi dayanan Z. Bünyadov bildirdi ki, "Respublika Ali Sovetinə nəzarət olunmalıdır. Seçki ən axırıncı bizdə olmalıdır. Laqeyd baxsaq, onda yaşamağa dəyməz. Kişilər seçilməlidir (yəni ləyaqəti, söz deməyə cəsarəti çatan adam - X. X.)- Əks təqdirdə mənasızdır... Zeynaiova demişəm eşşək boyda Şaumyanın heykəli var. Onu sındırmaq lazımdır" [1, 290-292].

Tarixçi akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun çıxışı hakimiyyət orqanlarını xeyli silkələdi.

Natiqlərdən İ. Qəmbər DQMV-də yaranmış vəziyyəti bir daha ətraflı təhlil edərək Z, Bünyadovun silkələdiyi hakimiyyət orqanlarını vəzifələrinin öhdəsindən gəlməyə çağırdı. Bildirdi ki, əgər hakimiyyət orqanlarımız öhdələrinə düşən vəzifələri yerinə yetirsə, XİK öz-özünə aradan çıxar. Azərbaycan SSR Ali Soveti XİK-ni ləğv etməlidir. O, Azərbaycan milli-azadlıq hərəkatının beynəlxalq əlaqələrindən bəhs etdi, Qarabağ problemi naminə bütün qüwələri birliyə çağırdı.

Azərbaycan milli-azadlıq hərəkatından, Cənubi Azərbaycandan didərgin salınan vətənpərvərlərə Şimali Azərbaycanda göstərilməli olan qayğıdan bəhs edən Əbülfəz Əliyev Qarabağ problemi və AXC-yə hakimiyyət orqanlarının münasibəti üzərində xüsusi dayandı. Milis işçilərinin AXC üzvlərinə qarşı qərəzli münasibəti haqqında bildirdi ki, əgər milis bu hərəkətlərinə son qoymasa, onların adlarını xalqa deyəcəyik və bildirəcəyik ki, "belələrinə aman yoxdur". Əbülfəz Əliyev xəbərdarlıq edərək bildirdi ki, "Bizim qüvvələrimiz artdıqca bizə şər atırlar", bundan qorxmamalı, ehtiyatlı olmaqla son nəfərə qədər milli mütəşəkkilliyə nail olmaq yolunda səfərbər olunmalıyıq.

Xəlil Rzanın çıxışı, poeziyası ilə ehtizaza gələn Meydan Ü. Hacıbəylinin "Koroğlu" üverturası ilə tənzimlənib başa çatdı. Mitinqlərdəki son çı-xışlarında Əbülfəz Əliyev və İsa Qəmbər xalqı hakimiyyətə və bütün siyasi qüwələrə təsir və nəzarət edəcək bir qüwə kimi təlqin edirdilər.

Hadisələrin son gedişi göstərdi ki, Vətən və milli gələcək naminə Azərbaycan xalqı siyasi birlik nümayiş etdirməyə qadirdir. O, milli problemləri həll etmək yolunda yetərincə siyasi təcrübə qazanmışdır. Lakin nə respublikanın, nə də imperiyanın ali hakimiyyət orqanları ya bunu görmür, dərk etmir, ya da Azərbaycan xalqı ilə hesablaşmaq istəmirdilər.

AXC-nin rəhbərliyi ilə Azərbaycan xalqı Şimal ayısı - Rus imperiyası və onun yerli əlaltıları ilə sivil mübarizəni davam etdirirdi. 21 avqust 1989-cu il tarixli mitinqdə əvvəlki mitinqlərdə hakimiyyət orqanlarının qarşısına qoyulmuş tələblərə cavab verilməsi tələbi ilə Bakı və Sumqayıt şəhərlərində 2 günlük xəbərdarlıq tətili keçirmək qərara alındı. Tətilə çox  mütəşəkkil başlandı, keçirildi və dayandırıldı. Lakin nə imperiyanın, nə də respublikanın rəhbərliyi bu mütəşəkkilliyin doğuracağı mənəvi-siyasi nəticələri qiymətləndirə bilmədiklərindən, mitinqin tələblərinə heç bir cavab vermədilər.  Buna cavab olaraq sentyabrın 2-də AXC-nin rəhbərliyi ilə resnublikanın bütün şəhər və rayonlarında izdihamlı mitinqlər keçirildi. Mitinqin tələbləri ödənilmədiyi təqdirdə sentyabrın 4-də bir həftəlik ümumrespublika tətilinə başlanılacağı haqqında respublika rəhbərliyinə xəbərdarlıq edildi. Respublika rəhbərliyindən heç bir cavab alınmadığından, ertəsi qün zəruri tələbat mallarının istehsalı və satışını təşkil edən idarə və müəssisələr istisna olmaqla respublikanın bütün istehsal və təsərrüfat sahələri mütəşəkkil surətdə işi dayandırıb tətilə başladılar. Dəmiryolçular da tətilə qoşuldu. Bununla nəinki Azərbaycanda, həm də Zaqafqaziyada və Şimali Qafqazda iqtisadiyyat, təsərrüfat və həyatın bir çox sahələri paralic vəziyyətinə düşdü [2,43]. Xalqın böyük əksəriyyətınin rəğbətini və etimadını qazandığından, AXC artıq 6 sentyabrdan respublika hakimiyyətinə diqtə etməyə başladı. Əvyəlki tələblərə Ə. Vəzirov və başqa rəhbərlərin istefası da əlavə olundu. Ümumazərbaycan tətili elə ilk günlərdən imperiya iqtisadiyyatı üçün problemlər yaratdı. Tətilin ilk 4 günündə Azərbaycan iqtisadiyyatına 130 milyon rubl ziyan dəymişdi. Artıq Azərbaycanda xalqın respublika partiya və dövlət strukturlarını hakimiyyət kimi tanı-maqdan imtina edib, tədricən AXC-ni siyasi dövlət hakimiyyəti kimi tanınması prosesinin başiandığını görən respublika rəhbərliyi dərhal AXC ilə danışıqlara gedib, tətilçilərin tələbini ödəyəcəyini vəd edib, onu dayandırmaqdan ötrü dəridən-qabıqdan çıxdı. AXC ilə AKP arasında rəsmi razılaşmaya əsasən sentyabrın 11-də tətillər dayandırıldı. Razıiaşmanın rəsmi protokolu tərtib olunmuş və hər iki tərəfin rəhbərliyi tərəfindən imzalanmışdı. Razılaşmanın bəndlərindən biri sentyabrın 15-də toplanacaq Azərbaycan SSR Ali Sovetin sesiyasında AXC nümayəndələrinin iştirakı ilə tətilçilərin tələblərinə baxılması, AXC nümayəndələrinin sesiyanın müzakirə etdiyi qanun layihələrinin hazırlanmasında iştirakı, ən başlıcası isə AXC İdarə Heyətinin hazırladığı Azərbaycan SSR-in dövlət suverenliyi və iqtisadi   müstəqilliyi haqqında qanun layihələrini müzakirə etmək məsələsi idi. Protokolda bu və digər  məsələlər 10 bənddə razılaşdırılmışdı.

Nəhayət, gözlənilən 15 sentyabr 1989-cu il təqvimi başladı. Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini İdeal seçmiş insanlar məqsədləri yazılmış plakatlarla Ali Sovetin binası önünə toplaşdılar. Həmişə olduğu kimi toplaşanlar arasında Akademiya işçiləri çoxluq təşkil edirdi. Camaat   mübariz əhvali-ruhiyyədə olsa da, SSRI xalq deputatı, xalq yazıçısı Mirzə Ibrahimovun "Azadlıq" radiosu ilə yayılan müsahibəsi adamların qanını qaraldır, onları məyus edirdi. "Azadlıq" radiosunun müxbiri müsahibə zamanı Mirzə İbrahimovdan soruşub ki, "Azərbaycanda nə var? Deyib ki, pribaltikalılar sakit oturmağa qoymurlar. Təkrar ediblər ki, biz Azərbaycandakı vəziyyəti soruşuruq. Qayıdıb ki, bıy, Azərbaycanda nə olub ki? Deyıblər ki, lay-lay, bala, lay-lay" [1, 302].

Nəhayət, Azərbaycan SSR Ali Sovetinin sesiyası başladı, AXC nümayəndələrı sesiyaya buraxılsalar da, onlara ögey münasibət göstərildi.

Künc lojaların birində əyləşdirildilər, saat 12.52 dəqiqədə AXC-nin məq səd və məramını sesiya iştirakçılarına çatdırmaq üçün İsa Qənbərə söz verildi. O, AXC-nin məqsəd və məramı haqqında qısa məlumat verib, Azərbaycanın suverenliyi haqqında Konstitusiya Qanununun qəbul edilməsinin zəruriliyi və XİK-nin ləğv edilməsinin vacibliyi üzərində xüsusi dayanaraq sesiya iştirakçılarına müraciətlə dedi: "Yenidən sizə müraciət edirəm. Bu gün tarixi sesiyadır. Ancaq onun tarixə qızıi hərflərlə, yoxsa qara hərflərlə yazılacağı sizdən asılı olacaq".

Hər hansı bir çıxışla beyinləri çürümüş, manqurtlaşmış "deputat" adlandırılan imperiya əlaltılarını, nökərlərini ayıltmaq, onlarda Vətən və xalq duyğusu yaratmağın mümkünlüyünü düşünmək sadəlövhlük olardı. Hakimiyyət orqanları ilə razılaşmanın əksinə olaraq, sesiyada AXC-nin tələbləri müzakirəyə çıxarılmadı, onların nümayəndələrinə kobud, düşmən münasibət göstərildi. Bu xəbər bayıra sızır və binanın ətrafına toplanmış adamların hakimiyyətə qarşı nifrətini daha da alovlandırır. Bundan xəbər tutan, mitinqçilərinin əhvali-ruhiyyəsinin son dərəcə nifrətlə köklənmiş olduğunu görən V. Polyaniçko sesiyada iştirak edən AXC nümayəndələrinin hamısına söz veriləcəyini vəd etdikdən sonra əhali qismən də olsa sakitləşir.

Yazıçı Anar və İsmayıl Şıxlının çıxışları milli mənafe və Qarabağ probleminin həlli baxımından qiymətli fıkir və təkliflərlə zəngin idi. Təəssüf ki, bu çıxışlar da manqurt "deputatlara" təsir edib, onları oyada bilmədi.

Nəhayət, saat 22.53-də sesiyanın hazırladığı bəyannamə layihəsi oxundu. Bəyannamə layihəsində Azərbaycan SSR Ali Soveti XİK formasını dəyişdirməyi SSRİ Aii Sovetindən xahiş etdi. AXC nümayəndələri buna qəti etirazını bildirdilər.

Azərbaycan SSR Ali Sovetinin XİK-nin ləğv edilməsi məsələsini müzakirə etməyə məcbur olsa da, müzakirə səmərəli bir nəticə vermir. Müzakirənin davam etdirilməsinin mümkünsüzlüyünü görən AXC nümayəndələri AS-in binasından çıxıb camaatın arasına gəldilər. Artıq burada əhali həyəcan vəziyyətində idi. Hakimiyyətə və "deputatlara qarşı nifrət cilovlanmaz səviyyədə idi. Qarışıqlığın başlanması üçün real zəmin yaranmış   idı. Əhalini ruhi həyəcan vəziyyətindən çıxarıb sakitləşdirmək məqsədilə Əbülfəz  Əliyev camaat qarşısında çıxış edərək dedi: "Xahiş edirik ki, hər hansı bir tələb ediriksə, bu cür ekstazla etmək olmaz. Siyasi   mübarizə bu   şəkildə olmur. Müəyyən mərhələdə baş tutmursa, o dayanmır. Yaramazların əlinə keçmiş torpaqlarımız var, onları qaytarmalıyıq...

Böyük tarixi andır, millətin taleyi həll olunur. Bir az da gözləyək. İcazə verin bu məsələləri biz həll edək. Xalqımız da tətilə öyrəşir. Bir qədər səbirli olun. Yenə söhbətə gedək" [1, 317-318]. Əhalinin ekstaza gəldiyini hakimiyyət orqanları da dərk edərək təhlükəsizlik tədbirləri görmüşdülər. AS-m binasının ətrafına əsgər, milis və yanğınsöndürən maşınlar toplamışdılar Görünür, Əbülfəz Əliyevin çıxışı ekstaza gəlmiş əhalini sakitləşdirə bildiyi kimi, hakimiyyət orqanlarına da təsir etmişdi. Xalqın hakimiyyətdən üz döndərdiyini hər kəs hiss etmədə idi. Gecə saat 23.00-da pozulmuş danışıqları Əbülfəz Əliyevin ciddi səyi nəticəsində bərpa etmək mümkün oldu. Bu xəbər də əhalini sakitləşdirmədi. Qadağan saatının çatmasına, hərbçilərin xəbərdarlığına baxmayaraq, əhali AS-ın binası ətrafından dağılmadı. Əksinə, hərbçilərin dağılmaq xəbərdarlığı əhalinin hissinə toxundu, onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirdi. Hakimiyyətdən həmişə xalqa zidd xəbərlər almağa alışmış əhali nə isə bir mənfi xəbər almaq kimi mənfi emosiyanın təsiri altında AS-ın binası ətrafında var-gəl edirdi. Saat 00.24 dəqiqədə bu gecə AS-ın qərarı ilə qada-ğan saatının götürüləcəyi haqqında məlumat verildi. Müsbət xəbər olsa belə, əhalinin əhval-ruhiyyəsinə çox da təsir etmədi. Əhali öz qərarında  israrlı idi.

Saat 01.01. Əhali ekranda Vəzirovun tribunaya gəlişini görüb daha da həyəcanlanır. Rusca danışır: "Yaxşı söhbətimiz oldu!.. Isa əlavə edəcək", - deyib sözü İsaya verir.

Saat 01.04. İsa Qəmbərov deyir: "Belə qərara aldıq ki, DQMV-da XİK ləğv edilsin. Azərbaycan SSR AS XİK-ni ləğv edir və bu haqda SSR AS qarşısında vəsait qaldırsın".

01.07 dəqiqədə məsələ yuxarıda göstərilən formada səsə qoyulur və yekdilliklə XİK-ni ləğv etmək haqqında qərar qəbul olunur. AS-ın binası ətrafında minlərlə insan bir-birini bağrına basıb öpür, təbrik edir, birliyə, milli gücə aid şerlər oxunur.

AXC nümayəndələri ilə Ə. Vəzirov arasında suverenlik, iqtisadi müstəqillik haqqında qanun layihəsinin birgə hazırlanması haqqında razılığa gəlinir. AXC nümayəndələri AS-ın qanun layihəsini hazırlayan qrupa daxil edilir.

01.27 AXC nümayəndə heyətinin sədri Əbülfəz Əliyev parlamentdə çıxış edir. O deyir: "Siz yaxşı bilirsiniz ki, Azərbaycan xalqının ən ağır günləridir. Xalqımızın haqqını qorumaq üçün bütün yollardan istifadə etməliyik.     Ən mühüm yol demokratiyanın inkişafı yoludur. Sabir deyib ki, hürriyyət olan yerdə insanlıq olur.

Azərbaycan Respublikasında bir müsbət meyl var ki, demokratiya inkişaf edir. Dünən siz özünüz deyirdiniz ki, dözmədiyiniz sözə bu gün dözürsünüz. Qarabağ problemləri ilə yanaşı başqa dərdlərimizə də əlac edəcəyik. Verilmiş torpaqlarımızı da geri alacağıq. Sizə uğurlar arzulayıram ki, demokratıyanı daha da inkişaf etdirəsiniz. Sağ olun!".

