Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

OXUCULARIN NƏZƏRINƏ!

XƏBƏRLƏR Digər xəbərlər

Sərgi: “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə ilk Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görmüş “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamış, bütün dövrlərdə həqiqət carçısı olmuşdur. 1991-ci ildən 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmağa başlandı.

Ətraflı

Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri keçirildi

İyul ayının 12-də Milli Kitabxanada Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri keçirildi. İlk öncə qonaqlar “Azərbaycan məktəbi jurnalı – 95” adlı sərgi ilə tanış oldular.

Ətraflı

Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

İyul ayının 11-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Ətraflı