 |
|
|
|
|
 |
|
|
 |
|
|
 |
|
|
OXUCULARIN
NƏZƏRİNƏ!
|
Saytımızda sizə məsafədən sifariş
(virtual)
xidməti təklif edilir.
Kitabxananın
üzvü olan
hər bir
oxucu bu
bölməyə
daxil
olmaqla
kitabxanaya
gəlmədən, iş və ya
yaşayış yerindən ayrılmadan İNTERNET
vasitəsilə kitab,
jurnal və qəzet sifariş verə bilər.
|
|
* * * |
|
Milli
Kitabxananın 2-ci mər-təbəsində
(oxu zalının nəzdində)
"Elektron
İnformasiya xidməti və KAA (kitabxanalararası abonement) " şöbəsi
açılmışdır. Bu şöbədə
virtual sifariş, elektron
kitabxana, elektron kataloq,
internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan
kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron
variantını (sifariş pulludur) da sifariş verə bilərsiniz.
|
* * *
|
Milli
Kitabxananın Humanitar
elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının
qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.
Bu bazanı
www.qanun.info
– (Azərbaycan dilində) və
www.consulting.minimax.az
–
(rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar. |
|
|
RAYON, ŞƏHƏR MƏRKƏZLƏŞDIRILMIŞ KITABXANA SISTEMI DIREKTORLARININ NƏZƏRINƏ!
M .F.Axundov
adına Milli Kitabxananın
Elektron informasiya xidməti və KAA (kitabxanalararası
abonement) şöbəsi
oxuculara təqdim etdiyi
virtual xidmət vasitəsilə rayon
və şəhər MKS-lərinin fondunda
olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri
və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron
versiyasının yerlərə çatdırılmasını həyata keçirir.
Sifarişlər üçün
orders@anl.az
elektron ünvanına müraciət edə bilərsiniz. Xidmət ödənişsizdir.
Oxucularınıza bu barədə məlumat verməyi Sizdən xahiş edirik.
|
|
|
|
|
|
|
|
|
 |
|
|
|
|
|
|
|
|
 |
|
|
|
|
|
|
|
|
|
 |
|
|
 |
|
|
|
|
| |
 |
|
Yenilənmə tarixi:23.05.2013
|
|
|
M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasının oxuculara, sabiq əməkdaşlara və bütün
vətəndaşlara
Müraciəti
Hörmətli oxucularımız, sabiq əməkdaşlarımız və
onların yaxınları!
M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasının yaradılmasının 90 illik yubileyi
bu ilin may ayında geniş qeyd olunacaqdır. Milli
Kitabxanada yaradılmış Yubiley komissiyası
xalqımızın milli sərvəti olan milyonlarla kitabı
qoruyub mühafizə edən bu kitabxananın tarixini
özündə əks etdirən muzeyin təşkil olunması
ilə məşğuldur. Bununla əlaqədar 1923-cü ildən bu
günədək müxtəlif dövrlərdə kitabxanamızda işləmiş
veteranlara, həyatdan getmiş əməkdaşların
qohumlarına, yaxın adamlarına, kitabxananın
oxucularına və vətandaşlara müraciət edərək bu işdə
kitabxanaya kömək göstərmələrini xahiş edirik.
Kitabxanamızla bağlı müxtəlif sənədləri, orden,
medal, fəxri fərman nümunələrini, oxucu biletlərini,
tələbnamələri, müxtəlif şəkillərin bizə təqdim
olunmasını xahiş edirik. Bunlar kitabxanamızın
şanlı tarixinin daha dolğun əks etdirilməsinə imkan
verəcəkdir.
Əlaqə saxlamaq istəyənlərdən bu nömrəyə 493 94 98
zəng vurmalarını xahiş edirik. Kitabxana
sahəsində respublikamızda ilk dəfə yaradılan muzeyin
təşkilinə köməklik göstərənlərə əvvəlcədən
təşəkkürümüzü bildiririk.
Yubiley komissiyası |
|

|
23 may 2013-cü il tarixində M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasının yaranmasının 90
illik yubileyi ilə əlaqədar “Milli Kitabxana-90”
adlı sərgi təşkil edilmişdir.
 |