   Saat 01.32. Yekun olaraq  Ə. Vəzirov çıxış edir: "Doğrudan da, biz dünən xeyli iş görmüşük. Bizim əsas məqsədimiz budur: xalqa qulluq. Gərək yaxşı qanunlar qəbui edək" [1, 319].

Saat 01.35. Azərbaycan SSR Ali Sovetin sesiyası bağlı elan edilir. Se- siyada iştirak edən AXC nümayəndə heyəti AS-ın binasını əhatə etmiş xalqın içərisinə gəlir. Əhali onları bağrına basır. Azərbaycan xalqı birliyi, milli təşkiiatı, liderləri ilə imperiyanın qanunlarını dəyişdirməyə başlamış- dılar. Bu tarixi qələbə idi. Bu saatların həyəcanını Azərbaycan xalqının böyük əksəriyyəti eyni dərəcədə keçirmişdi. Lakin 70 iilik imperiya tarixiı də MK-nın birinci katibi ilə AS-ın biriasında üzbəüz döyüş Nəcəf Nəcəfovun taleyinə düşmüşdü. Həmişə sakit davranışı ilə fərqlənən, hətta baş- qalarının kobudluğundan utanan Nəcəf bütün inzibati hakimiyyət orqanlarının qarşısında AKP MK-nın birinci katibi ilə əlbəyaxa oimaq həddinə çatdı. O, çölə çıxanda da hamıdan həyəcanlı idi. Tarix elmləri doktoru Q. Sultanov 15 sentyabr 1989-cu il tarixdə AS-ın qəbul etdiyi qərarları AXC- nin səyi ilə baş verən "tarixi əhəmiyyətli hadisə" adlandırmışdır (4,310) Azərbaycan tarixşünaslığında milli-azadlıq mübarizəsi problemi üzrə milli mütəxəssis kimi tanınan tarixçi Aydın Balayev isə bu hadisəni yalnız AXC tarixinin parlaq səhifəsi deyil, Azərbaycan milli hərəkatının parlaq səhifə kimi qiymətləndirmişdir [2,44].

16 sentyabr 1989-cu il, saat 18.35 - Azadlıq meydanında 300 mindən artıq adamın iştirakı ilə başlayan mitinq daha çox şənlik toplanışını xatırladır. Meydanda hamı mehriban, şən və gümrah görünür, üzlərdən sevinc şəfəqlənir. Mitinqi açan Yusif Səmədoğlu dünənki qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib sözü Etibar Məmmədova verir. O, AXC adından "Azərbaycan xalqına böyük minnətdarlığını bildirir". Dünən ki qələbə uğrunda buraxılan səhvlərdən danışır, hakimiyyətə münasibət məsələsində mülahizələrini söyləyir.

İsa Qəmbər sözünə "sesiyanın gedişi zamanı Ali Sovetin binası qarşısında duranlara təşəkkür" etməkiə başlayır. Azərbaycan milli-azadhq hərəkatını təhlil edərək göstərir ki, meydan hadisəsindən sonra bu günə qə dər keçilən siyasi mübarizə yolu nəhayət, hakimiyyətlə qüvvə mütənasibliyi yaratmağa imkan verdi. Qarşıya qoyulan rnəqsədə çatmağın bir sıra məsələlərindən bəhs edən İsa Qəmbər xalqı "AXC-yə başqa məqsədlə daxil olanlara müqavimət göstərməyə" çağırdı.

Tofiq Qasımov Ali Sovetin müzakirəsinə verilmiş "Suvereniik haqqında" qanun layihəsinin bəndləri haqqında əhaliyə məlumat verdi, qanunun qəbul edilməsi yolunda əhalini daha şüurlu siyasi fəalıq göstərməyə səslədi.

Nemət Pənahov böyük pafosla Azərbdycan rnilli-azadiıq hərəkatının təhlilinə girişməyə çaışsa da, tezlikiə onu gözdən salmış meydanda pul yığmaq məsələsi üzərində dayandı. Əhalinin onu dinləmədiyini görüb, Azərbaycan xalq qəhrəmanlarına, "Spartak" romanına keçsə də, onu dinləyən olmadı. Əvvəllər hər sözü alqışlanan Nemətin çıxışının qurtarması ilə sanki meydan ağır yükdən qurtardı. Artıq mitinqləri Əbülfəz Əliyevin yekunlaşdıracağına əhali alışmışdı. Hələ 88-ci ildən əhali Əbülfəz Əüyevi milli lider kimi tanımağa başlasa da, 15 sentyabrda o, xalq tərəfindən birmənalı lider kimi təsdiqləndi. Elə bu səbəbdən 16 sentyabr mitinqində əhali onu dinləməyə böyük həvəs göstərirdi. Nəhayət, bu an gəlib çatdı. Söz Əbülfəz Əliyevə verildi. O dedi: "Əziz bacı və qardaşlar! Əlbəttə, biz sizin tənqidlərdə də sevgi görürük... Ancaq biz indi siyasi döyüşə girmişik. Burada təmkin olmalıdır. Hökumətlə ancaq danışıq olmalıdır. Əgər mübarizədə hökumətdən nə isə güzəşt yolu ilə əldə edilirsə, bu, qələbədir. Bu, demokratik yoldur. Bizim başqa yolumuz yoxdur...

Əgər çox ehtiraslı çıxışlar olursa, insanlar vəcdə gəlir. Mən istəyirəm ki, biz səbirli olaq. Siz özünüz gördünüz ki, bizə qarşı çox böhtanlar atırlar, guya biz adamları yeyirik. Demokratiya haqq yoludur, odur bizi qələbəyə aparan".

O, sözünə davam edərək dedi: "İndi xalqa xəyanət edənlər dillərini çıxarırlar ki, gəlin barışaq. And içirik ki, Azərbaycan xalqının, ana və bacıların başına gətirilən müsibətlərin hayıfını almayınca heç kimlə barışmayacağıq...

Tələb edirik ki, Volski işdən azad edilib cinayətə cəlb olunsun... Bizim çox təcrübəmiz yoxdur. Hələ keçdiyimiz məktəb azdır. Çalışmalıyıq ki, siyasi biliyimiz artsın" [1 ,-320-324].

Əbülfəz Əliyev bütün çıxışlarında demokratiya anlayışını qabardır, milli-azadlıq mübarizəsinin başlıca vasitəsi, yolu hesab edirdi. 15 sentyabrda insanların ekstaza gəldiyi bir məqamda belə o, demokratik üsulu başlıca vasitə kimi bütün sosial-siyasi təbəqələrə təlqin etməyə çalışırdı. Bu günlərdə Əbülfəz Əliyevin nail olmaq istədiyi başlıca məqsəd demokratiya, milli konsensus idi.

Sentyabrın 15-dən 16-na keçən gecə AS-ın ətrafına toplaşan insanlar, AXC-nin sesiyada iştirak edən nümayəndələri, bütövlükdə Azərbaycan xalqı bir-birini layiqincə tamamlamaqla göstərilən qələbəyə nail oldular. Bu günlərdən bəhs edən yazarlar, həmin gecənin ən konfliktli, hamının "Hər şey bitdü", "İndi qan su yerinə axacaq" kimi düşünəndə kompromis ideyalar doğuran çıxışları ilə sesiya iştirakçılarını və mitinqçiləri sakitləşdirməklə müxtəlif cür düşünən insanları milli məcraya yönəltməklə məqsədə nail olmaqda Əbülfəz Əliyevin dözüm və səyindən xüsusi bəhs edirlər [4,73; 5,298; 6,57].

Əbülfəz Əliyevin mübarizənin ən ziddiyyətli, barıt qoxuyan anlarında hamıdan israrla tələb etdiyi, problemin "demokratik həll üsulu" onun rəhbərlik etdiyi təşkilatın və onun ideyasını qəbul edənlərin mübarizə proqramına çevrilirdi. Bu proqramın əsas mahiyyəti qarşılıqlı güzəşt və milli həmrəylik şəraiti yaratmaqla Azərbaycanın müstəqilliyinə, bütövlüyünə hamılıqla gedib çatmaq idi.

AS-ın XİK-in ləğvi haqqında qərar qəbul etməsindən sonra fasilə verməsinə AXC prinsip etibarı ilə razı idi. Fasilə müddətində respublikanın suverenliyi haqqında qanun qəbul edilməsinin mahiyyəti, gələcək istiqlal mübarizəsində əhəmiyyəti haqqında lazımi təbliğat və siyasi maarifçilik işi aparmaqla milli və siyasi şüuru daha da yüksəltmək, ali qanunların qəbul edilməsində xalqın bilvasitə iştirakının əhəmiyyətini ona dərk etdirmək, ən başlıcası isə Azərbaycan xalqının müstəqilliyə layiq olduğunu dünyaya, beynəlxalq ictimaiyyətə sübut etmək idi. Bunun üçün də "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu"nun layihəsi AXC tərəfindən hazırlanıb, surəti əhali içərisində geniş yayılmışdı. AXC-nin bu sahədə siyasi kompaniyası o dərəcədə güclü idi ki, respublikanın ən ucqarında yaşayan azərbaycanlı yaxın günlərdə Azərbaycanın taleyində mühüm rolu olan bir qanunun müzakirəsindən xəbər tutmuşdu. Hətta adi siyasi şüura malik olmayan insanlar bu qanunun qəbul olunmasına nicat yolu kimi baxırdılar. Odur ki, AS-ın sesiyasının başlaması vaxtını əhali səbirsizliklə izləyirdi. Sesiya zamanı əhalini AS-ın binası ətrafına toplamaq üçün hər hansı çağırışa ehtiyac qalmamışdı. Odur ki, 22 sentyabrda AS-ın işini davam etdirəcəyi haqqında məlumat yayılan kimi rayonlardan əhali Bakıya axışdı. Artıq Azərbaycanın siyasi həyatında müstəqillik və milli ideyalarının üstünlük qazanmaqda olduğu özünü açıq göstərirdi. Əgər idarələrdə (binaların içində) Azərbaycan SSR-in bayrağı asılırdısa, xalq arasında keçirilən bütün ictimai-siyasi tədbirlər Azərbaycan Cümhuriyyətinin bayrağı altında keçirilirdi.

23 sentyabrda Azərbaycan SSR Ali Soveti sesiyasını saat 2-də başlasa da, səhər tezdən binanın ətrafına çoxlu əsgər və milis gətirilmişdi. Əhali isə binaya doğru axışırdı. Artıq milli bayraqlar tribunalara sancılmışdı. "Deputaflar da AS-ın binasına daxil olmağa başlayırdı. Onların gəlişini Ə. Tahirzadə belə təsvir edir: "...quzu deputatlarda - xalqımızın taleyini həll etməli "el ağsaqqalları"nda iki iyrənc cəhəti müşahidə etdim, "Moskva" mehmanxanasından çıxıb AS-ın binasına gələn "deputatlar" deputat nişanı olan bayrağı döşlərindən çıxarmışdılar ki, camaat onları tanımasın... Mən, İvanovkanın kolxoz sədri N. Nikitindən başqa, deputat nişanını çıxarmayan "xalq elçisi" görmədim.

İkinci cəhət isə ondan ibarət idi ki, deputatımız AXC fəallarının onlara verdiyi kağızları almaqdan imtina edir, ona qorxulu bir şey kimi baxırdılar" [1,326].

Təsvir olunan əhval-ruhiyyə ilə AS-ın sesiyası başlandı. Sesiyanın gedişindən alınan məlumatlardan aydın olurdu ki, yenə "deputatların" - manqurtlaşmış qulların müqavimətini qırmaq lazım gələcək. İnsan dalğası getdikcə AS-ın binası ətrafında artır, "deputatlar"a, hakimiyyət orqanlarına təzyiq vasitəsi olaraq "tətil" və "istefa" şüarları oxunurdu. Nəhayət, saat 8.00-da sesiyadan çıxan AXC nümayəndələrinin görünməsi insanları daha da həyəcanlandırdı. Lakin Əbülfəz Əliyevin "Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu"nun qəbul edilməsi haqqında verdiyi xəbər minlərlə insanı eşidəcəyi bəd xəbər qorxusu hislərindən ayırıb, sevinc dolu həyəcanlar burulğanına atdı. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin söykəyi, tutalqası olacaq bu qanunun qəbul edilməsi insanları son dərəcə sevindirmişdi.  Xəbər sevincdən çox həyəcan təsiri bağışlayırdı. Hətta eyforiyaya qapılıb qanuna Azərbaycanın tam müstəqilliyə nail olması kimi baxanlar da vardı.

Lakin Əbülfəz Əliyevin elə həmin anda dediyi - suveren dövlətin ordusu, milli pulu və dövlət xəzinəsi olmalıdır - sözləri insanları qələbə sevincindən ayırıb yeni milli qayğılarla yüklədi. İnsaniar bu günkü qələbə sevincinin doğurduğu hislərin təsiri altında AS-ın binası qarşısından dağıldılar. Çöhrələrdə qələbə sevinci, mübarizlik, döyüşkənlik aydın görünməkdə idi.

24 sentyabr 1989-cu ildə saat 17.00-da Azadlıq meydanında "Koroğlu" uvertürası ilə "Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu"nun qəbul edilməsi münasibəti ilə qələbə mitinqi təşkil olundu. AXC İdarə Heyətinin üzvləri və ağsaqqallar tarixi qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik etdilər, qarşıda duran növbəti vəzifələrdən danışdılar. Bunlar içərisində yenicə formalaşmış AXC-nin qorunması başlıca milli məsələ kimi irəli sürüldü. Əldə olunan çox saylı məlumatlar göstərirdi ki, hakimiyyət rayonlarda katiblərin yaratdıqları süni "AXC"-lər vasitəsi ilə milli birliyi, milli-azadlıq hərəkatını pozmağa çalışırlar. AXC idarə heyəti bir daha xalqın və təşkilat üzvlərinin nəzərinə çatdırdı ki, təşkilatın və xalqın bütövlüyünü qorumaqla milli problemləri ardıcıl həll etməyə nail olacağıq. Hər hansı dağınıqlığa, parçalanmaya qəti yol vermək olmaz. Milli birliyin parçalanması tezlikiə milii məğlubiyyətlə nəticələnəcək... Oktyabr ayında AXC-nin keçiriləcək qurultayında təşkilat və xalq daha böyük mütəşəkkillik göstərməlidir. Natiqlərin hamısının çıxışında nikbinlik, qaliblik hissi vardı. Lakin Dədə Qorqud obrazlı Azərbaycan milli-azadlıq hərəkatının ruhu Xəlil Rzanın çıxışı insanların ruhunu əlindən alır, Göyçəyə, Zəngəzura, İrəvana, Zəngibasara babaların ruhu ağlayan, od tutub yanan torpaqlara aparırdı. Meydanda sevinclə kədərin seçilməyəcəyi ruhi bir vəziyyət yaranmışdı. Lakin Xəlil Rzanın "Yaşasın Xalq Cəbhəsi" şeri meydana bütünlüklə nikbinlik, mübarizə və qələbə ruhu gətirdi. Mitinq nikbin, qələbə əhvali-ruhiyyəsi ilə başa çatdı.

"Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu"nun qəbul edilməsi AXC-nin, demokratik qüwələrin, Azərbaycan xalqının ilk hüquqi-siyasi qələbəsi idi. Məhz bu qanun Azərbaycan xalqnın həyatında baş verən hadisəyə SSRİ-nin daxili işi kimi deyil,  beynəlxalq hüququn subyekti kimi yanaşılması imkanı verirdi.

"Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu" müstəqillik uğrunda mübarizənin hüquqi bazasını yaradan ilk sənəd oldu.

