M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından istifadə qaydaları

1.        M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası (bundan sonra «Kitabxana» adlanacaqdır) respublikanın baş kitabxanasıdır, milli dövlət kitabsaxlayıcısıdır və həmin kitabxananın kitab fondları Azərbaycan xalqının milli mədəniyyət sərvəti hesab olunur və dövlət tərəfindən xüsusi rejimlə qorunur.

2.        «Kitabxana» Azərbaycan Respublikasının bütün vətəndaşları üçün açıqdır və ondan istifadə pulsuzdur. Eyni zamanda əlavə əmək tələb edən əlavə pullu xidmətlər də tətbiq oluna bilər (foto surətlərinin çıxarılması, xüsusi formalı oxucu biletlərinin hazırlanması və s.).

3.        «Kitabxana»dan istifadə yalnız oxucu bileti əsasında həyata keçirilir. Kitabxanaya daxil olarkən oxucu bileti nəzarət-buraxılış məntəqəsində nəzarətçiyə təqdim olunmalıdır. Oxucu ədəbiyyat sifariş verərkən və alarkən, habelə müdiriyyət və ya kitabxana üzrə məsul növbətçi tələb edərkən oxucu bileti göstərilməlidir.

4.        Oxucu biletini itirən şəxs dərhal qeydiyyat bölməsinə müvafiq ərizə ilə müraciət etməlidir və yalnız bundan bir ay sonra yeni oxucu bileti ala bilər.

5.        Oxucu biletini başqa şəxsə vermək qadağandır. Belə hal baş verərsə, həmin oxucu kitabxanadan istifadə etmək hüququndan məhrum olunur.

6.        Hər bir oxucu nəzarət-buraxılış məntəqəsindən keçərkən nəzarət vərəqi almalıdır və orada öz adını, soyadını və oxucu biletinin nömrəsini yazmalıdır.

7.        Nəzarət vərəqi təqdim olunmadan oxucuya ədəbiyyat verilmir.

8.        Nəzarət vərəqini qoruyun. Onu itirdikdə dərhal nəzarət-buraxılış məntəqəsinə və sizə xidmət edən kitabxanaçıya müraciət edin.

9.        Oxumaq üçün alınmış ədəbiyyatı başqa şəxsə vermək və ya nəzarət-buraxılış məntəqəsindən kənara çıxarmaq qəti qadağandır.

10.     Üst geyimdə və söndürülməmiş mobil telefonlarla kitabxanaya daxil olmaq olmaz.

11.     Kitabxanaya çap materialları, şəkillər, portfel, çanta, fotoaparat  gətirmək qadağandır. Həmin əşyalar qarderoba təhvil verilməlidir.

12.     Kitbxanada istifadə üçün alınmış ədəbiyyatı cıran və korlayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

13.     Kataloq və kartotekalardan nəzakətlə istfadə olunmalıdır. Onların kartoçkalarını yazmaq, cırmaq, çıxarmaq və kataloq qutularını kataloq yeşiklərindən kənara aparmaq olmaz.

14.     Hər bir oxu zalının köməkçi fondundan alınan ədəbiyyatdan yalnız həmin zalda istifadə etmək olar.

15.     Dissertasiyaların, arxiv fondunda və nadir fondda mühafizə olunan ədəbiyyatın, not əlyazmalarının və köhnə not məcmuələrinin kserosurətlərinin çıxarılması qadağandır.

16.     «Kitabxana»dan yalnız bu İstifadə qaydalarına riayət etməyə yazılı surətdə razılıq verən vətəndaşlar istifadə edə bilərlər.

 



 
National Library of Azerbaijan © All Rights Reserved