|
13
may 2013-cü il tarixində
Akademik Milli Dram Teatrında Azərbaycanın Xalq
yazıçısı, dramaturq, görkəmli ictimai-siyasi xadim
Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 70
illiyi münasibəti ilə yubiley tədbiri
keçirilmişdir. Tədbirdə Milli Kitabxana tərəfindən
“Elçinin söz dünyası” adlı kitab sərgisi
təşkil edilmişdir. Sərginin “Əsərləri”, ”Xarici
dillərdə”, ”Haqqında”, ”Balalara hədiyyə”, “Ön söz,
tərtib etdiyi, redaktoru olduğu kitablar”, “ Elçin
irsi elmi tədqiqatlarda”, ”Tərcümləri” bölmələrində
300-dən
çox
kitab, qəzet və jurnal
materialları, görkəmli şəxsiyyətlərin dramaturq haqqında
söylədikləri fikirlər, öz əksini tapmışdır. Yubiley
tədbirində Axundov adına Azərbaycan Milli
Kitabxanası tərəfindən hazırlanan Azərbaycanın
görkəmli şəxsiyyətləri seriyasından “Elçin“ adlı
biblioqrafiya kitabını Mədəniyyət və Turizm
Naziri Əbülfəs Qarayev Elçin Əfəndiyevə hədiyyə
etmişdir. Sərgi tədbir iştirakçılarının böyük
marağına səbəb olmuşdur. |

|
8 may 2013-cü il
tarixində Milli Êitabõanada Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası ilə birgə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr
edilmiş “Heydər Əliyev milli intibahımızın memarıdır”
mövzusunda geniş kitab sərgisi, Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış “Heydər Əliyev-mədəniyyətimizin hamısı”
elektron məlumat bazasının və “Müstəqilliyimiz əbədidir”
çoxcildliyinin köməkçi göstəricisinin 3-cü cildinin
təqdimat mərasimini keçirmişdir.
 |


|
2 may 2013–cü
il tarixində Milli Kitabxananın sərgi zalında erməni
işğalçıları tərəfindən Şuşa şəhərinin işğal
edilməsinin 21-ci ildönümü ilə əlaqədar
“Qarabağın tacı Şuşa” başlığı altında geniş
kitab sərgisi təşkil edilmişdir.
Sərgidə Qarabağın dilbər guşəsi olan Şuşa şəhəri
haqqında kitablar, Şuşa ziyalılarının fotoşəkilləri
nümayiş edilir. |

|
2 may 2013- cü il tarixində M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının sərgi zalında faşizm üzərində
qələbənin 68-ci ildönümü münasibətilə “9 may-Qələbə günü” başlığı
altında geniş kitab sərgisi təşkil edilmişdir.
Sərgidə 100 adda ədəbiyyat nümayiş olunur. |

|
2 may 2013-cü il tarixində M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının sərgi zalında müstəqil
Azərbaycan dövlətinin inkişafı yolunda əvəzsiz xidmətləri olmuş,
milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin
beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr
vermiş Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, dahi
şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev- 90” başlıqlı geniş kitab sərgisi
təşkil edilmişdir. |

|
2 may 2013-cü il
tarixində Kürdəmir şəhərində Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli
Kitabxana Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş “Heydər Əliyev çağdaş kitabxana
quruculuğunun banisidir” mövzusunda konfrans,
“Heydər Əliyev -
Mədəniyyətimizin hamisi"
elektron məlumat bazasının
təqdimatı və “Heydər Əliyev milli intibahımızın memarıdır”
adlı kitab sərgisi keçirmişdir. |

|
25 aprel 2013- cü il
tarixində M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının sərgi zalında Azərbaycan nəsrinin
görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar Elm
xadimi, yazıçı- alim Mir Cəlal Paşayevin anadan
olmasının 105 illiyi münasibətilə “Mir
Cəlal-105” başlığı altında geniş tərtibatda
kitab sərgisi açılmışdır.
Sərgidə yazıçı- alimin müəllifi olduğu əsərlər, haqqında yazılan kitablar,
qəzet və jurnal materialları sərgilənmişdir. Sərgi
davam edir. |