AXC-nin rəhbərliyi ilə milli-demokratik qüvvələrin hakim siyasi qüvvəyə çevrilməsi prosesi gündən-günə artırdı. Məhz milli-demokratik qüvvələrin təzyiqi ilə "Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu"nun qəbul ediiməsi, bundan bir neçə gün sonra 5 oktyabr 1989-cu ildə Azərbaycan SSR Naziriər Sovetinin 404 saylı qərarı ilə AXC-nin rəsmi qeydə alınması onun və bütövlükdə milli-demokratik qüvvələrin nüfuzunu respublikada son dərəcə yüksəltdi.

SSRİ Ali Soveti AXC-nin rəhbəriik etdiyi milli-demokratik qüvvələrin təzyiqi ilə 1989-cu il noyabrın 29-da XİK ləğv edib, DQMV-in idarə olunmasını SSRİ Ali Sovetin Xüsusi Komissiyasının nəzarəti altında Azərbaycan SSR-in təşkilat komitəsinə tapşırdı. Moskvanın canişini V. Polyaniçko təşkilat komitəsinin sədri təyin olundu. Dekabrın 24-də AXC-nin orqanı "Azadlıq" qəzetinin ilk sayı kütləvi tirajla nəşr olundu. Qəzetin nəşri milli-azadlıq hərəkatının ən mühüm qələbələrindən biri olmaqla müstəqillik uğrunda mübarizədə milli qüvvələrin yaratdığı ən güclü silah idi.

Sovet imperiyasının uzun illər apardığı gizli və açıq mənəvi, psixoloji, ideoloji, siyasi, iqtisadi, ekoloji və s. tədbirlər Azərbaycan xalqının etnik sistemini pozmuş, milli dəyərlərini son dərəcə zəiflətmişdi. Onun bir hissəsi Azərbaycan mədəniyyətindən qopub ruslaşır, bir hissəsi vətəni tərk edir, "ziyalının" böyük hissəsi və hakimiyyət orqanları bütünlüklə milli simanı itirməklə mədəniyyətindən, etnik təməlindən əslində ayrılmışdı. Milli dəyərlərin pozuq daşıyıcıları olan çoxluq isə milli və siyasi şüura  malik deyildi. Azərbaycan etnosunun durumunda ölüm simptomları açıq görünməkdə idi. 70-ci illərin başlanğıcında imperiya bütün vasitələrlə bu prosesi sürətləndirdi. Sosial-siyasi həyatın bütün sahələrində (mədəni, mənəvi, siyasi, iqtisadi və s.) özünə inamsızlıq psixologiyası aşıladı. Azərbaycan xalqında özünə inamsızlıq yaradıldı. Azərbaycan türkcəsi funksiyasını itirir, paytaxtda "çuşqa dili" kimi ələ salınır, Bakıda azərbaycanlılar, xüsusilə rus dilini bilməyənlər ikinci sort adam kimi qiymətləndirilirdi. Azərbaycanlılar ermənilərin ərazi iddiaları qarşısında ardıcıl olaraq güzəştə getməyə məcbur edilərək ermənilərin qalib, güclü obrazı, psixoloji üstünlüyü yaradılmışdı. Vətənlərində azərbaycaniıların ruhunda vətənsizlik və hüquqsuzluq, heç nəyə qadir olmamaq hissi yaradılırdı.

Ardıcıl olaraq Azərbaycan xalqını vətənindən sıxışdırıb çıxarmaq, assimilya etmək və s. üsullarla məhv etmək siyasəti yeridən rus sovet imperiyası 1988-ci ildə azərbaycanlılarda etnik durum son dərəcə zəif göründüyü üçün ehtiyat etmədən DQMV-nin Ermənistana verilməsi istiqamətində ardıcıl addımlar atdı. Rus imperiyası etnik strukturu pozulmuş, iradəsi zəifləmiş Azərbaycan xalqını yeni siyasi-sosial, iqtisadi və inzibati vasitələrlə tarix səhnəsindən silə biləcəyinə inanmışdı. Görünür, imperiya özünün və Azərbaycan xalqının dərin qatlarında gedən prosesləri görə bilməmişdi. İmperiyanın daxilində çürümə, ölüm prosesi Azərbaycan xalqının milli-daxili strukturlarının zəifliyindən qat-qat güclü idi. Odur ki, imperiyanın Azərbaycan xalqına qarşı atdığı zorakı siyasi-sosial irticaya qarşı özüınü səfərbər edib milli dəyərlərini bərpa etməklə milli inkişaf yoluna qədəm qoyurdu. Əksinə Azərbaycanı parçalamaq, məhv etmək üçün yaradılmış DQMV, Qarabağ hadisəsi rus imperiyasının dağılması üçün detenator oldu. M. S. Qorbaçovun islahatları buna şərait yaratdı. Onun islahatları çürüməkdə olan iqtisadi-sosial və mənəvi-siyasi birliyi birdən-birə dağıtdığı halda, yeni birləşdirici heç nə vermirdi.

Zəif etnik duruma malik Azərbaycan xalqının çox ağır şəraitdə, qısa müddətdə özünü bərpa edib "Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu"nu qəbul etməsi nəinki rus imperiyası, həm də dünya üçün gözlənilməz hadisə idi. Rus imperiyasının xaç  atalarından biri Y. Primakov bunu düz başa düşmüşdü. "Bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır, bu pillə isə bir "demokratik parlament" seçkisindən ibarətdir", - demişdi [5,119].

"Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya qanunu" Azərbaycan xalqının imperiya üçün gözlənilməz milli birliyindən doğan enerjinin nəticəsi idi. Artıq 1990-cı ilin martında keçiriləcək Azərbaycan SSR Ali Sovetinə seçkilərdə AXC-nin qələbəsi heç kəsdə şübhə doğurmurdu. Y. Primakovun sözləri ilə desək, bu Sovet İttifaqından çıxmaq demək idi. Odur ki, Azərbaycan xalqı suverenlik haqqında "Konstitusiya qanunu"nu qəbul edən kimi "Kreml onun kağız üzərində qalması üçün yerli kommunist rəhbərliyinin sədaqətli canişini V. Polyaniçkonun əli ilə mümkün olan hər şeyi etdi" [5,298].

Tarix sübut etmişdir ki, milli birlik və ondan doğan təşkilat milli və siyasi prosesləri qarşısı alınmaz edir. Odur ki, imperiya Azərbaycan xalqının milli birliyini pozmaq, onun yenicə yaranmış milli təşkilatı AXC-ni parçalayaraq məhv etmək üçün ideoloji, siyasi-hərbi hücum planı hazırladı.

"Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya qanunu"nun qəbul edilməsindən 20 yanvara qədər AXC daxilində başlayan münaqişə heç də onun daxili təbiətindən irəli gəlmirdi. İmperiyanın təşkilat daxilində saldığı süni münaqişə idi. Əwəlcədən planlı şəkildə hazırlanmışdır. Tarixçilərin “AXC-nin böhranı”, AXC daxilində radikallarla  iberalların milli-azadlıq mübarizəsinə baxış fərqi kimi təqdim edilməsi dərindən araşdırma aparılmamasının, hətta bir çox hallarda aşkar həqiqətin deyilməməsinin nəticəsidir. Misal üçün Ramiz Rzayev, Nemət Pənahov və onlarla bu qəbilli adamların kimin və hansı təşkilatın adamı olması Azərbaycanda kimsə üçün sirr deyildi. Onların milli-azadlıq hərəkatının radikalları kimi tarixə daxil edilməsi Azərbaycan milli-azadlıq hərəkatını   ləkələmək, ən azı ona ləkə yaxılmasına göz yummaq, şərait yaratmaqdır,   Lakin məsələyə obyektiv baxışa imkan verməyən başlıca səbəb bu dövrə aid DTK və onun varisi Milli Təhlükəsizlik Nazirliyinin arxivlərindən istifadə imkanının olmamasıdır. Nəzərə alsaq ki, DTK qüvvələri son nəticədə milli qüvvələrə qalib gəldilər (1993-cü il dövlət çevrilişi nəzərdə tutulur - X.X.), tarixi sənədləri öz xeyirlərinə saxtalaşdırdı və ya bir qismini məhv etmişdir, onda həqiqəti üzə çıxarmaq daha da çətinləşəcək.

Lakin hadisələr bütün xalqın, tarixçilərin gözü qabağında baş verdiyindən, dövrü mətbuatda yetərincə iz qoyduğundan bir çox həqiqətləri demək mümkündür.

AXC-nin təzyiqi ilə Azərbaycan SSR Ali Soveti "Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu"nun qəbul edilməsi hakimiyyəti AXC-ni rəsmi qeydiyyatdan keçirməyə məcbur etdi. Bütün bunlar milli təşkilat kimi xalq arasında AXC-nin nüfuzunu yüksəldir, respublika hakimiyyət orqanlarını nüfuzdan salırdı. Artıq AXC-nin xalq arasında nüfuzu elə səviyyəyə çatmışdı ki, o, iddialarını imperiyaya diktə etməyə başlamışdı. Odur ki, imperiya Azərbaycan xalqını susdurmaq üçün ciddi tədbirlər görməyə başladı. Bunlardan ən birincisi onun yenicə yaranmış milli təşkilatı AXC-dən məhrum etmək idi. Hadisələrin gedişi göstərdi ki, imperiya və mafioz qüvvələr yaranma prosesində AXC-yə kifayət qədər nümayəndələrini yerləşdirmişdilər. 27-28 oktyabr 1989-cu il tarixdə AXC-nin birinci sesiyasında təşkilat yeni vəzifələr uğrunda səfərbər olunmaq istədiyi halda onda dərin parçalanma üzə çıxdı. AXC idarə heyətində üç qrup aşkarlandı. Birinci Əbülfəz Əliyev, İsa Qəmbər, Hikmət Hacızadə, Tofiq Qasımov və s. başçılıq etdiyi milli qüvvələr, ikinci DTK-və mafiyanın əlində alətə çevrilmiş Nemət Pənahov, Rəhim Qazıyev qrupu, üçüncü isə reqanatlar idi. Birinci qrupun da tərkibində kəşfiyyat və mafiyanın adamının olması istisna edilmədiyi kimi, ikinci və üçüncü qruplarda da aldanmış milli adamların olması istisna deyildir.

İkinci və üçüncü qrupun liderləri populist çıxışları ilə xalq arasında pərdələnir, müxtəlif priyomlarla milli qüvvələri xalq arasında gözdən salmağa çalışırdılar. AXC-nin rəhbərliyində olduğu kimi yerli təşkilatlarda da fraksiyalar yaratmaqla təşkilatı parçalamağa çalışırdılar. AXC idarə heyətində təfriqəçilik ilkin olaraq Zərdüşt Əlizadə və Leyla Yunusova tərəfindən gücləndirildi. [1 ,-394;5,58]. Onlar tərəfindən AXC-nin binası qarşısında piketlər keçirilir, ona müxtəlif böhtanlar atılır, xüsusən Zərdüşt Əlizadə AXC sədri Əbülfəz Əliyevin vaxtilə qız üstündə həbs olunması, içki düşkünü olması haqqında rayonlarda təbliğat aparırdı [1, 223-225].* Respublikada faktiki olaraq ikihakimiyyətlilik yaranmışdı. AXC hüququ olmayan real hakimiyyət, Azərbaycan KP-nin Partiya Komitələri dövlət orqanları isə formal, gücü olmayan hakimiyyət vəziyyətində idi. AXC-nin nüfuzunu qırmaq üçün mərkəzin sifarişi ilə onun daxilində kooperativ cəbhələr yaradılırdı. Həmçinin ona qarşı qoyulacaq müxtəlif cəmiyyət və təşblatlar yaradılırdı ki, Qayğı və Qarabağa Xalq Yardımı Cəmiyyətləri belələrindən idi. AXC-nin nüfuzunun artdığını görən siyasi cəhətdən hələ püxtələşməmiş təbəqədə problemlərini həll etmək məqsədilə AXC-yə axışırdı. Beləliklə, AXC-yə kütləvi, kortəbii axın başlandığı bir vaxtda, imperiya onu daxildən dağıtmaq istiqamətində planlı tədbirlər həyata keçirirdi. Bizcə 17noyabr 1989-cu il yubiley mitinqində Əbülfəz Əliyevin, Mansur Əliyevin, Məhəmməd Hatəminin radikal çıxışları da imperiyanın Azərbaycana qarşı sərt tədbiriərini sürətləndirdi. Əbülfəz Əliyev nitqinə bu sözlərlə başladı: "Bu gün SSRİ-də müsəlman xalqlarının demokratik hərəkatının başında AXC dayanır. Bütün qardaşlarımızın xalq hərəkatına ümid göstəririk. Milyonlarla adamı şanlı gələcək gözləyir. Bu vəzifəmiz müqəddəsdir.Səs ucaldanda Əbülfəz Əliyevi əvəz edən Mansur Əiiyev dedi: "Bu gün xalqın milli bayramıdır. Bu bayram Musavat Partiyasınin bayramıdır. Bizi həbsxanalar qorxutmamalıdır. Bizə qarşı edilən cinayətlər Azərbay-can KP MK tərəfindən edilir. Xankəndində 15 min azərbaycanlının qapısı qıfıllanıb. Bunun günahkarı Vəzirovdur. Kommunist partiyasına nifrət edirəm! Var olsun Azərbaycan xalqmın milli ləyaqəti!" Məhəmməd Hatəmi nifrət dolu bir səslə dedi: "Azərbaycan iki dəfə rus imperiyası tərəfindən işğal olunub... 1920-ci ildə XI qızıl ordu Azərbaycan Demokratik Respubasını darmadağın etmişdir. İndi Azərbaycanda iki qüvvə fəaiiyyət göstərir: AXC və KP. AXC-dən teşqa heç bir qüvvə xalqa xeyir gətirə bilməz" [1, 430].

Azərbaycan milii-azadlıq hərəkatının vulkanı Xəlil Rza "Mən Şərq xalqlarını alçaqlığa qarşı üsyana çağırıram. Qırmızı imperiyaya qarşı mübarizəyə çağırıram!" nidası ilə meydanı silkələyib "Yaşasın Xalq Cəbhəsi!" şeri ilə meydanı mübarizəyə bir daha səfərbər etdi.

Etibar Məmmədov mitinqin qərarını oxudu. Ali Sovetə seçkilər haqqında qanunun nəşr olunmasının əhəmiyyətini xüsusi vurğuladı.

Artıq AXC güclü siyasi qüvvəyə çevrilmişdi. Paytaxt və bölgələrdə xalq kommunist Partiyası və hakimiyyət orqanları ilə hesablaşmır, onlardan –AXC-yə şikayətə gəlirdi. Hakimiyyət orqanları, hətta inzibati orqanlar belə AXC-nin tələbləri qarşısında geri çəkilir, onun müdafiə etdiyi məsələlərə və şəxslərə qarşı araşdırma aparmağa cəsarət etmədən güzəşt edirdi. Azərbaycan SSR Ali Sovetinə 1990-cı ilin martında keçirilməsi nəzərdə tutulan seçkilərdə Xalq Cəbhəsinin qələbə çalacağına qəti inam yaranmışdı. Bu isə Y. Primakovun sözləri ilə desək, Azərbaycanın SSRİ-dən xilası demək idi. Odur ki, Azərbaycan xalqının birliyi, vahid siyasi iradə əldə etməsi, yüksək nüfuza malik milli təşkilata malik olması mərkəzi təşvişə salmışdı. Odur ki, Azərbaycan xalqının birliyini pozmaq, onu yenidən itaətə salmaq üçün birinci növbədə AXC-ni parçalayıb dağıtmaq hədəfi seçilmişdi. Hadisələr gərginləşdikcə AXC daxilində siyasi qüvvələrin müxtəlifliyi də aşkarlanırdı [7,351].

