![]() |
![]() |
![]() |
![]() |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarı ilə elan olunmuş sərt karantin rejiminin müddətinin Operativ Qərargahın qərarı ilə noyabrın 01-dən yanvarın 18-dək uzadılması ilə əlaqədar Milli Kitabxana noyabrın 01-dən yanvarın 18-dək işləməyəcəkdir. Bu səbəbdən həmin müddət ərzində oxucuların yalnız onlayn sorğuları ödəniləcəkdir. Müvəqqəti narahatlığa görə üzr istəyirik!
* * *
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edirik!
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq 31 dekabr, 1-4 yanvar tarixlərində kitabxana işləməyəcəkdir. Bu müddət ərzində kitabxananın Elektron kataloq və elektron kitabxana bölməsindəki resurslardan yararlana bilərsiniz.
* * *
Koronavirus: "TƏLAŞ YOX" kitabçası
Burada nüfuzlu institutlardan müxtəlif ixtisaslı mütəxəssislərlə aparılan müzakirələr, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı), XMPM (Xəstəliklərin Müayinə və Profilaktika Mərkəzi) qaydalarının təhlili əsasında koronavirusla bağlı ən çox verilən sualların cavabları yer alıb.
http://anl.az/down/KoronavirusTelasYox-kitabcasi.pdf
* * *
Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılmışdır. Kitabxana işçiləri fəaliyyət göstərdikləri üçün Milli Kitabxananın onlayn xidmətləri (Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması), Elektron kataloq və Elektron kitabxana, habelə kitabxananın veb saytı oxuculara məsafədən xidməti davam etdirir. Dəyərli oxucularımız, Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışırlar. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Sizin onlayn müraciətlərinizi gözləyirik. Yetər ki, bizə yazın!
Müdiriyyət
* * *
Milli Kitabxananın nəşri olan 2020-ci ilin “Əlamətdar və tarixi günlər təqvimi” artıq çapdan çıxıb. Kitabın elektron versiyası saytımızın "Kitabxanamızın nəşrləri" səhifəsində istifadənizə təqdim edilir.
* * *
Milli Kitabxana sizə məsafədən sifariş (virtual) Biblioqrafik sorğu xidmətini təqdim edir. Bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə konkret nəşrin (kitab, jurnal, qəzet. not və s.) Milli Kitabxananın fondunda olub-olmaması haqqında məlumat əldə edə bilərsiniz.
* * *
Bu il Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirmək məqsədilə elektron kitabxananın xarici elektron informasiya bazaları ilə komplektləşməsini həyata keçirərək zəngin axtarış imkanlarına malik, dünyanın və Rusiyanın aparıcı elibrary.ru elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına abunə olmuşdur. elibrary.ru platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə Oxuculara xidmət şöbəsinin elmi zallarında – Dövri mətbuat, Humanitar, Dəqiq və texniki elmlər zallarında, Lokal şəbəkədən istifadə üzrə oxu zalında olan kompüterlərə yüklənərək Sizin istifadənizə verilmişdir.
* * *
Saytımızda sizə məsafədən sifariş (virtual) xidməti təklif edilir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.
* * *
Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur. Bu bazanı www.qanun.info – (Azərbaycan dilində) və www.consulting.minimax.az – (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.