|
Milli Kitabxananın direktoru Kərim Tahirov və Xarici
ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri
Xəyalə
İsmayılova
23-25 aprel 2013-cü il tarixlərində Azərbaycan Milli
Kitabxanası ilə Polşa Milli Kitabxanası arasında əməkdaşlıq
barədə Memorandum imzalamaq məqsədilə Varşava şəhərində
ezamiyyədə olmuşlar.
 |

|
M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın beynəlxalq
əlaqələr üzrə direktor müavini Mələk xanım Hacıyeva aprel
ayının 22-dən 27-dək Özbəkistan Respublikasında
ezamiyyədə olmuşdur.
 |

|
22 aprel 2013-cü il tarixində
Milli Kitabxanada Hüseynbala Mirələmovun
“Görkəmli adamların həyatı” bioqrafik silsiləsindən nəşr edilən
görkəmli alim-oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə
xanım Əliyevaya həsr edilmiş Azərbaycan və ingilis dillərində
çap olunmuş “Zərifə Əliyeva” kitablarının təqdimat mərasimi
keçirilmişdir.
 |

|
18 aprel 2013-cü il tarixində
Milli Kitabxanada
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət
və Turizm Nazirliyi, Milli Kitabxana tərəfindən
təşkil edilən Ulu Öndər Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş “Heydər Əliyev və
Azərbaycanda dərslik siyasəti” mövzusunda sərgi
keçirilmişdir.
 |

|
14 aprel 2013-cü il tarixində Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında XX əsrin görkəmli bəstəkarı, ictimai xadim və
pedaqoqu, dərin düşüncəyə malik intellektual
musiqiçi-alim və publisist Qara Qarayevin anadan
olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir
keçiriləcəkdir.
Tədbirdə
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası
tərəfindən “Qara Qarayev- 95”
adlı geniş
kitab sərgisi nümayiş olunacaqdır. |

|
10 aprel
2013- cü il tarixində M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının sərgi zalında
Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru,
professor, əməkdar elm xadimi, Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycanda oftalmologiya elminin inkişafında
xidmətləri olan Zərifə Əziz qızı
Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibəti ilə kitab
sərgisi açılmışdır.
Sərgidə alimin müəllifi
olduğu əsərlər, məqalələr, ayrı- ayrı müəlliflərin
Zərifə Əliyeva haqqında yazdıqları kitablar, qəzet,
jurnal materialları nümayiş etdirilir. |

|
“
Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gö-zəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox
hörmətə, ehtirama
layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir
parçasıdır, hissəsidir.Heç şübhəsiz, o
gün gələcək ki,
Kəlbəcər rayonu Ermənistanın silahlı
qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri,bizim
soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaq-lar”
/
H.Əliyev
 |

|
3 aprel saat 1300 - da Milli
Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və M.F.Axundov adına
Milli Kitabxana birgə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 90 illik
yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan
folkloru” mövzusunda elmi praktik konfrans
keçirəcəkdir. |

|
2
aprel 2013- cü il tarixində Akademik Milli Dram
Teatrında tanınmış aktyor, rejissor, Xalq artisti
Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr
olunmuş geniş yubiley tədbiri keçirilmişdir.
Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanası tərəfindən “Həsənağa Turabov- 75”
başlığı altında kitab sərgisi təşkil olunmuşdur.
Sərgidə tanınmış aktyor haqqında yazılmış kitablar,
ayrı-ayrı şəxslərin söylədikləri fikirlər, qəzet,
jurnal məqalələri nümayiş olunmuşdur.
Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. |

|
|
|
|
|
|
Dissertasiyaların Elektron Kitabxanası |
|
|
|
|
|
 |
|
 |
|
|
|
 |
|
Kitabxananın Sorğu informasiya xidməti şöbəsində yaradılan hüquqi informasiya guşəsində oxucuların istifadəsinə hüquqa dair ədəbiyyat və
”Rusiya Federasiyası-nın Qanunvericilik Bazası”
təqdim olunur. |
|
|
|
|
|
|
|