Hadisəiər radikallaşırdı. DQMV-də XİK-nin ləğvi tələbilə 27 noyabrda başlayan ümumazərbaycan tətili çox mütəşəkkil şəkildə həyata keçirildi, 28 noyabrda 1989-cu ildə SSRİ Ali Sovetin Dağlıq Qarabağda vəziyyəti normal hala salmaq üçün XİK-ni ləğv etdi. Vilayətin idarə olunması SSRİ Ali Sovetinin xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR-in təşkilat komitəsinə tapşırıldı. Bu qərarı Qarabağ probleminin həlli istiqamətində atılan addım hesab etmək olmazdı. Hər halda imperiyanın Azərbaycan xalqının, milli qüvvələrin təzyiqi qarşısında geri çəkilməsi fakt idi. Güman etmək olardı ki, 29 noyabr mitinqi SSRİ Ali Sovetin yeni qərarına müvafiq yeni tələblər paketi irəli sürəcək, milli enerjini bu istiqamətə yönəldəcək. Təəssüf ki, mitinq bir qrup tarixçinin AXC-nin liberal, bizim milli qüvvələr adlandırdığımız qrupun təsiri altında deyil, ikinci qrupun üstünlüyü, təsiri altında keçirdi. Mitinqi Rəhim Qazıyev apardı və əsas ideyaları da o verdi. Onun söz verməsi ilə danışan E. Məmmədov, Fəzail Ağamalıyev, Vaqif Səmədoğlu və b. "SSRİ-nin tərkibindən çıxmağı yeganə yol" kimi meydana təqdim etdilər. E. Məmmədov bildirdi ki, "Qətnaməmiz tələbimiz birdir: Azərbaycan SSR AS-nin növbədənkənar sesiyası çağırılıb orada SSRİ-dən çıxmaq üçün referendum keçirilməsi haqqında qərar qəbul edilməlidir! Bu qərar çıxarılmayana qədər ümumi siyasi tətil davam edəcək" [1 ,-452].

Maraqlıdır ki, AXC mitinqdə Ə. Vəzirov başda olmaqla MK-nın istefa tələbini qoyduğu halda, H. Həsənovu meydana yeni rəhbər kimi təqdim edirdilər. E. Məmmədov deyirdi: "Dünən gecə Biləcəriyə getmişdik, dəmiryol nazirinin müavini Sidorenko, Abdullayev, MK-dan Həsən Həsənov orada idilər. Həsən Həsənova dedik ki, rəhbərlik hərəkata qarşı çıxmasın xalqla birləşsin, ya da vəzifədən imtina etsin. Həsən Həsənov cinayətdə iştirak etməməyə söz verdi. Yerdə qalanlar ya hərəkata qoşulmalı, ya da istefa verməlidirlər. Onlar bu gün gəlib bizə qoşulmasalar, bizə lazım deyillər".

Mitinqdəki aparıcı çıxışlardan aydın olurdu ki, hakimiyyətdə Vəzirova onu dəstəkləyən qrupun istefası qoyulur. H. Həsənovun Azərbaycan KP MK-ya birinci katib kimi hakimiyyətə gətirilrnəsi rneydan vasitəsilə əhaliyə və Moskvaya qəbul etdirilirdi. Hələ bundan xeyli əvvəl İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və b. yazıçı və şairlər tərəfindən H. Həsənovun hakimiyyətə gətirilməsi üçün təbliğat aparılırdı [4,77; 1, 446].

Mitinqdə Vaqif Səmədoğlu bildirdi ki, "Azərbaycan xalqının mübarizəsini Moskva-Yerevan-Vaşinqton-Tehran  oyuncağa çevirmək istəyir. Moskvanın qumarı, qumarbazlığı, ortaya qoyduğu oyun təəssüf ki, AXC-də də özünü göstərir (?1). İndi bu haqda danışmıram, ancaq konfransda danışacam" [1 ,-450]. Açıqlama verməsə də, V. Səmədoğlunun ifadələrindən aydın olur ki, AXC rəhbərliyinə nəinki Rusiyanın, eyni zamanda beynəlxalq imperializmin nümayəndələri yerləşdirilmiş, onlar milli hərəkatı məcrasından çıxarmağa çalışır, ona istədikləri yönümü vermək istəyirlər. Artıq bu, AXC-nin fəaliyyətində özünü göstərirdi. Belə ki, AXC imperiyanın və respublikada hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin böyük təzyiqi və hiyləgər siyasəti sayəsində qarşıya qoyduğu başlıca milli vəzifələrin həyata keçirilməsində tam gücü ilə fəaliyyət göstərə bilmirdi.

Xalq hərəkatından istifadə edərək hakimiyyət uğrunda mübarizə aparan qüvvələr noyabrın sonu, dekabrın əvvəlindən yaranmış qarışıqlıqdan (yaratdığı qarışıqlıqdan) istifadə edərək, müxtəlif vasitələrlə hakimiyyəti ələ keçirməyə cəhd göstərirdilər. O. Sultanov bu qüvvələri üç qrupa bölür. İqtidar daxili qüvvələr, H. Əliyevi hakimiyyətə gətirmək istəyən qüvvələr və müxalifətdən hakimiyyətə gəlmək istəyən qüvvələr [4,62-63;76,77].

Qeyd edim ki, hakimiyyət uğrunda mübarizə aparan, zahirən üç qrup kimi görünən bu qüvvələr eyni sosial bazaya malik olmaqla eyni məqsədə xidmət edən vahid qüvvə idi. Onların üç qrup şəklində görünməsi hakimiyyətə gəlmənin müxtəlif variantları idi və H. Əliyevi hakimiyyətə gətirmək məqsədi güdürdü.

Azərbaycan xalqının suverenlik uğrunda mübarizəsinin yüksəldiyi 1988-ci ilin ikinci yarısından Azərbaycanda üç siyasi qüvvə özünü göstərirdi. Siyasi təcrübəsi zəif milli-demokratik qüvvə  imperiyanın Ə. Vəzirovun simasında demokratikləşmə xəttini respublikada təmsil edən son dərəcə zəif siyasi hakimiyyət qüvvəsi (əslində bu qrup siyasi qüvvəyə çevri-lə bilmədi); üçüncü başlıca siyasi qüvvə respublikanın bütün iqtisadi, siyasi və mülki həyatında illərlə möhkəmlənmiş H. Əliyevin simasında təmsil olunan DTK kommunist rəhbərliyi idi.

Nəzərə almaq lazımdır ki, yenidənqurmanı dəstəkləyəcək demokratik qüvvələrlə mühafizəkarların ilk mübarizəsi, döyüşü də elə DTK daxiiində gedirdi. Yenidənqurmanın ilk illərində H. Əliyevin də daxil olduğu mühafizəkarlar hələ çox qüvvətli idi. Azərbaycan cəmiyyətinin iqtisadi, siyasi və mülkü həyatında DTK-nın simasında dərin kök saimış antimilli, antidemokratik qüvvələr gənc milli qüvvələrdən qat-qat üstün siyasi təcrübəyə malik idilər. M. S. Qorbaçov tərəfindən H. Əliyev mühafizəkarların nümayəndəsi kimi sıxışdırılsa da, Sov.İKP MK katibləri, Siyasi Büro üzvləri, xüsusilə DTK dairələrində onun müdafiəsi çox qüvvətli idi. Tarixçilərin AXC-nin "radikal qanadı" adlandırdığı qrupun H. Əliyevə məxsusluğu nə o zaman, nə də sonralar heç kəsə sirr deyildir. Əsiində AXC-nin "radikal qanadı" adlandırılan qrup Azərbaycanda DTK xətti ilə H. Əliyevin Qorbaçova təzyiq qrupu idi. Bu qrup respublikaya yeni rəhbər təyin olunmuş Ə. Vəzirov tərəfindən sıxışdırılmağa təşəbbüs göstərilsə də, elə təşəbbüs səviyyəsində qaldı. Əslində onun mövqeyinə heç bir təsir göstərə bilmədi "Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in Konsitusiya qanunu"nun qəbulundan sonra bu qrupun fəaliyyətinə yeni yönüm verildi. Bu qrup vasitəsilə suverenlik-haqqında "Konstitusiya qanunu"nun qəbuluna şərait yaratmış respublika rəhbərliyini cəzalandırmaq, AXC-ni bütövlükdə milli qüvvələri parçalamaq.

2 dekabr 1989-cu il mitinqində Nemət Pənahov gözlənilmədən AXCJ dən istefa verdiyini bildirdi. Rəhim Qazıyev dedi ki, "Azadlıq" radiosunda Leyla Yunusovanın verdiyi müsahibədə deyilir ki, Etibar, Rəhim və Nemət milli cəbhə yaratmışlar... keçirilən mitinqlər provokasiyadır. "Xalqa baxın baxın, bu xalqın səviyyəsi yoxdur" deyən xanım, əgər bu hərəkat milli hərəkatdırsa, öz üzərimə götürürəm (rəhbərlik nəzərdə tutulur - X.X.)".  475].

Etibar Məmmədov isə bildirdi ki, şəhərdə DTK şuluqluqlar salır və hazırlayır. Odur ki, bu gündən şəhərdəki asayişə AXC nəzarət edəcəkdi. Bu hazırlanmış planın bir hissəsidir". [1, 475-476]

Bu gün meydandakı çıxışların hamısı əvvəlkilərdən fərqli olaraq bir-bririni tamamlamaqla milli səfərbər edici deyil, müxtəlif ideyalı parçalayıcı çxışlar idi. Nemət Pənahovun, Rəhim Qazıyevin, Etibar Məmmədovun çıxışlarında onların AXC sədri Əbülfəz Əliyevə tabeçilik göstərmədikləri Rəhim Qazıyevin isə birbaşa hərəkata rəhbərlik iddiası aşkar idi.

AXC sədri Əbülfəz Əliyev onların çıxışlarına münasibət bildirmədən AXC-də ümumi vəziyyət və hakimiyyət orqanlarının AXC-yə və bütövlükdə milli hərəkata münasibətindən bəhs edərək göstərdi ki, "son vaxtlar belə sözlər gəzir ki, AXC dağılmaq üzrədir. 30-40 nəfərin davası AXC-nın dağılması deyil. Xalqı parçalamaq olmaz. O, yüksək səviyyədə demokratiyaya doğru gedir. Əksinə bizim bəzi yoldaşlar müxtəlif demokratik hərakat, hətta partiyalar yaradırlar. İndi demokratik hərəkatın təşkilatlanması vaxtıdır... Mən yenicə rayonlardan qayıtmışam. Rayonlarda camaatı bölürlər, "Raykom Xalq Cəbhəsi", "kooperativ Xalq Cəbhəsi" və s. yaradırlar. Əgər AXC demokratik hərəkatdırsa, bu raykomlarda yarana bilməz.. Sizdən xahiş edirəm ki, heç vaxt AXC-yə ümidinizi itirməyin. Bir-birimizə qarşı mehriban olaq. Yolumuz hələ uzaqdır" [1, 473-474]. İqtibasdan göründüyü kimi, Əbülfəz Əliyev milli hərəkata və AXC-yə qarşı nə qədər inamlı olsa da, ona qarşı yönəlmiş təhlükəni etiraf etməklə dövlətin və ayrı-ayrı qrupların AXC daxilində parçalanma yaratmaqda olduğunu xalqa çatdırdı və milli ideallar naminə onu qorumağa səslədi.

Təəssüf ki, bu günlərdə imperiya və onun yerli əlaltıları AXC-ni nüfuz dan salmaq məqsədiiə xalq arasında az-çox nüfuzu olan ziyalılardanda istifadə etməyə başlamışdı. Hətta Ziya Bünyadov və AXC sədri olmaq istəyən Yusif Səmədoğlu da onların arasında idilər və AXC-ni DTK-nın ya- ratdığını iddia edirdilər. Ə. Tahirzadə haqlı olaraq yazır ki, "Görünür Yusif Səmədoğlunu AXC-yə DTK sədr qoymaq istəyirmiş" [1, 476].

Siyasi gərginlik dərinləşdikcə milli hərəkat sürətlə inkişaf edir, digər tərəfdən isə onun daxili ziddiyyətləri kəskinləşir, hakimiyyət uğrunda mübarizə demokratik quvvələrin platformasını üstələyirdi, Respublikanın siyasi xaos girdabına yuvarlanacağı göz qabağında idi. Moskva isə siyasi xaosdan istifadə edərək Azərbaycana divan tutmağa hazırlaşırdı [4,73-74]. Planını asanlıqla həyata keçirmək

içün onu daxildən parçalamaqla zəiflətmək istəyirdi. Bu məqsədlə rayonlu-bakılı, xüsusilə bakılı-ermənistanlı toqquşması salmaq istiqamətində təşəbbüslər edilirdi. Lakin dünyada təklənmiş Azərbaycan xalqı erməni təcavüzündən qorunmaq prosesində milli birliyin varlığını yaşatmağın zəruri şərti olmasını yetərincə dərk etməsi imperiyanın və mafiyanın belə bir təxribatına imkan vermədi. Əksinə, imperiyanın və mafiyanın təxribatına qarşı mübarizədə "Bakı Kəndlər Birliyi" təşkilatı yarandı. Beləliklə, Azəzərbaycan xalqını daxildən parçalamaq cəhdinin baş tutmadığını görən imnperiya Bakıda ermənilərə qarşı təxribatçı talan hazırladı. AXC respublikada gözlənilən təxribatların, xüsusilə qaçqınlarla bakılı  arasında, erməni, rus və s. millətlərə qarşı törədiləcək təxribatların qarşısını almaq məqsədilə tədbirlər müəyyənləşdirirdi. Qardaş qırğınına imkan  verməmək; başqa millətlərə qarşı təxribatın qarşısını almaq; Vətənə qarşı hər cür basqına sinə gərmək və s. Lakin onun öz daxilindəki parçalanma, radikal mahiyyətli çağırışlar mübarizə imkanlarını məhdudlaşdırırdı.

 Moskvanın hər cür təxribatına bəhanə yaradırdı [4,76]. Yaranmış şəraitdən məharətlə istifadə edən imperiya  Azərbaycan xalqını cəzalandırmaq, rnilli-azadlıq hərəkatını beşiyində boğmaq məqsədilə  Cəlilabad və Lənkəran rayonlarında xüsusi münaqişə planı hazırladı. Sonrakı hadisələr göstərdi ki, bölgənin münaqişə zonası kimi seçilməsində imperiyanın cari gələcək geosiyasi planları da nəzərə alınmışdı.

20 yanvar təcavüzündən əwəl Lənkəran və Cəlilabad hadisələri imperiyanın xüsusi ssenariləri idi. Bu ssenarilərdə Azərbaycan milli azadlıq  hərəkatına təsir göstərməyin, onu etnik münaqişəyə çevirməyin, lazım gəlsə İranla münaqişəyə cəlb etməyin gizli tərəfləri proqnozlaşdırılırdı. Buradakı AXC üzvlərinin çoxu siyasi naşılıqdan sadəcə tora düşdülər. Lakin onların bir çoxunun, Ə. Hümbətov və b. DTK-nın rəsmi işçiləri olduqları sonradan hamıya bəlli oldu.

