ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “8 mart-Beynəlxalq Qadınlar günüdür”

07.03.2018

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmişdir. Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin,  keçmişimizin ən mürəkkəb dövrlərində belə qorunub yaşadılması bilavasitə onun adıyla bağlıdır.

Bayram münasibətlə mart ayının 7-də Azərbaycan Milli Kitabxanasında “8 mart-Beynəlxalq Qadınlar günüdür” adlı kitab sərgisi açılmışdır. Sərgidə bu günün tarixinə, tarixdə iz qoymuş məşhur qadınlara, onların həyat və yaradıcılığına dair ədəbiyyat sərgilənmişdir.

Share