ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “İsa Həbibbəyli - 70” adlı kitab sərgisi açılıb

16.10.2019

Oktyabrın 16-da Milli Kitabxanada müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə  “İsa Həbibbəyli-70” adlı kitab sərgisi açılıb.

Sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, elmi redaktoru olduğu, elmi məsləhətçisi olduğu, rəy verdiyi, tərtibçi-müəllifi olduğu, kitablarda və dövri mətbuatda nəşr edilmiş şeirləri, akademik haqqında yazılmış əsərlər, söylənmiş fikirlər və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə nümayiş olunacaq.

Milli Kitabxananın kollektivi Azərbaycan Respublikası Prezindenti cənab İlham Əliyevin 15 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə akademik İsa Həbibbəylini 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edir. 

 

 

Share