Gözlənilmədən Cəlilabad və Lənkaran rayonlarında Sovet və partiya orqanlarına qarşı çıxışlar başlandı. 8 dekabrda Cəlilabadda keçirilən mitinqdə Daxili İşlər Nazirliyi dinc nümayişçiləri gülləboran etdi. Hakimiyyətə can atan qüwələr camaatın rayon katiblərinin  "yuxarıdan təyin edilməsinə”haqlı narazılığından istifadə edərək, bir qədər əvvəl təyin olunmuş rayon PK-nin birinci katibinin istefasını qoydular. Birinci katibin istefasından sonra rayon kommunistlərinin 32 faizi fövqəladə konfrans keçirməyi tələb edən sənəd imzaladılar. Dekabrın 25-də kommunistlərin müəyyən hissəsinin yığıncağında raykomun yeni tərkibdə plenumunu seçmək tələbi qoyuldu. 27 dekabrda rayona gətirilən əlavə milis dəstələri "vəziyyəti qaydaya salmaq" məqsədilə həbslər keçirdi. Narazı kütlə hücum edərək raykomun və milis şöbəsinin binalarına zərər vurdular, birinci katib X. Əliyev döyülüb rayondan qovuldu. Dekabrın 29-da Cəlilabadda "xalq hökuməti" adı altında qurum fəaliyyətə başladı. Sovet hakimiyyəti Müvəqqəti Müdafiə Komitəsi ilə əvəz olundu. Müvəqqəti Təşkilat Komitəsi və Milli, Müdafiə Şurası yaradıldı. Komsomol təşkilatı, DTK-nın rayon şöbəsi ləğv edildi. AXC-nin Lənkəran şöbəsi isə rayon Hakimiyyət orqanlarının fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul etdi. Ssenari əsasında yaradılmış vəziyyətə uyğun respublika rəhbərliyi 10 dekabrda respublikada ictimai-siyasi vəziyyətin kəskinləşməsi haqqında, 26 dekabrda isə kömək göndərilməsi haqqında Moskvaya müraciət etdilər [4,75-76].

Artıq yanvarın əvvəllərində imperiya Azərbaycan xalqını cəzalandırmaq üçün Bakıya müxtəlif qoşun növləri gətirirdi. Yanvarın 3-dən 6-na kimi Moskvanın Bakıda olmuş yüksək rütbəli zabitləri Barannikov, Lidauskas, Bobkov və b. Gəncəyə məxfi gəlmiş SSRİ müdafiə naziri Yazovla görüşərək ondan xüsusi tapşırıqlar almışdılar. Azərbaycan milli-azadlıq  hərəkatını beşiyində boğmaq məqsədilə "Tayfun" (Qasırğa) hərbi-siyasi və ideoloji plan hazırlayırdılar.

Araşdırmalar göstərir ki, Azərbaycan milli azadlıq hərəkatnın beşiyində boğulması rus sovet imperiyası səviyyəsində deyil, beynəlxalq səviy-yədə, ABŞ-ın iştirakı ilə planlaşdırılırdı. 1989-cu il dekabrın 1-də Maltada  M. S. Qorbaçovla ABŞ prezidenti Buşun görüşü zamanı razılaşdırılmışdı.      Görüş zamanı ABŞ-ın dövlət katibinin bəyanatındakı "Moskva Zaqafqaziyadakı millətçi hərəkatları yatırmaq üçün orada güc işlətsə, Amerika buna etiraz etməyəcəkdir" cümləsində "Azərbaycan" sözü "Zaqafqaziya" sözü ilə pərdələnmişdi. Axı Qorbaçov deyir ki, gürcü kimi mədəni bir xalqı komendant saatında saxlamaq rəva deyil, erməniləri isə ruslar qədər ABŞ müdafiə edirdi. Zaqafqaziyada ABŞ-ın boğulmasına etiraz etmədiyi xalq           Azərbaycan xalqı idi. "Dekabrın 27-29-da çox adama aydın idi ki, bugünkü dünyanın taleyini istədikləri kimi həll edən iki fövqəldövlət - Amerika və   Sovet hökuməti Azərbaycan xalqını zorla fəlakətə aparır [8].  

Azərbaycan xalqına qarşı qanlı cinayətlər hazırlandığı bu günlərdə Moskva DTK-sı və onuın yerli əlaltıları, respublika dövlət aparatının iqtisadi, siyasi və mülki strukturlarında kök atmış mafioz qüvvələr Azərbaycan  xalqına qarşı cinayətdən maksimum faydalanmaq istəyirdi. Azərbaycan    xalqına qarşı bilavasitə cinayətin hazırlanması dövründə müxalifətdaxili iqtidardaxili, həm də iqtidar-müxalifətarası mübarizə daha da qızışdırılırdı. İqtidarın özündə hakimiyyətə can atan qüvvələr vəziyyətin gərginləşməsi ilə Ə. Vəzirovun istefasını səbirsizliklə gözləyirdilər. Bu məqsədlə yanvarın əvvəllərində hakimiyyət daxili mübarizənin şüarları xeyli konkretləşirdi. Yanvarın 8-də partiya-təsərrüfat fəalları yığıncağında çıxış edən MK katibi Həsən Həsənov AKP MK-nın, Ali Sovetin və Nazirlər Sovetinin işindəki nöqsanları kəskin tənqid etdi. Tarixçi O. Sultanov haqlı olaraq yazır ki, bu birinci katib Ə. Vəzirovun, Nazirlər Sovetinin sədri A. Mütəllibovun və Ali Sovetin sədri E. Qafarovanın istefasını dolayısı yolla tələb etmək idi. Təsadüfi deyil ki, məhz qırğın ərəfəsində yazıçı İsmayıl Şıxlı, şair Bəxtiyar Vahabzadə və b. hətta Xalq Cəbhəsinə gələrək Həsən Həsənovun birinci katib olmasına kömək etməyi, yaxud mane olmamağı xahiş edirdilər [4,77].

O. Sultanov düzgün olaraq göstərir ki, H. Həsənovun rəhbərliyi tənqid etməsi müxalifətin müəyyən dairələrini razı salsa da, onun birinci katib olmasına razılıq versələr də, müxalifətdaxili fikir ayrılığını daha da dərinləşdirirdi. Bu 6-7 yanvar 1990-cı il tarixdə AXC-nin konfransında da özünü açıq göstərdi. Həsən Həsənovu dəstəkləyən qüvvə AXC-də bir fraksiya kimi görünürdü.

Konfrans AXC tarixində bəlkə də ən ağır diskusiya şəraitində keçirdi. imperiya AXC-yə yerləşdirdiyi agentura şəbəkəsi vasitəsilə onun işini pozmağa, təşkilatı dağıdıb demokratik qüwələri parçalamaqla Azərbaycan xalqına tətbiq edəcəyi hərbi əməliyyatlar zamanı onu bütünlüklə rəhbərsiz qoymaq, ən azı AXC-ni DTK-nın yaratdığı bir agentura təşkilatı ki-mi cinayətə sürükləyib xalqın gözündən salmaq istəyirdi. Lakin ağır, gərgin diskusiya, pozuculuq şəraitində keçən konfrans milli-demokratik qüvvələrin qələbəsi ilə nəticələndi. Hələ dekabrın 2-də AXC-ni istefası ilə hədələyən Nemət Pənahov 8 yanvarda AXC-nin Ali Məclisində İdarə Heyətinə seçilə bilmədi Leyla Yunusova və Zərdüşt Əlizadə Nemət Pənahov dəstəsinin özbaşınalığına etiraz bəhanəsi ilə AXC-dən çıxdılar. AXC-nin 14 nəfərlik yeni seçilmiş İdarə Heyəti içərisində tam azlıqda qalmaqla ona təsir imkanını itirdiyini görən Rəhim Qazıyev İdarə Heyətindən çıxması haqqında bəyanat verdi, Etibar Məmmədov ona qoşuldu. Elə həmin gün Nemət Pənahov, Rəhim Qazıyev və Etibar Məmmədov Milli Müdafiə Şurasını yaratdıqlarını bildirdilər, 13 yanvar 1990-cı il mitinqində bunu geniş ictimaiyyətə elan etdilər [6,60]. Yalnız xeyli sonra məhkəmə zamanı Etibar Məmmədov bildirdi ki, "Bizim özbaşımıza Milli Müdafiə Şurasında iştirak etməyimiz barədə söz-söhbət sonradan dövlət orqanları rəhbərlərinin, Ayaz Mütəllibov və başqalarının öz yaxalarını kənara çəkməsindən irəii gəlir. Necə olur ki, Milli Müdafiə Şurası yaradılan kimi bir günün içərisində 6 telefon qoyulur orada bizim üçün? Siz özünüz bilirsiniz ki, Bakıda telefon nömrəsi almaq, özü də bir günün içində, nə cür ola bilər? Birdən-birə 5 telefon qoyuldu bizim otağımıza.  Hökumət telefonu da qoyulmuşdu ki, bizim birbaşa əlaqəmiz olsun Nazirlər Sovetinin sədri ilə, MK katibləri ilə, ancaq bu nömrəni birləşdirməyə vaxt çatmadı". Məhkəmə istintaqı zamanı sübuta yetirilmiş faktlardan götürülmüş dəlil bir daha sübut edir ki, AXC-nin radikal qanadı DTK-nın agentura  şəbəkəsindən başqa bir şey olmayıb, olsa-olsa onların arasında təsirə düşüb aldanmışlardan söhbət gedə bilər. 6-7 yanvar 1990-cı ildə AXC-dən qopma və MMŞ yaradılması bilavasitə dövlət orqanlarının təsiri ilə baş vermiş, Azərbaycan xalqını milli-azadlıq mübarizəsində rəhbər təşkilatdan  məhrum etmək siyasəti idi. Göründüyü kimi, AXC-də milli qüvvələr üstünlük təşkil etdiyindən imperiyanın bu niyyəti tam baş tutmadı.

İmperiyanın, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin təsiri altında respublikada vəziyyət saatbasaat ağırlaşırdı. Bunu başa düşən Ə. Vəzirov 9-10 yanvarda iki dəfə AXC idarə heyəti ilə görüşür. Əbüifəz Əliyev yazır ki, Ə. Vəzirovdan soruşduq ki, erməni quldurları Azərbaycanı dağıdır, nə deyirsiniz? Dedi ki, heç bilmirəm nə edək. Bizi təkləyiblər. Moskvada kimə deyirəm, əhəmiyyət vermir. Dönə-dönə Qorbaçova demişəm, deyir əl çəkin yaxamdan, mən daha bezmişəm, bacarmıram; gedin özünüz cavab verin! Biz də gərək "fəhlə drujinaları" adı ilə xüsusi dəstələr yaradaq, silah verək, gedib Xanları, Qubadlını, sərhəd rayonlarını və Qarabağı basqıniardan qorusun" [8]. İqtibasdan göründüyü kimi Ə. Vəzirovun Moskvanın, birbaşa Qorbaçovun Qarabağ probleminə münasibətini olduğu kimi Əbülfəz Əliyevə deməsi onların bir-birinə qarşılıqlı etimadından irəli gəlirdi. Həmçinin bu Qarabağ probleminin milli-demokratik qüvvələrin çiynində qalacağına da açıq işarə idi. Görünür Ə. Vəzirov Moskvaya, Qorbaçova inamı üzündən başladığı səhvlər nəticəsində Qarabağ cinayətinin üzərində qalmaması naminə nə isə risk etmək təşəbbüsünə düşdü və "fəhlə drujinaları" adı altında rəsmi dövlət silahlı qüvvələri yaratmaq xətti götürdü. Ə. Vəzirovun bu addımı açıq xalqın tərəfinə keçməsi idi və imperiya tərəfindən heç cür qəbul edilə bilməzdi. Artıq o, gecikmişdi. Vəzirovun qanuni yolla silahlandınlmış "fəhiə drujinası" əslində qanuni milli ordu quruculuğu idi. İmperiya Ə. Vəzirovun milli ordu quruculuğuna səbəb olacaq ideyasının dərhal qarşısını afmaq üçün qeyri-rəsmi mmş yaratmaqla Vəzirovun qanuni milli-silahlı qüvvə yaratmaq istiqamə-tində fəaliyyətinin qarşısını aldı və özünü də aradan götürdü.

Belaliklə, AXC-dən xəbərsiz Ayaz Mütəllibov, V. Polyaniçko və b. partiya və dövlət adamlarının himayəsi ilə R. Qazıyev, N. Pənahov və E. Məmmədov tərəfindən yaradıldığı elan edilən MMŞ-nı AXC-nin bəyənməkdən başqa çarəsi qalmadı [4,77-78].

Sonrakı hadisələr göstərdi ki, MMŞ - Moskvanın göstərişi i!ə respublika rəhbərliyi vasitəsi ilə yaradılmışdı. Təsadüfi deyil ki, mərkəzin o vaxt Bakıda olan nümayəndələri Y. M. Primakov, A. İ. Girenko əsasən AXC İH ilə deyil, MMŞ üzvləri ilə danışıq aparırdılar, yaxud da onları ayrı-ayrılıqda qəbul edirdilər. Beləliklə, MMŞ-nİn yaradılması həmin böhranlı günlərdə AXC İH-nin hadisələrə rəhbərlikdən uzaqlaşdırılmasına xidmət edərək, mərkəzin qurduğu oyununda vasitələrdən biri rolunu oynamışdılar [10,118-119].

Təsadüfi deyil ki, MMŞ-ın yaradılması elan edilərkən... Dubniyak Bakıda idi [4,78]. Bakı şəhərində bir xaos yaradıldığını hər kəs hiss edirdi. İmperiya milli xarakterində düşmənçilik, qisasçılıq hissi olmayan Azərbaycan xalqında planlı surətdə intiqam hissi yaradırdı. Ermənistandakı və Azərbaycandakı əlaltıları vasitəsilə ermənilərlə azərbaycanlılar arasında milli ədavəti açıq və gizli üsullarla kəskinləşdirirdi.

Yanvarın 12-də ermənilərin Xanlar rayonuna vertalyotlarla daxil olub azərbaycanlılara divan tutması, Quşçu kəndində xüsusi amansızlıq göstərilməsi xəbəri bütün Azərbaycan xalqını hiddətləndirdi, Bakıda xüsusi bir çaşqınlıq yaratdı. Xalqda ermənilərə və Azərbaycan rəhbərliyinə kəskin bir nifrət baş qaldırdı. Vətənin zəruri müdafiəsinə qalxmaq ideyası qəti müəyyənləşdi. 13 yanvar 1990-cı ildə saat 14.00-da Azadlıq meydanında mitinq açıq elan edildi. Əbülfəz Əliyev, Kərbəlayı Əlikram, Nemət və b. respublikada vəziyyət ağır olduğuna görə, əhalini sayıqlığı itirməməyə çağırdılar. MMŞ yaradıldığı elan edildi. Əbülfəz Əliyevin MMŞ-in sədri, E. Məmmədov, R. Qazıyev, N. Pənahovun şuranın üzvləri olduğu bildirildi. MMŞ haqqında ətraflı məlumat verən N. Pənahov Şmidt (indiki Səttarxan) zavodunun silah istehsalına başladığını bildirib mitinqdən sonra cavanları zavoda gəlib silahlanmağa çağıtdı. Elə bu zaman saat 15.45 dəqiqədə meydanın sol cinahından bir neçə adam qışqırıb ermənilərin şəhərdə azərbaycanlıları öldürməyə başladığını bildirdi. Meydanda çaşqınlıq yarandı. Gözlənilmədən meydana onlarla avtobus daxil olub adamları avtobusa yığıb ermənilər yaşayan məhəllələrə daşıdı. Əhali meydandan pə-rakəndə dağıldı. Yaxın tanışiar tribunadan düşən Əbülfəz Əliyevin ətrafına toplaşdı. O, bütün ağsaqqalları, nüfuzlu adamları səfərbər edib ermənilərin öldürülməsinə yol verməməyi tapşırdı. Mən ermənilərin sayca çox olduğu yaşadığım Bayıla gəldim. Bayılın birinci dayanacağında avtobusdan düşən kimi məni tanıyan və cəbhəçi olduğumu bilənlər yaxınlıqdakı erməni evləri talanan məhəlləyə apardılar. Talan, basqın başlayan kimi qonşu azərbaycanlılar erməniləri gizlətmişdi. Talançılar ermənilərin qapısını sındırıb, əşyalarını maşına yığır, küçəyə tökürdülər. Onlara mane olmaq istəsəm də, təşəbbüsüm nəticə vermədi. Talan gedən bir neçə evə getdim, hamısı eyni qaydada qarət olunurdu. Hər yerdə talançı dəstələrin yanında 5-10 nəfərə qədər milis dayanmışdı. Onlar talançılara mane olmur, sadəcə müşahidə edirdilər. Bayılda yaşayanlardan heç kəs talançı dəstədən adam tanımırdı. Küçələrdə əllərində ermənilərin ünvanı olan . dəstələr mənzilləri axtarırdı. Milis onlarla qətiyyən maraqlanmır, mane olmaq təşəbbüsü göstərmirdi. Gördüklərim mənə erməni talanının əwəlcə- dən dövlət tərəfindən planlaşdırıimAsı qənaətinə gəlməyə imkan verdi.

