ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

71-ci Frankfurt Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Humboldt adına Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

17.10.2019

Oktyabrın 17-də Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində keçirilən 71-ci Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Humboldt adına Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanma mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin bir sıra əməkdaşları və Humboldt Universitetinin dosenti dr. Rasim Mirzəyev iştirak ediblər.

Memorandum Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov və Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri prof. Eva-Maria Aux tərəfindən imzalanıb. 3 il müddətinə imzalanan bu sənəddə tarixi və mədəni biliklərin gücləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı kitab, informasiya və elektron resursların, çap məhsullarının rəqəmsal variantlarının mübadiləsini, treninqlərin, elmi konfransların keçirilməsini nəzərdə tutur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri prof. Eva-Maria Auxa  və tədbir iştirakçılarına  öz minnətdarlığını bildirib. Cənab Vaqif Əliyev çıxışında Almaniyanın Humboldt adına Berlin Universitetində Azərbaycan tarixi şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib və Alman-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsində böyük rolu olacağını söyləyib.

Sonda Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dövlətçiliyimizə, tarix və mədəniyyətimizə dair nəşrləri prof. Eva-Maria Auxa  hədiyyə edib.

Share