az | en | ru

Ana səhifə

 

 

Elektron kitabxana

Tədris Mərkəzi

Kitabxanamızın nəşrləri

Mədəniyyət, incəsənət turizm haqqında yeni ədəb.

İlin yekunları

Yeni kitablar

Qəzet və jurnallar

Virtual sifariş

Metodik xidmət

Bizdən soruşun

Əlaqə

ELEKTRON MƏLUMAT BAZALARI



Mirzə Fətəli Axundzadə 200


OXUCULARIN
NƏZƏRİNƏ!

Saytımızda sizə məsafədən sifariş (virtual) xidməti təklif edilir.

Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.

* * *

Milli Kitabxananın 2-ci mər-təbəsində (oxu zalının nəzdində) "Elektron İnformasiya xidməti və KAA (kitabxanalararası abonement) " şöbəsi açılmışdır. Bu şöbədə virtual sifariş, elektron kitabxana, elektron kataloq, internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantını (sifariş pulludur) da sifariş verə bilərsiniz.

* * *

Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.

Bu bazanı www.qanun.info(Azərbaycan dilində) və www.consulting.minimax.az (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.

RAYON, ŞƏHƏR MƏRKƏZLƏŞDIRILMIŞ KITABXANA SISTEMI DIREKTORLARININ NƏZƏRINƏ!

M.F.Axundov adına Milli Kitabxananın Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsi oxuculara təqdim etdiyi virtual xidmət vasitəsilə rayon və şəhər MKS-lərinin fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının yerlərə çatdırılmasını həyata keçirir.

Sifarişlər üçün orders@anl.az elektron ünvanına müraciət edə bilərsiniz. Xidmət ödənişsizdir.

Oxucularınıza bu barədə məlumat verməyi Sizdən xahiş edirik.

 
 "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Yenilənmə tarixi:15.05.2013


 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının oxuculara, sabiq əməkdaşlara və bütün vətəndaşlara
Müraciəti

 

Hörmətli oxucularımız, sabiq əməkdaşlarımız və onların yaxınları!

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaradılmasının 90 illik yubileyi bu ilin may ayında geniş qeyd olunacaqdır. Milli Kitabxanada yaradılmış Yubiley komissiyası xalqımızın milli sərvəti olan milyonlarla kitabı qoruyub mühafizə edən bu kitabxananın tarixini özündə əks etdirən muzeyin təşkil olunması ilə məşğuldur. Bununla əlaqədar 1923-cü ildən bu günədək müxtəlif dövrlərdə kitabxanamızda işləmiş veteranlara, həyatdan getmiş əməkdaşların qohumlarına, yaxın adamlarına, kitabxananın oxucularına və vətandaşlara müraciət edərək bu işdə kitabxanaya kömək göstərmələrini xahiş edirik.
Kitabxanamızla bağlı müxtəlif sənədləri, orden, medal, fəxri fərman nümunələrini, oxucu biletlərini, tələbnamələri, müxtəlif şəkillərin bizə təqdim olunmasını xahiş edirik. Bunlar kitabxanamızın şanlı tarixinin daha dolğun əks etdirilməsinə imkan verəcəkdir.
Əlaqə saxlamaq istəyənlərdən bu nömrəyə 493 94 98 zəng vurmalarını xahiş edirik. Kitabxana sahəsində respublikamızda ilk dəfə yaradılan muzeyin təşkilinə köməklik göstərənlərə əvvəlcədən
təşəkkürümüzü bildiririk.

Yubiley komissiyası

13 may 2013-cü il tarixində Akademik Milli Dram Teatrında Azərbaycanın Xalq yazıçısı, dramaturq, görkəmli ictimai-siyasi xadim Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilmişdir. Tədbirdə Milli Kitabxana tərəfindən “Elçinin söz dünyası” adlı kitab sərgisi təşkil edilmişdir. Sərginin “Əsərləri”, ”Xarici dillərdə”, ”Haqqında”, ”Balalara hədiyyə”, “Ön söz, tərtib etdiyi, redaktoru olduğu kitablar”, “ Elçin irsi elmi tədqiqatlarda”, ”Tərcümləri” bölmələrində 300-dən çox kitab, qəzet və jurnal materialları, görkəmli şəxsiyyətlərin dramaturq haqqında söylədikləri fikirlər, öz əksini tapmışdır. Yubiley tədbirində Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından “Elçin“ adlı biblioqrafiya kitabını Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Elçin Əfəndiyevə hədiyyə etmişdir. Sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

8 may 2013-cü  il tarixində Milli Êitabõanada Mədəniyyət və Turizm Nazirliyi  M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev milli intibahımızın memarıdır” mövzusunda geniş kitab sərgisi,  Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Heydər Əliyev-mədəniyyətimizin hamısı” elektron məlumat bazasının və “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin köməkçi göstəricisinin 3-cü cildinin təqdimat mərasimini  keçirmişdir.

Şuşanın işğalından 21 il ötür

2 may 2013–cü il tarixində Milli Kitabxananın sərgi zalında erməni işğalçıları tərəfindən Şuşa şəhərinin işğal edilməsinin 21-ci ildönümü ilə əlaqədar “Qarabağın tacı Şuşa” başlığı altında geniş kitab sərgisi təşkil edilmişdir.

Sərgidə Qarabağın dilbər guşəsi olan Şuşa şəhəri haqqında kitablar, Şuşa ziyalılarının fotoşəkilləri nümayiş edilir.