Gizlənə bilməmiş, yaşlı sahibsiz erməniləri Bayıldakı hərbi hissəyə gətirdik. Axşam qaranlıq düşəndən sonra gizlədilmiş erməniləri də camaat hərbi hissəyə, limana gətirib gəmilərə mindirirdilər. AXC nümayəndələrinin səyi ilə şəhərin hər yerində talanların qarşısını alan ağsaqqallardan ibarət dəstələr yaranmışdı. AXC-nin ciddi səyi nəticəsində 15 yanvarda talanların qarşısını tam almaq mümkün oldu. Hakimiyyətin, xüsusilə milisin gözü qarşısında baş verən özbaşınalığın qarşısının məhz  AXC tərəfindən alınması təşkilatın xalq arasında nüfuzunu daha da artırdı.

Hələ 13 yanvarda Bakıda talanlar başlamazdan əvvəl SSRİ-nin müxtəlif ərazilərindən gətirilmiş 12 min nəfər milis və daxili qoşun hissələri Bakı və onun ətrafında yerləşdirilmişdi. M. S. Qorbaçovla Azərbaycan deputatlarının görüşü zamanı SSRİ Daxiii İşlər naziri Bakatin talançıların sayının 5 min, Bakıdakı daxili qoşunların sayının 12 min olduğunu dedi. Yazıçı Anar yazır ki, elə bu anda mən dedim "deməli, bir talançıya iki yarım  milisioner düşür. Bəs niyə talanların qarşısmı aia bilmədilər?

M. S. Qorbaçov düz gözümün içinə baxaraq:

- Doğrudan da, niyə talanların qabağını ala bilmədilər? - deyə soru-şur". [12,173]

Erməni talanlarının ən qızğın vaxtı -14 yanvarda Sov.İKP MK katibi A. Girenko və SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y. Primakov Bakıda AKP MK-nın Bürosunun iclasında iştirak edirdiiər. Erməni talanları günlərində Azərbaycanda rəhbərlik birbaşa Moskvanın nümayəndələrinin əlində idi. Təsadüfi deyil ki, Y. Primakov və A. Girenko 20 yanvar hərbi əməliyyatı başa çatandan sonra 21 yanvarda Moskvaya qayıtdılar. 13 yanvapdan başlayan erməni talanından 20 yanvar azərbaycanlı qırğınına qədər hər şey bilavasitə onların rəhbəriiyi ilə həyata keçirilmişdi.

Azərbaycan siyasi rəhbərliyinin Sovet rejiminin təzyiqi üzündən müs-təqil siyasi xəttinin və mövqeyinin olmaması onun iflasını sürətləndirirdi, Moskva tərəfindən bütün təfsilatına qədər düşünülmüş və taktiki baxımdan hərtərəfli hazırlanmış 13-14 yanvar 1990-cı il tarixli erməni talanları bu prosesi daha da gücləndirirdi. İnzibati orqanların, hərbi hissələrin tarn hazır vəziyyətdə olmasına baxmayaraq, onlar tərəfindən talanlara qarşı heç bir profilaktik tədbir görülmədi. Bakıda təşkil olunmuş bu təxribatın gedişi göstərdi ki, bu dəhşətli hadisənin bəzi xüsusiyyətləri Sumqayıt hadisəsi zamanı sınaqdan çıxarılmış ssenariyə oxşardı. Birincisi, ixtişaşlar şəhərdə son dərəcə əsəbi, isteriya vəziyyətinə çatdırılmış qaçqınların olduğu şəraitdə törədilirdi. İkincisi, yerli milis və siyasi hakimiyyət hadisələrin inkişafına qarışmadı. Üçüncüsü, Moskva hərbi qüvvələri vasitəsi ilə vəziyyəti normallaşdırmaq iqtidarında olduğu halda, bilərəkdən cinayətkar fəaliyyətsizlik göstərdi [4,78].

Artıq yanvarın 15-də AXC və demokratik qüvvələr erməni talanlarının qarşısını alıb sabitlik yaratdığı bir vaxtda Moskva Azərbaycanda rusdili əhaliyə qarşı zorakılıq tətbiq edilməsi haqqında dünyaya informasiya yaymağa başladı. Hətta informasiyanı sübut etmək üçün bir neçə ailəni Rusiyaya köçürüb mərkəzi televiziya ilə göstərməyə, onların zorakılığa məruz qalması haqqında müsahibələr götürüb yaymağa başladı. Bu hadisə Azərbaycan xalqınn imperiyaya, paytaxta qarşı nifrətini daha da artırdı. Respublika rəhbərliyi imperiyanın Azərbaycan xalqına qarşı böhtan kompaniyasına heç bir etiraz etmədi, əksinə, onun diqtəsi ilə xalqının əleyhinə fəaliyyət göstərirdi. 14-15 yanvar 1990-cı il tarixdə SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y. Primakov və Sov.İKP MK katibi A. Girenkonun iştirakı ilə keçirilən Azərbaycan KP MK Bürosunun iclasında Y. Primakovun təklifi ilə respublikada fövqəladə vəziyyət tətbiq etmək məsələsi müzaki-rə olundu. Mövcud qanunçuluğa görə fövqəladə vəziyyət ancaq respublika Ali Sovetinin qərarı ilə tətbiq ediiə bilərdi. Y. Primakovun təzyiqi ilə Azərbaycan SSR AS Rəyasət Heyətinin iclası çağrılıb yetərsay olmadan DQMV, zəruri halda isə ona bitişik rayonlarda və sərhəd boyu ərazilərdə fövqəladə vəziyyət elan olunması haqqında qərar qəbul etdirildi. İttifaq orqanlarından "xahiş olunurdu" ki, bu qərarın icrasında respublikaya lazımi köməklik göstərilsin [4,78-79]. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyə-tinin 15 yanvar 1990-cı il tarixdə təzyiq altında yetərsay olmadan qəbul edilmiş saxta qərarını "əsas" tutan SSRİ AS Rəyasət Heyəti "Dağlıq Qa-rabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət tətbiq olunması haqqında" həmin tarixdə fərman verdi. Fərmanda Bakı və Gəncə şəhərlərində ictimai asayişin pozulduğu bildirilir, Respublika AS RH-yə tövsiyə olunurdu ki, yuxarıda adı çəkilən şəhərlərdə və digər yaşayış məntəqələrində komendant saatı tətbiq ediisin [13].

Haqqını tələb edən, özünü zəruri müdafiə vəziyyətində qalmış bir xal-qa qarşı imperiyanın belə zorakılığı, düşmən qarşısında onun əl-qolunu bağlayıb tərksilah etməsi Azərbaycan xalqında ona qarşı ikrah hissi do-ğurur, nifrətini coşdururdu. 15 yanvar 1990-cı i! fərmanının verilməsi Ba-kıda siyasi vəziyyəti anbaan kəskinləşdirirdi. Daha doğrusu siyasi vəziyyət dövlət tərəfindən gizli üsullarla kəskinləşdirilirdi. Xüsusilə televiziya verilişlərinin, Moskvanın "Zaman" xəbərlər proqramının Azərbaycan xalqına qarşı yaydığı böhtan, təhqir və şayiələrlə onun əsəbləri ilə oynayırdı. Azərbaycan televiziyası ondan da geri qalmırdı. Xüsusilə, onun "Gü-nün ekranı" xəbərlər proqramı erməni təcavüzü haqqında fakt və məlu-matları gizləyib, hələ də Azərbaycan Respublikası haqqında Moskvanın verdiyi qərariarın düzlüyü haqqında təbliğatla məşğul idi.

Maraqlıdır, 15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında" fərmanın-da əhalini ən çox narahat edən, onun üçün haqsız görünən Bakı və Gəncə şəhərində komendant saatı tətbiq ediiməsi haqqında təklifi idi. Bakı və Gəncə əhalisi, bütünlüklə hamı ehtiyatla hərəkət edirdi ki, bynun üçün bəhanə verilməsin. Lakin elə həmin gecə, yəni yanvarın 15-dən 16-na ke- çən gecə saat 2-yə 5 dəqiqə qalmış Fəzail Ağamalıyevin başçılığı ilə bir dəstə 4 tank, 2 BTR, 10 avtomat, 1 pulemyot, 1 snayperlə Çaykəndə, digər ətraf ərazilərdəki erməni kəndlərinə hücum edirlər, dəstələrindən ölən üç nəfəri Xanlar rayonunun girəcəyində basdırıb, Gəncəyə gəlirlər və burada Həsən Həsənovla görüşürlər [V11, 32-33].

Maraqlıdır, əhalidən ov silahları kütləvi surətdə yığıldığı bir vaxtda, Gəncədə fövqəladə vəziyyət elan etmək üçün bəhanə axtarıldığı anda burada Fəzail Ağamalıyev tank, BTR, plemyot, snayper və avtomatı necə əldə etmiş və mütəşəkkil ordu yarada bilmişdi? Göründüyü kimi, F. Ağamalıyev dövlətlə, birbaşa rus ordusu ilə bağlı olmaqla, imperiyanın Azərbaycanda fövqəladə vəziyyət tətbiq etməsinə planlı şərait yaradan qruplardan biri olmuşdur. O, son olaraq AKP MK katibi, birinci katib olma-ğa can atan H. Həsənova hesabat vermişdir. Bu zaman yalnız H. Həsənov deyil, hakimiyyətə can atan bütün qruplar imperiyaya, Moskvaya xidmət edirdi. Onlar Moskvaya sədaqət göstərməkdə "fədakarlıq" göstərirdilər. Milliyyətsizlik, hakimiyyət pilləsində yüksəlmək naminə hər şeyə hazıı olmaq Azərbaycan rəhbərliyində mövcud olanların başlıca keyfiyyəti idi, Onların bu keyfiyyəti heç bir canlıda olmadığı üçün onları kimsə ilə müqayisə edə bilmirəm. Bu dövrdə Azərbaycanın hakimiyyəti XIX əsrdə Os-manlı imperiyasında hakimiyyəti ələ keçirmiş reqanatlara bənzəyir. Onlar haqqında görkəmli rus tarixçisi V. D. Smirnov yazırdı: "...Onların heç biri təmiz qanlı olmadan bütün əxlaqi inamlara yad idilər: Onlar üzərində hökmran olduqları xalqa heç bir rəğbət duymayan heyvani həyat sürürdülər" Bu sözləri eynilə bəhs olunan dövr Azərbaycan rəhbərliyinə də aid etmək olar.

Beləliklə, yanvarın 14-dən Bakıda olan SSRA Ali Soveti İttifaq Soyetinin sədri, Sovet kəşfiyyatının nəhənglərindən biri Y. Primakov, Sov.İKP MK katibi A. Girenko, Sov.İKP MK-nın milli məsələlər üzrə şöbə müdirinin müavini, Qafqaz xalqları üzrə mütəxəssis V. Mixaylovun rəhbərliyi ilə Respublika rəhbərliyinin manqurtcasına itaəti, oyuncaq "Milii Müdafiə Şurası" vasitəsi ilə Azərbaycan xalqı təxribata cəlb olunurdu.

Azərbaycan milli-azadlıq hərəkatının öndərlərindən və tədqiqatçılarından Ə. Tahirzadə yazır: "Hadisələrin qana doğru sürətlə getdiyini görən AXC İH "gedən proseslərdə AXC-nin ümumi-siyasi rəhbərliyini təmin etmək məqsədilə" "Respublika Hərbi Müdafiə Şurası" yaratmaq və onda iştirak etmək üçün "İdarə Heyətinin üzvləri" E. Məmmədov və Rəhim Qaziyevə lazımi səlahiyyətlər vermək məcburiyyətində qaldı, bu şərtlə ki Əbülfəz bəy də Şuraya daxil olsun. N. Pənahovun təşəbbüsüylə qərargahı indiki Səttarxan zavodunda yerləşən Müdafiə Şurasının məqsədi tezliklə aydınlaşdı - o, nəinki Əbülfəz bəyi və AXC-ni tanımadı, əksinə, AXC-ni də öz təsirinə salmağa çalışdı. N. Pənahovun Səttarxan zavodunda silah hazırladığını bəyan etməsi və başqa ucuz uydurma özünüreklamları 20 yanvar faciəsini törətməkdə qaniçən rus ordusunun əlinə göydəndüşmə bəhanə verdi [6,60].

SSRİ AS RH-nin 15 yanvar 1990-cı il fərmanından üç gün sonra Lənkəran Rayon Partiya Komitəsinin və yerli hakimiyyət orqanlarının fəaliy-yəti bərpa edildi. Ancaq Puşkin (Biləsuvar) və Cəlilabad rayonlarında Iranla dövlət sərhəddi gözlənilmədən dağıdıldı. Hansı ki, Zaqafqaziya sərhəd qoşunları ilə razılaşmaya əsasən İranla qarşılıqlı tədbirlər şəklində Culfa və Astarada Novruz bayramı şənliklərində sərhədlər açılmalı idi. Sərhədlərin zorakı yolla dağıdılması AXC-nin fikrində belə yox idi. Sərhədlərin dağıdılmasında sərhədçilərin heç bir maneçilik etməməsi dövlə-tin özünün bunda maraqlı olmasını göstərirdi. Təsadüfi deyildi ki, sərhəd-lərin açılmasından bir gün qabaq AXC İH-də çıxışında E. Məmmədov "Hər şey qaydasındadır. Geri çəkilmək olmaz. Cənub sərhəddi açıqdır, İrandan 20 min könüllü bizə köməyə gələcək" - demişdi. Primakov isə müxalifət rəhbərləri ilə görüşündə gələn qoşunların Bakıya daxil olmayıb İran sərhəddinə gedəcəyini demişdi [4,80]. 17-18 yanvarda Y. Primakov və A. Girenko ictimaiyyətin və müxalifətin nümayəndələri ilə görüşlərində Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcəyini bildirmişdi. Azərbaycan KP MK-nın şöbə müdiri Əfrant Daşdəmirov və Bakı şəhər PK-nın birinci katibi M. Məmmədov televizorda çıxış edərək, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməyəcəyi haqqında rəsmi bəyanat verdilər. Göründüyü kimi imperiya siyasətçiləri Azərbaycan xalqını aldadaraq, ona öldürücü zərbə vurmağa hazırlaşırdı.

