ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

11.12.2019

Dekabrın 11-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, YAP Səbail rayon Təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İlk öncə tədbir iştirakçıları Ümummillli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq ümummilli lider Heydər Əliyevin fəal ictimai-siyasi həyatından, 1969-cu ildən başlayaraq Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, müstəqil Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərindən geniş söhbət açıb. Bildirib ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə bir çox sahələrdə, o cümlədən Azərbaycanda təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, neft-kimya sahəsi inkişaf edib, qısa zaman ərzində xalqımızın maddi və sosial rifahı yüksəlib. Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının xaosdan, hərc-mərclikdən xilas olduğunu, milli dövlətçiliyimizin qorunub saxlanıldığını, Azərbaycan dövlətinin sürətlə dünya birliyinə inteqrasiya etdiyini, dünya arenasında öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini söyləyən Prof. Kərim Tahirov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik prinsiplərinin, siyasi ideyalarının onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Daha sonra ümummilli lider Heydər Əliyevin fəal ictimai-siyasi həyatından bəhs edən videoçarx nümayiş olunub.

Yap Səbail rayon təşkilatının sədri, Milli Məclisin üzvü, prof. Şəmsəddin Hacıyev çıxış edərək ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın parçalanaraq məhv olmaq təhlükəsindən xilas olduğunu, yeni iqtisadi sistemin formalaşdığını, torpaq islahatlarının aparıldığını, bütün sferalarda müvafiq qanunlar imzalandığını, Atəşkəsin yarandığını qeyd edib. Şəmsəddin Hacıyev çıxışında Azərbaycanı mürəkkəb və çətin şəraitdən çıxaran, bütün xalqı vahid amal uğrunda birləşdirən, böyük dövlətçilik təcrübəsinə malik şəxiyyət, ümummilli lider Heydər Əliyevin güclü siyasəti sayəsində bu gün müstəqil Azərbaycan Respublikasının günü-gündən inkişaf etdiyini, aparıcı dövlətlər sırasında öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini və Heydər Əliyevin Azərbaycançılıq siyasi ideyasının prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib.

YAP Siyasi Şuranın üzvü “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə ordu quruculuğunun yarandığını, yenidənqurma işlərinin aparıldığını, beynəlxalq aləmlə əlaqələrin bərpa olunduğunu, dövlət proqramları qəbul olunaraq Azərbaycanın qüdrətli dövlətə çevrildiyini söyləyib.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, Bakı Dövlət Universitetinin  Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov çıxış edərək ümummilli lider Heydər Əliyevin ictimai-siyasi həyatından söhbət açıb, onun Azərbaycançılıq ideyalarının gələcək nəsillərə çatdırlmasının ziyalıların ən ümdə borcu olduğunu bildiriblər.

         Daha sonra gənc şair Sevindik Nəsiboğlu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Ulu Öndərimiz” şeirini səsləndirib.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” mövzusunda geniş kitab sərgisi ilə tanış olub.

Share