ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZIZ) direktoru Lev Spivak Milli Kitabxanada olmuşdur.

05.03.2018

Mart ayının 5-də İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZIZ) direktoru Lev Spivak Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir. Görüş zamanı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak İsraildə çap olunan azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarına həsr olunmuş “Black snowdrops” (Qara qar damcıları) kitabı haqqında məlumat vermiş, Azərbaycanın Çex Respublikasındakı və Amerika Birləşmış Ştatlarındakı Səfirliklərinin dəstəyi ilə Çexiyanın paytaxtı Praqa şəhərində və ABŞ-ın Texas ştatının Hyuston şəhərində kitabın təqdimat mərasimlərinin keçirildiyini vurğulamışdır. Milli Kitabxananın direktoru professor Kərim Tahirov bu kimi tədbirlərin keçirilməsinin, Azərbaycan haqqında kitabların çap olunmasının ölkəmizin dünyada tanıdılmasında və təbliğində böyük rol oynadığını qeyd edmişdir. 

Daha sonra professor Kərim Tahirov Heydər Əliyev Fondunun vitse- Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının çox böyük əks-səda verdiyini və nəticədə xeyli sayda ölkələr və onların Parlamentləri tərəfindən Xocalı soyqırımının tanınmasını çox vacib bir addım hesab etdiyini bildirmiş və belə kitabların bu işdə əhəmiyyətli rol oynayacağını xüsusilə vurğulamışdır. Direktor eyni zamanda hər iki ölkənin Milli Kitabxanaları arasında əlaqələrin yaradılması məqsədilə İsrail Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında Anlaşma Memorandumu layihəsinin İsrail Milli Kitabxanasına çatdırılması məqsədilə Xarici İşlər Nazirliyinə təqdim edildiyini bildirmiş və Anlaşma Memorandumunun imzalanmasından sonra iki ölkənin milli kitabxanaları arasında kitab mübadilələrinin həyata keçiriləcəyinə, kitabxananaın fondunun daha da zənginləşəcəyinə ümid etdiyini bildirmişdir. 

Daha sonra İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çex Respublikası) olan “Black snowdrops” kitabının ingilis, rus və çex dillərinə tərcümə olunmuşversiyalarını, həmçinin kitabın rus dilində audio diskini Milli Kitabxanaya hədiyyə etmişdir. 

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Xocalı faciəsindən bəhs edən kitabı Milli Kitabxanaya təqdim etdiyi üçün cənab Lev Spivaka öz təşəkkürü bildirmiş və qonaqlara “Azərbaycan Milli Kitabxanası. Foto albom” (Azərbaycan, rus və ingilis dillərində) kitabını hədiyyə etmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.

Share