Yanvarın 17-18-də Bakıda və Azərbaycanın on bir rayonunda izdihamlı mitinqlər başlandı və ümumi tətil elan edildi. Bu mitinqlər AXC adından edilsə də, artıq AXC hadisələrə nəzarəti itirmişdi. 17 yanvarda MK binası qarşısında mitinqin başlanmasından AXC rəhbərliyinin məlumatı olmamışdı [9,100].

Hadisələr onun adından istiqamətləndirilirdi. Azərbaycan KP MK-nın (indiki prezident aparatı) binasını mühasirə etmiş mitinqçilər birmənalı Ə. Vəzirovun istefasını tələb edirdilər. Onun kabineti ilə üzbəüz dar ağacı qurulub Vəzirovun müqəvvası asılmışdı. Adamlar (maraqlı qrup) onun müqəvvasını təhqir edib ələ salırdılar. Vəzirovun belə ələ salınması heç də hamıya xoş gəlmirdi, bundan narazı qalıb meydanı tərk edənlər də olurdu.

Məsələyə aydınlıq gətirmək üçün E. Məmmədovun məhkəmə zamanı dediyi bir sıra faktlar və məqamları qiymətləndirmək maraqlıdır. E. Məm-mədov deyir ki, yanvarın 18-də təxminən saat 3-də MK-nın binası qarşısında Y. Primakov xalq qarşısında çıxış edib Bakıda fövqəladə vəziyyətin olmayacağına zəmanət verirdi. Sonra Vəzirovun da camaat qarşısında çıxış etmək istədiyi haqqında məlumat aldım. "Mən tez zəng eləyib köməkçisinə dedim ki, Vəzirov belə hərəkət etməsin, çünki vəziyyət təhlükəlidir, camaatın arasında onun çıxışı pis nəticə verə bilər. Vəzirov çağırdı çıxdım yuxarı, özü ilə təklikdə görüşdüm. Soruşdu ki, nə məsələdir? Dedim ki, çıxış etmək istəsəniz vəziyyət yaxşı qurtarmaya bilər. Soruşdu ki, bəs vəziyyətdən çıxış yolu nədədir? Bildirdim ki, bu saat xalqın bir tələbi var: Respublika rəhbərliyi istefaya çıxmalıdır. Ona bildirdim ki, televiziya ilə çıxış eləsin və elan etsin ki, istefa verir. Dedi ki, əgər çıxış yoly bundadırsa, mən buna razıyam. Hətta məsləhətləşdi ki, istefaya nə ad qoyaq?" İstefanın formasını, tapdıq, dedi ki, "mənim artıq ərizəm hazırdır çıxış yolu bundadırsa, mən bunu eləyəcəyəm". Bu vaxt o birisi otaqdan Primakovla Girenko gəldilər". E. Məmmədov onlara bildirir ki, Vəzirov  istefa verməlidir, həmin vaxt onlar da çıxış edib Bakıda fövqəladə vəziyyə- tin olmayacağına təminat verməlidir. Girenko bildirir ki, "Vəzirovun getmesi məsələsi artıq həll olunub - 18-də. Ancaq biz heç cür yol verə bilmərik ki, istefa xalqın təsiri altında olsun. Bu ancaq bizim qərarımızla olacaq. Yəni, mitinqlər dayanandan sonra, sakitləşəndən sonra deyəcəyik ki, zirov getdi. Biz heç cür imkan verə bilmərik ki, xalqda belə təəssürat yaransın ki, xalqın təzyiqi altında respublika rəhbərliyi istefa verdi. Primakov da dedi ki, əgər yollar açılmasa, Yazovun əmri var, atəş açılmalıdır... Siyasi büronun üzvü və İttifaq Sovetinin sədri kimi sizə təminat verirəm, ancaq bir tələbimiz var ki, tətil dayandırılsın və MK qabağındakı mitinq dağıdılsın". Söhbət 18 yanvar saat 4-də olur [9,102-103].

Ə. Vəzirov vəzifədən azad ediləcəyini bildiyindən, yoxsa xalqına qara törədiləcək cinayətin iştirakçısı olmamaq üçünmü E. Məmmədova istefaya  getməyə hazır olduğunu bildirir. Görünür, bu fikrini açıqlamağı Primakovla əvvəlcədən razılaşdırmadığı üçün bundan xəbər tutan kimi Primalkovun şifahi tapşırığı ilə elə həmin saatda Vəzirov vəzifəsindən azad edilib, respublikaya rəhbərlik A. Mütəlübova və V. Polyaniçkoya həvalə edilmişdi [4,81]. Bunu MMŞ üzvləri və MK-nın yuxarı eşalonu bilsələr də, xalqdan gizlətmişdilər. Ə. Vəzirovun vəzifəsindən azad edilməsindən xə- bərsiz kütlə israrla istefa tələbini davam etdirirdi.

E. Məmmədov məlumat verir ki, yanvarın 19-da MK-ya getdim. Saat 6-ya 20 dəqiqə işləmişdi. Polyaniçko ilə görüşdüm. Polyaniçko dedi ki səhərdən səni gəzirdim, səhər nəyi isə həll etmək olardı, indi gecdir. Dedi yox, sizin cəmi 2 saat vaxtınız qalıb. E Məmmədov "2 saat vaxtınız qalıb", deyəndə nəyi nəzərdə tutduğunu öyrənməyə çalışsa da, fikrini açıqlamır, deyir: "Mən deyirəm "konets demokratiya". Söhbət 19 yanvarda saat 6-da olur. E. Məmmədov bildirir ki, MK-nın binasında 300-dən artıt silahlı əsgər vardı, onlar atəş nöqtələrini tutmuşdular. Polyaniçko Girenkoya zəng vurdu. Girenko və Primakov hərbi qərargəhda idi, məlum oldı ki, Yazov və Bakatin də oraya gəliblər. Poiyaniçko Girenkoya E. Məmmədovun onunla görüşmək istədiyini bildirir, əvvəlcə gözlərnəyini məsləhət bilsə də, az sonra görüşmək istəmədiklərini bildirdilər [9,108].

Maraqlıdır ki, E. Məmmədov MK-da və DTK-da planlaşdırılan hadisə-lərdən həmişə məlumat ala bilirdi. Misal üçün yanvarın 18-də "Salyan ka-zarmasında artıq Stavropol, Krasnodar, Rostov vilayətindən gətirilmiş 2500 "rezervist yerləşdirilmişdir". Yanvarın 19-na qədər AKP MK-dan Moskvaya gedən məlumatlarda "vəziyyətə biz nəzarət edirik, hərbi vəziyyət elAn edilməsinə ehtiyac yoxdur", "DTK-dan gedən məlumatlarda isə göstərilirdi ki, Bakıda dövlət çevrilişi hazırlanır və silahlı yolla hakimiyyəti ələ almağa cəhd olacaq, bunun qarşısını almaq üçün bir vasitə var, o da şəhərə qoşun yerləşdirilməsi və fövqəladə vəziyyət elan edilməsidir". E. Məmmədov elə yanvarın 19-da öyrənir ki, "Vəzirov DTK-nın binasında gizlədilib. Həmin gün Primakov və Girenko hərbi qərargahda idilər, Vəzirovu isə guya onun təhlükəsizliyini qorumaq üçün artıq DTK-nın binasında gizlətmişdilər və ona heç bir yerlə əlaqə saxlamağa icazə vermirdilər" 9,104,109].

Milli mənafeyə xidmət etməyən, hakimiyyətin və ya hakimiyyət nümayəndələrinin rəhbərlikdən təmizlənməsi milli-azadlıq hərəkatının başlıca vəzifələrindən biri idi. Hakimiyyətə gəldiyi ilk gündən milli etimadı qazana bilməyən Ə. Vəzirovu xalq istefaya məcbur etsə də, imperiyanın nümayəndəsi qəti şəkildə bildirirdi ki, "biz heç cür yol verə bilmərik ki, istefa xalqın təsiri altında olsun", "biz heç cür yol verə bilmərik ki, xalqda belə bir təəssürat yaransın ki, xalqın təzyiqi altında respublika rəhbərliyi istefa verdi" [9,103]. Göründüyü kimi Azərbaycanda yaranmış situasiya burada imperiyanın olum və ya ölüm hökmünü qoymuşdu.

200 il idi ki, rus imperiyası hərbi, siyasi, iqtisadi, mənəvi-ideoioji vasitələrlə Azərbaycan xalqının milli qürurunu sındırıb özünə inamsızlıq yara-dır, gözüqıpıq bir vəziyyətə salaraq ərazisini, iqtisadiyyatını, mədəniyyətini və mənəviyyatını təhqiramiz vəziyyətdə dağıdırdı. Lakin Azərbaycan xalqının tarixi mədəni irsi o qədər güclü idi ki, bütövlükdə onu kökündən ayıra bilmədiyindən o, bir etnos kimi varlığını yaşada bilirdi. Lakin imperiyanın açıq şəkildə, kobud, zorakı üsulla Qarabağı Azərbaycandan qoparmaq cəhdi onun heysiyyatına toxundu, bunun onun üçün milli məhvilə nəticələnəcəyi zərurətini dərk etdirdi. Zərurətin dərk edilməsilə adi vaxtda yaranması üçün on illər lazım olan milli həmrəyliyin yaranması çox qısa vaxtda başa çatdı. 1988-ci il Meydan hadisələri zamanı imperiya ordusu qarşısında geri çəkilməməsi, suverenlik haqqında Konstitusiya qanununun qəbul edilməsi, XİK-in ləğvinə nail olunması, milli təşkilat olan AXC-nin yaranması və təsdiqi, bunun ardınca imperiyanın təyin etdiyi canişini istefaya məcbur edə bilməsi Azərbaycan xalqında özünə inam və milli özünə güvənmə hissini tamamlamaqla onu vahid milli orqanizmə çevirirdi. Özünə inam, milli özünə güvənmə etnosun başlıca keyfiyyətlərindən biri olmaqla, müstəqilliyə layiq olmanın da əsas əlamətlərindəndir.

İmperiya qısa vaxtda Azərbaycan xalqında yaranmış özünə ınamı, özünə güvənmə hissini nə cür olursa-olsun qırmaq, sındırmaq istəyirdi. Bu məqsədlə qısa vaxtda bütün güc nazirliklərinin, rəhbərlərini, ən güclü kəşfiyyatçılarını, ən amansız ordu hissələrini Azərbaycana toplamışdı. İmperiya Azərbaycan xalqına nail olduğu qələbənin bəhrələrindən istifadə etməyə imkan vermirdi. Milli-azadlıq mübarizəsini qismən də olsa yerli əlaltılarının hakimiyyət uğrunda mübarizəsi oyununa çevirə bilirdi. Və AXC-ni də bu oyuna cəlb edə bilirdi. Hakirniyyət oyununa qoşulmuş AXC-nin istefaya nail olduqdan sonra necə hərəkət edəcəyi haqqında konkret planın olmaması bu dövrdə AXC-nin qarşıya hakimiyyət məsələsini qoymamasına baxmayaraq, imperiyanın hakimiyyət uğrunda mübarizə oyununa şərait yaradırdı. Hakimiyyətdən Qarabağ problemini, Azərbaycan xalqının hüquqlarını və haqlarını müdafiə etməyi tələb edirdi. Odur ki, respublikanın mənafeyini müdafiə etməyi bacarmayan rəhbərlərin istefası zamanı hakimiyyətin qurulması yenə imperiyanın səlahiyyətində qalırdı. Odur ki, hakimiyyətə gəlmək istəyən qüvvələr xalq hərəkatından bəhrələnməyə çalışırdı. Təbii ki, imperiya Azərbaycan xalqınm milli-azadlıq hərəkatını yolundan sapdırmaq üçün əvvəlcədən ona yetərincə nümayəndələr yerləşdirmişdi. Bu və digər səbəblərdən Vəzirovun istefasından sonra hakimiyyət məsələsi AXC-nin deyil, imperiyanın və milli-azadlıq hərəkatından bəhrələnmək istəyən qüvvələrin ixtiyarında qalmışdı. Odur ki, Azərbaycan xalqı Bakıda rus qoşunlarına qarşı barrikadalar qurduğu zaman imperiya, onun yerli əialtıları, mafioz qüwələr hakimiyyətə gəlmələrini təmin edənə qədər Vəzirovun istefasmı xalqdan gizli saxlamağa çalışırdılar.

Ümumiyyətlə, AzərbAycan xalqının zəruri özünümüdafiə vəziyyəti mil-li enerjini başlıca olaraq həmrəyliyin yaranmasına yönəltmişdi. Odur ki, milli həmrəylik inqilabi şəkildə baş vermişdi. Siyasi şüurun inkişafı həm-rəylik hisslərinin inkişafından çox geri qalırdı. 19 yanvarda saat 5-6 radə-iərində, hər şeyin nəzarətdən çıxdığı bir vaxtda Azərbaycan KP MK-nın binası qarşısında dəstə-dəstə adamların mitinqçiiər arasında gəzib ayrı-ayrı adamları AKP MK-ya birinci katib təklif etmələrinin səbəbi də elə bu idi. Bu zaman AXC nümayəndələri mitinqdə Həsən Həsənovu birinci katibliyə namizəd kimi irəli sürürdü. Həsən Həsənovun namizədliyi AXC-nin yekdil fikri deyil, birqrupun namizədi idi. MK-nın binası qarşısındakı çıxışlarda artıq Qarabağ, fövqəladə vəziyyət unudulmuşdu. Meydanda Azər-baycan KP MK-nın birinci katibliyi vəzifəsi uğrunda mübarizə gedirdi.

