“Nadir kitablar” bölməsi “Kitabsaxlayıcı” şöbəsinin nəzdində 1962-ci ildən fəaliyyət göstərir. “Nadir kitablar” bölməsinin əsas vəzifəsi elmi baxımdan, nəşr tarixi baxımından qiymətli hesab edilən nəşrləri, miniatür nəşrləri və poliqrafik cəhətdən nəfis şəkildə tərtib edilmiş nəşrləri toplamaq, mühafizə etmək və elmi ictimayyətin istifadəsinə çatdırmaqdan ibarətdir.
“Nadir kitablar” bölməsi əsasən elm, xalq təsərrüfatı və mədəniyyətin bütün sahələrində çalışan elmi işçi və mütəxəssislərə, eləcə də aspirantlara və başqa oxucu qruplarına xidmət göstərir. “Nadir kitablar” bölməsindən il ərzində orta hesabla 2000 oxucu istifadə edir. Ədəbiyyat verilişi isə təxminən 6000-ə yaxındı.
Hazırda “Nadir kitablar” bölməsinin fondunda 7000-ə yaxın çap məhsulu qorunub saxlanılır. Fondda 16 dildə: Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb, fars, latın, yunan, polyak, macar, bolqar, çin, serb, ivrit dillərində ədəbiyyat vardır.
“Nadir kitablar” fondunun ən qədim nəşrləri XVI, XVII əsrlərdə çap olunmuş alman, latın və yunan dillərində kitablardır.
“Nadir kitablar” bölməsində nəşr tarixi baxımından ən qədim kitab “Türklər haqqinda on nəsihət” kitabıdır. Kitab alman dilindədir. Yena şəhərində Tobiam Ştayn tərəfindən 1595-ci ildə çap olunmuşdur.
Kitabda adlı-sanlı Yena universitetinin keşiş kilsəsində professor Georgium Milium tərəfindən oxunmuş mühazirələr verilmişdir. Kitabda əsasən türklərin mənşəindən, etiqadından, dinindən, hökmranlıqlarından, zəfərlərindən və uzun müddət davam edən xoşbəxt həyatlarından bəhs olunur.
“Məzidi-izzət və müqəddəs cənablu mübaligə ilə hökmdari-padşahi-əzəmi-imperatoriçə Yekaterina saniyə həzrətlərinin cəmi Rusiyyə imperiyasinda əyalətlərin nizam və tərtibi üçün imla olunmuş qanuni-cədid” kitabı Azərbaycan dilində nəşr edilmiş ilk çap kitablarından biridir. Bu kitab 1780-ci ildə Sankt-Peterburqda çapdan çıxmışdır.Kitab 248 səhifədən ibarətdir.
“Nadir kitablar” fondunu zənginləşdirən ədəbiyyatdan bir neçə nümunə:
-
Мирза Александрь Каземь-Бекь. «Мюхтесерюль-Вигкаеть» или сокращенный Вигкает; курсь мюсюльманскаго законоведения по школе ханефидовъ.- Казанъ, 1845.
- Мирза-Адигезаль-Бек. Карабаг-наме.- Баку, 1950.- 160 с.
- Бакиханов Аббас-Кули-Ага «Кудси». Гюлистан-Ирам.- Баку, 1926.- 196 с.
- Ахундов М.Ф. Комедии Мирзы Фетъ-Али Ахундова.- Тифлисъ.- 1853.- 220 с.
Кавказский календарь.- Тифлисъ, 1845-1917.
- Шопен И. Исторический памятникъ состояния Армянской-области въ эпоху ея
присоединения къ Российской-Империи.-Санктпетербургъ, 1852.-1231 с.
- Акты, собранные Кавказской Археографической Комиссией.12 томов.- Тифлисъ.- 1866-1904.
- СМОМПК (Сборник материалов для описания местностей и племен Кавказа).- Тифлисъ.- 1881-1929.
- Бакинский справочный календарь на 1897 г.- Баку, 1896.
- Бакинский справочный календарь на 1898 г.- Баку, 1897.
- Бакинский спутник на 1908 г.- Баку, 1908.
- Бакинский спутник на 1909 г.- Баку, 1908.
- Бакинский спутник на 1912 г.- Баку, 1912.
- Бакинский спутник на 1913 г.- Баку, 1913.
- Ежегодникъ.- Баку, 1894.
- Ежегодникъ. Сельско-хозяйственной Колонии при Бакинской Императора.
- Александра III. Мужской гимназии. № 1-й. Отчетъ за 1898 и 1899 годы.- Баку,
1899.
- Ежегодникъ. Сельско-хозяйственной Колонии при Бакинской Императора
Александра III. Мужской гимназии. № 2-й. Отчетъ за 1900 и 1901 годы.-
Москва, 1902.
- Ежегодникъ. Баку и его районъ 1908. Адресная и справочная книга.- Баку, 1908.
- Ежегодникъ. Баку и его районъ 1911. Адресная и справочная книга.- Баку, 1911.
- Ежегодникъ. Баку и его районъ 1912. Адресная и справочная книга.- Баку, 1912.
- Ежегодникъ. Баку и его районъ 1913. Адресная и справочная книга.- Баку, 1913.
- Ежегодникъ. Баку и его районъ 1914. Адресная и справочная книга.- Баку, 1914.
- Адрес-Календарь Азербайджанской Республики на 1920 г.- Баку, 1920.
- 1-ый съезд народов Востока. Баку. 1-8 сентябрь 1920 г. Стенографические
отчеты.- Петроград, 1920.- 232 с.