2 may 2013- cü il tarixində  M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının sərgi zalında faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə “9 may-Qələbə günü”  başlığı altında geniş kitab sərgisi təşkil edilmişdir.

Sərgidə 100 adda ədəbiyyat nümayiş olunur.

2 may 2013-cü il tarixində  M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının sərgi zalında müstəqil Azərbaycan dövlətinin inkişafı yolunda əvəzsiz  xidmətləri olmuş, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq  “Heydər Əliyev- 90” başlıqlı geniş kitab sərgisi təşkil edilmişdir.

2 may 2013-cü il tarixində Kürdəmir şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev çağdaş kitabxana quruculuğunun banisidir” mövzusunda konfrans, “Heydər Əliyev - Mədəniyyətimizin hamisi" elektron məlumat bazasının təqdimatı və “Heydər Əliyev milli intibahımızın memarıdır” adlı kitab sərgisi keçirmişdir.

25 aprel 2013- cü il tarixində  M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sərgi zalında Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar Elm xadimi, yazıçı- alim Mir Cəlal Paşayevin anadan olmasının  105  illiyi münasibətilə “Mir Cəlal-105” başlığı altında geniş tərtibatda kitab sərgisi açılmışdır.

Sərgidə yazıçı- alimin  müəllifi olduğu əsərlər, haqqında yazılan kitablar, qəzet və jurnal materialları sərgilənmişdir. Sərgi davam edir.

Milli Kitabxananın direktoru Kərim Tahirov və Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova 23-25 aprel 2013-cü il tarixlərində Azərbaycan Milli Kitabxanası ilə Polşa Milli Kitabxanası arasında əməkdaşlıq barədə Memorandum imzalamaq məqsədilə Varşava şəhərində ezamiyyədə olmuşlar.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk xanım Hacıyeva aprel ayının 22-dən 27-dək Özbəkistan Respublikasında ezamiyyədə olmuşdur.

22 aprel 2013-cü il tarixində Milli Kitabxanada Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” bioqrafik silsiləsindən nəşr edilən görkəmli alim-oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevaya həsr edilmiş Azərbaycan və ingilis dillərində çap olunmuş “Zərifə Əliyeva” kitablarının təqdimat mərasimi keçirilmişdir.

18 aprel 2013-cü il tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana tərəfindən təşkil edilən Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda sərgi keçirilmişdir.

14 aprel 2013-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında XX əsrin görkəmli bəstəkarı, ictimai xadim və pedaqoqu, dərin düşüncəyə malik intellektual musiqiçi-alim və publisist Qara Qarayevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.

Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Qara Qarayev- 95” adlı geniş kitab sərgisi nümayiş olunacaqdır.

10 aprel 2013- cü il tarixində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının sərgi zalında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olan Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibəti ilə kitab sərgisi açılmışdır.

Sərgidə alimin müəllifi olduğu əsərlər, məqalələr, ayrı- ayrı müəlliflərin Zərifə Əliyeva haqqında yazdıqları kitablar, qəzet, jurnal materialları nümayiş etdirilir.

Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gö-zəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir.Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri,bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaq-lar” / H.Əliyev

3 aprel saat 1300 - da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və M.F.Axundov adına Milli Kitabxana birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi praktik konfrans keçirəcəkdir.

2 aprel 2013- cü il tarixində Akademik Milli Dram Teatrında tanınmış aktyor, rejissor, Xalq artisti Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş geniş yubiley tədbiri keçirilmişdir.

Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Həsənağa Turabov- 75” başlığı altında kitab sərgisi təşkil olunmuşdur. Sərgidə tanınmış aktyor haqqında yazılmış kitablar, ayrı-ayrı şəxslərin söylədikləri fikirlər, qəzet, jurnal məqalələri nümayiş olunmuşdur.

Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Arxiv

Prezident İLHAM ƏLİYEV və mədəniyyət. 2 cilddə

Icild II cild



ZƏRİFƏ ƏLİYEVA
Elektron məlumat bazası


Heydər Əliyev
Müstəqilliyimiz əbədidir
 I kitab  II kitab  III kitab




 


Elektron Dissertasiya Fondunun Təşkili və Ondan İstifadə şöbəsinin fondunda olan dissertasiyaların elektron versiyalarından istifadə, həmçinin Rusiya Dövlət Milli Kitabxanasının Elektron Dissertasiyalarının virtual oxu zalına birbaşa giriş yalnız kitabxanamızın “Dissertasiya zalı”nda mümkündür"Dissertasiyaların Elektron Kitabxanası"saytından Milli Kitabxananın "Elektron Dissertasiya Fondunun Təşkili və Ondan İstifadə Şöbəsi"ndə yerləşdirilmiş virtual zalda istifadə etmək olar.

Dissertasiyaların Elektron Kitabxanası

Bunları unutmaq olmaz!


 

AZƏRBAYCANIN HÜQUQİ MƏLUMAT BAZASI

”Rusiya Federasiyası-nın Qanunvericilik Bazası”

Kitabxananın Sorğu informasiya xidməti şöbəsində yaradılan hüquqi informasiya guşəsində oxucuların istifadəsinə hüquqa dair ədəbiyyat və ”Rusiya Federasiyası-nın Qanunvericilik Bazası” təqdim olunur.

 

National Library of Azerbaijan © All Rights Reserved