Faktlardan göründüyü kimi, mitinq heç də Sovet hakimiyyəti sisteminə qarşı yox, hakimiyyət uğrunda mübarizəyə, mövcud iqtidarın hakimiyyətdən devrilməsinə yönəldilmişdi. Doğrudur, o zaman AXC Ali Məclisinin üzvü Qurban Məmmədov AXC İH-nin bəzi üzvlərinə "Nə gözləyirik? Xalq üsyana hazırdır. Hakimiyyəti götürmək lazımdır, - desə də, yerlərdən be-lə radikal tələblər gəlsə də, İdarə Heyəti bu təkliflərə məhəl qoyub müzakirə belə etmədi. Əgər AXC sovet idarə sistemini devirmək istəsəydi, onun bəzi liderləri hətta iqtidardan olan nümayəndələrin birinci katib seçilməsi ideyasını müdafiə etməzdi. Beləliklə, həqiqətən 19 yanvarda  Azərbaycanda siyasi sistem üçün devrilmək təhlükəsi yox idi. Bakıda antisovet qiyam qalxdığını bəhanə edib, 20 yanvar faciəsini törətmək üçün əsas yox idi. Lakin Moskva bu təxribatı axıra kimi davam etdirdi".[4,81-82]. Azərbaycan milli-azadlıq hərəkatının tədqiqatçılarından A. Balayev yazır: "AXC-nin radikal qanadı (reqanatlar, Moskva kəşfiyyatının nümayəndələri, aldanmışlar - X.X.) hakimiyyət uğrunda mübarizədən vəcdə gələrək bu tələyə düşdü, bununla da, yalnız AXC-ni deyil, Azərbaycandakı bütün milli-demokratik hərəkatı zərbə altına qoydu... Bu böhranlı anda- yanvarın 9-19 arasında respublika rəhbərliyi və Mərkəzin Bakıdakı nümayəndələri Y. Primakov və A. Girenko danışıqları əsasən AXC İdarə Heyəti ilə yox, sırf radikallardan (reqanatlar, Moskva kəşfiyyatının nümayəndələri və aldanmışlar - X.X.) ibarət Milli Müdafiə Şurası üzvləri ilə aparırdılar, onlar partiya aparatının əlində kor oyuncaq olmaqla AXC-ni hərəkata rəhbərlikdən uzaqlaşdırmışdılar [2,48]. 18-19 yanvarda artıq hər şey  AXC-nin nəzarətindən çıxmışdı. İmperiya AXC-yə və kütlə arasına yeritdiyi agentura şəbəkəsi vasitəsi ilə Azərbaycanda xaos yarada bilmişdi.  MK-nın binası qarşısındakı mitinqi də əslində AXC liderləri aparmırdı. Burada tez-tez əhalini silahlandırmağa çağıran Nemət Pənahov və Rəhim Qazıyev çıxışları ilə kütləni həyəcanlandırır, onlardan sonra AXC-yə aidiyyatı olmayan adamlar qızışdırıcı nitqlər söyləyirdi. Əhali isə bu nitqlərin təsiri altında Bakı şəhərində yerləşən hərbi hissələri mühasirəyə alır,  onların heyətini çölə buraxmırdı. Şəhərin girəcəklərində Bakıya gətiriləcək əlavə qoşunları şəhərə buraxmamaq üçün barrikadalar qururdular. Bakıda güclü bir hərbi əməliyyatın keçiriləcəyi bütün hakimiyyət orqanlarına, müəyyən dairəiərə tam aydın idi. Çünki onlar bilavasitə bu işin hazırlığında iştirak edirdilər. Belə ki, 16 yanvardan Bakıda xəstəxanalar boşaldılır, mülki əhali xəstəxanaya qəbul edilmir, yalnız ən ağır xəstələr qəbul edilirdi. 19 yanvarda hakimiyyət AKP MK, BPK, AS-ın və Nazirlər Sovetinin işçilərinin ailələrini şəhərin mərkəzindən çıxarıb başqa təhlükəsiz  arazilərdə yerləşdirilməsi işini başa çatdırmışdı. Bütün bu tədbirlərin şahidi olan və ya ondan məlumatı olan siyasi təşkilatın və ya fərdin hadisələrin gedişinin haraya apardığını görə bilməməsi nəinki siyasi naşılıq, ənazı siyasi korluq idi.

Yanvarın 19-da saat 19.27 radələrində SSRİ DTK-nın "Alfa" xüsusi qrupunun əməkdaşları ilə Azərbaycan SSR DTK-nın 4-cü şöbəsinin əməkdaşı N. Starçenkov Azərbaycan televiziyasının enerji blokunu part-latdıqdan sonra AXC rəhbərliyi yaranmış təhlükəyə reaksiya verməyə başladı. AXC rəhbərliyi və fəalları Əbülfəz Əliyev, Nəcəf Nəcəfov, Sabit Bağırov və başqaları şəhərə dağılışıb piketləri dağıtmağa cəhd göstərsə-lərdə, piketçilər onları deyil, Neməti eşidirdi. Cavab verirdilər ki, "Nemət deyib ki, axıra qədər duraq, bizə heç kim güllə atmayacaq" [4,83-84; 5, 71-72].

MMŞ-ın siyasi şüur və sayıqlıq səviyyəsini müəyyən etmək üçün E. Məmmədovun məhkəmədə dediyi bir məqam kifayətdir. O deyir: "Saat 1-ə işləmiş (gecə - X.X.) məlumat gəldi ki, stadiondan bir qrup əsgər çıxıb bizim qərargaha tərəf gəlir, təxminən 1-ə 20 dəqiqə işləmiş artıq atəş açılmağa başladı. İki dəfə göyə atdılar. Sonra 1-2 dəqiqə sakitlik oldu, elə bildik ki, nə isə başqa şeydi. Sonra atəş gücləndi. Nə isə camaat bir-birinə dəymişdi. Qərargahdakılar aşağı düşdü, mən də düşdüm. Hələ heç kim inanmırdı ki, bunlar gəlib xəbərdarlıqsız atəş aça bilər. Yanımızdakı bir oğlanın başına güllə dəyəndə inandıq" [9,111].

Sətirlərin müəllifi 19 yanvarda səhər saat 8-dən MK qarşısındakı mitinqdə olmuş, sonra XI qırmızı ordu abidəsi, Əzizbəyov metrosu və s. şəhərin müxtəlif ərazilərindəki piketləri, əhalinin ordu ilə mübahisələrini müşahidə etmiş, AXC qərargahında olmuş, son olaraq axşam saat 9-da MK-nın qarşısında çıxışların AXC ilə əlaqəsi olmaması, başqa müşahidələri haqqında qərargahda Əbülfəz Əliyevə məlumat verib, yenidən MK-nın qarşısındakı mitinqə gəlmişdi. Təxminən axşam saat 10.30-da Nemət gəlib MK-nın binası qarşısında mitinqdə çıxış edərək əhalini, xüsusilə cavanları burada toplaşıb qalmamağa, L. Şmidt (Səttarxan) adına zavoddan silah götürüb şəhərin girəcəklərindəki yollarda dayanmış piketçilərin yanına getməyə çağırdı. Nemətin getməsindən təxminən 20-25 dəqiqə sonra Azneft tərəfdən üç ağ "Jiquli" markalı maşın gəlib filarmoniyanın tinində dayandı. Bir dəstə adam dərhal onların maşınının ətrafına toplaşdı. "Nemət" maşının pəncərəsindən başını çıxarıb uca səslə bildirdi ki, "vaxt azdır, başqa postlara gedirəm, elə buradan danışacam". Nemətin bir az əvvəl buradakı çıxışı olduğu kimi təkrar olundu. Sözünü qurtaran kimi ma-şınlar yüksək sürətlə uzaqlaşdı. Bu onun bir az əvvəl çıxışının lent yazısı olduğu böyük əksəriyyətin diqqətındən yayınmadı. Bu hadisə mitinqçilər arasında ciddi narahatçılığa, təşvişə, mübahisələrə səbəb oldu. "Nemət bizi ələ salır", "Nemət əvvəlcədən DTK-nın işçisidir", "DTK onu gözdən salmaq üçün belə hərəkət edir" və s... kimi müxtəlif fikirlər meydanı öz tə-siri altına almışdı.

Bu hadisə ümumən mitinqi   məyus etdi, adamların çoxu dağılıb getməyə başladı.

Göründüyü kimi, Azərbaycan milli azadlıq və demokratik hərəkatının önündə gedən vətənpərvərlər, onların yaratdığı AXC xalqın arzusunu ümumi şəkildə ifadə edirdi. O, siyasi problemlərin həllinin taktiki məsələlərində tez-tez səhv edir, DTK-nın toruna düşürdü. Çünki onların arasında dövlət idarəçiliyinin sirlərini, xüsusilə kütlənin idarə olunmasında birləşdirici və parçalayıcı metodların praktikasını bilən mütəxəssislər yox idi. Lakin AXC-nin içərisində imperiyanın yetərincə adamı olduğu şübhə doğurmurdu. Əbülfəz Əliyev bir neçə gün əwəl demokratiya üçün təhlükəli olan "Raykom xalq cəbhəsi", "Kooperativ Xalq Cəbhəsi"ndən bəhs edərkən bu qüwələri nəzərdə tuturdu [1,-1,-474].

Azərbaycan xalqına qarşı ABŞ, İngiltərə, Fransa, Roma papası və s. xristian dünyasının dəstəyi, yerli manqurtların, reqanatların vasitəçiliyi ilə başlayacaq rus-erməni təcavüzü dəqiqə-dəqiqə yaxınlaşırdı.

Lakin hadisələrin gedişi göstərdi ki, təcrübəsiz adlandırdığımız milli-azadlıq hərəkatının liderləri kimi, nə rus imperiyasının etnik psixologiya üzrə mütəxəssisləri, nə də elm və texnikanın qabaqcıl nailiyyətləri ilə silahlanmış beynəlxalq imperializmin psixoloq və siyasətçiləri bu təcavüzə Azərbaycan xalqının cavab reaksiyasını, təşkilatlanma qabiliyyətini, mü-qavimət dərəcəsini proqnozlaşdıra bilməmişdi.

Sovet imperiyası və xristian dünyası türkvə müsəlman xalqlarının milli-azadlıq hərəkatına liderlik edən Azərbaycan xalqı və onun milli təşkilatı AXC-yə "dərs" verməklə onların müstəqillik ideyalarını beşiyində boğmaq fikrində yekdil idilər.

Rus imperiyası Bakı şəhərində keçirəcəyi hərbi əməliyyat zamanı xalqın hər hansı formada təşkilatlanmasına, birgə müqavimət göstərməsinə imkan verməmək məqsədilə bütün tədbirləri görmüşdü. Artıq 19 yanvarda bütün milis heyətinin, hətta mühüm strateji məntəqələrdə xidmətdə olan milisin də silahı alınmışdı.

 


 

 

 

II FƏSİL

 

AZƏRBAYCAN XALQINI DÜNYAYA YENİDƏN MİLLƏT

KİMİ TƏQDİM EDƏN 20 YANVAR 

 

20 yanvar hadisəsi milli-azadlıq hərəkatları tarixinin öyrənilməsi, milli müqavimətin yeni formalarının müəyyən edilməsi, hərbi münaqişədə işti-rak edən tərəflərin hadisə zamanı rəftar və davranışının aşkarlanması, hərbi əməliyyatiar zamanı ölkə və beynəlxalq hüquq qaydalarına riayət olunması qanun və qaydalarını öyrənmək cəhətdən də vacibdir. Çünki dünya tarixində tam yeni, analogiyası olmayan çalarlarla baş vermişdi. Hərb tarixi üçün də maraqlı məqamlar var. Hərb tarixi göstərir ki, hərbi nazirlər, ən görkəmli sərkərdələr ordu ümüdsüzlüyə düçar olduqları anlar, müharibələrin taleyi üçün son məqamlarda həlledici hərbi əməliyyatlara birbaşa rəhbərlik edirlər. Bu baxımdan 20 yanvar hərbi əməliyyatının hazırlanması və keçirilməsinə SSRİ müdafiə naziri, SSRİ daxili işlər naziri və DTK-nın sədr müavininin birbaşa rəhbərlik etməsi hərbi və siyasi mahiyyəti açılmamış hadisədir. Əxlaqi, siyasi-hüquqi baxımdan diqqəti çəkən gələcək tariximiz üçün də ibrət götürülməsi faktlarla zəngindir.

Azərbaycan xalqının DQMV-də sovet qanunlarının bərpa edilməsi tələbinə cavab olaraq Moskva Bakı əhalisini fövqəladə vəziyyət tətbiq edəcəyi ilə hədələdi. Əhalinin buna kəskin reaksiyasını görən imperiya SSRİ-nin həmin dövr ən nüfuzlu şəxslərindən olan SSRİ Ittifaq Sovetinin sədri Y. Primakov və Sov.İKP MK katibi A. Girenkonu Bakıya göndərdi. Bakıda onların hər ikisi xalq qarşısmda çıxış edərək fövqəladə vəziyyətin tətbiq edilməyəcəyinə zəmanət verdi. Həmçinin onların zəmanəti ilə AKP MK-nın şöbə müdiri Ə. Daşdəmirov və Bakı şəhəri PK-nın birinci katibi M. Məmmədov da televizorla çıxış edib Bakıda fövqəladə vəziyyətin tətbiq edilməyəcəyini vəd etdi. SSRİ-nin bu ali qanunverici, icraedici və siyasi hakimiyyətinin ən ali nümayəndələri Bakıda ictimaiyyətin nümayəndələri ilə görüşüb fövqəladə vəziyyətin tətbiq edilməyəcəyini vəd etdikləri 16-19 yanvar müddətində Bakını müharibə paliqonuna çevirəcək qədər hərbi hissələr toplamışdılar. Bakı ətrafına Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş ordu hissələrinin 50 minlik operativ qruplaşması cəmləşmişdi. Qruplaşmanın tərkibinə 295-ci motoatıcı diviziyası, 76, 104 və 106-cı qvardiya hava desant diviziyasının üç polku, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanmasının 882-ci dəniz piyadaları batalyonu, DTK-nın 7-ci idarəsinin "Alfa" qrupu və s. hərbi hissələr daxil idi. Bakı buxtası Xəzər hərbi donanmasının gəmiləri tərəfindən blokadaya alınmış, Bakı qarnizonunun azərbaycanlı zabit və əsgərləri, eləcə də respublikanın DİN və DTK orqanları tabe silahlarının inventarizasiyası bəhanəsi ilə tərkisilah edilmişdilər [14,8-9].

SSRİ Müdafiə naziri D. Yazovun rəhbərliyi ilə hazırlanan və həyata keçirilən 'Tayfun" adlı hərbi əməliyyat telestudiyanın enerji blokunun partladılması tarixi ilə desək, 19 yanvar saat 19.27 dəqiqədə başladı. Bunun ardınca rus qoşunları saat 21.00-da Türkan və Qala hərbi hissələrindən çıxıb Bakı şəhərində 10-12 saatlıq hərbi əməliyyat keçirdikdən sonra 20 yanvar səhər saat 7.00-da Bakı şəhərinin komendantı təyin olunmuş general-leytenant Dubniyak radio ilə çıxış edərək SSRİ AS RH-nin 19 yanvar saat 00-da "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verildiyini elan etdi.

20 yanvar “Tayfun" hərbi əməliyyatının hazırlanıb və həyata keçirilrnəsi prosesi onun yaxın və uzaq məqsədlərinin olduğunu deməyə əsas verir. Lakin bu haqda tam həqiqəti isə ancaq DTK-nın arxiv sənədləri əsasında aşkarlamaq mümkündür. Nə qədər ki, bu sirr tam açıqlanmayıb Vətənimizə yönəlmiş qara qüvvələrdən, məkrli niyyətlərin çoxundan xəbərsiz qalacağıq.

Bakı və ətrafında cəmləşdirilmiş ordu hissələrinin heyətində güclü psixoloji hazırlıqla azərbaycanlılara və AXC üzvlərinə dərin nifrət aşılanmışdı. AXC-nin rəhbərliyi ilə azərbaycanlıların kütləvi şəkildə vəhşiliklə rusları qırması şayiəsi ilə əsgərlər tam ruhi həyəcan vəziyyətinə gətirilmişdi, Onlara evlərin, onların damının, mənzillərin AXC avtomatçıları ilə dolu olması uydurması ilə hücum zamanı əsgərlərin həyatları üçün daim təhlükə olması hissi aşılanmışdı. Beləliklə, Azərbaycan xalqına qarşı düşmənçilik, nifrət, qisasçılıq hissi aşılamaqla ruhi həyəcan vəziyyətinə gətirilmiş orduların hərbi əməliyyatı heç bir xəbərdarlıq edilmədən yanvarın 19-da saat 21-dən başladı [15]. İlkin olaraq Türkan və Qala kəndləri arasındakı hərbi hissələrin heyəti əməliyyata başladı. T. Bəhramov adına stadionda yerləşdirilmiş ordu hissəsi saat 23-də camaata atəş aça-aça şəhərə çıxdı. Eyni vaxtda Bakıya müxtəlif istiqamətdən qoşunlar daxil olmağa baş-ladı. Xəzərdən şəhərə desant çıxarıldı. Bütün qoşun hissələrində çoxlu erməni olmuşdu.

Rastlarına çıxan hər bir azərbaycanlıdan, binadan, mənzildən "təhlükə gözləyən", "vəhşi zorakılığa" məruz qalmış soydaşının intiqamını almaq hissi ilə hərbi hissələrdən çıxan rus əsgərləri, tanklar, BTR-lər, BMP-lər